Aİ Paşinyanın “qələmini qırdı” .....                     Mingəçevir səhiyyəsinin AĞLAMALI HALI... .....                     Rəsmi İrəvanın “Artsaxbank” üzərindən yeni HOQQABAZLIĞI... .....                     Şərurun baş həkimi rəsmən özbaşına qalıb... .....                     8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi .....                     Rusiya ilə birgə sərhəd komissiyası ləğv olunur .....                     Trampın Rusiya ilə əlaqələrinə dair gizli sənədlər tapıldı .....                     Azərbaycanda uniforma biznesi .....                     Bakıda ƏMLAK ÇEKİ DAVASI .....                     ABŞ İrana qarşı ən böyük sanksiyalar paketini tətbiq edib .....                     "Adıma VÖEN açdırmışdılar..." .....                     "Ölkənin resursları yetərli olsa, dövlət büdcəsi kəsirlə tərtib edilməz" .....                     Bakı sakini tikintidə çalışsa da, 1 ildən çoxdur pulunu ala bilmir .....                     İranda Bakıya görə “müharibə” başladı .....                     Rusiya hələ də Azərbaycana özünün bir parçası kimi baxır .....                     Oğlu deputatlığa namizəd idi... .....                     “Belə bir layihə ətrafında fikirləşməyə dəyər” .....                     "Rusiya Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır" .....                     Xarici agentlər qədər təhlükəli işbaz məmurlar .....                     "Atamın evini yandırdı, qohumlarımın evində GİZLƏNİRƏM" .....                     Gülsüm Əliyeva Qənirə Ataşovaya UDUZDU .....                     Bu ixtisasları seçməyin .....                     Paşinyan öldürülərsə NƏ DƏYİŞƏCƏK? .....                     Gəncə icra hakimiyyətinin YALANI .....                     "Son gündür" deyə-deyə valideyni son qəpiyinə kimi soyurlar .....                     Politoloqun məhkəməsində kriptovalyuta söhbəti .....                     Sabiq deputatın şirkəti olan "Kaspİ Yıldız"ın .....                     Rusiya Gümrü bazasına silah daşıyır .....                     Elmar Məmmədyarov Rusiya agentidir? .....                     SOCAR-a yaxın daha bir şirkət yaradılıb .....                     "Yazanların çoxu azərbaycanlı idi" .....                     Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: .....                     Məktəb direktoruna yüksək vəzifə verildi .....                     Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər .....                     Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ .....                     Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb? .....                     Qaz və işıqda sabit tariflər .....                     ABŞ-ın müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib .....                     "Yazıçılar Birliyində senzura olmalıdır" .....                     MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənilib .....                 

Rusiya Ermənistana bu silahları daşıyır - Azərbaycan hazırlıq içində
Tarix: Dünən, 10:18 | Çap et

Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazaya hərbi yük daşıması davam edir. Erməni mediası yazıb ki, hər gün bir neçə belə təyyarə Gümrüyə eniş edir. Məntiqlə Nikol Paşinyan hökumətinin razılığı olmadan bu, mümkünsüzdür. Yaxud daşımalar tərəflər arasında 2044-cü ilədək qüvvədə olacaq (əgər ona kimi ləğv edilməzsə) Strateji Tərəfdaşlıq Sazişi əsasında həyata keçirilir.

Şübhə yox ki, qərbçi Nikol Vovayeviç ABŞ kəşfiyyatı hesabına hərbi yüklərin xarakterindən tam məlumatlıdır. Deməli, o, “fors-major” vəziyyətlə bağlı Amerikadan müvafiq xəbərdarlıq və təlimat da alıb. Unutmayaq ki, İrəvandakı ABŞ səfirliyi əməkdaşlarının sayına görə (3000) MDB məkanında ən böyük, dünyada isə İraqdan sonra ikinci böyük səfirlikdir. Yəni İrəvandakı amerikalı diplomatların böyük qismi diplomat missiyası daşımır. Onlar təhlükəsizlik və məxfi xidmət əməkdaşlarıdır.

Bu mənada silahlarla bağlı vəziyyətin tezliklə öz kulminasiya nöqtəsinə çatacağını proqnoz eləmək mümkündür. Ermənistanda daxili vəziyyət xeyli dərəcədə bundan asılı olacaq.

Bəs Rusiya Gümrü bazasına konkret hansı hərbi yükləri daşıyır - Ukraynada buna ehtiyac olduğu halda.

Kreml mövzuya münasibət bildirmək istəməyib: “Biz bu cür xəbərləri şərh etmirik. Bu barədə Müdafiə Nazirliyinə müraciət etməyiniz məsləhətdir”.

Bəzi şərhçilərə görə, Rusiya Cənubi Qafqaz ölkələrinə qarşı hərbi-siyasi təzyiqləri artırmaq məqsədilə Ermənistandakı Gümrü hərbi bazasının gücləndirilməsi prosesini sürətləndirib.

Ukrayna Hərbi Kəşfiyyatı da bu haqda məlumat yayıb. Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Andrey Yusovun sözlərinə görə, bu addımlar Kremlin qlobal təhlükəsizliyə qarşı yönəlmiş strategiyasının bir hissəsidir: “Rusiya Ermənistandakı hərbi mövcudluğunu artırmaqla yanaşı, Qafqazda millətlərarası qarşıdurmanı qızışdırmağa çalışır. Eyni zamanda Azərbaycan və Rusiya arasında münasibətlərin pisləşməsi də bu ssenarinin bir hissəsi ola bilər”.

Digər variantlardan biri kimi hərbi çevrilişə hazırlıq planı səslənir. Lakin yenə də Paşinyan hökumətinin gözü qarşısında bu hazırlığın görülməsi qəribədir.

Axı Nikol öz əleyhinə olan prosesə necə “yaşıl işıq” yandıra bilər? Üstəlik, erməni baş nazir Altaydan təzə qayıdıb, Rusiya ilə əlaqələri sahmana salmağa çalışıb. Ən nəhayət, Azərbaycan narahat olmalıdırmı?

Son illərdə Ermənistan cəmiyyətində və siyasi çevrələrdə bu hərbi bazanın ölkə ərazisindən çıxarılması məsələsi zaman-zaman gündəmə gətirilib. Mətbuatda vaxtaşırı yayılan məlumatlara görə, Ermənistan hakimiyyətinin bazanın fəaliyyətinə yenidən baxmaq niyyətində olduğu, hətta onu bağlamağı planlaşdırdığı iddiaları da irəli sürülüb. Amma rəsmi İrəvan deyilənləri təkzib edib.

Bütün bu proseslər fonunda Rusiyanın Gümrüdəki hərbi bazasını yenidən silahlandırması və şəxsi heyəti artırması regionda baş verə biləcək geosiyasi dəyişikliklərin xəbərçisi kimi qiymətləndirilə bilər.

Şübhəsiz ki, Azərbaycan da bu prosesləri diqqətlə izləyir. Çünki Ermənistanda Rusiyaya bağlı qüvvələrin çevriliş yolu ilə hakimiyyətə gətirilməsi və bu qüvvələrin Azərbaycanla 2020-ci ildə bağlanmış sülh razılaşmalarını pozması ehtimalı regionda yeni eskalasiya təhlükəsi doğura bilər. Maraqlıdır ki, Azərbaycanın sabiq baş naziri, təhlilçi Pənah Hüseyn Musavat TV-yə verdiyi müsahibəsində bu ehtimala toxunaraq bildirmişdi: “Rusiya Ermənistanda Paşinyanı devirdikdən sonra onun yerinə özünə sadiq qüvvələri gətirib, həmin hökumətin vasitəsilə Azərbaycana təzyiq və ya hərbi müdaxilə planlaya bilər. Bu, real təhlükədir”.

Hərbi müşahidəçilər bir versiyanı da istisna etmirlər: yeni bir eskalasiya ssenarisi hazırlanır. Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu artırması Azərbaycan sərhədlərinə təzyiq mexanizmi kimi istifadə edilə bilər. Bu, həm Ermənistanın revanşist hissələrini, həm də Rusiya təbliğatını qidalandıracaq addım ola bilər.

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a bildirib ki, Rusiya 102-ci bazaya əlavə qüvvələr göndərməklə bağlı Ermənistana hesabat vermək borcunda deyil. Onun sözlərinə görə, imzalanan müqavilə əsasında baza fəaliyyətini davam etdirir: “Ola bilsin ki, rotasiya həyata keçirilir. Gümrüdə olan hərbçilər cəbhəyə göndərilir, yeniləri gətirilir. Əgər əlavə qüvvə cəlb olunduğu və silah daşımaları barədə fakt varsa, deməli, Ermənistanda əlini gücləndirir. Rusiya hələ də Ermənistanı özünün təbəəsi sayır və ABŞ-ın addımlarına baxmayaraq, sərhədlərdə rus hərbçilərin olduğunu yaddan çıxarmamalıyıq”.

Ekspertin fikrincə, Ermənistanda hərbi çevriliş həmişə aktualdır, amma indi real deyil: “Paşinyan özü də Kremlə yarınır. O, Rusiya ilə ikibaşlı siyasəti davam etdirməyə çalışır. Təbii ki, Putin vəziyyətdən narazıdır, amma hazırkı hökumətlə işləyirlər. Sadəcə, X günü gözlənilir və ilk əlverişli fürsətdə Paşinyanın devrilməsinə böyük güc səfərbər olunacaq. Məsələ budur ki, erməni baş nazir Saakaşvili qədər radikal addımlar atmır. Düzdür, Rusiyadan ona siqnallar verilir ki, Zelenski yolu gedir. Hər halda, Ermənistan hökuməti münasibətləri kökündən korlamır. Bu mənada, Gümrüyə silah daşınmasına Paşinyan əngəl ola bilməsə də, prosesi izləyir. Məncə, mane ola bilmir. Rusiya isə hərbi mövcudluğunu gücləndirməklə Ermənistanda Qərb kəşfiyyatına “əzələ” nümayiş etdirir. Avropa Birliyinin artan müşahidəçiləri, amerikalı kəşfiyyatçıların bu ölkəyə yerləşməsi dərinləşdikcə Rusiya adekvat tədbirlər görməyə başlayıb. Hazırda Ermənistan uğrunda rəqabət güclənməkdədir".

Xatırladaq ki, Ermənistan ərazisində yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə təsis olunub. Baza Ermənistanla Rusiya arasında bağlanmış hərbi əməkdaşlıq müqaviləsinə əsasən fəaliyyət göstərir. Əvvəlcə bu saziş 25 il müddətinə nəzərdə tutulmuşdu. Lakin 2010-cu ildə Rusiya Federasiyasının o dövrkü prezidenti Dmitri Medvedyevin Ermənistana etdiyi rəsmi səfər zamanı bu müqavilənin müddəti daha 49 il - yəni 2044-cü ilə qədər uzadıldı. Hazırda həmin baza Ermənistanın Gümrü şəhərində yerləşir və Rusiya Silahlı Qüvvələrinin mühüm strateji dayağı hesab olunur.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aİ Paşinyanın “qələmini qırdı” - yerinə onu gətirirlər
Bu gün, 08:49
Mingəçevir səhiyyəsinin AĞLAMALI HALI... - BU NƏDİ BELƏ?
Bu gün, 08:40
Rəsmi İrəvanın “Artsaxbank” üzərindən yeni HOQQABAZLIĞI... - Görünəni odur ki...
Bu gün, 08:29
Şərurun baş həkimi rəsmən özbaşına qalıb... - MÜRACİƏT
Bu gün, 08:26
8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO
Bu gün, 08:16
Rusiya ilə birgə sərhəd komissiyası ləğv olunur - NƏLƏR GÖZLƏNİLİR?
Bu gün, 08:14
Trampın Rusiya ilə əlaqələrinə dair gizli sənədlər tapıldı - İLGİNC
Bu gün, 07:04
Azərbaycanda uniforma biznesi – dövlət tenderlərini kimlər udur
Bu gün, 07:03
Bakıda ƏMLAK ÇEKİ DAVASI - ETİRAZ
Bu gün, 06:41
ABŞ İrana qarşı ən böyük sanksiyalar paketini tətbiq edib - KİV
Bu gün, 06:30
"Adıma VÖEN açdırmışdılar..." - “Həyat” MMC ittiham olunur...
Bu gün, 06:22
"Ölkənin resursları yetərli olsa, dövlət büdcəsi kəsirlə tərtib edilməz" - Neft çıxır deyə "varlı" sanırlar...
Bu gün, 06:19
Bakı sakini tikintidə çalışsa da, 1 ildən çoxdur pulunu ala bilmir - GİLEY
Bu gün, 06:11
İranda Bakıya görə “müharibə” başladı – İrəvan və Ankara “birləşir”
Bu gün, 06:08
Rusiya hələ də Azərbaycana özünün bir parçası kimi baxır - FAKT BUDUR!
Bu gün, 06:05
Oğlu deputatlığa namizəd idi... - özü isə qanunları pozur...
Bu gün, 06:01
“Belə bir layihə ətrafında fikirləşməyə dəyər”
Bu gün, 05:58
"Rusiya Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır" - deputat
Bu gün, 05:56
Xarici agentlər qədər təhlükəli işbaz məmurlar - Onlar kimlərdir?
Bu gün, 05:54
"Atamın evini yandırdı, qohumlarımın evində GİZLƏNİRƏM" - Ərinin ölümlə hədələdiyi iki uşaq anası FƏRYAD EDİR
Bu gün, 05:50
Gülsüm Əliyeva Qənirə Ataşovaya UDUZDU - TƏFƏRRÜAT
Bu gün, 05:47
Bu ixtisasları seçməyin - Ekspertdən abituriyentlərə ÇAĞIRIŞ
Bu gün, 05:43
Paşinyan öldürülərsə NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Bu gün, 05:41
Gəncə icra hakimiyyətinin YALANI İFŞA OLUNDU
Bu gün, 05:39
"Son gündür" deyə-deyə valideyni son qəpiyinə kimi soyurlar - "Təhsil ocağı" yox, "təhsil bazarı"...
Bu gün, 05:34
Politoloqun məhkəməsində kriptovalyuta söhbəti - "Ona dedim ki, qazancla yanaşı, risk də ola bilər"
Bu gün, 00:21
Sabiq deputatın şirkəti olan "Kaspİ Yıldız"ın 1.4 milyonluq vergi borcu var
Bu gün, 00:19
Rusiya Gümrü bazasına silah daşıyır - Məqsəd nədir?
Bu gün, 00:16
Elmar Məmmədyarov Rusiya agentidir? - Sabiq nazir danışdı
Dünən, 18:15
SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Dünən, 18:10
"Yazanların çoxu azərbaycanlı idi" - Castinin konsertində evlənmək istəyən qız
Dünən, 18:02
Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: - Onun təbii sərvətləri Qərblə Çin üçün əsl "nifaq alması"na çevriləcək
Dünən, 17:58
Məktəb direktoruna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:55
Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər - AÇIQLAMA
Dünən, 17:53
Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ – Şəkidəki qətlin TƏFƏRRÜATI
Dünən, 17:46
Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb? - Ramil Əliyevin yeni tələbi….
Dünən, 17:40
Qaz və işıqda sabit tariflər - Məqsəd NƏDİR...
Dünən, 17:36
ABŞ-ın müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib
Dünən, 17:33
"Yazıçılar Birliyində senzura olmalıdır" - ÇAĞIRIŞ
Dünən, 17:20
MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənilib - VİDEO
Dünən, 17:17
Azərbaycanın qaz bumu: Rusiya bazardan sıxışdırılır - AKTUAL
Dünən, 17:14
3 ölkəni dəhşətə salan fəlakətlə bağlı SENSASİON iddia – Təhlükəli silah Rusiyadan işə salınıb?
Dünən, 17:09
Azərbaycanda saxta boşananların evi və müavinəti əlindən alına bilər - AÇIQLAMA
Dünən, 17:05
Maliyyə Nazirliyi 162 milyonluq yeyinti aşkarladı - Materiallar Baş Prokurorluğa göndərildi
Dünən, 17:04
Yer kürəsində yeni fəsillər yaranıb - "Live Science"
Dünən, 17:03
SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Dünən, 17:01
Gözəllik qurban tələb edir: Azərbaycanda isə hətta öldürür - NƏ ETMƏLİ?
Dünən, 16:58
“Baku Electronics” haqsız rəqabətə yol verib - İŞ QALDIRILIB
Dünən, 16:56
Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib
Dünən, 16:53
Azər Qasımlının məhkəməsində zərərçəkən ifadə verdi
Dünən, 16:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru