Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb .....                     Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq .....                     İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA .....                     İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi .....                     Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib .....                     XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi .....                     Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? .....                     Danışıqlara da, müharibəyə də hazırıq .....                     Evlərə "kupça" veriləcək: Əfv gəlir .....                     İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək .....                     “Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb .....                     Azərbaycan insanı çox yemir, bahalı yeyir .....                     Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib .....                     Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... .....                     TƏBİB-in yeni rəhbəri daha iki nəfəri .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu .....                     Dostunu boğazından bıçaqlayana .....                     Bakı Dövlət Sirkinin yerinə bina tikilir? .....                     Daha bir direktor işdən çıxarıldı .....                     Avropa İttifaqı Ermənistana girir .....                     Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş .....                     “Simonyan Türkiyəni şantaj edir” .....                     "Çəkilmə araq qoxusu var" .....                     Melonidən Solovyov barədə: .....                     Könül Ələkbərov vəzifəsindən azad edildi .....                     SEPAH sağa-sola hədə yağdırır .....                     Uşağın cinayətində əsas günahkar valideyndir .....                     YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? .....                     Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? .....                     "Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB .....                     Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb .....                     Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib .....                     Qadının üzərinə benzin töküb yandıran sevgilisi: .....                     Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər .....                     Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq .....                     Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək .....                     “Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT .....                     YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib .....                     “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                 

Hacı İbrahimi həbsə aparan 125 milyard dollarlıq əfsanə... - oliqarxdan tələb olunur ki, borcu dərhal və birdəfəlik bağlasın
Tarix: 27-05-2015, 13:42 | Çap et
Hacı İbrahimi həbsə aparan 125 milyard dollarlıq əfsanə...
Beynəlxalq Banka kredit borcu olan iş adamlarının həbsi və bir-birinin ardınca istintaqa cəlb olunması ilə müşayiət olunan “oliqarxgeyt” qalmaqalının personajlarından biri də məşhur oliqarx Hacı İbrahim Nehrəmli oldu.

Virtualaz.org saytının xəbər verdiyi kimi, oliqarx mayın 12-də iri məbləğdə kredit dələduzluğu işi üzrə ifadə vermək üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) çağırılıb və bir daha geri qayıtmayıb.

Ən azından bu yazı hazırlanarkən Hacı İbrahim hələ də “Bandotdel”də idi. Hərçənd ki, ona qarşı rəsmi ittihamın elan edilmədiyi və barəsində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilmədiyi bildirilir.

Bəs cəmi 4 il əvvəl Xəzərdə süni adalar yaradıb üzərində 1 milyon adamın yaşaya biləcəyi şəhər salmaq iddiasını ortaya atan, bu fantastik layihəsini reallaşdırmaq üçün elə fantastik səylərlə işə başlayan Hacı İbrahimi “Bandotdel”ə aparan səbəblər nədir? 125 milyard dollarlıq layihəni irəli sürən iş adamı niyə müflis oldu və onun banka kredit borcunun həcmi doğrudanmı fantastik məbləğlərdədir? Oliqarxın əfsanəvi “Khazar İslands” layihəsinin sonrakı aqibəti necə olacaq?

Bu və ya digər suallara cavab tapa bilmək üçün Hacı İbrahimi “Bandotdel”ə aparan “Xəzər adaları”ına üz tutduq.

Bir vaxtlar hər gün yüzlərlə ağırtonnajlı maşının daş-torpaq daşıyıb dənizə tökdüyü, minlərlə işçinin, tikinti texnikasının işlədiyi süni adalara indi sükut çöküb.

Layihənin məsul şəxsləri deyirlər ki, işlərin intensivliyi onsuz da son vaxtlar maliyyə problemləri ilə bağlı səngimişdi. Hacı İbrahim saxlanılandan sonra isə işlər demək olar ki, dayanıb.

Dəqiqləşdiririk ki, işlər dayanana qədər “Xəzər adaları”ında hər gün 2000-2500-ə yaxın adam işləyirdi. İndi isə mühafizəçilər, bir də “Xəzər adaları”ında ötən il açılan restoranın tək-tük müştəriləri gözə dəyir...

2011-ci ildə - neftin barelinin 150 dollara satıldığı bir vaxtda irəli sürülən bu fantastik layihə Hacı İbrahimin xarici mediada apardığı PR sayəsində çox məşhurdur. İnternetdə dünyanın ən hündür binası barədə axtarış aparsan, qarşına dərhal “Xəzər adaları” layihəsi və orada tikilməsi planlaşdırılan 1050 metrlik “Azerbaijan Tower” barədə məlumat çıxacaq.

Baxmayaraq ki, Hacı İbrahimin Nehrəmli 1050 metr hündürlükdə binanın penthausuna çıxmaq xəyalları indi kədərli görünə bilər. Axı bu fantastik hündürlükdə binanı tikmək istəyən iş adamı indi onun layihəsinin təxmini smeta dəyəri ilə müqayisədə tamamilə qəpik-quruş kimi görünən məbləğ üzündən “Bandotdel” müstəntiqlərinin qarşısında oturmalı olub.

Bəli, Hacı İbrahimin Beynəlxalq Banka olan kredit borcu 125 milyard dolların fonunda dənizdə damla sayıla bilər - cəmi 57 milyon dollar. Hərçənd ki, “oliqarxgeyt” qalmaqalı təzə başlayanda fantastik borc məbləği haqda məlumatlar gəlirdi. Hacı İbrahimin borcunun 850 milyon dollara yaxın olduğu deyilirdi.

“Xəzər adaları” layihəsinin rəhbəri Qurban Əhmədov Hacı İbrahimin maliyyə məsələləri haqda detallı məlumatlara malik deyil. Ancaq borcun belə fantastik məbləğdə olduğu haqda deyilənləri rədd edir.

“Hacının borcu faizlərlə birlikdə 70 milyon dollara yaxındır” - o deyir.

Axı necə oldu ki, bu cür fantastik layihəni həyata keçirmək iddiasında olan iş adamının belə “cüzi” məbləğə ehtiyacı yarandı? Məgər Hacı İbrahim Xəzərdə süni adalar yaradıb üzərində şəhər salmaq ideyasını irəli sürərkən ümidini ancaq bank kreditlərinə bağlamışdı?

Hacı İbrahim həbs olunmazdan cəmi bir neçə həftə əvvəl jurnalistlərə demişdi ki, aparılmış son dəqiq hesablamalara əsasən indiyə qədər “Xəzər adaları”ına 1 milyard 157 milyon dollar xərclənib. Bu vəsaitin cəmi 57 milyon dolları bank kreditidir.

“Qalanı öz şəxsi kapitalımdır”- deyə iş adamı əmin edirdi.

İşə başlayandan sonrakı 4 il ərzində Hacı İbrahim dənizin içərilərinə doğru xeyli irəliləyə bilib. Dərinliyi 4-7 metrə çatan sularda bir neçə süni adalar yaradılıb, böyük həcmdə torpaq işləri görülüb. 300 hektardan çox sahəsi olan dəniz ərazisi doldurulub.

Restoran, çimərlik kimi təqdim olunan hovuz, idman kompleksi, nəhəng körpülər, palma ağaclarının əkildiyi (çoxu quruyub) bulvar, yeni şəhərin meriyası üçün nəzərdə tutulan inzibati binanın beton karkası, beş yaşayış binasının karkası, bir neçə binanın özülü... - bütün bunlar süni adalar üzərində yerləşir.

“Binaları 30-35 metr dərinliyə vurulan svayların üzərində tikirik, zəlzələyə davamlılığı çox yüksəkdir”- indiki çətinliyin müvəqqəti olduğuna inanmağa çalışan layihə rəhbəri həvəslə izah edir.

Hacı İbrahimin pulları nə dərəcədə israf etdiyini demək çətindir. Xüsusən də söhbət özünün dediyi kimi, onun “öz pullarından” gedirsə...

Ancaq indiyədək görülən işlərin həcmi də böyükdür. Və bir mühüm məqam: Hacı İbrahimin layihəyə bu vaxta qədər xərclədiyi 1,2 milyard dollara yaxın vəsait geri qayıtmayan investisiyadır. Süni adalar üzərində şəhər salmaq layihəsinin təkcə giriş hissəsinə sərf edilən pullardır, yəni kommersiya baxımından indiki mərhələdə bu vəsaitin geri qayıtması mümkün deyil.

Pulları isə Hacı İbrahim bundan sonrakı mərhələdə qazanmaq istəyirdi. Yaradılan ilk süni adalar qrupunda maketi çox yaraşıqlı görünən yaşayış binalarını inşa edib hər kvadratmetrini 4-5 min manatdan satmaq, əldə edəcəyi gəlirləri sonrakı adalar qrupuna və orada tikiləcək evlərə yönəltmək istəyirdi. Və bu minvalla iş adamı öz fantastik layihəsini başa vurub 1050 metr hündürlükdən fəxrlə Xəzərdə saldığı yeni şəhəri seyr etməyə hazırlaşırdı.

Lakin Hacı İbrahimin “öz pulları” tükənməz deyildi və belə məlum olur ki, iş adamı təxminən ötən ildən başlayaraq maliyyə sıxıntıları ilə qarşılaşıb. İşləri davam etdirmək üçün vəsaitə ehtiyac yaranıb, xarici investorların cəlb edilməsi üçün aparılan saysız-hesabsız danışıqlar konkret nəticə vermədiyindən oliqarx sağa-sola yüz milyonlarla dollar kredit paylayan Beynəlxalq Banka üz tutub.

Hacı İbrahimin Beynəlxalq Bankla kredit müqaviləsinin detalları bizə məlum deyil. Ancaq onun özünün saxlanılmazdan əvvəl dediyinə və layihə rəhbərinin təsdiqlədiyinə əsasən 57 milyon dollarlıq kreditin müddəti hələ 2019-cu ildə bitməlidir.

Hazırda borcun məbləği faizlərlə birlikdə 70 milyon dollardan çoxdur. Və indi oliqarxdan tələb olunur ki, borcu dərhal və birdəfəlik bağlasın.

Şübhəsiz ki, Beynəlxalq Bank Hacı İbrahimə kredit verərkən onun fantastik layihəsinin füsunkar maketini yox, süni adalar üzərində ancaq karkası tikilib başa çatdırılan 3 çoxmərtəbəli binanı girov götürmüşdü. Hacı İbrahimin dediyinə əsasən bank həmin binaları 314 milyon dollar qiymətləndirib.

“Deyirəm 314 milyon girova ən azı 200 milyon dollar pul ayırmalı idin. Deyir, bəli. Deyirəm, cəmi 57 milyon dollar ayırmısan, heç olmaza 100 milyon dollar da ayır, buranı qurtarım pulunu götür. Beynəlxalq Bank isə deyir ki, yox, daha mənim pulum yoxdur”- oliqarx həbsindən bir az əvvəl belə deyirdi.

Beləliklə, Hacı İbrahimin layihəsinin kommersiya mərhələsi hələ indi başlayırdı. Əgər oliqarx birinci adalar qrupunda işləri başa çatdıra bilsəydi (buna isə təxminən 2 milyard dollar lazım gəlirmiş), oradan bir neçə milyard gəlir götürüb həm borclarını bağlaya, həm də Xəzərin içərilərinə doğru irəliləməkdə davam edə bilərdi.

İndi isə onun ödəmə qabiliyyəti şübhə altına alınıb - Beynəlxalq Bank daha kredit vermək istəmədiyindən oliqarx binaların tikintisini başa vura bilməyib və təbii ki, borcunu qaytarmaq imkanında olmayıb.

İndi isə kreditin vaxtının bitməsini gözləmədən onu istintaqa cəlb ediblər və vəsaitlərin mənimsənilməsində şübhəli bilirlər.

Bank praktikasında verilən kreditlərin vaxtından əvvəl tam həcmdə geri tələb edilməsinin nə dərəcədə geniş tətbiq olunduğu məlum deyil.

Əgər Beynəlxalq Bank Hacı İbrahimin layihəsinə inanmırdısa, ona 57 milyon dollarlıq krediti niyə ayırmışdı? Yaxud bank onun tikintisi hələ başa çatmamış üç binasına 314 milyon dollar qiymət qoyub girov götürəndə nəyə əsaslanmışdı? Bu suallar açıq qalır.

Hacı İbrahimə rəsmi ittiham irəli sürülmədiyindən onun hansı məbləğdə vəsaiti mənimsəməkdə şübhəli hesab olunduğu da məlum deyil. Əgər söhbət faizlərlə birlikdə həmin 70 milyon dollar kreditdən gedirsə, görünür, bu pulları haradasa Xəzər sularında axtarmaq lazım gələcək. Axı 70 milyon dollar Hacı İbrahimin 125-130 milyard dollarlıq layihəsində dənizdə damla kimi görünərdi, elə deyilmi?

Reportyor qrupu
Virtualaz.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Bu gün, 16:06
Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Bu gün, 16:05
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA
Bu gün, 16:03
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Bu gün, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Bu gün, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Bu gün, 15:26
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Bu gün, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Bu gün, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Bu gün, 15:13
İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Bu gün, 15:11
“Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 15:08
Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Bu gün, 15:05
Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Bu gün, 15:01
Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Bu gün, 14:59
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Bu gün, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Bu gün, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Bu gün, 14:49
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57
Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54
YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53
Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45
"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40
Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38
Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34
Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31
Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26
Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25
“Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru