Rəsmi İrəvanın “Artsaxbank” üzərindən yeni HOQQABAZLIĞI... .....                     Şərurun baş həkimi rəsmən özbaşına qalıb... .....                     8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi .....                     Rusiya ilə birgə sərhəd komissiyası ləğv olunur .....                     Trampın Rusiya ilə əlaqələrinə dair gizli sənədlər tapıldı .....                     Azərbaycanda uniforma biznesi .....                     Bakıda ƏMLAK ÇEKİ DAVASI .....                     ABŞ İrana qarşı ən böyük sanksiyalar paketini tətbiq edib .....                     "Adıma VÖEN açdırmışdılar..." .....                     "Ölkənin resursları yetərli olsa, dövlət büdcəsi kəsirlə tərtib edilməz" .....                     Bakı sakini tikintidə çalışsa da, 1 ildən çoxdur pulunu ala bilmir .....                     İranda Bakıya görə “müharibə” başladı .....                     Rusiya hələ də Azərbaycana özünün bir parçası kimi baxır .....                     Oğlu deputatlığa namizəd idi... .....                     “Belə bir layihə ətrafında fikirləşməyə dəyər” .....                     "Rusiya Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır" .....                     Xarici agentlər qədər təhlükəli işbaz məmurlar .....                     "Atamın evini yandırdı, qohumlarımın evində GİZLƏNİRƏM" .....                     Gülsüm Əliyeva Qənirə Ataşovaya UDUZDU .....                     Bu ixtisasları seçməyin .....                     Paşinyan öldürülərsə NƏ DƏYİŞƏCƏK? .....                     Gəncə icra hakimiyyətinin YALANI .....                     "Son gündür" deyə-deyə valideyni son qəpiyinə kimi soyurlar .....                     Politoloqun məhkəməsində kriptovalyuta söhbəti .....                     Sabiq deputatın şirkəti olan "Kaspİ Yıldız"ın .....                     Rusiya Gümrü bazasına silah daşıyır .....                     Elmar Məmmədyarov Rusiya agentidir? .....                     SOCAR-a yaxın daha bir şirkət yaradılıb .....                     "Yazanların çoxu azərbaycanlı idi" .....                     Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: .....                     Məktəb direktoruna yüksək vəzifə verildi .....                     Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər .....                     Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ .....                     Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb? .....                     Qaz və işıqda sabit tariflər .....                     ABŞ-ın müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib .....                     "Yazıçılar Birliyində senzura olmalıdır" .....                     MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənilib .....                     Azərbaycanın qaz bumu: Rusiya bazardan sıxışdırılır .....                     3 ölkəni dəhşətə salan fəlakətlə bağlı SENSASİON iddia .....                 

Paşinyan məzuniyyətdən qayıtmaya bilər? - Bakıdan baxış
Tarix: Dünən, 11:52 | Çap et

“Yeni Müsavat”ın xəbər verdiyi kimi, Ermənistan baş naziri Nikol Paşinyan Rusiyaya səfərindən dərhal sonra təzədən məzuniyyət götürüb. Rəsmi məlumata görə, bu dəfə o, 28 iyuldan 15 avqustadək işə çıxmayacaq.

Baş nazir 18-23 iyul aralığında da məzuniyyətdə olub. Ən maraqlısı Paşinyanın Altaydan gələn kimi ikinci dəfə və daha uzun müddətə istirahətə yollanmasıdır. Ona görə ki, hazırda İrəvan-Moskva münasibətləri tarixində bəlkə də ən gərgin, ən kritik dövr yaşanır.

Üstəgəl, Altay səfəri öncəsi və ondan sonra Rusiya Gümrüdəki 102 saylı hərbi bazaya hərbi yüklər daşımağa davam edib. Bütün bunlar həm də Ermənistanda hakimiyyət əleyhinə, Moskvaya bağlı qüvvələrin xeyli fəallaşdığı dövrdə baş verir. Söhbət kilsədən, radikal-revanşistlərdən, separatçı ünsürlərdən, Kremlin “5-ci kolonu”ndan, həbsə atılan oliqarx Samvel Karapetyan çaplı “desantlar”dan gedir.

Odur ki, sual yaranır: Putin Paşinyanı arxayın edib, ona məzuniyyət “xeyir-duası” verib? Yoxsa Paşinyan siyasi mühacirətə hazırlaşır? O, məzuniyyətdən qayıtmaya bilərmi?

Hakim Yeni Azərbaycan Partiyasının parlament təmsilçilərindən olan Vüqar İsgəndərov “Yeni Müsavat”a açıqlamasında qarşıdakı zamanda erməni baş naziri çətin günlərin gözlədiyini qeyd etdi: “Rusiyadan qayıdan kimi Paşinyanın yenidən məzuniyyət götürməsi, əlbəttə ki, bir neçə sual meydana gətirir. Hazırda İrəvan-Moskva münasibətlərinin tarixində bəlkə də ən gərgin, ən kritik dövr yaşanır. "Qərbin adamı" adlandırılan Paşinyanın siyasi gedişləri şimal qonşumuzu narahat edir. Bəzi analitiklər hazırkı vəziyyətdə Paşinyanın mühacirətə getməsi barədə də fikir yürüdürlər. Çünki belə bir kritik vəziyyətdə baş nazirin ardıcıl məzuniyyət götürməsi “Antalya tətili”nə oxşamır. Əslində Nikol Paşinyanın məzuniyyətə çıxması, görünür, heç də istirahət üçün deyil. Onu qarşıda qayğılı günlər gözləyir. Gərgin keçəcək seçkiyə artıq hazırlıqlar başlayıb. İnandırıcı deyil ki, Putin tərəfindən Rusiya baş naziri Mişustinlə görüş zamanı Paşinyana hansısa bir vədlər verilsin. Hər halda, Paşinyan da Rusiya ilə münasibətlərin tam qırılmasını istəmir. Çünki Paşinyan hər dəfə Rusiyaya “diş göstərmək” istəyəndə Rusiya da buna cavab verir. Altay səfəri öncəsi və ondan sonra Rusiya Gümrüdəki 102 saylı hərbi bazaya hərbi yüklər daşımağa davam edib. Bu bazada hərbi gücün artırılması da Rusiyanın narahatlığının göstəricisidir. Bütün bu addımlardan isə Paşinyan narahat olmaya bilməz. Bu baxımdan Rusiya ilə münasibətləri tam bitirmək də ağılsızlıq olar. Paşinyan müəyyən qədər Rusiya ilə münasibəti saxlamaq istəyir. Çünki məlum məsələdir ki, Rusiyanın Ermənistanın ictimai-siyasi həyatına müdaxilə edə biləcək gücü var. Hələ də Rusiyanın bu ölkədə güclü tərəfdarları mövcuddur. Revanşist kəsim, Daşnaksütyun və digər partiyalar, kilsə, hər biri Rusiyaya bağlı şəxslərdən ibarətdir. Əsasən də həbsə atdığı Samvel Karapetyanın siyasi qüvvə, hərəkat yaratmaq cəhdləri hiss olunur ki, artıq Paşinyan üçün baş ağrısıdır. Kremlin “5-ci kolonu”nun aktivləşməsi ölkədə qarışıqlıq yarada bilər. Bütün bu aktivləşmələr isə, əlbəttə, gözdən yayınmır. Hər halda, Paşinyan məzuniyyətdən qayıdacaq. O istirahətə çıxmaqla həm güc toplayır, həm də bir növ bu günlərdə kənarda qalaraq komandanın nəbzini yoxlayır. Üzü payıza, hər halda, komandada dəyişikliklərin olunması gözləniləndir".

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlının fikrincə, Paşinyanın hökumət başçısı kimi qalması Putinə sərfəlidir: “Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdə qalması Rusiyanın, konkret olaraq Vladimir Putinin birbaşa maraqlarına cavab verir. Paradoksallıq ondadır ki, Paşinyanın hakimiyyətdə qalması həm də Amerikanın və Qərbin maraqlarına cavab verir. Paşinyan hakimiyyətə gələndən sonra Rusiya ilə Ermənistan arasında ticari əlaqələrin həcmi 14 dəfədən artıq olub. İndi təsəvvür edin, Ermənistanda hakimiyyətdə radikal-revanşistlər, birbaşa Rusiyanın təsirində olan Köçəryan-Sərkisyan cütlüyü idi. Bu zaman Amerika Ermənistana da Rusiya kimi ən ağır sanksiyalar tətbiq edə bilərdi. ABŞ Paşinyana göstərdiyi diqqəti və qayğını Köçəryana göstərərdi? Əlbəttə ki, yox! Amerika Ermənistana Rusiyanın ən yaxın müttəfiqi kimi sanksiyalar tətbiq edərdi. Bütün bunları Putin dəqiqliyi ilə hesablayır. Bu və ya digər səbəblərə görə hələ ki Paşinyanın hakimiyyətdə qalması Putini qane edir. Paşinyan da bır sıra məsələlərdə Putinin tapşırıqlarını yerinə yetirir. Əvəzində Rusiyanın enerji ehtiyatlarını, qazını, neftini çox ucuz qiymətə əldə edir. Həmçinin Paşinyan bununla yanaşı həm Avropanın, Qərbin, həm də ABŞ-ın maddi və digər dəstəyini qazanır. Biz bir faktı da unutmamalıyıq. Gümrüdə bazada Rusiyanın 8 mindən artıq əsgəri var. 1999-cu ilin oktyabrında Ermənistan parlamentində Rusiya əleyhdarı olan spiker Karen Dəmirçiyanın və baş nazir Vazgen Sarkisyanın parlamentin iclasında güllələnməsi hadisəsini də unutmaq olmaz. Paşinyan bu tarixi çox yaxşı bilir. O özünün və komandasının belə bir aqibətlə üzləşə biləcəyini istisna etmir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rəsmi İrəvanın “Artsaxbank” üzərindən yeni HOQQABAZLIĞI... - Görünəni odur ki...
Bu gün, 08:29
Şərurun baş həkimi rəsmən özbaşına qalıb... - MÜRACİƏT
Bu gün, 08:26
8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO
Bu gün, 08:16
Rusiya ilə birgə sərhəd komissiyası ləğv olunur - NƏLƏR GÖZLƏNİLİR?
Bu gün, 08:14
Trampın Rusiya ilə əlaqələrinə dair gizli sənədlər tapıldı - İLGİNC
Bu gün, 07:04
Azərbaycanda uniforma biznesi – dövlət tenderlərini kimlər udur
Bu gün, 07:03
Bakıda ƏMLAK ÇEKİ DAVASI - ETİRAZ
Bu gün, 06:41
ABŞ İrana qarşı ən böyük sanksiyalar paketini tətbiq edib - KİV
Bu gün, 06:30
"Adıma VÖEN açdırmışdılar..." - “Həyat” MMC ittiham olunur...
Bu gün, 06:22
"Ölkənin resursları yetərli olsa, dövlət büdcəsi kəsirlə tərtib edilməz" - Neft çıxır deyə "varlı" sanırlar...
Bu gün, 06:19
Bakı sakini tikintidə çalışsa da, 1 ildən çoxdur pulunu ala bilmir - GİLEY
Bu gün, 06:11
İranda Bakıya görə “müharibə” başladı – İrəvan və Ankara “birləşir”
Bu gün, 06:08
Rusiya hələ də Azərbaycana özünün bir parçası kimi baxır - FAKT BUDUR!
Bu gün, 06:05
Oğlu deputatlığa namizəd idi... - özü isə qanunları pozur...
Bu gün, 06:01
“Belə bir layihə ətrafında fikirləşməyə dəyər”
Bu gün, 05:58
"Rusiya Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır" - deputat
Bu gün, 05:56
Xarici agentlər qədər təhlükəli işbaz məmurlar - Onlar kimlərdir?
Bu gün, 05:54
"Atamın evini yandırdı, qohumlarımın evində GİZLƏNİRƏM" - Ərinin ölümlə hədələdiyi iki uşaq anası FƏRYAD EDİR
Bu gün, 05:50
Gülsüm Əliyeva Qənirə Ataşovaya UDUZDU - TƏFƏRRÜAT
Bu gün, 05:47
Bu ixtisasları seçməyin - Ekspertdən abituriyentlərə ÇAĞIRIŞ
Bu gün, 05:43
Paşinyan öldürülərsə NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Bu gün, 05:41
Gəncə icra hakimiyyətinin YALANI İFŞA OLUNDU
Bu gün, 05:39
"Son gündür" deyə-deyə valideyni son qəpiyinə kimi soyurlar - "Təhsil ocağı" yox, "təhsil bazarı"...
Bu gün, 05:34
Politoloqun məhkəməsində kriptovalyuta söhbəti - "Ona dedim ki, qazancla yanaşı, risk də ola bilər"
Bu gün, 00:21
Sabiq deputatın şirkəti olan "Kaspİ Yıldız"ın 1.4 milyonluq vergi borcu var
Bu gün, 00:19
Rusiya Gümrü bazasına silah daşıyır - Məqsəd nədir?
Bu gün, 00:16
Elmar Məmmədyarov Rusiya agentidir? - Sabiq nazir danışdı
Dünən, 18:15
SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Dünən, 18:10
"Yazanların çoxu azərbaycanlı idi" - Castinin konsertində evlənmək istəyən qız
Dünən, 18:02
Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: - Onun təbii sərvətləri Qərblə Çin üçün əsl "nifaq alması"na çevriləcək
Dünən, 17:58
Məktəb direktoruna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:55
Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər - AÇIQLAMA
Dünən, 17:53
Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ – Şəkidəki qətlin TƏFƏRRÜATI
Dünən, 17:46
Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb? - Ramil Əliyevin yeni tələbi….
Dünən, 17:40
Qaz və işıqda sabit tariflər - Məqsəd NƏDİR...
Dünən, 17:36
ABŞ-ın müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib
Dünən, 17:33
"Yazıçılar Birliyində senzura olmalıdır" - ÇAĞIRIŞ
Dünən, 17:20
MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənilib - VİDEO
Dünən, 17:17
Azərbaycanın qaz bumu: Rusiya bazardan sıxışdırılır - AKTUAL
Dünən, 17:14
3 ölkəni dəhşətə salan fəlakətlə bağlı SENSASİON iddia – Təhlükəli silah Rusiyadan işə salınıb?
Dünən, 17:09
Azərbaycanda saxta boşananların evi və müavinəti əlindən alına bilər - AÇIQLAMA
Dünən, 17:05
Maliyyə Nazirliyi 162 milyonluq yeyinti aşkarladı - Materiallar Baş Prokurorluğa göndərildi
Dünən, 17:04
Yer kürəsində yeni fəsillər yaranıb - "Live Science"
Dünən, 17:03
SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Dünən, 17:01
Gözəllik qurban tələb edir: Azərbaycanda isə hətta öldürür - NƏ ETMƏLİ?
Dünən, 16:58
“Baku Electronics” haqsız rəqabətə yol verib - İŞ QALDIRILIB
Dünən, 16:56
Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib
Dünən, 16:53
Azər Qasımlının məhkəməsində zərərçəkən ifadə verdi
Dünən, 16:45
Türkiyədən zeytun budağı: "Sülh masası” Ankaraya daşınır - GƏLİŞMƏ
Dünən, 16:00
Husilərin İsrailə qarşı müharibəsi - Raketlərin pulunu kim ödəyir?
Dünən, 15:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru