Bakı Dövlət Sirkinin yerinə bina tikilir? .....                     Daha bir direktor işdən çıxarıldı .....                     Avropa İttifaqı Ermənistana girir .....                     Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş .....                     “Simonyan Türkiyəni şantaj edir” .....                     "Çəkilmə araq qoxusu var" .....                     Melonidən Solovyov barədə: .....                     Könül Ələkbərov vəzifəsindən azad edildi .....                     SEPAH sağa-sola hədə yağdırır .....                     Uşağın cinayətində əsas günahkar valideyndir .....                     YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? .....                     Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? .....                     "Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB .....                     Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb .....                     Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib .....                     Qadının üzərinə benzin töküb yandıran sevgilisi: .....                     Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər .....                     Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq .....                     Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək .....                     “Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT .....                     YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib .....                     “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                     SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                     Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" .....                     "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var .....                     Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün .....                     Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                 

Qazaxda biabırçılıq: Rayon sakini yerli məmuru görün, nədə ittiham etdi... - Məmuru iclasda tənqid etdi və...
Tarix: 5-05-2015, 12:45 | Çap et
Qazaxda biabırçılıq: Rayon sakini yerli məmuru görün, nədə ittiham etdi...
Redaksiyamıza Qazax rayonunun I Şıxlı kənd sakini, Qarabağ müharibəsi veteranı, Yeni Azərbaycan Partiyasının üzvü Məmmədov Telman Nizaməddin oğlunun şikayət məktubu daxil olub. Şikayətçi Qazax rayon İcra Hakimiyyəti Başçısının I Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdullayev Mübariz Xanbaba oğlu tərəfindən ailəsinin və özünün şərəf və ləyaqətinin təhqir olunduğunu bildirir. T.Məmmədov daha sonra yazır: “2013-cü il yanvarın 16-da Qazax rayon İcra Hakimiyyəti Başçısının I Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2012-ci il üçün illik hesabat iclası keçirilirdi. Həmin iclasda 50 nəfərə yaxın kənd sakini, o cümlədən mən də iştirak edirdim.
İclasda Qazax rayon İHB-nin I Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Abdullayev çıxış edərək illik hesabat verdi. Sonra söz iclas iştirakçılarına verildi. Mən də çıxış edərək, kəndin problemlərindən, M.Abdullayevin işdə buraxdığı nöqsanlardan, yol verdiyi qanun pozuntularından danışdım. Konkret olaraq M.Abdullayevin vətəndaşları evində qəbul etdiyini, dövlətin möhürünü evində saxladığını, ona görə də vətəndaşların adi bir arayış almaqda çətinlik çəkdiyini, onların günlərlə M.Abdullayevi axtara-axtara qaldıqlarını bildirdim. Həmçinin torpaqlarımızın 20 faizinin işğal olunduğunu, o cümlədən Qazax rayonunun bir neçə kəndi işğal altında olduğu bir vaxtda M.Abdullayevin bilərəkdən fiziki cəhətdən sağlam olan oğlu Emil Abdullayevi hərbi xidmətə yararsız hesab etdirməklə onu xidmətdən yayındırdığını, bütün bunlar azmış kimi, E.Abdullayevin mənəvi haqqı olmadığı halda, əynində hərbi forma klipə çəkildiyini söylədim. Eləcə də M.Abdullayevin dövlət qulluğunda çalışmaqla kənddə yaşayan çağırışçıların siyahısını rayon Hərbi Çağırış və Səfərbərlik şöbəsinə özünün təqdim etdiyini vurğuladım. Çıxışımın sonunda isə M.Abdullayevin il ərzində gördüyü işlərə qeyri-kafi qiymət verilməsini təklif etdim”.
T.Məmmədovun sözlərinə görə, onun çıxışından sonra M.Abdullayev çoxsaylı iclas iştirakçıları qarşısında ona rişxənd və kinayə ilə “boşboğazlıq etməkdənsə, sən get, arvadının dərdini çək, qayğısına qal, həm də ki, nə qədər istəyirsiniz danışın, yazın, heç kəs mənə heç nə edə bilməyəcək, yaza-yaza durun” deyib.
Şikayətçi hesab edir ki, M.Abdullayevin bu hərəkəti nəticəsində arzu olunmaz vəziyyətə düşüb, ona mənəvi iztirablar formasında mənəvi zərər dəyib. Belə ki, iclasda M.Abdullayevin “sən get, arvadının dərdini çək, qayğısına qal” sözlərinin təsiri altında o, uzun illər bir yerdə yaşadığı, kənd istimaiyyəti arasında özünəməxsus ləyaqəti və hörməti olan həyat yoldaşına şübhə ilə yanaşıb, eyni zamanda həmin iclasda iştirak edən kənd əhalisinin sual dolu baxışları qarşısında əzilib. M.Abdullayevin heç bir vəchlə bağışlanmayan bu ifadələri nəticəsində onun ailəsində yersiz söz-söhbətlər, narazılıqlar yaranıb. Bu sözlərdən sonra T.Məmmədov bir müddət kənd əhalisi arasına çıxa bilməyib, sanki bu sözlər doğru imiş kimi əzab və iztirablar keçirərək, onda ruh düşkünlüyü yaranıb. Halbuki onun həyat yoldaşı evdar qadın olmasına baxmayaraq, Yeni Azərbaycan Partiyasının üzvü olmaqla yanaşı, vətənə elmli, ləyaqətli övladlar tərbiyə edib. T.Məmmədov yazır ki, onun ailəsində yaranmış bu ziddiyyətin, onun və ailəsinin keçirdiyi mənəvi sarsıntıların səbəbkarı M.Abdullayevin iclasda ona dediyi kinayəli sözlər olub.
T.Məmmədov baş vermiş hadisədən sonra xeyli müddət göxləyib ki, M.Abdullayev bəlkə öz səhvini başa düşüb ondan üzr istəyər. Ancaq M.Abdullayev bu istiqamətdə heç bir addım atmayıb. Belə olan halda, T.Məmmədov məhkəməyə müraciət edib. O, Qazax rayon Məhkəməsində Abdullayev Mübariz Xanbaba oğluna qarşı şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi, təkzib edilməsi və mənəvi zərər tələbinə dair mülki iddia qaldırıb.
T.Məmmədov cavabdeh M.Abdullayev tərəfindən “Hörmətli Telman müəllim! Mənim Sizin barənizdə təhqir və böhtan xarakterli ifadələr söylədiyimə görə üzr istəyirəm. Sizin şərəf və ləyaqətinizi ləkələyən ifadələrə görə Sizi tanıyan bütün şəxslər qarşısında Sizdən dönə-dönə üzr istəyirəm. Məni bağışlayın!” kimi ifadə olunan məzmunda üzr istəməsi və təkzib verilməsi, cavabdehdən onun xeyrinə 30 min manat (mənəvi zərərə görə təzminat) və ödədiyi 20 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş edib.
İşə baxan Qazax rayon Məhkəməsinin hakimi E.Cəbiyev 29 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə iddianı qismən təmin edərək, cavabdeh Abdullayev Mübariz Xanbaba oğlunun iddiaçı Məmmədov Telman Nizaməddin oğlundan şifahi şəkildə yuxarıda qeyd olunan formada üzr istəməsi, cavabdeh Abdullayev Mübariz Xanbaba oğlundan mənəvi zərərə görə 3 min manat məbləğində pulun alınıb iddiaçı Məmmədov Telman Nizaməddin oğluna verilməsi, ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh Abdullayev Mübariz Xanbaba oğlundan alınıb iddiaçı Məmmədov Telman Nizaməddin oğluna verilməsini qət edib.
Ancaq Abdullayev Mübariz Xanbaba oğlu Qazax rayon Məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli qətnaməsindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsinin 15 aprel 2014-cü il tarixli qətnaməsi ilə cavabdeh Abdullayev Mübariz Xanbaba oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, iş üzrə Qazax rayon Məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli qətnaməsi vurulmuş mənəvi ziyana görə cavabdeh Abdullayev Mübariz Xanbaba oğlundan 3 min manat pulun alınaraq iddiaçı Məmmədov Telman Nizaməddin oğluna ödənilməsi hissəsində dəyişdirilərək, həmin məbləğ 1500 manat məbləğində müəyyən edilib. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılıb.
Bundan sonra iddiaçı Məmmədov Telman Nizaməddin oğlu və cavabdeh Abdullayev Mübariz Xanbaba oğlu Gəncə Apellyasiya Məhkəməsinin 15 aprel 2014-cü il tarixli qətnaməsindən kassasiya şikayəti veriblər.
Ali Məhkəmənin Mülki Kollegiyası 10 dekabr 2014-cü il tarixdə tərəflərin kassasiya şikayətləri üzrə işə baxaraq Gəncə Apellyasiya Məhkəməsinin 15 aprel 2014-cü il tarixli qətnaməsini dəyişdirmədən saxlayıb.
T.Məmmədov yazır ki, icra nümayəndəsi M.Abdullayev vəzifəsindən sui-istifadə edərək, kənddə at oynadır, dövlət adından çıxarılan məhkəmə qərarlarını icra etmir. Odur ki, icra nümayəndəsi tərəfindən şərəf və ləyaqəti təhqir olunmuş şikayətçi üzləşdiyi problemin ictimailəşdirilməsini və müvafiq qurumların diqqətinə çatdırılmasını, pozulmuş hüquqlarının bərpa edilməsinə kömək etməyimizi xahiş edir.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
\\ tezadlar.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57
Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54
YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53
Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45
"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40
Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38
Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34
Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31
Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26
Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25
“Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru