Qarabağ Futbol Klubunun məşqçisi Qurban Qurbanovun oğıu Musa Qurbanlının toy məclisi haqqında yeni məlumatlar ortaya çıxıb.
Gununsesi.info–nun xəbər verir ki, toy məclisi sərt dini qaydalar çərçivəsində keçirilib.
Belə ki, toy məclisində musiqi səsləndirilməyib.
Gəlinin, bəylə əyləşməsinə icazə verilməyib.
Həmçinin, məclisdə alkoqollu içki də qoyulmayıb.
Yazıçı Elşən Əzim Qurbanovun toyunun Azərbaycan xalqının milli və dini adətlərinə zidd olduğunu yazıb.
“Gəlin toyda görünməyib, anladıq, əvvəllər kişi məclisində gəlin iştirak etməzdi.
Məclisdə yalnız kişilər olub, bunu da anladıq, güman ki, qadın məclisi başqa zaldadır.
İçki olmayıb, bu da məlumdur.
Bəs toyda musiqinin olmaması hansı dinin və hansı millətin adətidir?
Musiqisiz toy olar?
Musiqi niyə haram buyurulsun ki ?
Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Özləri bilər, toy şəxsi məsələdir. Bu mövzuda kiminsə işinə qarışmaq olmaz.
Amma və lakin…. Qurbanovlar futboldan qazandıqları milyonları ölkəmizdə milli və dini dəyərlərimizlə daban-dabana zidd fəaliyyət göstərən dini sektanın, fərqli məzhəbin inkişafına yönəltəmzlərmi?”