Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

"Aquapark"-da həm cibimizi talayırlar, həm də canımızı risqə atırlar - özbaşınalıqdır...
Tarix: 8-07-2014, 15:12 | Çap et
"Aquapark"-da həm cibimizi talayırlar, həm də canımızı risqə atırlar
Yayın gəlişi ilə Azərbaycanda həm də turizm sürətlə inkişaf etməyə başlayıb. Hələ ötən il prezident İlham Əliyev ölkədə turizmin inkişafı üçün lazımi tapşırıqlar vermişdi və ölkədə otel biznesinin , istirahət mərkəzlərinin yaradılmasına dəstək verildi. Amma bir tərəfdən dünya standartlarına cavab verəcək istirahət mərkəzləri yaradılırsa, digər tərəfdən isə insanların büdcəsinə əl uzadan, heç bir normalara cavab verməyən istirahət mərkəzləri də var. Bunlardan biri isə Novxanı çimərliyində yerləşən"Aquapark" istirhət mərkəzidir. "Unikal" qəzeti olaraq "Aquapark" İstirahət Mərkəzində insanların cibinə necə girmələrini, antisanitariyanın hansı səviyyədə olmasını araşdırmaq üçün mərkəzə yollandıq.

Zibilxanadan
"cənnətə" doğru

Novxanı çimərliyinin girişində görünən möhtəşəm binaya kənardan baxanda ən azından Las-Veqas cənnətinə düşəcəyinizi düşünməyiniz mütləq olacaq. Çünki kənardan gəl-gəl deyən bu bina Novxanının həmin ərazisində ki, ən böyük tikili təsiri bağışlayır. Digər insanlar kimi bizdə elə bu həvəslə istirahət mərkəzinə doğru gedirik. Və... aydın olur ki, "Aquapark"a getmək üçün ən azından bir skafandıra da almağa ehtiyac var imiş. Mərkəzin həndəvərində ki, zibilxanadan, tullantılardan yaranan iy və dözülməz görüntü istirahət mərkəzinə olan ümidləri yox edir. Yolun bərbad olmasından danışmağa isə dəyməz. Həmin an ani olaraq bir suala cavab tapmaq istəyirsən- bu qədər istirahət mərkəzində qazanılan milyonlardan cüzi qədərini ayıraraq bu xarabalıqları, zibilxanaları təmizləmək olmazmı? Ən azından dünya praktikasında mövcuddur ki, bu cür istirahət mərkəzləri fəaliyyət göstərdikləri ərazilərdə nümunəvi təşkilat hesab olunurlar və şəxsən özləri maraqlı olur ki, həmin ərazidə sanitariya qaydalarına ciddi əməl olunsun. Amma görünür pul hərisliyi "Aquapark" İstirahət Mərkəzinin rəhbərliyinin gözünü örtüb və istirahət mərkəzinin divarından kənarda mövcud olanlar onlar üçün maraqlı deyil. Bir sözlə iyli-qoxulu, dağılmış yollarla "Aquapark"a daxil oluruq. Daha doğrusu cəhd edirik.

15 manatlıq qapı

İstirahət mərkəzinə daxil olanda ilk qadağa qarşında dayanır. Söhbət içəri daxil olmaq üçün adambaşına 15 manatın ödənilməsidir. Qarşılığında nə qəbz verilir, nədə hansısa kassa görmək mümkün deyil. Yığılan pullar hansı əsasla alınır və hara ötürülür, bu suala mərkəzin rəhbərliyindən başqa heç kim cavab verə bilməz. Çünki yığılan pullar kassadan kənarda yığıldığı üçün sözsüz ki, vergidən yayınma var və deməli bu pullar heç də rəsmi büdcəyə daxil edilmir. Amma istirahət mərkəzi uşaqlarıda "nəzərə" alıb. Böyüklər üçün 15 manat tələb edilirsə, uşaqlar üçün 10 manat istənilir. Nə isə... 15 manatı ödəyib daxil oluruq istirahət mərkəzinə və bundan sonra ödədiyin 15 manatın həqiqətən havaya sovrulduğunu görürsən. Çünki istirahət mərkəzinin daxilində xidmət demək olar ki, sıfır həddindədir və üfunətdən, antisanitariyadan burada istirahət etmək sadəcə mümkünsüzdür. Sadəcə olaraq şəhərə yaxın olduğu üçün insanlar bura üz tutmağa məcbur olur.

Qurbağa üzən
hovuzlar

"Aquapark"da insanların üz tutduğu yer ilk növbədə hovuz olur. Və daxili qaydalara görə hovuza daxil olmamışdan öncə çimərlik kabinelərinə daxil olmalısınız. Şəkildə də gördüyünüz kimi burada nəinki yuyunmağa, heç nəfəs almağa da şərait yoxdur. Belə olan halda sual verilir, girişi 15 manat olan mərkəzdə nədən gigenik qaydalara əməl edilmir? Sözsüz ki, hər bir otel və istirahət mərkəzi üçün konkret şərtlər olur və bu şərtlərə cavab verən iaşə obyektlərinin işləməsi qanuni sayılır. Amma "Aquapark"da bir dənə də olsa diqqəti çəkəcək nümunə tapmaq mümkün deyil. Amma nədənsə istirahət mərkəzinə söz deyəcək, irad göstərəcək kimsəni tapa bilməzsən. Vətəndaşın özünə gəldikdə isə etdiyin şikayətə tək bir cavab verilir:- Xoşun gəlmir, çıx get. Vəssalam.
Yeri gəlmişkən bunu da qyed edək ki, bir dəfə "Aquapark"da istirahət üçün sərf olunan pulla Antaliyanın istənilən istirahət mərkəzində gedib rahat istirahət etmək olar. Çünki nəzarətsizlikdən burda hər gün hər şeyin qiyməti dəyişdirilir, insanların mərkəzə gəldiyini görə rəhbərlik qiymətləri bir saatın içində dəyişə bilir. Amma nədənsə xidmətdə keyfiyyət dəyişmir ki, dəyişmir. İstirahət mərkəzində olan zaman işçilərlə etdiyimiz söhbət zamanı buda aydın oldu ki, orda işləyənlərin əksəriyyətinin elementar əmək müqaviləsi belə yoxdur. Özlərinin dediyi kimi günəmuzd işləyirlər və pullarını admnistratorlar nəğdi ödəyir. Yəni burda da vergidən yayınmanın şahidi oluruq.

Bir stəkan çay və
həyatına nifrət

İndi isə gəlin istirahət mərkəzində verilən yeməklərin keyfiyyətinə diqqət ayıraq. Və başlayaq ilk növbədə çay süfrəsindən. El misalı ilə desək "imama bir bardaq suyu qıymayan yezid"-prinsipi burda da işləyir. Əlin cibində olmasa nəin ki, bir stəkan çay, heç bir stəkan suda tapa bilməzsən. Yox əgər içəri daxil olmaq üçün 15 manat verdiyinizi düşünüb, heç olmasa bir stəkan suyun pulsuz olacağını düşünürsünüzsə yanılırsınız. Çünki burda hər şey paranın başındadır və şəhərdə 20 qəpiklik suyu burda ən azı bir manata ala bilərsən. Çay məsələsinə gəldikdə isə adi çay tapmaq mümkün deyil. Mütləq çayın yanında nəsə olur və avtomatik olaraq 1 manatlıq çay 15 manata müştəriyə satılır. Heç bir etiraz isə qəbul olunmur. Çünki daxili qaydalar bunu tənzimləyir. Hansı qanunla, bax bu sualın cavabını heç istirahət mərkəzinin işçiləri də bilmir. O ki, qaldı yemək həvəsinə düşməyə, çalışın bu həvəsi anındaca başınızdan atın. Çünki "Aquapark" İstirahət Mərkəzində iki nəfərin yeməyinə sərf olunacaq vəsait , bir ailənin bir aylıq dolanışığı üçün lazım olan vəsait qədərdir. Bişirilən yeməklərin, kababların nə ətindən hazırlandığını isə tapmaq mümkün deyil.
Beləcə, müştərilərin daima "qulluğunda" dayanan "Aquapark" İstirahət Mərkəzi ilə vidalaşıb geri qayıdırıq. Amma anlaşılan budur ki, bura istirahət mərkəzi yox, cəhənnəm mərkəzi desək yaxşı olardı. Ən qəribəsi isə budur ki, bu cür antisanitariya mərkəzinə əlaqədər təşkilatların heç biri müdaxilə edə bilmir. Çünki görünür, bu cür qanunsuzluqları edənlər,kimlərəsə ümidlidilər və arxalarında dayanan o məhcul şəxslər "Aquapark" İstirahət Mərkəzinin rəhbərliyinə istədiyini etmək şansı veriblər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru