İsmayıllı rayonunda bir müddət əvvəl oğlu tərəfindən bıçaqlanan Bəhlul Əzizov xəstəxanada vəfat edib.
APA-nın Şirvan bürosunun məlumatına görə, hadisə zamanı oğul atasının boğaz nahiyəsinə bıçaqla xəsarət yetirmişdi.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***
17.06.2025
İsmayıllıda oğul atasını bıçaqlayıb.
APA xəbər verir ki, hadisə rayonun Talıstan kəndində baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Kənan Əzizov atası 1968-ci il təvəllüdlü Bəhlul Əzizovun qarın və boğaz nahiyəsindən bir dəfə bıçaqlayıb.
Hadisəni törətmiş şəxs Kənan Əzizov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.