"Sonuncu dəfə buralara nə zaman asfalt çəkildiyini xatırlamırıq" - Cəlilabadda NARAZILIQ
Tarix: 14-12-2021, 09:01 | Çap et
 Cəlilabadın Çünzəli kəndinin elektrik paylayıcısı Sovetlər dönəmindən qalıb. Elə ona görədir ki, işıq zəifdir və tez-tez sönür. DİA.AZ-ın məlumatına görə, kənd sakini Vəkil Xankişiyev deyir ki, buna görə dəfələrlə Cəlilabad Rayon İcra Hakimiyyətinə, Cəlilabad Elektrik Şəbəkəsinə müraciət ediblər. Hər dəfəsində də “narahat olmayın, bilirik, problem var, tezliklə həll edəcəyik”, – cavabı alıblar. Ancaq bu günədək problemləri həll olunmayıb.
“Bizim kəndin işıq paylayıcısı, – ata-baba dilində transfarmator deyirlər, – 60-cı illərdə qoyulub. Mənim xatirimdə deyil heç, uşaq olmuşam. İndi həmin paylayıcı sıradan çıxıb. Buna görə də verilən işıq çox zəif olur. Paltaryuyana, soyuducuya, televizora gücü çatmır. Elə ki axşam olur, camaat avadanlıqları “tok”a taxır, onda işıqlar sönür, gücü çatmır. Biz də qorxumuzdan xətti yükləmirik, həm də heyfdir, texnika yanmasın deyə”.
Çünzəli kəndinin tək problemi elektrik deyil. Sakinləri bildirirlər ki, yolları da bərbaddır:
“Sonuncu dəfə buralara nə zaman asfalt çəkildiyini xatırlamırıq. Mənim oğlum İkinci Qarabağ müharibəsində şəhid olub. Onun ilinə az qalmış rayon rəhbərliyinə müraciət etdim. Qapımıza palçıqdan gəlməli deyildi. İki maşın daş gətirib tökdülər, bəs eləmədi. Özüm də sonradan bir maşın daş aldım”.
Vəkil Xankişiyev deyir ki, bunlar hamısı müvəqqəti tədbirlərdir. Yağış, qar yağır, daş torpağa qarışıb itir:
“Normal asfalt çəkilməlidir. Həm də təkcə mənim qapım deyil, bütün kəndin yolları, kəndə gələn yol problemlidir, bərbaddır. Bu işlər kəndlinin gücü çatacaq şeylər deyil. İstər işıq paylayıcısı almaq olsun, istərsə də yolları asfaltlamaq. Əvvəllər pul toplayıb yollara daş tökdürmüşük. Zamanla yenə həminki kimi olub. Deməli, daha böyük bir iş görmək lazımdır”.
Vəkil Xankişiyev daş karxanasında çalışır. Deyir, “daş daşımaqla məşğulam”. Hökumətdən də özü üçün heç nə istəmir:
“Tək istəyim bu kəndin işıq və yol probleminin həllidir. Şükür, əlim-ayağım yerindədir. İşləyir, ailəmi dolandırıram. Ancaq qazancım kəndin yollarının bərpasına, işıq probleminin həllinə yetməz, çatsa, onu da edərdim. Biz də ölkənin əksər kəndlərində olduğu kimi zəif işıqdan, palçıqdan, tozdan qurtulardıq”.
Meydan TV problemlə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinə müraciət edib. İcra başçının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərov Çünzəli kəndindəki elektrik dirəklərinin köhnə olduğunu və buna görə tez-tez problem yaşandığını təsdiqləyib. Bildirib ki, nəinki Çünzəli kəndində, ümumiyyətlə, Cəlilabadın əksər kəndlərində eyni problem var:
“Kəndlərin böyük əksəriyyətindəki elektrik dirəkləri 60-70-ci illərdən qalıb və pis durumdadır. Nəticədə elektrik problemləri yaşanır. Biz bununla bağlı müraciətlər etmişik, „Azərişıq“ ASC-ni də məlumatlandırmışıq. Ümid edirik problem tezliklə həllini tapacaq”.
Çünzəli kəndinin yol probleminə gəlincə, Alıcı Dilavərov bildirib ki, o barədə də məlumatları var, yoluna qoymağa çalışırlar:
“Düzdür, kəndin yolları deməzdim çox bərbaddır. Ancaq təmirə ehtiyac olan hissələrdə tez-tez işlər görülür. Təbii bunlar hamısı bir gündə həll ediləcək məsələlər də deyil. Yavaş-yavaş hamısı yoluna düşəcək”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Bu gün, 14:55 |
|
|
|
| • Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Bu gün, 14:52 |
|
|
|
| • Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Bu gün, 14:49 |
|
|
|
| • Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47 |
|
|
|
| • Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44 |
|
|
|
| • Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07 |
|
|
|
| • Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02 |
|
|
|
| • “Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07 |
|
|
|
| • "Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04 |
|
|
|
| • Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02 |
|
|
|
| • Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59 |
|
|
|
| • SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57 |
|
|
|
| • Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54 |
|
|
|
| • YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45 |
|
|
|
| • "Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40 |
|
|
|
| • Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38 |
|
|
|
| • Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35 |
|
|
|
| • Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34 |
|
|
|
| • Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31 |
|
|
|
| • Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26 |
|
|
|
| • Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25 |
|
|
|
| • “Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18 |
|
|
|
| • YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13 |
|
|
|
| • “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11 |
|
|
|
| • TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02 |
|
|
|
| • Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59 |
|
|
|
| • Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56 |
|
|
|
| • SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51 |
|
|
|
| • SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44 |
|
|
|
| • SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42 |
|
|
|
| • Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38 |
|
|
|
| • Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36 |
|
|
|
| • "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34 |
|
|
|
| • Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33 |
|
|
|
| • Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28 |
|
|
|
| • Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26 |
|
|
|
| • Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23 |
|
|
|
| • Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22 |
|
|
|
| • "Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21 |
|
|
|
| • Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19 |
|
|
|
| • Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14 |
|
|
|
| • Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
| • Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01 |
|
|
|
| • Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57 |
|
|
|
| • Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30 |
|
|
|
| • Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25 |
|
|
|
| • Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15 |
|
|
|
| • İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12 |
|
|
|
| • "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
|