
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tabeliyində fəaliyyət göstərən "Azkommunlayihə" Kommunal Layihələndirmə İnstitutu üçün 1 ədəd minik avtomobilinin satın alınması üzrə tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, Dövlət Satınalmaları Portalında yerləşdirilən məlumata görə, bu tenderin qalibi "Toyota-Bakı Mərkəzi" MMC olub.
Şirkət instituta 185.300 manat dəyərində minik avtomobili təqdim edəcək.