Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                     TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? .....                     Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... .....                     Makron gələn ay Ermənistana səfər edəcək .....                     Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                     Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                     İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                     DTX-də KADR DƏYİŞİKLİYİ .....                     Separatçılardan yeni Xankəndi HƏMLƏSİ .....                     İrandan Pakistana nümayəndə heyəti getməyib .....                     Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                 

Şəhid atası təhqir olunaraq işdən qovuldu - BU BİR “Kristal Abşeron” KEYFİYYƏTSİZLİYİDİR...
Tarix: 21-06-2023, 17:31 | Çap et
Şəhid atası təhqir olunaraq işdən qovuldu
“Komendant məndən rüşvət tələb edirdi. Verməsəm, işdən çıxarmaqla hədələyirdi. Canım boğazıma yığılmışdı. Bir gün dözməyib, dedim ki, mən şəhid atasıyam, heç olmasa, buna görə mənə hörmət elə. O da cavabında qayıtdı ki, şəhid atasısan, gəl, otur mənim boynumda”.

Vətəndaş Saday Hüseynov Meydan TV-yə belə deyir.

O bildirir ki, “Kristal Abşeron” MTK-ya aid “Xəzər İnşaat” Mənzil-Tikinti Kooperativinin Bakının Məhsəti Gəncəvi küçəsində yerləşən iki binasında fəhlə işləyib.

Binaların inşası bitəndən sonra ona komendant köməkçisi vəzifəsi verilib:

“Səkkiz il işlədim, binaların sakinləri də məndən razı idilər. 2022-ci ilin sentyabrında şirkət Fuad Rəsulov adlı şəxsi icraçı direktor təyin etdi. Bu adam gələndən mənə göz verib, işıq vermədi. Mənim əməkhaqqım min manat, onunku isə səkkiz yüz manat idi. Əvvəl bundan başladı. Dedi ki, sən maaşının iki yüz manatını mənə verməlisən”.

“Bəzən istirahət günlərində bina sakinləri məni mənzillərində su krantının xarab olması kimi işlərə görə çağırırdılar. Gördüyüm işin müqabilində də pul verirdilər. Fuad Rəsulov da başladı ki, sən həmin pulları mənə verməlisən. Çünki şirkətdən maaş alırsan. Mən də etiraz etdim ki, mən bu pulu işdən sonra qazanıram”, – deyə o bildirib.

Saday Hüseynovun sözlərinə görə, şirkət rəhbərliyinə komendantdan şikayət etsə də, heç bir nəticəsi olmayıb:

“Onun mənə qarşı psixoloji təzyiqləri davam edirdi. Rəhbərlik hər dəfə deyirdi ki, başını aşağı sal, işlə. Nə qədər çalışdım, alınmadı. Bu alov, mən də su oldum. Deyirdi ki, burada işləmək istəyirsənsə, mənə hörmət elə, pul ver. Şirkət rəhbərliyi də deyir ki, Fuad Rəsulov elə söz deməz. Dedim ki, necə yəni deməz? Bu adam mənə işləməyə imkan vermir. Lakin xeyri olmadı. Axırda da dedi ki, işə gəlmə”.

2023-cü ilin yanvarından işsiz qalan Saday Hüseynov ona qarşı haqsızlıq edildiyini deyir:

“Yanvar ayından evimə pul girmir. Artıq o iş mənə lazım deyil. Mənə təsir edən Fuad Rəsulovun sözləridir. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan oğlum Anar Hüseynliyə verilən şəhidlik pulundan da imtina etmişəm. Yeri gələndə, bu dövlətdən də imtina edəcəyəm. Dövlətin mənə qayğısı, hörməti budur. Mən həmin puldan imtina etdim ki, Azərbaycan öz ordusunu gücləndirsin. Gözləmirdim ki, hansısa məmur mənə belə münasibət göstərəcək”.

Vətəndaş şirkətin əməkdaşı Fuad Rəsulovun ona qarşı etdiklərinə görə cavab verməsini istəyir:

“İyunun 14-də şirkətin baş ofisinə gedib, rəhbərliklə görüşdüm. Məni İbrahim adlı bir şəxs qəbul etdi. Bildirdim ki, işçiniz məndən rüşvət tələb edib. Ona şəhid atası olduğumu deyəndə, üstəlik, məni təhqir də edib. Şirkət rəhbəri də cavabında dedi ki, deyir-deyir də, burda nə var ki?! Sözdür də, deyir. Onun ağlı ora qədər çatır. İndi mən ona nə etməliyəm? Mən də deyirəm ki, siz nəsə bir tədbir görməlisiniz, axı məni təhqir edib. Deyir ki, dayı, biz onun ağzına açar olmayacağıq. Başa salıram ki, bu adam məndən rüşvət istəyir. Cavabında deyir ki, çağırıb, onunla söhbət edərik”.

“Kristal Abşeron” MTK-dan bildirilib ki, məsələ araşdırılıb və onların Saday Hüseynov adlı işçisi yoxdur, olmayıb.

Saday Hüseyov isə deyir ki, onu işə məhz “Kristal Abşeron” götürüb.

Onun sözlərinə görə, “Xəzər İnşaat”da çalışsa da, bütün işlər “Kristal Abşeron”un baş ofisindən idarə olunur.

Fuad Rəsulov Meydan TV-yə deyib ki, Saday Hüseynovun onun ünvanına söylədikləri doğru deyil:

““Xəzər İnşaat” MTK binanı tikib təhvil verəndən sonra Nizami 9 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılıb. Bina sakinlərinin birgə razılığı ilə də mən binaya icraçı direktor təyin edilmişəm. Saday Hüseynovun bizim cəmiyyətə, binaya aidiyyəti yoxdur. O, “Xəzər İnşaat” MTK-nın işçisi olub. Binanın inşaası zamanı fəhlə işləyib. Bizim binadan əlavə iki binada tikinti işləri tamamlanmadığı üçün şirkət bir neçə fəhləni müvəqqəti olaraq binalarda saxlayıb. Saday Hüseynov da binalarda olduğu müddətdə evlərə gedib, paltaryuyan maşın quraşdırıb, su krantını dəyişib. Halbuki onun bina daxilində mənzillərə girmək səlahiyyəti yoxdur. Bununla əlaqədar ona bir neçə dəfə şifahi xəbərdarlıq etmişəm. Onun maaşının artması, yaxud da azalması mənim səlahiyyətim daxilində deyil. Şəhid atası olduğu üçün ona bu cür şər-böhtan sözlər deməyi uyğun bilmirəm. Onunla qanun müstəvisində danışa bilərəm, amma özümə yaraşdırmıram”.

“Dəfələrlə demişəm ki, Saday dayı, işçimiz deyilsən. Nasosxanadır, işıq şitləri olan yerlərə icazəsiz girmək olmaz. Bunlara rəsmi olaraq mən cavabdehəm. Hər bir binada daxili nizam-intizam qaydaları var. Şəhid atası olmaq o deyil ki, gəlib, mənə şər-böhtan atsın. Qonşular hamısı deyir ki, Fuad müəllim, bir izahat yazaq, hamımız da qol çəkək ki, sizin fəaliyyətinizdən, davranışınızdan çox razıyıq”, – deyə o bildirib.

Meydan TV










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru