Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                     TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? .....                     Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... .....                     Makron gələn ay Ermənistana səfər edəcək .....                     Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                     Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                     İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                     DTX-də KADR DƏYİŞİKLİYİ .....                     Separatçılardan yeni Xankəndi HƏMLƏSİ .....                     İrandan Pakistana nümayəndə heyəti getməyib .....                     Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                     "Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                     Azərbaycan Ermənistandan nələri tələb edir? .....                     Rəsul Quliyev Azərbaycana qayıdır? .....                     Regionda sülh mühiti artıq formalaşır .....                     İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib .....                     “Bizə atəşkəs yox, sülh lazımdır” .....                 

Allahşükür Paşazadə 2008-ci ildə vəhabilərdən pul almasını etiraf edib – FAKT QOYDULAR
Tarix: 1-02-2014, 11:28 | Çap et
Allahşükür Paşazadə 2008-ci ildə vəhabilərdən pul almasını etiraf edib
DİA.AZ: - Məlum olduğu kimi, bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin açıq şəkildə vəhabiləri və nurçuları hədəfə çevirməsinin ardından ona qarşı hücumlar intensivləşib. Təkcə DİA.AZ-ın e-mail ünvanına bu qəbildən olan qüzlərlə material göndərilir. Həmin materialda Allahşükür Paşazadə ayrı-ayrı vaxtlarda vəhabilərdən maliyyə yardımı almaqda ittiham olunur.

Bildirək ki, son olaraq bu məsələ ilə bağlı danışan ruhani idarənin nümayəndələri iddia olunanları inkar etdilər. Hətta Qafqaz Müsəlmanları Ruhani İdarəsinin şöbə müdiri Hacı Mirəziz Seyidzadə Şeyxə qarşı bu tipli hücumların olacaqlarını ehtimal etdiklərini də vurğuladılar. Yəni deyilənlər yalandır.

Amma buna rəğmən əks cinah ortaya faktlar qoymağa başlayıb. Məsələn Şeyxin özünün şəxsən 2008-ci ildə mətbuata verdiyi açıqlamasını. Xatılrladaq ki, həmin ərəfədə vəhabilərin Bakıdakı “Əbu-Bəkr” məscidi bağlanmışdı və bu məsələdə Şeyxin də adı hallandırılırdı və iddia olunurdu ki, Şeyx vəhabilərdən pul alsa da, onlara şərait yaratmayıb. Həmin materialı, daha dəqiqi, həmin dönəmdə Şeyxin mətbuata verdiyi açıqlamanı olduğu kimi diqətinizə təqdim edirik:

“Şeyxülislam xarici təşkilatlardan alınan pulları mənimsəməsi barədə məlumatlara aydınlıq gətirdi

“And olsun Tanrıya və Qurana ki, indiyə kimi Qafqaz Müsəlmanları İdarəsinə cəmi iki dəfə köməklik edilib. Bunlar maliyyə köməkliyidir və hər iki halda gizlədiləsi heç nə yoxdur. Çünki bu köməkliklərdə bir dənə də qanunsuzluq yoxdur. Məni dünya çapında tanıyırlar, hamı məni şeyx kimi qəbul edir, sizin şeyxinizə inanırlar, siz də inanın”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə adının “Əbu -Bəkr” məscidinin fəaliyyətindəki qanunsuzluqda, rüşvət almaqda və digər məsələlərdə hallandırılmasına münasibət bildirərkən deyib.

Şeyx bu vaxta qədər İslam İnkişaf Bankından 132 min dollar həcmində vəsait aldıqlarını gizlətmir. Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin adına gələn həmin vəsaitə inzibati bina tikilib. Bundan sonra isə bankın nümayəndələri vəsaitin hara xərclənməsi ilə bağlı dəfələrlə yoxlama aparıblar: “Amma heç nə tapa bilmədilər. Çünki hər şey qanun çərçivəsində həyata keçirilib. Sənədlərimiz indi də yerindədir, istəsələr, yoxlaya bilərlər”.

Hacı Allahşükür Paşazadə deyir ki, Azərbaycanda universitet tikmək üçün ikinci maliyyə yardım almaq barədə Küveytlə sənəd imzalanıb. Hətta universitet binası tikmək üçün Bakıda müvafiq yer də ayrılıb və bundan sonra QMİ-yə 200 min dollar verilib: “O vaxt bütün proses şəffaf keçirilib və biz nəzərdə tutduğumuz işi həmin yerdə gördük. Amma Rafiq Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunandan sonra bu işləri dayandırdı. Dedilər ki, guya vəhhabilərə yuva tikdiririk. Bundan sonra universitet binası üçün ayrılmış yeri də bizdən aldılar. Amma pulu xərcləmişdik, tikinti işlərinin bir hissəsi görülmüşdü, hətta təməlqoyma mərasimində şəxsən iştirak etmişdim. Həmin pulların tikintiyə sərf olunduğu haqqında əlimizdə sənəd də var”.

O ki qaldı “Əbu-Bəkr” məsdinin fəaliyyətinə, şeyx deyir ki, söhbət məciddən yox, ayrı-ayrı adamlardan gedir: “Bu işlərdə məscidin günahı yoxdur, heç kəs onu sökə bilməz. Mən nəinki hansısa məscidin, hətta erməni kilsəsinin sökülməsinin əleyhinə olmuşam. Əgər bir məbəd tikilirsə, onun sökülməsinə heç vaxt razı ola bilmərəm. Onda gərək mən şeyx olmayam. Amma bu gün bəzi adamlar bu məsələni qarışdırırlar. Söhbət o şəxslərdən gedir ki, onlar “Əbu-Bəkr” məscidindən istifadə edib, öz şəxsi məsələləri, şəxsi imkanları üçün çalışırlar, onlar Allahı qıraqda qoyub, başqa işlər görürlər. Onlar qanunları, konsitutusiyanı, vicdan azadlıqlarını pozurlar. Bizim isə borcumuz vicdan azadlığını bərpa etməkdir. Sadə dindarların heç bir günahı yoxdur, onlar gəlib namaz qılıb, ibadət eləyib, gedirlər”.

Hacı Allahşükür Paşazadə deyir ki, “Əbu-Bəkr” məscidini o vaxt kimlərsə qanunsuz tikdirib. Amma bu heç də o demək deyil ki, məscid ləğv olunmalıdır.
“İndi məscid tikilib, necə illərdir fəaliyyət göstərir. İmkanları vardısa, o vaxt qoymayadılar tikilsin. Amma bu gün gecdir. Biz gözləyirik ki, inşallah, istintaq qurarsın və yəqin ki, məcid fəaliyyətini davam etdirəcək” - deyə, QMİ sədri bildirib.

Məscidin ərazisində yaşayış binası tikilməsi barədə məlumatlara gəlincə, şeyx buna inanmadığını söyləyir: “Şəxsən mən məscidin sökülməsinin əleyhinəyəm. Nə olursa-olsun, mən məscidlərin, kilsələrin, məbədgahların sökülməsini istəmirəm. Belə olmaz”.

Şeyx deyir ki, məscidin qanunsuz tikilməsinə baxmayaraq, QMİ-nin orada ibadət edən dindarlarla münasibəti həmişə normal olub: “Bizim həmişə onlarla əlaqələrimiz olub, Qamətlə də görüşmüşük. Mən Bakı Dövlət Universitetinin yaxınlığındakı məscidin necə tikildiyi ilə maraqlananda dedilər ki, bizim işimizdir, siz qarışmayın. Bəli biz qarışmadıq, məscidi tikdilər, axundu-imamı qoydular. İndi də soruşurlar ki, şeyx hara baxır?!”

Şeyx bildirir ki, Şəhidlər Xiyabanı yaxınlığındakı məscid tikiləndə də QMİ- nin rəyi soruşulmayıb: “Heç bizdən kağız da istəmədilər. Amma tikdilər. Hətta bir dəfə minarənin o şəkildə tikilməsinin əleyhinə də çıxdım, dedim ki, gəlin minarəni milli ənənəmizə uyğun tikək. Amma eşidən olmadı. İndi də zəng eləyirlər ki, Qafqaz Müsəlmanları İdarəsi niyə buna imkan verib?! Axı bəzən elə olur ki, aşağı vəzifəli məmurlar bəzi səhvləri eləyirlər və onun günahını bizim boynumuza qoyurlar. Mən o məscidi kim tikdirdiyini, kiminlə nə danışdıqlarını adbaad bilirəm. Qafqaz Müsəlmanları İdarəsi heç vaxt heç vaxt qanunsuz işlərə girməyib. O şey ki, qanuni olub, onlara dəstək vermişik”.

Hacı Allahşükür Paşazadə “Əbu-Bəkr” məcidinin qapadılması məsələsində onun adının hallandırılmasını da haqsız hesab edir. “Şeyxə bu qədər ad qoymaq olmaz. Çünki mənim haqqımda danışılanların heç biri düz deyil””.

Hər halda, ortadakı məqamlar kifayət qədər incədir...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru