Partiya sədrlərindən Əliyev-Paşinyan görüşünə .....                     Azərbaycanlı hərbi jurnalist Gülbəniz Arifqızı vəfat etdi .....                     130 dollara ChatGPT planı satıldı .....                     Əbu-Dabidə üç mühüm məsələ üzrə razılıq əldə edilib .....                     İrəvanda çağırış: .....                     Ermənistanda Sünikdəki yolun üçüncü tərəfə verilməsini mümkün hesab ediblər .....                     Azərbaycanın Liderliyi: Cənubi Qafqazda davamlı sülhün yeni üfüqləri .....                     Ruslar Azərbaycan səfirliyinin yanında PARTLAYIŞ TÖRƏTDİ .....                     “Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” .....                     Məhkəmə Bakıda qətl törədən 22 yaşlı gənci məcburi müalicəyə göndərib .....                     İşdən çıxarılan müəllimlərin yerinə əlavə kadr götürülməlidirmi? .....                     Niyaməddin Musayev illərdir küsülü olduğu Musadan danışdı .....                     Vətəndaşa təzyiq göstərən Elçin Bayramov kimə arxalanır? .....                     “Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak edib .....                     DTX-nin saxladığı "Vaqner"də döyüşmüş iki azərbaycanlı barəsində həbs qətimkan seçilib .....                     Məhşur blogerin “Papaq” restoranları “Cart to card” sistemi işləyir? .....                     Tramp Ukrayna məsələsində daha çox tərəqqinin olmamasından məyusdur .....                     Bu, sanki Allaha rüşvət verməkdir .....                     Generalın adı ilə 2500 manatlıq dələduzluq edildi .....                     Bakcell istifadəçiləri bu tətbiqdən pulsuz istifadə edəcək .....                     Bakıda həbs edilən ruslar fərari imiş .....                     ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub .....                     Lavrov və Rubio ikitərəfli gündəliyi və dünyadakı vəziyyəti müzakirə ediblər .....                     AYNA-nın növbəti OYUNU .....                     Telli Pənahqızı bu TV-nin rəhbəri oldu .....                     “Daşnaksütyun” Paşinyanın hədəfində: .....                     Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib .....                     Paşinyan Əbu-Dabidə: .....                     Güney Qafqazda Əbu-Dabi yelləri... .....                     Xüsusi təyinatlılar azərbaycanlılara görə şöbələrə hücum etdi .....                     Ermənistan Əbu-Dabi görüşündə yaranmış tarixi şansı əldən verməməlidir .....                     Azərbaycan-Ermənistan delimitasiya prosesinin davam etdirilməsi üçün tapşırıq verilib .....                     Rəsmi İrəvan Zəngəzur dəhlizinə ABŞ şirkəti tərəfindən nəzarət oluna biləcəyini istisna etmir .....                     “Polisləri görüb qışqırmağa başladım” .....                     Ermənistanda 7 nəfər terror aktı törətməyə cəhd ittihamı ilə saxlanılıb .....                     Əbu-Dabi platforması ideyası İlham Əliyevə aiddir... .....                     Bəylər Əyyubov yenidən Prezidentin yanında .....                     Rusiya Ermənistanı sanksiya ilə cəzalandıra biləcəyi barədə xəbərdar edib .....                     Rusiya hökumətində kadr dəyişiklikləri: Nə baş verir? .....                     Azərbaycan əhalisi ayda 265 manat ərzağa xərcləyib .....                 

Ədliyyə Nazirliyi və məhkəmə ölkənin adını Avropa Məhkəməsində necə batırır? - Fikrət İbrahimovun fırıldaq işi...
Tarix: 6-05-2021, 09:48 | Çap et
Ədliyyə Nazirliyi və məhkəmə ölkənin adını Avropa Məhkəməsində necə batırır?
Artıq xeyli vaxtdır ki, Ədliyyə Nazirliyinin əsirinə çevrilən, məhkəmələrin saxta müqavilə əsasında çıxardığı haqsız qərarlar ucbatından haqlı olduğu halda borclu çıxarılan, ölkədən çıxışına stop qoyulan, Ədliyyə naziri Fikrət Məmmədovun qohumu olan Fikrət İbrahimov adlı şəxs tərəfindən aldadılan vətəndaş Sakin Ağayevin hüquqlarının bərpası uğrunda Azərbaycanın, eləcə də Qazaxıstanın tanınmış hüquq müdafiəçiləri ayağa qalxıblar, Prezidentə, I Vitse-Preizdentə, aidiyyatı orqanlara müraciətlər ünvanlayırlar, o cümlədən ölkənin aparıcı media quruluşları bu məsələni geniş şəkildə ictimailəşdirirlər, lakin hələ də problemin həllində heç bir səs-səda yoxdur.

Ötən həftə Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun həmsədrliyi ilə fəaliyyət göstərən İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu, yəni 11 nəfər tanınmış hüquq müdafiəçisi dövlət rəhbərliyinə müraciət ünvanladı, ardınca Qazaxıstanda Almatı şəhər Hüquq Məsləhətçiləri Palatasının üzvü Batırbayev Kanat Asimbekoviç Azərbaycanın Baş Prokuroru Kamran Əliyevə və Qazaxıstanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Abdulkadirov Serjan Omanbayeviçə video müraciətlə çıxış etdi.
Rublika.Az xəbər verir ki, bütün bu məktublara, müraciətlərə baxmayaraq, vətəndaş Sakin Ağayevə qarşı saxtakarlıq və dələduzluq etmiş Fikrət İbrahimovla bağlı heç bir addım atılmayıb. İndiyə qədər Pirallahı rayon məhkəməsinin saxta müqaviləyə istinad edərək çıxardığı sifarişli qətnamə, bu qərarı qüvvədə saxlayan Ali Məhkəmə, habelə Sakin Ağayev barəsində əsassız yerə cinayət işi açan Ədliyyə Nazirliyi, F.İbrahimovu himayə edən qüvvələrlə bağlı heç bir reaksiya verilməyib.
Hüquq müdafiəçiləri Prezidentə müraciətdə F.İbrahimovun S.Ağayevi necə aldatmasını, məhkəmələrin saxta müqavilə əsasında qərar çıxarmasını açıq-aydın göstəriblər.
İkinci qanunsuzluq isə Qazaxıstan məhkəmələri tərəfindən Fikrət İbrahimova qarşı qaldırılmış iddialar təmin edilmiş və tanınma üçün Sakin Ağayevin həyat yoldaşı Vüsalə Mahmud qızı Rəhimli tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilib.
Lakin yenə hansısa məmurun zəngi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Qətnaməni tanımaqdan heç bir əsas göstərmədən imtina edib.
Bununla da nəinki Azərbaycan qanunları, həmçinin 07.10.2002-ci il tarixli Kişinyov şəhərində imzalanmış “Mülki, Ailə və Cinayət işləri üzrə Hüquqi yardım haqqında” Beynəlxalq Konvensiyanın tələbləri pozulub.
Hər iki məsələ ilə bağlı Ağayevlər tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə iki müraciət göndərilib və hər iki iş icraata qəbul edilərək qovluq nömrəsi açılıb.
Yəni S.Ağayevin haqsızlıqla üzləşməsini bütün tərəflər təsdiqləyirlər, iş Avropa Məhkəməsinə qədər gedib çıxıb, amma Azərbaycanın yerli orqanlarına müraciətlər səmərə vermir.
Bu işin Avropa Məhkəməsinə qədər irəliləməsi Azərbaycan femidası, məhkəmələri, ölkədə insan hüquqları adına rüsvayçılıqdır. Məhz məmurların qanunsuz hərəkətləri, hakimlərin sifarişli qərarlar icra etməsi, nazirlərin, vəzifəli şəxslərin öz yaxın adamlarının dələduz əməllərini ört-basdır eləməsi, onları himayə etməsi üzündən vətəndaşları haqları pozulur, ölkənin adı beynəlxalq hüquq müdafiə təşkilatlarının siyahısında aşağı yerlərdə, Afrika dövlətləri ilə bir cərgədə göstərilir.
Halbuki Birgə İşçi Qrupunun müraciəti, o cümlədən qazaxıstanlı vəkilin çıxışı, S.Ağayevlə bağlı mətbuatda yayılan məlumatlar əsasında işə təzədən baxılmalıydı, onun üzərindəki cinayət işinə xitam verilməli, ölkədən çıxışına məhdudiyyət ləğv edilməli, ən əsası Fikrət İbrahimovun əməlləri, Ağayevlər ailəsinin əmlaklarını necə mənimsəməsi, onlara borclu olduğu halda guya ona 698 min dollar borclarının olduğu cəfəngiyyatını məhkəmə qərarları ilə təsdiqləməsi araşdırılmalıdır.
Əfsus ki, bu müraciətlərə susqunluq nümayiş etdirilir, məmurun qohumunun maraqları vətəndaşın hüquqlarından üstün tutulur. Avropa Məhkəməsinin çıxaracağı ədalətli qərara ümid edən S.Ağayev gözləyirdi ki, bir Azərbaycan vətəndaşı olaraq öz haqqını vətənində tapsın, dövlət rəhbərliyindən bu işin araşdırılmasına tapşırıq verilsin.

Rublika.Az xatırladır ki, Qazaxıstan Respublikasında F.İbrahimova qarşı məhkəmə qərarının icra edilməsinə baxmayaraq artıq üç ilə yaxındır ki, vətəndaş Sakin Ağayev və qızı Dilarə Ağayeva haqqında onların Azərbaycandan çıxışına qadağa qoyulub.
Dördüncü pozuntu: Məhkəmə qərarı icra olunsa da belə, Sakin Ağayev və ailə üzvlərinə təzyiq edilmək məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən məhkəmə qərarını icra edilməməsi ilə bağlı 2018-ci ildə cinayət işi qaldırılmışdır.
Lakin bu günədək heç bir istintaq hərəkəti aparılmır, Qətnamənin Qazaxıstanda icrasına və bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə Qazaxıstanın rəsmi qurumları tərəfindən göndərilmiş sənədlərə məhəl qoyulmur.
Ən dəhşətlisi budur ki, Qazaxıstan məhkəmələri konvensiyaya, dövlətləarası müqaviləyə hörmət edərək Azərbaycan məhkəmələrinin çıxardığı qətnamələri qəbul etdiyi halda, bizim məhkəmələr onların verdiyi qərarları heçə sayırlar.
Bu da gücün qanundan üstün tutulmasıdır. Ədliyyə naziri qohumunun əməllərindən xəbərsizdirsə, ən azı hüquq müdafiəçilərinin bu müraciətindən sonra addım atmalı, ədalətli araşdırma üçün göstəriş verməlidir. Hər halda baş verənlərdə nazirin qohumunun fırıldaqçı olduğunu təkcə Ağayevin şikayətləri, mətbuatın yazdıqları deyil, hüquq müdafiəçilərinin müraciəti də təsdiqləyir.
Birgə İşçi Qrupu müraciətində qeyd edir ki, Sakin Ağayev Qazaxıstanda aldadılmış, pulu ödənilmədən əmlakı polis orqanlarından qovulmuş, Fikrət İbrahimov adlı birisi tərəfindən əllərindən alınıb: “Fikrət İbrahimov həmin əmlakı başqa şəxslərə satmış və qaçaraq Azərbaycana gəlmişdir.
Qazaxıstanda Ağayevlər ailəsi onu məhkəməyə verdiklərini eşidən F.İbrahimov kimlərinsə tapşırığı ilə Pirallahı rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanovla əlaqəyə girib, iki hüquqi şəxs arasında guya bağlanmış saxta müqavilə tərtib edib (Ağayevlərin imzası və möhürü olmadan) və Azərbaycanda məhkəməyə müraciət edərək qanunsuz Qətnamə əldə etmişdir.
Ən dəhşətlisi də odur ki, cavabdeh tərəf kimi qeyd edilən Sakin Ağayev və həyat yoldaşı Rəhimli Vüsalə Mahmud qızı nə belə bir saxta müqaviləni görmüşlər, nə də məhkəmə keçirilərkən Azərbaycanda olmuşlar.
Məhkəmə işi Pirallahı rayon məhkəməsində heç cür baxıla bilməzdi (əgər iki hüquqi şəxs arasında belə müqavilə olsaydı da belə!)! Belə işlər yalnız İnzibati-İqtisad məhkəməsində baxıla bilər!

Hörmətli cənab Prezident,

Üç ildir ki, Azərbaycan Respublikasında məmur girovluğunda saxlanılan Sakin Ağayevin və vəkilinin iştirakı ilə müraciət etdiyimiz məsələnin Prezident Administrasiyasının rəsmi şəxsləri tərəfindən araşdırılaraq Sizə məruzə edilməsi üçün göstəriş vermənizi Sizdən xahiş edirik”.
Almatı şəhər Hüquq Məsləhətçiləri Palatasının üzvü Batırbayev Kanat Asimbekoviç Azərbaycanın Baş Prokuroru Kamran Əliyevə və Qazaxıstanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Abdulkadirov Serjan Omanbayeviçə müraciətdə isə bildirir ki, 7 oktyabr 2002-ci ildə Kişinyov şəhərində “Mülki, Ailə və Cinayət işləri üzrə Hüquqi yardım haqqında” Beynəlxalq Konvensiya imzalanıb. Hüquq müdafiəçisi xatırladır ki, bu konvensiya həm Qazaxıstanda, həm Azərbaycanda ratifikasiya olunaraq 27 aprel 2004-cü ildən qüvvəyə minib:
“Sizə müraciət etməyimin səbəbi Bakının yerli məhkəmə orqanlarının yuxarıda qeyd olunmuş konvensiyanın maddələrini pozmasıdır. Belə ki, Pirallahı rayon məhkəməsinin qərarı ilə 26 iyul 2017-ci il tarixdə İbrahimov Fikrət Vəli oğlunun xeyrinə Rəhimli Vüsalə Mahmud qızı, onun həyat yoldaşı Ağayev Sakin Abdulhüseyin oğlu və qızı Ağayeva Dilarə Sakin qızından birgə qaydada 698 000 ABŞ dolları miqdarında pul vəsaitinin tutulması barədə qətnamə çıxarılıb.
İbrahimov Fikrət Vəli oğlu Qazaxıstanın səlahiyyətli məhkəməsinə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin yuxarıdakı qərarının tanınması və icrası üçün vəsatətlə müraciət edib.
Qazaxıstanının Mangistau vilayətinin Aktau şəhər 2 saylı Məhkəməsi yuxarıda qeyd olunmuş Konvensiyanın müddəalarına tam uyğun olaraq, 3 oktyabr 2018-ci il tarixli qərarı ilə İbrahimovun vəsatətini təmin edib və İcra vərəqi verib”.
vəkil göndərdiyi müraciətdə deyib ki, 26 oktyabr 2018-ci ildə Mangistau vilayətinin xüsusi icra məmuru Axanov tərəfindən icra prosesi başladılıb: “Həmçinin Mangistau Vilayət Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixli Qərarı ilə Rəhimli Vüsalə Mahmud qızı ilə İbrahimov Fikrət Vəli oğlu arasında 14 iyun 2014-cü il tarixdə 14-02 saylı alqı-satqı müqaviləsi bağlandığı müəyyən edilib.
Müqaviləyə əsasən Rəhimli Vüsalə özünə məxsus “Töleş ManğıstauВ» MMC-nin öz pay hissəsini 1.250.000 (Bir milyon iki yüz əlli min) ABŞ dollarına İbrahimov Fikrət Vəli oğluna satıb, məbləğ hələ də alıcı tərəfindən ödənilməyib.
Bununla əlaqədar olaraq Rəhimli Vüsalə Mahmud qızı Fikrət Vəli oğlu İbrahimova rəsmi ərizə göndərərək onun 1.250.000 (Bir milyon iki yüz əlli min) ABŞ dolları dəyərindəki borcunun 698.000 ABŞ dolları, yəni Pirallahı rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli Qətnaməsi ilə müştərək qaydada Rəhimli Vüsalə Mahmud qızı, Ağayev Sakin Abdulhüsyin oğlu və Ağayeva Dilarə Sakin qızından tutulmalı məbləğ miqdarında qarşılıqlı borcların əvəz olunması (zaçot alınması) yolu ilə ödənilir.
Yəni Pirallahı rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli Qətnaməsi ilə İbrahimov Fikrət Vəli oğluna ödəniləcək məbləğ onun Rəhimli Vüsalə Mahmud qızına olan borcunun 698.000 ABŞ dolları dəyərində azaldılması hesabına ödənilib.
Bundan sonra Rəhimli Vüsalə aparılmış əvəzləşmə nəticəsində icraatın dayandırılması ərizəsi ilə məhkəmə icraçısına müraciət etmişdir.
Mangistau vilayətinin məhkəmə icraçısı Axanovun 3 mart 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli Qətnaməsi icra olunduğuna görə icraata xitam verilib və Qazaxstan dövlət orqanları Azərbaycan dövlətini bu barədə rəsmi olaraq məlumatlandırıblar”.
Hüquq müdafiəçisi Baş prokurora müraciətdə əlavə edib ki, İbrahimov Fikrət Vəli oğlu məhkəmə icraçısının sözügedən Qərarı ilə razılaşmadığı üçün məhkəməyə şikayəti ərizəsi ilə müraciət edib:
“Mangistau vilayətinin Aktau şəhər 2 saylı məhkəməsinin 25 iyun 2020-ci il tarixli qərarı ilə İbrahimovun iddiası rədd edilmiş, yəni məhkəmə icraat işlərinin bağlanmasını qanuni saymışdır.
İbrahimov bu qərarla razılaşmayaraq yuxarı məhkəmə instansiyasına şikayət vermiş, Mangistau vilayət məhkəməsinin (apelyasıya instansiyası) 2 sentyabr 2020-ci il tarixli qərarı ilə Mangistau vilayətinin Aktau şəhər 2 saylı məhkəməsinin 25 iyun 2020-ci il tarixli qərarı dəyişdirilməmiş qalmış və İbrahimovun apellyasiya şikayəti təmin edilməmişdir.

RUBRİKA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiya sədrlərindən Əliyev-Paşinyan görüşünə REAKSİYA
Bu gün, 18:00
Azərbaycanlı hərbi jurnalist Gülbəniz Arifqızı vəfat etdi
Bu gün, 17:57
130 dollara ChatGPT planı satıldı - Dietoloqu hansı cəza gözləyir?
Bu gün, 17:55
Əbu-Dabidə üç mühüm məsələ üzrə razılıq əldə edilib - AÇIQLAMA
Bu gün, 17:51
İrəvanda çağırış: - Daşnaksütyunu terror təşkilatı etməyin vaxtıdır
Bu gün, 17:48
Ermənistanda Sünikdəki yolun üçüncü tərəfə verilməsini mümkün hesab ediblər
Bu gün, 17:44
Azərbaycanın Liderliyi: Cənubi Qafqazda davamlı sülhün yeni üfüqləri - İNCƏLƏMƏ
Bu gün, 17:27
Ruslar Azərbaycan səfirliyinin yanında PARTLAYIŞ TÖRƏTDİ - Hücum zamanı...
Bu gün, 17:23
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
Bu gün, 17:18
Məhkəmə Bakıda qətl törədən 22 yaşlı gənci məcburi müalicəyə göndərib - TƏFƏRRÜAT
Bu gün, 17:13
İşdən çıxarılan müəllimlərin yerinə əlavə kadr götürülməlidirmi? - AKTUAL
Bu gün, 17:00
Niyaməddin Musayev illərdir küsülü olduğu Musadan danışdı
Bu gün, 16:55
Vətəndaşa təzyiq göstərən Elçin Bayramov kimə arxalanır? - Sumqayıt Hospitalının həkimindən ŞİKAYƏT
Bu gün, 16:45
“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak edib - FOTO
Bu gün, 16:36
DTX-nin saxladığı "Vaqner"də döyüşmüş iki azərbaycanlı barəsində həbs qətimkan seçilib - TƏFƏRRÜAT
Bu gün, 16:30
Məhşur blogerin “Papaq” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
Bu gün, 16:28
Tramp Ukrayna məsələsində daha çox tərəqqinin olmamasından məyusdur - Rubio
Bu gün, 16:14
Bu, sanki Allaha rüşvət verməkdir - Elşad Miri
Bu gün, 16:13
Generalın adı ilə 2500 manatlıq dələduzluq edildi - TƏFƏRRÜAT
Bu gün, 16:12
Bakcell istifadəçiləri bu tətbiqdən pulsuz istifadə edəcək - DİQQƏT!
Bu gün, 16:09
Bakıda həbs edilən ruslar fərari imiş
Bu gün, 16:04
ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub - AÇIQLAMA
Bu gün, 16:00
Lavrov və Rubio ikitərəfli gündəliyi və dünyadakı vəziyyəti müzakirə ediblər - Rusiya XİN
Bu gün, 15:59
AYNA-nın növbəti OYUNU – Sürücüləri zinhara gətirən parklanma sistemi NİYƏ DƏYİŞMİR?
Bu gün, 15:57
Telli Pənahqızı bu TV-nin rəhbəri oldu - BUNDAN SONRA...
Bu gün, 15:55
“Daşnaksütyun” Paşinyanın hədəfində: - Bu təmizləmə yox, erməni xalqını xilasetmə cəhdidir
Bu gün, 15:52
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib
Bu gün, 15:49
Paşinyan Əbu-Dabidə: - Manukyanın evində axtarış aparılır
Bu gün, 15:48
Güney Qafqazda Əbu-Dabi yelləri... - GƏLİŞMƏ
Bu gün, 15:44
Xüsusi təyinatlılar azərbaycanlılara görə şöbələrə hücum etdi - TƏFƏRRÜAT
Bu gün, 15:41
Ermənistan Əbu-Dabi görüşündə yaranmış tarixi şansı əldən verməməlidir - RƏY
Bu gün, 15:38
Azərbaycan-Ermənistan delimitasiya prosesinin davam etdirilməsi üçün tapşırıq verilib
Bu gün, 15:23
Rəsmi İrəvan Zəngəzur dəhlizinə ABŞ şirkəti tərəfindən nəzarət oluna biləcəyini istisna etmir
Bu gün, 15:21
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
Bu gün, 14:18
Ermənistanda 7 nəfər terror aktı törətməyə cəhd ittihamı ilə saxlanılıb
Bu gün, 14:15
Əbu-Dabi platforması ideyası İlham Əliyevə aiddir... - SÖZSÜZ Kİ...
Bu gün, 13:08
Bəylər Əyyubov yenidən Prezidentin yanında - FOTO
Bu gün, 13:05
Rusiya Ermənistanı sanksiya ilə cəzalandıra biləcəyi barədə xəbərdar edib - KİV
Bu gün, 13:01
Rusiya hökumətində kadr dəyişiklikləri: Nə baş verir? - ŞƏRH
Bu gün, 12:55
Azərbaycan əhalisi ayda 265 manat ərzağa xərcləyib
Bu gün, 12:54
Putinin göndərdiyi nazir Bakıdan əliboş qayıdıb: Əliyev onu qəbul etməyib - “VÇK-OQPU”
Bu gün, 12:44
Nəsimidə 21 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb - VİDEO
Bu gün, 12:41
Getdikcə azalan SƏNƏT SEVGİSİ - “Televizorda görürlər, elə bilirlər...”
Bu gün, 12:30
“Hələ jurnalistikanın gələcəyi var” - Yadigar Məmmədli
Bu gün, 12:25
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
Rusiyaya işləməyə gedən azərbaycanlı yoxa çıxdı - TƏFƏRRÜAT
Bu gün, 12:20
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
Bu gün, 12:17
İş adı ilə apardılar, müharibəyə göndərdilər – Goranboy sakininin şok taleyi
Bu gün, 12:15
Moskva Paşinyanın yerinə “ağ atlı” oğlan axtarır - Qara əbalı keşiş İŞƏ YARAMADI...
Bu gün, 12:10
“Məxsusi ana rolu yazılsa fikirləşərəm” - Şəfiqə Məmmədova niyə filmlərdə çəkilmir?
Bu gün, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru