Kür çayı bu rayonda bəndi uçurdu .....                     "Naxçıvan duzu" adı altında saxtakarlıq... .....                     Serjik Azərbaycana qayıdır? .....                     İrana görə daha bir ölkə çətin vəziyyətdə .....                     Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək .....                     Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz .....                     Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq .....                     "Yeni Klinika"ya direktor təyin olundu .....                     Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                     Azərbaycan neftinin qiyməti 113 dolları keçib .....                     “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” .....                     Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… .....                     “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” .....                     Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu .....                     Qarabağda MÜHARİBƏ istəyən ölkə .....                     Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? .....                     Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... .....                     "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" .....                     Azər Məmmədov yeni gələndə ümid edən işçilər... .....                     Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                     Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                     Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? .....                     ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib .....                     Azərbaycanda çörək bahalaşacaq? .....                     Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR .....                     Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? .....                     Yerində sayan sektor: milyonları niyə itiririk? .....                     "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     "Verilişə gələrkən maşını vurdum..." .....                     TƏBİB-in TƏCİLİ olmayan yardımı... .....                     Niyazi Bayramovun korrupsiya ortaqları .....                     Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? .....                     Təzə başçı gələndə camaat düşündü ki... .....                     Pensiyalarla bağlı vacib xəbər .....                     Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                 

3 aylığa verdiyi borc pulu 2 ildir ALA BİLMİR... - Məhkəmə hakimi isə...
Tarix: 27-12-2021, 09:11 | Çap et
3 aylığa verdiyi borc pulu 2 ildir ALA BİLMİR...
Binəqədi rayon Məhkəməsinin hakimi Abbas Rzayev ali məhkəmə instansiyasını qərarını sabotaj edir.

2018-ci ildə keçirilmiş növbədənkənar president seçkilərindən sonra ölkədə vüsət alan və demək olar, bütün sahələri əhatə edən köklü dəyişikliklər məhkəmə-hüquq sistemindən də yan keçməyib. Prezident İlham Əliyevin qeyd olunan sahədə işlərin yeni dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman hakimiyyətin bu qolunun fəaliyyətində dönüş yaratmalı, vətəndaşların hüquqlarını maksimum qorumalı və onların şikayətlərinə məhkəmə orqanları tərəfindən ədalətlə baxılmasını təmin etməli idi. Təsadüfi deyil ki, həmin Fərmanın 1-ci maddəsi məhz bu məqama həsr olunub: “Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər”.

Ancaq çox təəssüf ki, bu Fərmanın imzalanmasından təqribən iki il yarım vaxt keçsə də, bəzi hakimlər haqqında danışılan sənəddə yer alan direktivlərə əməl etmək əvəzinə, vətəndaşların haqlı tələblərini təmin etmir, onları məhkəmə süründürməçiliyinə məruz qoyurlar.

DİA.AZ-ın məlumatına görə, hüquqlarının qorunması üçün Busaat.az-a müraciət etmək məcburiyyətində qalan vətəndaş Anar Həbib oğlu Əmrahov da Binəqədi rayon Məhkəməsinin hakimi Abbas Rzayev tərəfindən məhkəmə süründürməçiliyinin əziyyətini yaşayır. Anar Əmrahovun sözlərinə görə, o, 2019-cu ildə yaxın tanışının vasitəçiliyi ilə Ağdam rayon qeydiyyatında olan Samirə Fəqani qızı Əhmədovaya 18 min manat məbləğində borc pul verib. Şikayətçi bildirir ki, Samirə Əhmədova borcun 1-2 ay ərzində qaytaracağını deyib. Tərəflər arasında bu borc anlaşması notarial qaydada rəsmiləşdirilib və müvafiq sənəddə Əhmədovanın Əmrahovdan borc aldığı 18 min manatın 3 ay müddətində geri qaytarılması şərti öz əksini tapıb. Lakin bu müddətdən 2 il keçsə də, Əmrahov 3 aylığa verdiyi borc pulu hələ də geri ala bilmir.

Pulun almaq üçün ədaləti hüquq müstəvisində aramağa qərar verən Əmrahov Quzanlı qəsəbəsində yerləşən Ağdam rayon Məhkəməsinə müraciət edir. Əhmədovanın iştirakı ilə proses keçirilir və məhkəmə Əmrahoun xeyrinə qərar çıxarır. Buna baxmayaraq, Əhmədovanın Ağdam rayon Məhkəməsinin qərarından şikayət verməsi səbəbindən işə növbəti dəfə Gəncə Apellyasiya məhkəməsində baxılır və ilkin qərar qüvvədə saxlanılır.Qərarla yenə razılaşmayan Əhmədova bu dəfə Ali Məhkəməyə şikayət versə də, bu məhkəmə instansiyası da Əmrahovu haqlı sayaraq, borcun ödənilməsinə dair qərarın icrasını Binəqədi rayon Məhkəməsinə (Samirə Əhmədova faktik həmin rayonun ərazisində yaşadığı üçün) həvalə edir.

Lakin bundan sonra Əmrahovun üzləşdiyi zillət daha da artır. Şikayətçinin sözlərinə görə, Binəqədi rayon Məhkəməsinin hakimi Abbas Rzayev icra qərarını təmin etmək yerinə, onu get-gələ salıb. Artıq 1 ildir ki, pulun qaytarılacağını desə də, ortada heç nə yoxdur. Süründürməçiliyə salındığını deyən Əmrahov bildirir ki, hakim Abbas Rzayev qərarı icra etməməsini “nə edə bilərəm, qadın xeylağıdır, türməyə salım?” “arqumenti” ilə “əsaslandırır”. Şikayətçi qeyd edir ki, cavabdeh barəsində axtarış elan olunması, çağırış göndərilməsi, məhkəmə qərarlarının ərazi üzrə icraçılarının işə cəlb edilmələrinə yönəlik xahişlərini hakim Abbas Rzayev heç bir halda nəzərə almır. Zatən, nəzərə alsaydı, zərərçəkmiş bu gün şikayətçi vəziyyətində olmazdı.

Problem həm də budur ki, ölkənin məhkəmə sistemində ədalət tapa bilməyən Anar Əmrahov üzləşdiyi haqsız durumla bağlı Prezident İlham Əliyevə, o cümlədən, Ədliyyə Nazirliyinə müraciət etmək məcburiyyətində qalıb. Belə çıxır, bir hakimin yumşaq desək, öz funksiyasını normal yerinə yetirməməsi səbəbindən dövlət başçısı iki vətəndaş arasında yaranmış borc mübahisəsinin ədalətli həlli üçün prosesə müdaxiə etməlidir?! Hakim Abbas Rzayev bəsit bir məsələnin bu qədər böyüməsində çoxmu maraqlıdır? Bəlkə adıçəkilən hakim Prezidentin yuxarıda göstərilən Fərmanına meydan oxuyacaq qədər böyük cəsarət sərgiləməyə həvəslənib?

Yeri gəlmişkən, hakim Abbas Rzayevdən narazılıq sadəcə, Anar Əmrahovun şikayəti ilə məhdudlaşmır. Abbas Rzayevin ona həvalə olunan işlərə qeyri-obyektiv baxması və zərərçəkənlərlə kobud, hətta təhqiramiz davranması haqda mediada çox sayda material dərc olunub.

Amma bu “narazılıq buketi” bir gün mütləq dağılacaq…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru