Rəsmi İrəvanın “Artsaxbank” üzərindən yeni HOQQABAZLIĞI... .....                     Şərurun baş həkimi rəsmən özbaşına qalıb... .....                     8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi .....                     Rusiya ilə birgə sərhəd komissiyası ləğv olunur .....                     Trampın Rusiya ilə əlaqələrinə dair gizli sənədlər tapıldı .....                     Azərbaycanda uniforma biznesi .....                     Bakıda ƏMLAK ÇEKİ DAVASI .....                     ABŞ İrana qarşı ən böyük sanksiyalar paketini tətbiq edib .....                     "Adıma VÖEN açdırmışdılar..." .....                     "Ölkənin resursları yetərli olsa, dövlət büdcəsi kəsirlə tərtib edilməz" .....                     Bakı sakini tikintidə çalışsa da, 1 ildən çoxdur pulunu ala bilmir .....                     İranda Bakıya görə “müharibə” başladı .....                     Rusiya hələ də Azərbaycana özünün bir parçası kimi baxır .....                     Oğlu deputatlığa namizəd idi... .....                     “Belə bir layihə ətrafında fikirləşməyə dəyər” .....                     "Rusiya Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır" .....                     Xarici agentlər qədər təhlükəli işbaz məmurlar .....                     "Atamın evini yandırdı, qohumlarımın evində GİZLƏNİRƏM" .....                     Gülsüm Əliyeva Qənirə Ataşovaya UDUZDU .....                     Bu ixtisasları seçməyin .....                     Paşinyan öldürülərsə NƏ DƏYİŞƏCƏK? .....                     Gəncə icra hakimiyyətinin YALANI .....                     "Son gündür" deyə-deyə valideyni son qəpiyinə kimi soyurlar .....                     Politoloqun məhkəməsində kriptovalyuta söhbəti .....                     Sabiq deputatın şirkəti olan "Kaspİ Yıldız"ın .....                     Rusiya Gümrü bazasına silah daşıyır .....                     Elmar Məmmədyarov Rusiya agentidir? .....                     SOCAR-a yaxın daha bir şirkət yaradılıb .....                     "Yazanların çoxu azərbaycanlı idi" .....                     Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: .....                     Məktəb direktoruna yüksək vəzifə verildi .....                     Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər .....                     Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ .....                     Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb? .....                     Qaz və işıqda sabit tariflər .....                     ABŞ-ın müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib .....                     "Yazıçılar Birliyində senzura olmalıdır" .....                     MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənilib .....                     Azərbaycanın qaz bumu: Rusiya bazardan sıxışdırılır .....                     3 ölkəni dəhşətə salan fəlakətlə bağlı SENSASİON iddia .....                 

Axmaqlara xitab edənlər və Azərbaycan - REPLİKA
Tarix: Dünən, 12:33 | Çap et

"Əgər geniş kütlə toplamaq istəyirsinizsə, axmaqlara xitab edin".

Məşhur alman filosofu Artur Şopenhauer bu sözləri yazanda bəşəriyyət hələ XIX əsrin günortasında yaşayırdı. Şopenhauer Avropasının iddiliyasından indiki "TikTok" cəmiyyətlərinin siluetləri hələ görünmürdü.

İndi bu fikir, deyəsən, bir balaca köhnəlib. Çünki elə mən özüm "axmaq" kontentlərin təsiri altında yaşlanan xeyli ağıllı adam tanıyıram. Nə hikmətdirsə, ucuz mətləblərin "ucundan tutub" ucuzluğa gedənlərin sayı həndəsi silsilə ilə artır.

Sizə kimdən deyim. Dmitri Medvedyevdən. Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Medvedyevdən (sədr isə prezident Vladimir Putindir).

Belə demək olarsa, bu adam, yəni Dmitri Medvedyev zamanında baş nazirin birinci müavini olub, baş nazir olub. Hətta Putinin icazəsi ilə Rusiyanın prezident də olmuşdu. Doğrusu, nə qədər zərərli vərdişlərə təslim olmuş olsa da, adam ağılsız deyil; ali hüquq təhsili alıb, hüquq üzrə fəlsəfə doktorudur. Çox oxuyub, çox gəzib, çox şey bilir. Ancaq elə ki "yuxudan ayıldı", ya kimisə küçə ifadləri ilə təhqir edir, ya da ultimatum verir.

Medvedyev bu dəfə "qış yuxusundan" ayılıb, Amerika Birləşmiş Ştatlarına müharibə "elan edib". Donald Trampın Rusiyaya müharibəni dayandırmaq üçün verdiyi vaxtı qısaldıb, 50 gündən 10-12 günə endirməsini şərh edən Medvedyev deyib ki, belə getsə, müharibə Ukrayna ilə deyil, onun (Trampın) öz ölkəsi ilə aparılacaq.

Ukraynada bataqlığa düşüb çabalayan bir ölkənin kifayət qədər ciddi və yüksək vəzifə tutan bu məmuru, dediyim kimi, heç də axmaq deyil. Deməli, öz xalqını axmaq yerinə qoyub və axmaqlara ünvanlanmış leksikondan və ritorikadan istifadə edir.

Rusiyanın Medvedyev kimi başqa çox belə dövlət rəsmiləri, "ekspert"ləri, generalları, jurnalistəri var, sırf axmaqlara xitab edirlər. Yəni öz həmvətənlərini axmaq yerinə qoyurlar. Məsələn, baxırsan, Dövlət Dumasında deputatdır, ya da

keçmiş diplomatdır, yaxud stajlı- "ştatlı" "politoloq"dur, ancaq aşağı ayarlı kütləyə hesablanmış tavtologiyadan o tərəfə keçə bilmir. Ya da bunlara sifariş belə verilib.

Məsələn, həmin bu subyektlər Azərbaycan prezidentinin Ukraynalı jurnalist Dmitri Qordonun sualına verdiyi cavabı çox aşağı səviyyədə şərh edirlər. Deyirlər ki, İlham Əliyev Ukraynaya işğalla barışmamağı məsləhət görərkən, Rusiya-Ukrayna müharibəsində tərəf tutub, Ukraynanın tərəfində durub və sair.

Bu qədər oxumuş, təcrübəli, yaşlı-başlı adamlar - siyasi "ekspert"lər özləri özlərini dolaşdırırlar. Onların xəstə məntiqindən belə çıxır ki, Prezident İlham Əliyev Ukraynalılara: "Torpaqlarınızı Rusiyaya verin, əlinizi qaldırıb təslim olun" deməliymiş.

Əlbəttə ki, beynəlxalq hüquq, beynəlxaq münasibətlər üzrə "beynəlxal dərəcəli usta" - özünün də dediyi kimi, belə təcrübəli prezident Ukraynaya işğalla barışmamağı tövsiyə etməliydi və etdi. Çünki Rusiya Ukraynaya hücum edib, Ukrayna əraziləri işğal edilib, kağız üzərində - saxta sənədlərlə ilhaq edilib. Bunun qarşısında prezident Əliyev nə deməliydi?! Deməli idi ki, Ukrayna işğalla barışsın?! Təbii ki, yox.

Bax, bu qədər saddədən sadə həqiqətləri Rusiyanın "savadlı" adamları başa düşmək istəmir.

İkincisi, Azərbaycan əvvəldən Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyib və hazırda da bu mövqedədir. Çox sadə səbəbdən: bunlar hamılıqla qəbul edilmiş, Rusiyanın da 1992-ci ildə Helsinkidə lehinə səs verdiyi beynəlxalq hüquq prinsipləridir. Bu məsələlərdə Azərbaycan necə davranmalıdırsa, elə davranır. Hətta Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Moskvanın bunu əvvəldən bildiyini və anlayışla qarşıladığını deyib. Yəni rəsmi Bakının Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi indiyədək Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir etməyibsə, indi nə dəyişib ki?! Eyni Azərbaycandır, eyni aqressor Rusiyadır, eyni zərərçəkən, işğala məruz qalan Ukraynadır. Dəyişən bir şey yoxdur. O halda Azərbaycan prezidentinin indi söylədikləri - məlumun elanı Rusiya propaqandistlərinin bu cür dayaz stəkanında niyə bu boyda fırtına yaratsın ki?! Heç bir əsası, heç bir səbəbi yoxdur axı bu "fırtına"nın. Bunu anlamaq üçün nə diplomat olmaq lazımdır, nə politoloq. Sadəcə, normal adam olmaq lazımdır. Adam olmaq!

Doğrudan da, Medvedyev olmaq, Konstantin Zatulin olmaq asandır, Solovyov olmaq isə lap asandır. Amma adam olmaq çətinmiş, çətin!

Odur ki, Şopenhauerin sarkazm üslubunda dediyi kimi, axmaqlara, ya da axmaq yerinə qoyulanlara xitab edənlər özlərini ağıllı sayanda iki dəfə düşünsünlər. Əlbəttə, əgər sağlam düşüncə aparatları hələ tam sıradan çıxmayıbsa.

 Bahəddin Həzi, bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rəsmi İrəvanın “Artsaxbank” üzərindən yeni HOQQABAZLIĞI... - Görünəni odur ki...
Bu gün, 08:29
Şərurun baş həkimi rəsmən özbaşına qalıb... - MÜRACİƏT
Bu gün, 08:26
8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO
Bu gün, 08:16
Rusiya ilə birgə sərhəd komissiyası ləğv olunur - NƏLƏR GÖZLƏNİLİR?
Bu gün, 08:14
Trampın Rusiya ilə əlaqələrinə dair gizli sənədlər tapıldı - İLGİNC
Bu gün, 07:04
Azərbaycanda uniforma biznesi – dövlət tenderlərini kimlər udur
Bu gün, 07:03
Bakıda ƏMLAK ÇEKİ DAVASI - ETİRAZ
Bu gün, 06:41
ABŞ İrana qarşı ən böyük sanksiyalar paketini tətbiq edib - KİV
Bu gün, 06:30
"Adıma VÖEN açdırmışdılar..." - “Həyat” MMC ittiham olunur...
Bu gün, 06:22
"Ölkənin resursları yetərli olsa, dövlət büdcəsi kəsirlə tərtib edilməz" - Neft çıxır deyə "varlı" sanırlar...
Bu gün, 06:19
Bakı sakini tikintidə çalışsa da, 1 ildən çoxdur pulunu ala bilmir - GİLEY
Bu gün, 06:11
İranda Bakıya görə “müharibə” başladı – İrəvan və Ankara “birləşir”
Bu gün, 06:08
Rusiya hələ də Azərbaycana özünün bir parçası kimi baxır - FAKT BUDUR!
Bu gün, 06:05
Oğlu deputatlığa namizəd idi... - özü isə qanunları pozur...
Bu gün, 06:01
“Belə bir layihə ətrafında fikirləşməyə dəyər”
Bu gün, 05:58
"Rusiya Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır" - deputat
Bu gün, 05:56
Xarici agentlər qədər təhlükəli işbaz məmurlar - Onlar kimlərdir?
Bu gün, 05:54
"Atamın evini yandırdı, qohumlarımın evində GİZLƏNİRƏM" - Ərinin ölümlə hədələdiyi iki uşaq anası FƏRYAD EDİR
Bu gün, 05:50
Gülsüm Əliyeva Qənirə Ataşovaya UDUZDU - TƏFƏRRÜAT
Bu gün, 05:47
Bu ixtisasları seçməyin - Ekspertdən abituriyentlərə ÇAĞIRIŞ
Bu gün, 05:43
Paşinyan öldürülərsə NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Bu gün, 05:41
Gəncə icra hakimiyyətinin YALANI İFŞA OLUNDU
Bu gün, 05:39
"Son gündür" deyə-deyə valideyni son qəpiyinə kimi soyurlar - "Təhsil ocağı" yox, "təhsil bazarı"...
Bu gün, 05:34
Politoloqun məhkəməsində kriptovalyuta söhbəti - "Ona dedim ki, qazancla yanaşı, risk də ola bilər"
Bu gün, 00:21
Sabiq deputatın şirkəti olan "Kaspİ Yıldız"ın 1.4 milyonluq vergi borcu var
Bu gün, 00:19
Rusiya Gümrü bazasına silah daşıyır - Məqsəd nədir?
Bu gün, 00:16
Elmar Məmmədyarov Rusiya agentidir? - Sabiq nazir danışdı
Dünən, 18:15
SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Dünən, 18:10
"Yazanların çoxu azərbaycanlı idi" - Castinin konsertində evlənmək istəyən qız
Dünən, 18:02
Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: - Onun təbii sərvətləri Qərblə Çin üçün əsl "nifaq alması"na çevriləcək
Dünən, 17:58
Məktəb direktoruna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:55
Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər - AÇIQLAMA
Dünən, 17:53
Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ – Şəkidəki qətlin TƏFƏRRÜATI
Dünən, 17:46
Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb? - Ramil Əliyevin yeni tələbi….
Dünən, 17:40
Qaz və işıqda sabit tariflər - Məqsəd NƏDİR...
Dünən, 17:36
ABŞ-ın müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib
Dünən, 17:33
"Yazıçılar Birliyində senzura olmalıdır" - ÇAĞIRIŞ
Dünən, 17:20
MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənilib - VİDEO
Dünən, 17:17
Azərbaycanın qaz bumu: Rusiya bazardan sıxışdırılır - AKTUAL
Dünən, 17:14
3 ölkəni dəhşətə salan fəlakətlə bağlı SENSASİON iddia – Təhlükəli silah Rusiyadan işə salınıb?
Dünən, 17:09
Azərbaycanda saxta boşananların evi və müavinəti əlindən alına bilər - AÇIQLAMA
Dünən, 17:05
Maliyyə Nazirliyi 162 milyonluq yeyinti aşkarladı - Materiallar Baş Prokurorluğa göndərildi
Dünən, 17:04
Yer kürəsində yeni fəsillər yaranıb - "Live Science"
Dünən, 17:03
SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Dünən, 17:01
Gözəllik qurban tələb edir: Azərbaycanda isə hətta öldürür - NƏ ETMƏLİ?
Dünən, 16:58
“Baku Electronics” haqsız rəqabətə yol verib - İŞ QALDIRILIB
Dünən, 16:56
Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib
Dünən, 16:53
Azər Qasımlının məhkəməsində zərərçəkən ifadə verdi
Dünən, 16:45
Türkiyədən zeytun budağı: "Sülh masası” Ankaraya daşınır - GƏLİŞMƏ
Dünən, 16:00
Husilərin İsrailə qarşı müharibəsi - Raketlərin pulunu kim ödəyir?
Dünən, 15:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru