Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

Yol Gigiyena və Epidemiologiya Mərkəzi adı açıq, özü gizli tenderlər keçirir – Qanunlar yol verməsə də...
Tarix: 20-06-2022, 10:13 | Çap et
Yol Gigiyena və Epidemiologiya Mərkəzi adı açıq, özü gizli tenderlər keçirir
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycanın iqtisadiyyatında oynadığı mühüm rol haqqında çox yazmaq olar. Bir cümlə ilə ifadə edilərsə, yalnız onu demək olar ki, Azrəbaycan dəmiryolçuları uzun və şərəfli bir yol keçiblər. Sovet dövründə Azərbaycanın dəmiryolunda sərnişin və yük daşımaları çox yüksək səviyyədə inkişaf etmişdi. O zamanın tələblərinə də cavab verirdi. İttifaq dağıldıqandan sonra dəmir yolları sistemi də təbii ki, respublikalar arasında bölünməyə başladı. Elə sovetlər ittifaqı dağıdıldan sonra da Azərbaycanın dəmir yolu sistemi iflic bir vəziyyətə düşdü. Həmin dövrlərdə Azərbaycanda dəmir yolunun rəhbərliyinə gələnlər perspektiv haqda düşünməyiblər və SSRİ-dən miras qalmış vaqon, lokomotiv parkı, bir sözlə, dəmir yoluna aid hər şeyi dağıtmağa başlayıblar.

Azərbaycanın dəmiryolu sistemini dağıdanlardan biri də 2015-2022-ci illərdə bu sahəyə rəhbərlik etmiş Cavid Qurbanov olub. Sözügedən şəxs islahatlar adı altında çoxlu ixtisarlar edib, coxsaylı dəmiryolçu mütəxəssisləri bu sahədən uzaqlasdırıb. Bu mütəxəssislərin əvəzinə isə dəmir yolu sahəsinə kommersantlar və pul mənimsəməyi bacaranları yerləşdirmişdi. Cavid Qurbanovun sayəsində Azərbaycanın dəmir yollarında çalışan on minlərlə peşəkar öz sahəsinə aid işdən uzaqlaşdırılmışdır. Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edildikdən sonra nəinki peşəkar dəmiryolçuları, hətta quruma tabeli xəstəxana və poliklinakalardakı həkim kontigentinə də müdaxilə edərək öz yaxın adamlarını yerləşdirmişdi. Elə ona görə də təkcə dəmir yolunda deyil, ona tabeli səhiyyə müəssisələrində də korrupsiya baş almışdı.

Azərbaycanda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi adlı bir qurumun olmasından bəlkə də çoxlarımız xəbərsizik. Bu mərkəzin fəaliyyəti dəmiryolçuların sağlamlığının mühafizəsi, həmçinin onların əmək qabiliyyətlərinin və peşə uzunömürlülüklərinin qorunub saxlanması məqsədilə stasionar və ambulator tibbi yardım göstərməkdən ibarətdir. Həmçinin Mərkəz dəmir yolu ərazisində yerləşən obyektlərdə, eləcə də yolun tabeliyində olan idarə və müəssisələrdə sanitar-gigiyenik və əks-epidemik tədbirləri həyata keçirir: dezinfeksiya, dezinseksiya, deratizasiya işləri aparır; dəmir yolu ilə idxal və ixrac olunan yüklərə sanitar-karantin nəzarəti icra edir; xüsusi təhlükəli xəstəliklərin yayılmasına epidemioloji nəzarət edir; iş yerlərinin attestasiyası komissiyasının işində iştirak edir;müvafiq zəruri hallar zamanı qatar heyəti tərəfindən, həmçinin tibb məntəqələrində sərnişinlərə ilkin tibbi yardımın göstərilməsi məsələlərini təşkil və təmin edir.

Bütün bu işləri həyata keçirmək üçün Yol Gigiyena və Epidemiologiya Mərkəzinə dövlət büdcəsindən hər il kifayət qədər vəsait ayrılır. Amma bu vəsaitlər heç kimin xəbəri olmadan, gizlin keçirilən satınalmalar yolu ilə təyinatından kənar edilirmiş. Bunu Respublika Hesablama Palatasının məlumatları da təsdiq edir.

Azərbaycan Respublikası Hesablama Palatasının bir neçə il əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidmətində və onun tabeliyində olan tibb müəssisələrində audit zamanı tibb müəssisələri tərəfindən satınalma prosedurlarının keçirildiyi və müqavilələr bağlanıldığı, malların (işlərin və xidmətlərin) satın alınması zamanı qanunvericilik aktlarının tələblərinə bəzi hallarda əməl edilmədiyi, satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müəyyən olunmadan bəzi malların bazar qiymətindən baha alınması və müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan satınalınan malların həcmi və vahidinin qiymətinin dəyişdirildiyindən əlavə xərclərə yol verilməsi barədə məlumatlar yaymışdı.

