"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" .....                     Azər Məmmədov yeni gələndə ümid edən işçilər... .....                     Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                     Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                     Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? .....                     ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib .....                     Azərbaycanda çörək bahalaşacaq? .....                     Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR .....                     Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? .....                     Yerində sayan sektor: milyonları niyə itiririk? .....                     "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     "Verilişə gələrkən maşını vurdum..." .....                     TƏBİB-in TƏCİLİ olmayan yardımı... .....                     Niyazi Bayramovun korrupsiya ortaqları .....                     Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? .....                     Təzə başçı gələndə camaat düşündü ki... .....                     Pensiyalarla bağlı vacib xəbər .....                     Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                     Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: .....                     Bu gün BMT canlı meyitdir .....                     Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub .....                     Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? .....                     Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... .....                     Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı .....                     Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... .....                     Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı .....                     Siraqəddin Cabbarov onu işdən çıxardı .....                     Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb .....                     Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama .....                     Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” .....                     Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı .....                     General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular .....                     “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” .....                     Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" .....                     Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi .....                     Ayda 925 manata kim ev ala bilər? .....                     İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib .....                     Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik .....                 

Qərbi Azərbaycandan olan təhsil işçisinin prezident İlham Əliyevə ŞOK MÜRACIƏTI – “Mikayıl Cabbarovun kadr siyasətində Qərbi Azərbaycanlılara olan antipatiyası dözülməzdir”
Tarix: 18-03-2015, 09:18 | Çap et
Qərbi Azərbaycandan olan təhsil işçisinin prezident İlham Əliyevə ŞOK MÜRACIƏTI
DİA.AZ: - Redaksiyamıza təhsil naziri Mikayıl Cabbarovu ciddi şəkildə ittiham edən bir təhsil işçisinin prezident İlham Əliyevə ünvanladığı müraciət daxil olub. DİA.AZ olaraq həmin müraciətin bəzi məqamlarını ixtisar edərək diqqətinizə təqdim edirik:

“Hörmətli cənab Prezident! Sizə müraciət edən hələlik Azərbaycan vətəndaşlığı daşıyan, Ermənistan qaçqını, sabiq təhsil işçisi Qurbanov Malik Xıdır oğludur. Mən təhsil naziri Mikayıl Cabbarovun həyata keçirdiyi repressiyanın qurbanlarından biriyəm. Bir il üç aydır ki, pozulmuş hüquqlarımın bərpası üçün məhkəmədə iddia qaldırmış, Sizə 8 dəfə, Baş prokurora 5 dəfə, Prezident Administrasiyasına 3 dəfə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə 3 dəfə, digər aidiyyəti qurumlara isə 6 dəfə müraciət etmişəm. Müraciətlərimin heç biri qanunauyğun şəkildə araşdırılmamış, hamısı şikayət etdiyim məmura göndərilmişdir. Təhsil Nazirliyində isə bir qayda olaraq, vətəndaş müraciətlərinə biganə yanaşılır. O cümlədən, mənim də müraciətlərim araşdırılmamış və cavablandırılmamışdır. Məni ağrıdan bu deyil. Kimin şikayətinə baxıblar ki, mənim şikayətimə də baxalar.

İki ildir ki, təhsil sistemində nəinki insan haqları, qanunlarımız da ayaqlar altına atılıb. Məni narahat edən odur ki, Mikayıl Cabbarovun dövlətimizin imicinə ciddi xələl gətirən əməlləri yuxarı səviyyədə susqunluqla qarşılanır. Artıq təkcə millətdə yox, hətta bəzi yüksək çinli məmurlarda da belə fikir formalaşıb ki, Mikayıl Cabbarovun kəsdiyi başa zaval yoxdur. Bu xof qarşısında yazıqlaşıb iflic olan qurumlardan biri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir. Bu, “həmkarlar komitəsi” artıq qanunsuz əməllərə təzyiq altında razılıq verən bir quruma çevrilmişdir. Səttar Mehbalıyev ağıllı adamdır. Dünyanın gərdişini yaxşı başa düşür. O, arxasız dağların arxalı təpəcik qarşısında əridiyini gözəl bilir. Təhsil işçilərinə görə özünü oda atmayacaq ki? Yazıq neyləsin, onun yerinə kim olsa, qorxar. Mikayıl Cabbarovun tabeliyinə keçən “Həmkarlar İttifaqına” ehtiyac olmadığını görən təhsil işçiləri artıq özlərinin müstəqil həmkarlar təşkilatını yaratmağa başlayıblar.

Mikayıl Cabbarovun qarşısında acizləşən qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyidir. Bu qurum Təhsil Nazirliyində Əmək Məcəlləsinin qüvvədən düşməsini ən azı onlara daxil olan şikayət ərizələrindən bilir, lakin o yazıqlar da vəzifə funksiyalarını icra etməyə qorxurlar. Belə olmasa, mənim şikayət ərizələrimi özləri araşdırardılar, şikayət etdiyim şəxsin özünə göndərməzdilər.

Mikayıl Cabbarovun cinayət tərkibli olması ehtimal olunan əməlləri barədə Baş prokurora yazdığım şikayət ərizəsi də M.Cabbarovun özünə göndərildi. Yazıq neyləsin? Arxasında kimi var Baş prokurorun?

Mikayıl Cabbarov müstəqil məhkəmə hakimiyyətinin də müstəqilliyini əlindən alıb. Bu səbəbdən məhkəmədə qaldırdığım iddia ilə bağlı bir ildən artıqdır ki məhkəmə qapılarında sürünürəm. Təhsil Nazirliyinin cavabdeh kimi cəlb olunduğu iddialara vəkillik etmək istəyən də yoxdur. Çünki vəkillər qərarın ədalətsiz olacağını əvvəlcədən bilirlər. Mikayıl Cabbarov nəinki məhkəmələrə təzyiq edir, hətta bir neçə nəfəri, o cümlədən, məni müəllimlik hüququndan məhrum etməklə məhkəməyə aid səlahiyyəti də mənimsəyib. Bildirirəm ki, mənim iddiam ixtisasım üzrə sıravi müəllimliyə bərpa olunmamdır.

Sizə müraciət etməyimə baxmayaraq, yenə də Mikayıl Cabbarovdan və ətrafına yığdığı təsadüfi adamlardan qorxuram. Onlar hər cür üsulla məni susdurmağa çalışacaqlar Elə məni aradan götürtdürə də bilərlər.

Hörmətli Prezident!
Bu gün mənim ailəm aclıq keçirir. Sizdən xahiş edirəm ki, tezliklə pozulmuş hüquqlarımın bərpa olunmasına göstəriş verəsiniz. Əgər bunu etməsəniz, xahiş edirəm məni Azərbaycan Respublikasının vətəndaşlığından çıxarıb qaçqın statusumu bərpa edəsiniz ki, mən ailəmlə birlikdə başqa ölkədən sığınacaq ala bilim. Mən bu ölkəyə qaçqın kimi gəlmişəm, vətəndaşlıq almaq üçün Azərbaycan dövlətinə müraciət etməmişəm. Mənim və bir sıra digər təhsil işçilərinin maddi və mənəvi məhrumiyyətlərə məruz qalmağımızın yeganə səbəbi Qərbi Azərbaycandan olmağımızdır. Mikayıl Cabbarovun kadr siyasətində Qərbi Azərbaycanlılara olan antipatiyası dözülməzdir. Xahiş edirəm bu ikili yanaşmanın qarşısını alasınız. Bu yazıda qeyd etdiyim fikirlərə dair faktları və sübutları Sizə təqdim etməyə hazıram. Onu da qeyd etmək istəyirəm ki, Mikayıl Cabbarovun repressiv hərəkətləri nəticəsində həmişə sizi dəstəkləyən təhsil işçilərini də nazirin bu əməlləri Sizə qarşı çevirməkdədir.

Cənab Prezident! Ailəmin aclıq keçirməsi ilə əlaqədar özümü öldürmə həddinə çatsam da, Sizə olan inamım hələ tam ölməyib. Hesab edirəm ki, tədbir görəcəksiniz”.

İddia olunanlarla bağlı DİA.AZ olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Dünən, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Dünən, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Dünən, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Dünən, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Dünən, 16:38
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Dünən, 16:31
Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Dünən, 16:29
Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Dünən, 16:27
Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Dünən, 16:24
Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Dünən, 16:21
Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Dünən, 16:19
Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Dünən, 16:06
Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Dünən, 16:05
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Dünən, 16:03
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Dünən, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Dünən, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Dünən, 15:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru