Əbülfəs Qarayevin rüşvətə qarşı mübarizə aparan sabiq işçisinin başına açılan dəhşət davam edir – Prezidentdən kömək istədi
Tarix: 13-08-2014, 10:50 | Çap et
 DİA.AZ: - Mədəniyyət və Turizm Nazirliyinin sabiq işçisi Məmmədov Şahin Şakir oğlunun başına açılan oyunlar davam etməkdədir. DİA.AZ-a yazdığı müraciətində Əbülfəs Qarayevin keçmiş işçisi yeni gəlişmələrin olmasından yazır:
“Kütləvi informasiya vastələrində Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində şahidi olduğum korrupsiya halları barədə yazılarım getdikdən sonra 31.07.2014-cü il tarixdə Ş.Hümbətova və ƏDİRƏF MMC nin sahibi Fəridə Allahverdiyeva mənim yanıma gələrək əvvəlcə mənə yumşaq tərzdə “bir də belə şeylər yazma, onsuz da baxan olmayacaq” dedilər. Əgər bir də şikayət etməsəm, barəmdə verilmiş Əmrin ləğv edilməsində mənə köməklik edəcəklərini bildirdilər.
Mən isə öz növbəmdə tutduğum düzgün bildiyim yoldan dönməyəcəyimi qeyd etdim. Mən dövlətimə inanıram. Bilirəm ki, axır-əvvəl cənab İlham Əliyev bu məsələdən xəbər tutacaq və mənə kömək edəcək. Belə olduqda Ş.Hümbətova məni qohumlarımın yanında təhdid etməyə başladı. Sənin başına oyun açacam, oğlanlarım və yoldaşım səni "başa salacaq", sən hələ bilmirsən kiminlə mübarizə aparırsan, məhkəmədə işçiləri sənin üzünə qoyduracam, səni tutduracam kimi sözlərlə məni təhdid etdi. Mən isə DİN-ə bu məsələ ilə bağlı rəsmi şikayət etdim. Göygöl rayon Polis şöbəsinin əməkdaşı Namiq müəllim məndən bu işlə bağlı izahat aldı. Ancaq çox təəsüüflər olsun ki, hələ də təhdid edilməyimlə bağlı heç bir tədbir görülməyib. Məni ailə üzvlərimin yanında təhdid etmə curəti tapan Ş.Hümbətova barəsində heç bir tədbir görülməyib.
Qəribədir ki, Ş.Hümbətova heç nədən çəkinmir, olkə Prezidenti cənab İlham Əliyevin bütün çıxışlarında "korrupsiyanın kökünü kəsməliyik", "korrupsiya bir xəstəlikdir və ölkəmizi bu xəstəlikdən xilas etməliyik" deməyinə baxmayaraq Ş.Hümbətova öz əməllərini həyata keçirməkdə davam edir, ölkəmizin qanunlarına məhəl qoymur.
Bu gün 12.08.2014-cü il tarixdə yaşadığım evə məktub gəldi ki, bəs barəmdə iddia qaldırılıb. Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ş.Hümbətova guya mənəvi sarsıntı keçirib, işgüzar nüfuzuna xələl gəlib və buna görə də Göygöl rayon Məhkəməsində iddia qaldırıb məndən 8000 manat təzminat alınmasını tələb edir. Səbəb kimi də mənim KİV-də etdiyim çıxışlarda qeyd olunanların yalan və böhtan olduğunu, guya mən işdən çıxarıldığım üçün belə edirəm. Mənim işdən azad olunma Əmrimdə qeyd olunan "nazirliyin nüfuzuna xələl gətirdiyi üçün dövlət qulluğuna xitam verilsin" sözlərinə cavab olaraq qeyd etmişəm ki, "naziriyin nüfuzuna xələl gətirmək korrupsiya əməlləri barədə müvafiq qurumlara müraciət etmək, əməkdaşlıq etmək deyil", xələl gətirmək əslində Ş.Hümbətovanın etdiyi kimi nazirlikdən gələn yoxlama getdikdən sonra XƏRCİM ÇIXDI deyib işçilərdən həmin xərci toplamaqla gələn yoxlamanı işçilərin gözündə nüfuzdan salmaqdır.
Xatırlatmaq istəyirəm ki, mən işdən azad edilməmişdən bir il öncədən də müvafiq qurumlara Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində Ş.Hümbətovanın "uğurla" həyata keçirdiyi korrupsiya sistemi barədə müraciətlər etmişdim. Sadəcə olaraq mən bu işin içində yer almadığıma görə, ona qarşı çıxdığıma görə Ş.Hümbətova mənim barəmdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə yalan, böhtan məlumatlar göndərməklə məni işdən azad etdirdi. İndi də mənim səsimi birdəfəlik kəsmək üçün məndən 8000 manat təzminat istəyir. Bilir ki, əgər məhkəmə onun iddiasını təmin etsə, mən heç cür həmin məbləğı verə bilməyəcəm və həbs ediləcəm. Bilir ki, mən kasıb ailənin övladıyam, atam birinci qrup əlildir. Və belə bir ailə heç cür həmin 800 manatı ödəyə bilməz. Bununlada korrupsiyaya qarşı mübarizə aparan, dövlətini sevən, bundan sonrakı ömründə də tək məqsədi dövlətinə xidmət etmək olan bir gənc məhbusa çevrilmiş olacaq. Mən üzümü dövlət böyüklərimizə tutaraq deyirəm. Mən Sizin korrupsiyaya qarşı apardığınız mübarizəyə dəstək verdiyim üçün işdən azad olundum. Ş.Hümbətovanın həyata keçirdiyi korrupsiya əməllərinin üzə çıxarılmağında heç bir tədbir görülməzsə, Ş.Hümbətova bundan sonra da korrupsiya əməllərini davam etdirəcək.
Bundan sonra da dəyəri 400 manat olan CASPER kompuyuterini 1380 manat kimi sənədləşdirəcək.
Bundan sonra da görülməyən işlər müqabilində büdcə vəsaitlərini artıqlaması ilə ƏDİRƏF MMC nin hesabına köçürəcək.
Bundan sonra mənim işlədiyim vəzifəyə imtahan verib gələcək olan şəxs ya Ş.Hümbətovanın dediyi kimi korrupsiya əməllərinin həyata keçirilməsində iştirak edəcək, ya da mənim kimi korrupsiyaya qarşı mübarizə aparıb sonunda da qondarma ittihamlarla işdən azad ediləcək”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Bu gün, 16:50 |
|
|
|
| • “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Bu gün, 16:48 |
|
|
|
| • Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Bu gün, 16:43 |
|
|
|
| • Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 16:42 |
|
|
|
| • Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Bu gün, 16:38 |
|
|
|
| • İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Bu gün, 16:31 |
|
|
|
| • Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Bu gün, 16:29 |
|
|
|
| • Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Bu gün, 16:27 |
|
|
|
| • Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Bu gün, 16:24 |
|
|
|
| • Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Bu gün, 16:21 |
|
|
|
| • Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Bu gün, 16:19 |
|
|
|
| • Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Bu gün, 16:06 |
|
|
|
| • Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Bu gün, 16:05 |
|
|
|
| • İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Bu gün, 16:03 |
|
|
|
| • İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Bu gün, 15:34 |
|
|
|
| • Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Bu gün, 15:27 |
|
|
|
| • XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Bu gün, 15:26 |
|
|
|
| • Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Bu gün, 15:17 |
|
|
|
| • Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Bu gün, 15:14 |
|
|
|
| • Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Bu gün, 15:13 |
|
|
|
| • İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Bu gün, 15:11 |
|
|
|
| • “Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 15:08 |
|
|
|
| • Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Bu gün, 15:05 |
|
|
|
| • Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Bu gün, 15:01 |
|
|
|
| • Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Bu gün, 14:59 |
|
|
|
| • TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Bu gün, 14:55 |
|
|
|
| • Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Bu gün, 14:52 |
|
|
|
| • Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Bu gün, 14:49 |
|
|
|
| • Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47 |
|
|
|
| • Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44 |
|
|
|
| • Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07 |
|
|
|
| • Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02 |
|
|
|
| • “Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07 |
|
|
|
| • "Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04 |
|
|
|
| • Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02 |
|
|
|
| • Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59 |
|
|
|
| • SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57 |
|
|
|
| • Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54 |
|
|
|
| • YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45 |
|
|
|
| • "Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40 |
|
|
|
| • Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38 |
|
|
|
| • Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35 |
|
|
|
| • Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34 |
|
|
|
| • Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31 |
|
|
|
| • Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26 |
|
|
|
| • Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25 |
|
|
|
| • “Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18 |
|
|
|
| • YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13 |
|
|
|
| • “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11 |
|
|
|
|