
ABŞ Ədliyyə Nazirliyi qaçaqmalçılıq ittihamı ilə həbs edilən rusiyalı alim Kseniya Petrovanın ABŞ-dan Rusiyaya deportasiya edilməsini israr edir.
Teleqraf xəbər verir ki, bu barədə "ABC News" telekanalı Amerika departamentinin nümayəndələrinin məhkəmədəki ifadələrinə istinadən məlumat yayıb .
Məhkəmə iclası zamanı Ədliyyə Nazirliyinin nümayəndələri qadının Rusiya Federasiyasına deportasiya edilməsini xahiş ediblər.
Qeyd edək ki, Rusiyalı alim Kseniya Petrova ABŞ-də qurbağa embrionlarının qaçaqmalçılığına görə həbs edilib.
Rusiyalı alim Parisdən qayıdarkən Boston hava limanında saxlanılıb. O, Luizianadakı immiqrasiya mərkəzinə yerləşdirilib.