Əlildən, şəhiddən məcburi sığorta haqqı tələbi absurddur - ETİRAZ
Tarix: 22-09-2023, 12:39 | Çap et
 Şəhidlərə, qazilərə, əlillərə sözdə diqqət və qayğının işdə elə sözdən o yana keçmədiyini qurtuluşla bitən 44 günlük Qarabağ savaşı ortaya qoydu. Mənəvi yöndən “baştacı” edilən savaş igidləri maddi yöndən “ayaqaltı” edildilər. Kiminin əlilliyi , kiminin mənzili, kiminin pensiyası , bir sözlə , Konstitusiyanın 38-ci maddəsi ilə təminat verilən sosial təminat hüququ ləğv edildi!(?)
Təsəvvür edin, 10 noyabr 2020-ci il ZƏFƏR GÜNÜ kimi Azərbaycan tarixinə yazılandan bir ay sonra 29.12.2020-ci il tarixli qanunla “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsi (“Əmək pensiyasının sığorta hissəsinə əlavələr”) ləğv edildi və ...Qarabağ əlilləri 55-110 manat arası VERİLMƏYƏN aylıq əlavədən məhrum edildilər. Deputat korpusu, hökumət bu məhrumluğu dövlət (başçısının) qayğısı kimi sırıdılar. Pensiya ödəyən qurum isə ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə qarşı çıxaraq, 29.12.2020 -ci il tarixli qanunu 15 il qabağa -06.02.2006-ci il tarixli qanuna şamil edərək , 15 ildə vermədiyi əlavələri yenidən “kəsdi”. Nə deputat korpusunun səsi çıxdı, nə Hesablama Palatasının, nə Ombudsmanın, nə PA-nın, NK-nın, nə də hüquq-mühafizə orqanlarının. Hamısı haqqını alıb susdu. Pensiya ödəyən qurumun bu susqunluqdan sui-istifadəsi o həddə çatdı ki, hətta məhkəmə qərarı ilə pensiyalarına əlavə haqq edənlərin haqqını da kəsdi. Dövlət hakimiyyəti dövlətin ərazi bütövlüyünü təmin edənləri dövlət himayəsindən məhrum etdi.
“Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsinə əsasən , qulluq stajına görə pensiyalarına əlavə hüququ olan şəxslərin -şəhidlərin, qazilərin, savaş əlillərinin vı s. TUTMUŞ OLDUQLARI VƏZİFƏLƏR ÜZRƏ AYLIQ ƏMƏKHAQQI (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) SONRADAN ARTIRILDIQDA, bu ARTIMA UYĞUN OLARAQ PENSİYALAR YENİDƏN HESABLANIR(DI). Di gəl, Prezidentin 23.12.2021-ci il tarixli 1525 saylı fərmanla hərbi vəzifə maaşlarına müəyyən etdiyi 20 faizlik əlavə “BAŞTACI”LARININ- ŞƏHİDLƏRİN, ƏLİLLƏRİN PENSİYASINA HESABLANMADI. ƏƏSMN yetkililəri bu “diqqət-qayğını” öncə “əlavə”nin “artım” sayılmaması (?) ilə izah etdi, sonra qanuna edilən bir il sonrakı 05.11.2022-ci il tarixli dəyişikliklə.(?) Bəli, bəli, ZƏFƏR GÜNÜNDƏN 2 İL SONRA 05.11.2022-ci il tarixli (“DİQQƏT-QAYĞI”LI) qanunla 29.2 maddəsi LƏĞV EDİLDİ və.. Kontitusiyanın 149-cu maddəsinin VII hissəsinə zidd olaraq geriyə- 1 il qabaqkı 23.12.2021 tarixli prezident fərmanına şamil edildi ..və bu absurdluq hələ də sürür.
2022-ci il tarixli qanunun bir il qabaqkı 2021-ci il tarixli Prezident fərmanına şamil edilməsi absurdluğu bir yana, şəhidlərə, əlillərə şamil edilməsi absurddur. Bilirsiniz, şəhidlərin, savaş əlillərinin TUTMUŞ OLDUQLARI VƏZİFƏLƏR ÜZRƏ TƏMİNAT XƏRCLİYİ SONRADAN ARTIRILDIQDA PENSİYALARININ YENİDƏN HESABLANMASINA QADAĞA QOYAN NƏDİR? XİDMƏTƏ YARARSIZ ƏLİLİN, XİDMƏTDƏN CƏNNƏTƏ “EZAM OLUNAN” ŞƏHİDİN DÖVLƏTƏ MƏCBURİ SIĞORTA HAQQI ÖDƏMƏMƏSİ!(?) Absurd deyilmi?
Şəhid, əlillərə ilgidə bu absurdluğa son qoymaq çağıdır. Dövlət şəhidin, savaş əlilinin sığorta puluna, əlinə baxmalı deyil, şəhid, əlil dövlətin sığortasına baxır. Bir günlük antiterror əməliyyatı şəhidləri, qaziləri bir daha mənəvi ucalığa qaldırdı, maddi ucalığı təmin etməksə dövlətin borcudur.
Məğrur BƏDƏLSOY
Ədalət adına vurğulayaq ki, “Əmək pensiyaları haqqında” qanuna edilən 13 may 2022-ci il tarixli dəyişikliklə İŞLƏYƏN şəhid ailələrinin, savaş əlillərinin pensiyalarının yenidən hesablanmasını onların MÜRACİƏTLƏRİ ƏSASINDA 37.3.2-1 maddəsi diqtə edir. Dİ gəl, qanununun diqtəsini pensiya qurumunun özbaşınalıq diktaturası əvəz edir, işləyən savaş əlillərinin müraciətinə İŞLƏMƏLƏRİ “ƏSASI” ilə (?) imtina edilir . Daha bir “diqqət-qayğı” absurdluğu: QANUN PENSİYAYA ÇIXANDAN SONRA İŞLƏMƏYƏ DAVAM EDƏNLƏRİN FƏRDİ SIĞORTA HESABINDA YIĞILAN KAPİTALA UYĞUN YENİDƏN HESABLANMANI NƏZƏRDƏ TUTUR, HESABLAMANI ETMƏLİ QURUM İSƏ HESABLAMIR Kİ, ƏLİL İŞİNİ DAVAM ETDİRİR.
DİA.AZ


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46 |
|
|
|
| • Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44 |
|
|
|
| • Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40 |
|
|
|
| • "Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36 |
|
|
|
| • Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28 |
|
|
|
| • Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
| • Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50 |
|
|
|
| • “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45 |
|
|
|
| • Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39 |
|
|
|
| • “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33 |
|
|
|
| • Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34 |
|
|
|
| • Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11 |
|
|
|
| • Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09 |
|
|
|
| • Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07 |
|
|
|
| • "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04 |
|
|
|
| • Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46 |
|
|
|
| • Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27 |
|
|
|
| • Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20 |
|
|
|
| • Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16 |
|
|
|
| • ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10 |
|
|
|
| • Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05 |
|
|
|
| • Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58 |
|
|
|
| • Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55 |
|
|
|
| • Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52 |
|
|
|
| • "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50 |
|
|
|
| • Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48 |
|
|
|
| • "Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45 |
|
|
|
| • TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34 |
|
|
|
| • Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28 |
|
|
|
| • Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25 |
|
|
|
| • Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24 |
|
|
|
| • Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19 |
|
|
|
| • Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06 |
|
|
|
| • Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02 |
|
|
|
| • Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55 |
|
|
|
| • Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49 |
|
|
|
| • Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42 |
|
|
|
| • Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31 |
|
|
|
| • Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28 |
|
|
|
| • Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24 |
|
|
|
| • Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23 |
|
|
|
| • Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20 |
|
|
|
| • Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11 |
|
|
|
| • Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10 |
|
|
|
| • Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06 |
|
|
|
| • “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Dünən, 17:04 |
|
|
|
| • Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:55 |
|
|
|
| • General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Dünən, 16:50 |
|
|
|
| • “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Dünən, 16:48 |
|
|
|
|