Arzu Rəhimovun oğlunun da bahalı həyat tərzi ilə bağlı məlumat yayıldı - İLGİNC İDDİALAR
Tarix: 25-04-2014, 16:55 | Çap et
 Heç kimə sirr deyil ki, müxtəlif vəzifələrdə işləyən şəxslərin bir çoxu uşaqlarının yüksək təhsil almasına çalışırlar. Araşdırmalar göstərir ki, bu gün Azərbaycanda müxtəlif dövlət postlarını tutan məmurların övladları daha çox xaricdə təhsil almağa üstünlük verirlər. İngiltərə, Amerika Birləşmiş Ştatları, İtaliya, Almaniya kimi ölkələrin ali təhsil müəssisələrində oxuyan məmur balaları kifayət qədərdir. Sözsüz ki, bu ölkələrdə illik təhsil haqqı Azərbaycanla müqayisədə çox bahadır. Məsələn, Almaniyada özəl universitetlərin illik təhsil haqqı 5 min avrodan başlayır.
Ölkəmizin ali təhsil ocaqlarında isə maksimum illik təhsil haqqı 3-4 min manat civarında dəyişir. Vəzifəli şəxslərin övladlarını hansı pullarla xaricdə oxutdurmaları maraqlıdır. Ayda 1000-1500 manat arası maaş alan məmur övladının illik 7 min avroluq təhsil haqqını necə qarşılaya bilir? Həqiqətən də, maraqlıdır. Bəzi məmurlar isə diqqət çəkməmək, daha doğrusu dilə-dişə düşməməkdən ötrü övladını, elə Azərbaycandakı təhsil müəssisələrində oxutdurur. Bildiyimiz kimi, maliyyə imkanları kifayət qədər geniş olan məmurlarımızdan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Arzu Rəhimovdur. Onun rəhbəri olduğu qurum 2012-ci ildə yaradılıb. Xidmət yeni yarandığından dövlət tərəfindən dəstək çox böyükdür. SHXÇDX-nin iki illik fəaliyyəti ərzində büdcədən xeyli miqdarda vəsait ayrılıb. Lakin həmin vəsaitlərin hara və hansı formada xərcləndiyi mübhəm məsələlərdəndir. Bu gün sizə Arzu Rəhimovun oğlu Murad Rəhimovla bağlı əldə etdiyimiz maraqlı faktları bildirmək istəyirik. Neçə gündür apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, xidmət rəisinin oğlu Murad Rəhimov Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) təhsil alır. Universitetə göndərdiyimiz sorğuya cavab verən təhsil müəssisəsinin tələbə şöbəsinin əməkdaşları bildirdilər ki, Murad Rəhimov ADİU-ya 2011-ci ildə qəbul olub və hazırda 3-cü kurs tələbəsidir:

В«Naxçıvan Muxtar Respublikasında anadan olan Murad 2011-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən imtahanlarda 505 bal yığaraq Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsinə qəbul olub. 600-cü qrupun tələbəsidirВ». Sorğumuza verilən cavab bu formada oldu. Bizim Arzu Rəhimovun oğlunun universitetə öz savadı hesabına girməsinə bir sözümüz yoxdur. Onsuz da 2011-ci ilin test bazasında, yəni kitabda da axtaracağıq. Oxuyub, əziyyət çəkib ki, bunun qarşılığını görüb. Bəlkə də onun universitetə qəbul olmasında başqa məqamlar var. Hələlik, bununla bağlı heç bir bilgimiz yoxdur. Universitetdəki etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Murad Rəhimov ADİU-ya qəbul olduqdan sonra məmur oğlu olduğunu hiss etdirib: В«O, universitetə qəbul olanda atası hələ Dövlət Miqrasiya Xidmətinin rəisi işləyirdi. Murad elə birinci kursdan özünü göstərməyə başladı. İlk dərs günündən ali məktəbə maşınla gəldi. Çox özündən razı uşaqdır. Atasının vəzifəsinə arxayın olaraq maliyyə fakültəsinin müəllimləri ilə ürəyi necə istədi o cür də rəftar edir. Dərsə davamiyyəti aşağı səviyyədədir. Müəllimlər məmur balası olduğu üçün ona qaib yazmır.
Bütün imtahanlardan tapşırıqla keçib. Bahalı həyata meylli olan məmur oğlu daha çox özü kimi imkanlı uşaqlarla oturub-dururВ». Mənbə vurğulayır ki, 3-cü kurs tələbəsi olan oğul Rəhimov nadir hallarda universitetin bufetinə girir: В«Murad şəhərin ən bahalı restoranlarında yemək yeyir. Dərs vaxtı dərsdə tapılmır. Bahalı maşınları ilə universitetə gəlib özünü sanki kimlərəsə göstərir. Ən çox "Lexus” markalı maşından istifadə edir.
Prezident şəhərdə В«avtoşluqВ» edən məmurların uşaqlarına xəbərdarlıq etsə də, Arzu Rəhimovun oğlu avtomobilini yüksək sürətlə idarə edir. Bundan başqa, yay tətilini ya ölkə daxilindəki bahalı istirahət mərkəzlərində, ya da xaricdə keçirirВ». Diqqətinizə çatdıraq ki, SHXÇDX rəisinin adı tez-tez müxtəlif maliyyə əməliyyatlarında hallanır. Görəsən, Murad Rəhimov nəyə görə məhz maliyyə fakültəsini seçib? Bu və digər məsələlər ətrafında araşdırmalarımız davam edir. Növbəti saylarımızda məmur oğlunun ADİU-dakı imtahan nəticələri barədə şok faktları ortaya qoyacağıq. \\ gundelik-bakı \\
Yazı ilə bağlı qarşı tərəfin də fikirlərini öyrənə bilərik.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13 |
|
|
|
| • Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05 |
|
|
|
| • “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04 |
|
|
|
| • "European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59 |
|
|
|
| • MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51 |
|
|
|
| • “Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47 |
|
|
|
| • Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42 |
|
|
|
| • Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35 |
|
|
|
| • Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33 |
|
|
|
| • Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16 |
|
|
|
| • Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13 |
|
|
|
| • Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09 |
|
|
|
| • TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04 |
|
|
|
| • Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57 |
|
|
|
| • Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52 |
|
|
|
| • Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07 |
|
|
|
| • Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04 |
|
|
|
|