Sabunçu bazarında dərəbəylik: Burada haqq verməyənlər cəzalandırılır - Özbaşınalıq...
Tarix: 23-05-2015, 13:24 | Çap et
 Redaksiyamıza yeni daxil olan məlumatlarda Sabunçu bazarının müdiri Fariz Məmmədovun yarıtmaz fəaliyyətindən, bazarda və onun ətrafında yerləşən obyektlərdə ticarətlə məşğul olan insanlarla yolverilməz davranışından bəhs olunur. Şikayətçilər bazar rəhbərliyinin onlardan evdə qaldıqları günlərin də pulunu tələb edərək, əks halda aldıqları malların satışına imkan verilmədiyini bildirirlər: “Hər gün bizdən piştaxtaya görə 8, budkaya görə 10 manat yerhaqqı yığılır. Gözətçiyə gündəlik 70 qəpik veririk. Kommunal ödənişlər də bizlikdir. Bazarda ticarət zəifdi. Buna görə də çəkdiyimiz zəhmətin müqabilində qazancımız olmur. Özü də yerhaqqı ödənişinə heç bir qəbz verilmir. Qəbz tələb etdikdə isə söyülüb təhqir olunuruq. Yerpulu nəyə əsasən təyin olunur, bilmirik. Səsini çıxaranlara da bazarın sahibi Fariz Məmmədovun qoçuları hədə-qorxu gəlir...” Məlumatlarda vurğulanır ki, Fariz Məmmədov təkcə bazardakı piştaxtalardan deyil, həmçinin ətrafda yerləşən köşklərdən də aylıq haqq tələb edir. Bu haqqı verməkdən imtina edənlərsə hətta fiziki təsirlərə də məruz qoyula bilərlər. Elə vətəndaş Ələddin Həsənov da ondan tələb olunan gündəlik 10 manatı ödəməkdən imtina etdiyi üçün, yaranmış mübahisə zamanı Fariz Məmmədov tərəfindən itələnərək, yıxılıb. Həm də ailə üzvlərinin gözü qarşısında. Sabunçu bazarında alver edən digər bir vətəndaş isə öz məktubunda yazır: “Beş ilə yaxındır ki, bu bazarda çalışıram. Bazarda ümumiyyətlə, təmizlik işləri aparılmır, bu işi öz imkanlarımız hesabına görürük. Bir az yağış yağan kimi palçıq əlindən hərəkət etmək olmur. Satdığımız mallar da palçığa bulaşdığından, alıcı tapa bilmirik. Bazarda hökm sürən bu vəziyyət və xüsusən də onun aradan qaldırılmasına yönəldilmiş heç bir tədbirin, qəsdən, yəni düşünülmüş və məqsədyönlü şəkildə həyata keçirilməməsi biz çıxılmaz vəziyyətə salır. Bəs bunlara görə kim məsuliyyət daşımalıdır? Bəlkə Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi? Ola bilər, ən azından qismən ola bilər. Axı son nəhayətdə bazar özü də RİH-nin səlahiyyət çevrəsinə daxil ərazidə yerləşir. Bəs bilavasitə məsuliyyət kimin üzərinə düşməlidir? Təbii ki, birbaşa hadisələrin cərəyan etdiyi məkanın, yəni bazarın rəhbərliyinin. Fariz Məmmədov isə bazarda yalnız pul yöğömları ilə maraqlanır...” Digər tərəfdən isə məlumatlarda bildirilir ki, Sabunçu bazarı və onun ətrafı da hal-hazırda şübhəli məqsədlərə xidmət edən iaşə obyektlərinin bolluğu ilə diqqəti cəlb edir. Mənbələrin iddialarına görə bu obyektlərdə günün istənilən saatlarında yüngül əxlaqlı qızlar müştəriləri cəlb etməklə məşğuldurlar. Hətta ətraf ərazilərdə və kəndlərdə yaşayan sakinlərin buraya bazarlığa gəldikləri vaxtlarda da həmin kafelərdə intim xidmətlər təklifi səngimir. Müxtəlif kafe adları ilə pərdələnmiş pritonların rüsvayçı fəaliyyətləri vətəndaşların heysiyyatlarının tapdanmasına rəğmən demək olar ki, hər kəsin gözü önündə davam edir. Mənbələr bildirirlər ki, bu pritonların da əksəriyyəti məhz Fariz Məmmədova məxsusdur. Maraqlıdır ki, əraziyə nəzarət etməli olan hüquq-mühafizə orqanları da Sabunçu bazarındakı pritonların fəaliyyətinə göz yumurlar. Təəssüflər olsun ki, bu gün Azərbaycanda müxtəlif növ qeyri-qanuni fəaliyyətlə məşğul olan obyektlərin tamamilə başqa adlar altında pərdələnməsi artıq adi hala çevrilmişdir. Bu xüsusda hüquq-mühafizə orqanları öz vəzifələrinin icrasına yetərincə səy göstərmədikdə isə həmin pritonların əsil çiçəklənmə dövrü başlanır. Sabunçudan daxil olan məlumatlarda isə bazardakı kafelərə birbaşa Sabunçu Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən himayədarlıq edildiyi iddia olunur. Bildirilir ki, Fariz Məmmədovun bu bazarda çalışan insanlara qarşı sərgilədiyi qeyri-insani münasibəti də məhz bu himayədən doğan arxayınlıq hissindən formalaşır. \\ bizimdovr.az \\


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12 |
|
|
|
| • “Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09 |
|
|
|
| • "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04 |
|
|
|
| • "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00 |
|
|
|
| • Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53 |
|
|
|
| • “Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49 |
|
|
|
| • Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46 |
|
|
|
| • MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45 |
|
|
|
| • Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43 |
|
|
|
| • Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
| • “Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36 |
|
|
|
| • İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33 |
|
|
|
| • Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27 |
|
|
|
| • "Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09 |
|
|
|
| • Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06 |
|
|
|
| • İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00 |
|
|
|
| • Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55 |
|
|
|
| • Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53 |
|
|
|
| • Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46 |
|
|
|
| • Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44 |
|
|
|
| • Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40 |
|
|
|
| • "Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36 |
|
|
|
| • Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28 |
|
|
|
| • Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
| • Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50 |
|
|
|
| • “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45 |
|
|
|
| • Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39 |
|
|
|
| • “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33 |
|
|
|
| • Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34 |
|
|
|
| • Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11 |
|
|
|
| • Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09 |
|
|
|
| • Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07 |
|
|
|
| • "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04 |
|
|
|
| • Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46 |
|
|
|
| • Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27 |
|
|
|
| • Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20 |
|
|
|
| • Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16 |
|
|
|
| • ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10 |
|
|
|
| • Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05 |
|
|
|
| • Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58 |
|
|
|
| • Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55 |
|
|
|
| • Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52 |
|
|
|
| • "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50 |
|
|
|
| • Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48 |
|
|
|
| • "Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45 |
|
|
|
| • TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34 |
|
|
|
| • Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28 |
|
|
|
| • Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25 |
|
|
|
| • Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24 |
|
|
|
|