Kənd Təsərrüfatı Nazirliyinin tenderi .....                     Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? .....                     Kədərli mahnıları da gülməli olan müğənnimiz .....                     ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? .....                     İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib .....                     Başçıya müraciət etsə də... .....                     MSK üzvlərinin səlahiyyət müddəti bitir .....                     Dünyanın ən müftəxor deputatları .....                     Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir .....                     28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur .....                     Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti .....                     Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” .....                     Bakıda alça və gilası .....                     Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı .....                     "Əgər sizin sisteminiz müştərini narahat edirsə..." .....                     Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq .....                     "Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." .....                     Tramp bunu etsə, fəlakətlə üzləşəcək .....                     İranla müharibə bitməyib və yeni hadisələr mümkündür .....                     İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var .....                     ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, .....                     Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... .....                     Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu .....                     Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... .....                     Bura pul qoyan da peşman olur... .....                     "Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." .....                     "Azərbaycan mənim evimdir" .....                     "İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" .....                     "Cəzasızlıq cinayətin inkişafına təkan verir" .....                     İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib .....                     Cəlilabadda şübhəli TENDER BAZARI .....                     AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ .....                     Ata tender keçirir, oğul qazanır .....                     Burda vaxtı keçmiş məhsul satırlar .....                     ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb .....                     İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb .....                     İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                 

"Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." - deputat
Tarix: 23-01-2025, 08:41 | Çap et
"Azərbaycanın AŞ PA-dan gözləntisi budur..."
Hazırda Azərbaycanla Avropa Şurası Parlament Assambleyası (AŞ PA) arasında heç bir dialoq mövcud deyil. Bu qurum özünü elə bir quyuya salıb ki, buradan onun qısa zamanda çıxması inandırıcı deyil. İndi isə AŞ PA, Avropa Birliyi, ABŞ ətrafındakı proseslər tamamilə fərqli istiqamətdə cərəyan etməyə başlayıb.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

“AŞ PA müstəqil təşkilat deyil. Bu qurum öz müstəqilliyini çoxdan itirib. İki kontekstdə təşkilat nüfuzunu heçə endirdi”, - deyə o qeyd edib.

Komitə sədri hesab edir ki, AŞ PA-da Frank Şvabe (almaniyalı ermənipərəst deputat) kimi şəxslər artıq “hökmranlıq” edir: “Ona görə də AŞ PA-nı getdikcə cılızlaşdırır, ucuzlaşdırır və daha çətin, gərgin vəziyyətə salırlar. Bu, özlüyündə həmin təşkilatda olan mənfi elementlərdən biridir”.

Səməd Seyidova görə, hazırda AŞ PA-nın Avropada və dünyada nüfuz təsiri getdikcə aşağı düşür: “Demək olar ki, bu təşkilatın mövqeyi heç nədə nəzərə alınmır. Bu isə Avropa Birliyinin, ABŞ-ın daxilində baş verən proseslərlə bağlıdır. Ona görə də AŞ PA-nın durumu daha çox Avropa Birliyində və ABŞ-da baş verən məsələlərdən asılıdır. Çünki bu qurum müstəqil olaraq öz sözünü deməkdən könüllü şəkildə imtina edib. Qeyri-obyektiv qərarların qəbulu, ikili standartların üst səviyyəyə qaldırılması və böyük səhvlər AŞ PA-nı indiki hala salmış oldu”.

Qeyd edək ki, yanvarın 24-də Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. Bunun AŞ PA-dan Azərbaycana qarşı qeyri-obyektiv qərarların verilməsi ilə bağlı olduğu açıqlanıb. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası yanvarın 27-də işə başlayacaq. Ancaq Azərbaycan iştirak etməyəcək. Bakı qarşı tərəfdən addım gözləyir və qoyulan sanksiyanın ləğvini tələb edir. Bir neçə gün sonra başlanacaq iclaslarda Azərbaycanla bağlı hansı qərarlar və müzakirələr ola bilər?

Deputat Azər Badamov Azərbaycanın tələblərinin hələ də yerinə yetirilmədiyini qeyd etdi: “Avropa Birliyi və AŞ PA deqradasiyaya uğrayıb. Bu qurumlar öz müstəqilliyini itiriblər və sifarişlər əsasında qərarlar qəbul edirlər. ABŞ-da Trampın hakimiyyətə gəlməsi Avropa Birliyində narahatlıq yaradıb. Avropa Birliyinin rəhbərlərinin Trampın andiçmə mərasiminə dəvət olunmaması ABŞ-la Avropa Birliyi arasında münasibətlərin yeni bir dönəminin başlanacağına mesaj idi. Çünki Tramp demokratiyanın, müstəqilliyin və ədalətli əməkdaşlığın tərəfdarıdır. Amma Avropa Birliyi və AŞ PA ikili standartların və sifarişlərin icraçısına çevrilib. Bu baxımdan Azərbaycan-AŞ PA münasibətləri bir ildir ki, dayanıb. Azərbaycan AŞ PA-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Tələbimiz isə ölkəmizə qarşı qərəzli münasibətin dəyişdirilməsi, şavabelərin təsiri altında qərəzli qərarların qəbul olunmasının dayandırılmasıdır. Təbii ki, AŞ PA öz qış sessiyasında Azərbaycana qarşı münasibətini dəyişərsə, yəni sanksiya siyasətindən əl çəkərsə, bizim yenidən qayıtmağımız mümkündür. Azərbaycanın AŞ PA-dan gözləntisi budur. Amma onlar öz qərəzindən əl çəkməzlərsə, bizim də o xristian yuvasında işimiz olmayacaq. Avropa nəzərə almalıdır ki, dünyada siyasi müstəvi dəyişilir. Bu baxımdan ABŞ Avropa Birliyi münasibətlərinə yenidən baxarsa, Avropanın qurumları da öz yoluna qayıda bilər”.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov AŞ PA-nın Azərbaycanla bağlı tutduğu səhv mövqeyin hələ də davam etdiyini söylədi: “Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında iştirakının bir il əvvəl qeyri-müəyyən müddətə dayandırılmasına səbəb qurumun haqsız və ədalətsiz mövqe tutması və erməniləri birtərəfli qaydada dəstəkləməsi oldu. Xüsusən də almaniyalı Frank Şvabe kimi deputatların aqressiv hücumları nəticə etibarı ilə AŞ PA-Azərbaycan münasibətlərini qopma həddinə çatdırdı. Beləliklə də Azərbaycan bu qurumu tərk etmək məcburiyyətində qaldı. Təəssüf doğuran odur ki, Parlament Assambleyası öz səhvini düzəltmək və konstruktivlik göstərmək əvəzinə, bunun tamam tərsini etməklə gerdönüşü faktiki bloklamış oldu. Azərbaycan bu qurumda fəaliyyətini bərpa etməkdə və fəal işləməkdə maraqlıdır. Ancaq AŞ PA ölkəmizlə bağlı mövqeyində dəyişikliklər etmədiyindən, qərəz-mərəzindən özünü xilas edə bilmədiyindən qurum 24 yanvar sessiyasını da Azərbaycansız keçirməli olacaq. Görünən odur ki, AŞ PA Azərbaycanla bağlı hələ də düzgün xətt götürməyib və təzyiqlərini davam etdirəcək. Baxmayaraq ki, qəbul etdiyi sənədlərin hüquqi çəkisi yoxdur və deklorativ xarakter daşıyır. Ancaq Azərbaycanın Parlament Assambleyasından kənar tutulması bu qurum üçün də ciddi itki sayılmalıdır. Çünki Azərbaycan Avropanın bir parçasıdır və Qərbə inteqrasiya yönündə Moskvanın təhdidlərinə baxmayaraq riskli addımlar atır. Nəqliyyat və enerji şaxələndirilməsində, eləcə də təhlükəsizlik arxitekturasında önəmli rolu var. Problem ondadır ki, istər AŞ PA olsun, istər Avropa Parlamenti olsun, istərsə də Qərbin bir sıra təsisatları olsun, nə yazıq ki, müstəqil və sərbəst qərarlar vermək və obyektivlik göstərmək iqtidarında deyil. Həmin institutlar Fransa və Almaniyanın təsiri altındadır və çox vaxt bu dövlətlərin maraqları kontekstindən çıxış edir. Məncə, AŞ PA özü müstəqil orqana çevrilməyincə belə gərginliklərı və əməkdaşlığa mane törədən halları ortadan götürmək mümkün olmayacaq. Halbuki Moskvanın təzyiqlərinə məruz qalaraq Qərbə inteqrasiyaya can atan gənc dövlətlər üçün AŞ PA əlverişli məkan, dialoq və dostuq körpüsü olmalıdır. Demokratiyanın beşiyi sayılan Avropada demokratiyaya sayğısızlıq ümumi bəşəri dəyərlər üçün mübarizə aparanları da çətin duruma salır və ümidsizləşdirir”.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55
Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54
Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53
ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47
İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44
Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42
MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35
Dünyanın ən müftəxor deputatları - Hər əl qaldırmağa ən azı 25-30 min manat
Bu gün, 09:32
Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir - CNN
Bu gün, 09:27
28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur - DETALLAR
Bu gün, 09:25
Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti - "Motivasiya olmayan yerdə isə..."
Bu gün, 09:11
Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” - TƏFƏRRÜAT
Bu gün, 08:10
Bakıda alça və gilası niyə fantastik qiymətə satırlar?
Bu gün, 08:08
Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı - ABŞ-ın “Qızıl mərmi”ləri sınağa çəkilir
Bu gün, 07:54
"Əgər sizin sisteminiz müştərini narahat edirsə..." - NARAZILIQ VAR...
Bu gün, 07:51
Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq - ABŞ
Bu gün, 07:27
"Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." - MALƏSƏF...
Bu gün, 07:10
Tramp bunu etsə, fəlakətlə üzləşəcək - Ritter
Bu gün, 07:01
İranla müharibə bitməyib və yeni hadisələr mümkündür - Netanyahu
Bu gün, 07:00
İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var - “The Wall Street Journal”
Bu gün, 06:58
ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var
Bu gün, 06:56
Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... - FAKT BUDUR!
Bu gün, 06:28
Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavab
Bu gün, 06:08
Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... - AKTUAL
Bu gün, 06:04
Bura pul qoyan da peşman olur... - GİLEY
Bu gün, 05:57
"Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." - Nura Suridən ETİRAZ
Bu gün, 05:42
"Azərbaycan mənim evimdir" - Müzəffərəddin şah Qacar
Bu gün, 05:38
"İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" - partiya sədri
Bu gün, 05:34
"Cəzasızlıq cinayətin inkişafına təkan verir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 05:26
İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21
Cəlilabadda şübhəli TENDER BAZARI - bunu bir araşdıran olsa...
Bu gün, 05:09
AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ İDDİASI
Bu gün, 05:04
Ata tender keçirir, oğul qazanır - "AzerGold" Sədrinin "Qızıl" oğlunun mediadakı arxivi...
Bu gün, 04:58
Burda vaxtı keçmiş məhsul satırlar - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:42
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Bu gün, 04:34
İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb - “Tasnim”
Bu gün, 04:28
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru