Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına bu barədə də sistemli olaraq müraciətlər daxil olur.
İşçilər bağladıqları Əmək müqaviləsi üzrə deyil, əmək funksiyalarına aid olmayan iş və xidmətlərdə çalışmağa məcbur edildiklərini, hətta buna görə də bir çox hallarda əmək intizamı məsuliyyətinə cəlb olunduqlarından şikayət edirlər.Bu əmək münasibətləri ilə əlaqədar aşağıdakıları bildirirəm:
1. Əmək Məcəlləsinə əsasən, hər bir işçinin əsas vəzifəsi - bağladığı Əmək müqaviləsi üzrə: əmək funksiya və vəzifələrini layiqincə yerinə yetirmək, eyni zamanda AR-n Əmək Məcəlləsində nəzərdə tutulan tələblərə əməl etməkdir.
2.İşçilər, yalnız bağladıqları Əmək müqaviləsi üzrə əmək funksiyaları və ya vəzifələrə görə əmək intizam məsuliyyəti daşıyırlar, Əmək müqaviləsində göstərilməyən funksiya və ya digərvəzifələrə görə hər hansı bir məsuliyyət daşımırlar və buna görə onlar əmək intizamı məsuliyyətinə cəlb edilə bilməzlər, bu işləri yerinə yetirməkdən imtina etdiklərinə görə.
3. İşçilərin əmək funksiyaları nədir? İşçilərin əmək funksiyası -onun əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə və peşə üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur.
4. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.
5. İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
6. İşəgötürənlər, Əmək Məcəlləsi ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui -istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati, cinayət məsuliyyəti daşıyırlar.
7. Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmişgüzəşt və ya imtiyazlardan məhrum ediləcəyi hədə qorxu ilə işçini əmək funksiyasına daxil olmayan işi(xidməti)yerinə yetirməyəməcbur etməyə görə: Min manatdan iki min manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.icu)