Aktualinfo.org-un apardığ araşdırmalr zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidməti satınalmalar zamanı qanunsuz əməllərini hələ də davam etdirdiyi bəlli oldu. Belə ki, dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmalarda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzinin Tender Komissiyası tərəfindən illik satınalma planlarına uyğun nəzərdə tutlan kotirovka sorğularının keçirilməsi barədə dövlət satınalmalarının vahid internet portalında elanlar verilsə də, satınalma prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilmədiyinə, elan olunmuş və keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verildiyi məlum oldu.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 2021-ci ildə keçirilmiş, lakin nəticələrinin ictimaiyyətdən gizlədildiyi şübhəsi doğuran kotirovka sorğuları aşağıdakılardır:

Dəftərxana və təsərrüfat malları üzrə 17.11.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Sair torpaq,tikili və avadanlıqlar üzrə 15.11.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Laboratoriya tədqiqatları və müayinələri,dezinfeksiyaedici vəsaitlər üzrə 05.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Dəftərxana və təsərrüfat malları üzrə 01.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunda 27 160 manat məbləğində satınalma müqaviləsi 20.04.2021-ci il tarixdə “FATEH-2019” MMC ilə bağlanmışdır.
Dezinfeksiyaedici vəsaitlər -yuyucu vasitələr və zərərli kimyəvi maddələr üzrə 15.02.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunda 49 607.2 manat məbləğində satınalma müqaviləsi 18.03.2021-ci il tarixdə “EPİDBİOMED” MMC ilə bağlanmışdır.
Bundan əlavə Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzinin Tender Komissiyası tərəfindən yumuşaq inventarlar, xüsusi geyimlər (4 ədəd) və yumuşaq inventarlar və xüsusi geyimlər (8 kq) üzrə 2021-ci ilin satınalma planlarına daxil etmiş, lakin bu malların satınalması üzrə kotirovka sorğusu elanı verilməmişdir. Yaxud da gizlin keçirilmiş və bu malların satınalmasına ayrılan vəsaitlər mənimsənilmişdir.
Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda tərəfimizdən Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzinin Tender Komissiyasının 2020-ci il üzrə keçirdiyi kotirovka sorğularında da ciddi qanun pozuntularına yol verildiyi müəyyən edildi. Belə ki, yumuşaq inventar və xüsusi geyimlər üzrə 43 825.2, dəftərxana və təsərrüfat malları üzrə 25 689.25 manat, dРµzinfРµksiyaРµdici vəsaitlər, müayinələr üçün dərman preparatları üzrə 48 954.19 manat, dРµzinfРµksiyaРµdici vəsaitlər və məsrəfi mal-materialları üzrə 49 860.9 manat məbləğində satınalma müqavilələri bir MMC ilə imzalanmışdır. “EPİDBİOMED” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi olaraq 168 365 manat məbləğində müavilələr bağlanmışdır ki, burada bir MMC-nin ayrı-ayrı malların və xidmətlərin satınalmasi üzrə keçirilən kotirovka sorğularında iştirakına yol verilmişdir.
Dövlət satınalmalarının rəsmi internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzinin Tender Komissiyası 2021-ci il üzrə nəzərdə tutlan malların və xidmətlərin satın alınmasını illik satınalma planlarına daxil etmiş, yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan vermiş, lakin keçirilmiş bir neçə kotirovka sorğuları üzrə müqavilələrin bağlanması barədə heç bir məlumat verməmiş, ayrılan vəsaitlər barədə məlumatları ictimaiyyətə açıqlamamaışdır. Bu da keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır. Göründüyü kimi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi adı açıq olan tender və kotirovkalarını gizli şəkildə keçirir. Qanunlar buna yol verməsə də, Mərkəzin Tender Komissiyası yol verir.

Bütün bu yuxarıda göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə Mərkəzin Tender Komissiyasına ünvanladığımız sorğu məktubu cavabsız qaldı. Mərkəzdən redaksiyamıza bildirdilər ki, sorğuya “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidməti cavab verəcək. Lakin bunun sorğuya cavab verilməyəcəyi anlamına gəldiyini dərhal hiss etdik. Odur ki, məlumatları araşdırılması üçün Respublika Hesablama Palatasına, Baş prokurorluq yanında Korupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də ünvanladıq. Bu qurumlar yəqin ki, araşdırmalar aparacaqlar və nəticələrinin sədası hardansa gələcək.
Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru