“Gəncə Şərab-1″ Açıq Səhmdar Cəmiyyəti (ASC) səhmdarlarının növbəti illik ümumi yığıncağının keçiriləcəyini elan edib.
Banker.az xəbər verir ki, bildiriş ASC-nin Direktorlar şurası tərəfindən rəsmi olaraq yayımlanıb.
Məlumata görə, yığıncaq 25 iyun 2026-cı il tarixində, saat 15:00-da baş tutacaq. Görüşün Gəncə şəhəri, Z. Hacıyev küçəsi 56 ünvanında keçirilməsi planlaşdırılır.
Yığıncağın gündəliyin 2025-ci ilin yekunları üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatının dinlənilməsi, Cəmiyyətin illik balansının (hesabatının) müzakirəsi və baş direktorun hesabatı əsasında təsdiq edilməsi Cari fəaliyyətlə bağlı digər aktual mövzuların müzakirəsi kimi məsələlər daxildir.
Xatırladaq ki,”Gəncə Şərab-1” ASC Azərbaycanın ən tanınmış və köklü şərabçılıq müəssisələrindən biridir. Müəssisənin əsası 1984-cü ildə Gəncə şərab zavodu kimi qoyulmuşdur. 1998-ci ildə zavod tamamilə rekonstruksiya olunmuş və aparıcı Avropa şirkətlərinin müasir avadanlıqları ilə təchiz edilərək yeni texnoloji səviyyəyə qaldırılmışdır. Hazırda 730 524 manat nizamnamə kapitalı var.










