Ermənistanda ölkə ərazisindən Rusiya hərbi bazasının çıxarılması məsələsi müzakirə olunmur.
"Report" erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
"Xeyr. Ermənistanda Rusiya hərbi bazasının çıxarılması məsələsini müzakirə edilmir", - o vurğulayıb.