Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                     Azərbaycan neftinin qiyməti 113 dolları keçib .....                     “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” .....                     Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… .....                     “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” .....                     Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu .....                     Qarabağda MÜHARİBƏ istəyən ölkə .....                     Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? .....                     Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... .....                     "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" .....                     Azər Məmmədov yeni gələndə ümid edən işçilər... .....                     Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                     Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                     Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? .....                     ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib .....                     Azərbaycanda çörək bahalaşacaq? .....                     Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR .....                     Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? .....                     Yerində sayan sektor: milyonları niyə itiririk? .....                     "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     "Verilişə gələrkən maşını vurdum..." .....                     TƏBİB-in TƏCİLİ olmayan yardımı... .....                     Niyazi Bayramovun korrupsiya ortaqları .....                     Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? .....                     Təzə başçı gələndə camaat düşündü ki... .....                     Pensiyalarla bağlı vacib xəbər .....                     Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                     Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: .....                     Bu gün BMT canlı meyitdir .....                     Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub .....                     Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? .....                     Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... .....                     Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı .....                     Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... .....                     Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı .....                     Siraqəddin Cabbarov onu işdən çıxardı .....                     Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb .....                 

“Dünyamin Xəlilov oğlumun adına 1 milyon manatlıq kredit götürdü, ödəmədi” - Şəhid Anası çətin durumda...
Tarix: 15-04-2021, 09:36 | Çap et
“Dünyamin Xəlilov oğlumun adına 1 milyon manatlıq kredit götürdü, ödəmədi”
“15 dəqiqənin içində bir neçə sənədə imza atdırıb, mənə 1 milyon manat kredit verdilər. Mühafizəçi işləyirdim, maaşım da cəmi 400 manat idi. Siz deyin, bu qədər maaşa 1 milyon pul düşürmü?”

Balakən sakini Abdulla Sarkayev Meydan TV-yə belə deyib.

O, 2012-ci ildə sabiq deputat Dünyamin Xəlilovun ofisində mühafizəçi kimi işə başlayıb. Ayda 400 manat maaş alırmış. İşindən razı imiş. Deyir, bir neçə il sonra Dünyamin Xəlilov onu yanına çağırıb deyib ki, Oğuzda Heydər Əliyev Mərkəzinin tikintisi onlara tapşırılıb. Bunun üçün kredit götürmək lazımdır. Krediti bir nəfərin adına vermirlər. Odur ki, bir neçə işçinin, eləcə də mənim adıma götürməlidir:

“Məndən vəsiqəmi istədi. Dedim, bu 1-2 manat deyil, 1 milyondan gedir söhbət. Sabah buna görə mənim başıma bir iş gəlməz ki? Məni əmin elədi ki, heç bir problem olmayacaq. Oğuzdakı mərkəz tikilən kimi mənim adımdan da o pul silinəcək. Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev yaxın dostu idi. İndi aralarında nə danışıblar, necə sövdələşiblər, bilmirəm. Beləliklə, Dünyamin Xəlilovun şirkətində işləyən çayçı, mühafizəçi, süpürgəçi və s. insanların hər birinin adına külli miqdarda pullar götürüldü”.

Abdulla Sarkayev deyir ki, hətta Oğuzda mərkəz də tikilib, ancaq dəqiq bilmir, onu kim tikib. Adına pul götürüləndən bir müddət sonra isə ofisləri bağlanıb və Dünyamin Xəlilov həbs edilib:

“Bir müddət sonra Balakən Rayon Məhkəməsindən evimizə məktub gəldi ki, banka külli miqdarda borcum var. Ödənmədiyi üçün üstünə faiz də gəlib. Bir sözlə, 1 milyonluq borc şişib olub 1 milyon 521 min manat. Mən evimi, eşiyimi, hər şeyimi satsam, heç 21 min manat etməz. Mən haradan alım o qədər pulu?”

Abdulla Sarkayev deyir ki, məhkəmədə dəfələrlə başına gələnləri danışsa da, ona 400 manatla necə 1 milyon kreditin verildiyini araşdırılmasını tələb etsə də, səyləri boşa gedib. Hakim bugünə kimi həmin kreditin mühafizəçiyə belə asanlıqla necə verildiyini araşdırmayıb:

“Əksinə, indi də məni “Agro” Kredit Təşkilatı məhkəməyə verib. Anlamıram, bu, necə ola bilər. Çox pis durumdayam, ağır vəziyyətdəyəm, əsəbdən stresdən 5 ildir iynə-dərmanla yaşayıram. Gecələr yata bilmirəm. 3 övladımla çox çətin durumda, Bakıda kirayədə qalırıq. Mən övladlarıma, ailəmə güclə baxıram. Hardan alım o qədər pulu? Mən yatsam, o qədər pulu yuxuda görmərəm. İnanın onun bir qəpiyini də görməmişəm”.

Abdulla Sarkayevin valideynləri də bu haldan çox narahatdır. Ana Çinay Sarkayeva deyir ki, bu 5 ildə başlarına gəlməyən qalmayıb. İki oğul böyüdüb, biri İkinci Qarabağ Müharibəsində həyatını itirib, digəri isə şərlənib, həbs olunmaqla üz-üzədir:

“Kənd adamlarıyıq, əlacsız idik, oğlum işsiz idi. Oğlum həmin ofisə mühafizəçi kimi işə qəbul oldu. Ayda 400 manat alırdı. Biz də razı idik, onlar da oğlumdan razı idi. Hətta bir dəfə Novruz Bayramında Dünyamin Xəlilov bizə qonaq da gəlmişdi. Oğlumu o qədər çox sevirdi yəni. Oğlumu ona tapşırdım. Yalvardım, yaxadım, dedim, sizə əmanətdir. Oğlum orda 3 il işlədi. 3 il sonra Abdulla atasına dedi ki, bəs sizə bildirməmişdim, Dünyamin Xəlilov adıma kredit götürüb. Həbs ediləndən sonra həmin pulu ödəməyim tələb olunur. Deyib, Oğuzda mərkəz tikirik o pula. Tikilib qurtaran kimi həmin pullar üstündən silinəcək. Oğlum da nə etsin, çörək qazandığı yerdir, razılaşıb ”.

Ana deyir ki, illərdir ürək ağrısı ilə yaşayırlar. Dərdlərini dinləyən, kömək edən yoxdur:

“Biz illərdir ölüb-dirilirik. Yoldaşım açıq ürək əməliyyatı keçirdi, mən şəkər və təzyiq tapdım. Oğlumun ayaqları tutuldu stresdən. Həkim, pulsuzluq, kasıblıq, stress bir yandan, axırda da sentyabr döyüşlərində kiçik oğlumuzu itirdik. Dərdimiz çox az idi, ən ağırı da üstünə gəldi”.

Abdulla Sarkayevin atası Əli Sarkayev deyir ki, üzləşdikləri problemlə bağlı dəfələrlə aidiyyatı qurumlara yazıblar. İşin ədalətli araşdırılmasını tələb ediblər, ancaq bir xeyri yoxdur:

“Elə deyirlər ki, o pul sizin borcunuzdur, vəssəlam”.

Sarkayevlər ailəsi son çarəni Prezident İlham Əliyevə, Mehriban Əliyevaya müraciət etməkdə görür:

“Son çarəmiz budur. Əslində onlara məktub da yazmışıq. Görünür, oxumayıblar, əllərinə keçməyib. Odur ki, bir də media vasitəsilə müraciət edirik. Xahiş edirik, bizə kömək edin. Böyük bir ədalətsizliyin içindəyik, çətindir, çıxa bilmirik. Əlimizdən də heç nə gəlmir. Aidiyyatı qurumlar səsimizə səs vermir. Nolar, barı siz bizə kömək edin. Bizim 2 oğlumuz var idi. Biri şəhid oldu. Digərinin də 3 uşağı var və böyük bir ədalətsizliklə üzləşib. Nolar, kömək edin”.

Sonda Abdulla Sarkayev deyir ki, dəfələrlə Dünyamin Xəlilovla danışmaq üçün görüş alıb. Ancaq o, görüşü rədd edib:

“Dedi ki, ailəmdən başqa heç kimlə görüşmürəm. Bəs indi mən nə edim? Məhkəmə araşdırmır, Dünyamin Xəlilov məsuliyyəti üzərinə götürmür, məndə də o pulu ödəməyə imkan yoxdur”.

Dünyamin Xəlilov 2005-ci ildə ABB-nın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş Xəlilovun işlədiyi “General Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti Beynəlxalq Bankdan kredit alıb qaytarmayıb. Daha sonra Dünyamin Xəlilov həbs edilib.

2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanıb.

Meydan TV










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Dünən, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Dünən, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Dünən, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Dünən, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Dünən, 16:38
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Dünən, 16:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru