Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     “Paşinyan Bakının əlaltısıdır” .....                     "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." .....                     "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" .....                     Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək .....                     “Premium Bank”ın dövlətə vergi borcu var .....                     Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu .....                     MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? .....                     Nazirliyin tenderini yenə həmin şirkət uddu .....                     Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI .....                     “Söz vermişdim qızımı xaricdə oxudacam” .....                     İrəvanın bir ayağı yenə “gor”da .....                     Kür çayı bu rayonda bəndi uçurdu .....                     "Naxçıvan duzu" adı altında saxtakarlıq... .....                     Serjik Azərbaycana qayıdır? .....                     İrana görə daha bir ölkə çətin vəziyyətdə .....                     Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək .....                     Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz .....                     Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq .....                     "Yeni Klinika"ya direktor təyin olundu .....                     Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                     Azərbaycan neftinin qiyməti 113 dolları keçib .....                     “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” .....                     Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… .....                     “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” .....                     Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu .....                     Qarabağda MÜHARİBƏ istəyən ölkə .....                     Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? .....                     Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... .....                     "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" .....                     Azər Məmmədov yeni gələndə ümid edən işçilər... .....                     Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                     Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                     Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? .....                     ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib .....                     Azərbaycanda çörək bahalaşacaq? .....                 

Misir Mərdanovun Azərbaycan təhsilindəki "silinməz möhürü"... - Sən saydığını say gör fələk nə sayır
Tarix: 29-05-2015, 08:57 | Çap et
Misir Mərdanovun Azərbaycan təhsilindəki "silinməz möhürü"...
İnternetə daxil olub hər hansı bir xəbərlə tanış olmağına peşman olursan.”Misir Mərdanovun sağ əli-Qədirov Fərzəli”, “Misir Mərdanovun fərqli kadrları”, “Mərdanovun kadrları Təhsil Nazirliyini yan üstə qoyub”, “Təhsilimizin gözmuncuqları”, “Təhsil Nazirliyinin dəstəbaşılarından biri”, Təhsil Nazirliyinin Fərzəli Qədirov problemi”, “Fərzəli Qədirovun müəllim biznesi”, “Fərzəli Qədirovun qiymət cədvəli”, “Təhsil nazirliyində qiymətlər qalxdı”, “Fərzəli Qədirovun qızıl dövrü”, “Təhsil məmurunun qızıl medal fırıldağı”, “473 bala qızıl, 700 bala hədiyyə”, “Fərzəli Qədirovun oğlu hansı yolla qızıl medal alıb”,”Fərzəli Qədirovla bağlı müdhiş iddialar”, “Fərzəli Qədirovla bağlı daha bir şok iddia”, “Fərzəli Qədirov ifşa olunur”, “Mikayil Cabbarov Fərzəli Qədirovun öhdəsindən gələ bilmir”, Fərzəli Qədirovun vəzifə yüksəlişi”, “Fərzəli Qədirov müavin olmaq istyir”, “Təhsil nazirliyində Fərzəli Qədirov qaydaları”, “Yeni nazir köhnə qvardiyanın mühasirəsində”, “Yenə şikayət, yenə Təhsil Nazirliyi”, “Fərzəli Qədirovu qoruyan gizli əl”və s. bu kimi qəbildən olan sonsuz və davamlı yazıları oxuyanda istər istəməz “sən saydığını say, gör fələk nə sayır” el məsəli yada düşür.

Tez-tez işlətdiyimiz bu məsəl sanki, Təhsil Nazirliyinin “İnsan resursları” şöbəsinin müdiri Fərzəli Qədirov haqqında deyilib. Təəcüb və təəsüf doğuran odur ki, yazılı və elektron medianın həyəcan dolu çağırışlarına bu günə qədər nəinki, təkzib hətta formal da olsa adi bir reaksiya belə verilməyib.Nə olar heç verilməsin də.Bir də ki, ictimai rəy, ictimai qınaq, son on illiklərin təcrübəsində nə vaxt nəzərə alınıb ki? Görünür, ağız dolusu danışdığımız yeni baxış, yeni düşüncə, yeni yanaşma tərzi elə bundan ibarət imiş.
Haşiyə: 70-ci illərin sonları idi . O dövrün ən nüfuzlu nəşrlərindən olan “Kommunist” qəzetində Lerikin dağ kəndlərinin birində məktəb direktorunun oz qızını ışlədiyi məktəbə pioner baş dəstə rəhbəri (indiki uşaq birliyinin rəhbəri) təyin etməsi barədə material dərc olunmuşdu.Sanki,bütün Mərkəzı Komitə, Raykom, Nazirlik bir birinə dəymişdi. Dərhal Nazirliyin əlahiddə Kollegiya iclası keçirildi Məktəb direktoru, təhsil şöbəsinin müdiri, kimlər, kimlər... cəzalandırıldı, nələr baş vermədi...hətta əsəbləri dözməyib dünyasını dəyışənə qədər. Əlbəttə, indiki şəraitdə kimlərəsə eyni aqibətlə üzləşməyi arzulamazdım, bununla belə deməyim odur ki, o zaman siqnallara dərhal, özü də bütün ciddiyyəti ilə reaksiya verilərdi, görülən tədbirlərin nəticəsi ictimailəşərdi. İndi isə... Nəsə...
Artıq iki ildən də çoxdur ki, ictimaiyyətin diqqəti təhsil sistemində gedən proseslərə bir az da artıb. Təbii ki, bu gənc və yeni nazir Mikayıl Cabbbarovdan gözləntilərlə bağlı olub və olmaqdadır.Bu gün onun tərəfindən atılan addımları hərə öz tərəzisi, öz arşını ilə ölçür və dəyərləndirir.Hamı proqnoz verir: bəziləri heç nəyin dəyişməyəcəyi,olduğu kimi davam edəcəyi qənaətində olub, bəziləri prosesin ləng getməsindən, ətalətlilikdən gileyləniblər.Bəziləri hər şeyin yuxarıdan idarə olunduğunu bildirib, digərləri sistemə gətirilən yeni kadrların təhsil üzrə mütəxəssis olmamasından şikayətçi olublar və s. Bu da başa düşüləndir. Lakin, deyilən və yazılanların hamısı birlikdə Fərzəli Qədirovla bağlı deyilən və yazılanlar qədər Təhsil Nazirliyinin nüfuzunu zərbə altında qoymayıb.
Sual olunur. Təhsil Nazirliyi üçün nüfuzu çoxdan bəri sarsılmış və nazirliyin onsuz da sarsılmış nüfuzunu sarsıtmaqda davam edən bir nazirlik məmurunun nüfuzunu qorumaq daha önəmlidir, yoxsa ki, bütövlükdə bu nazirliyə etibar olunmuş təhsilimizin? Bəlkə Təhsil başbilənlərimiz hesab edirlər ki, bütün bu deyilənlər və yazılanlar şantajdır, Fərzəli Qədirova qarşı onu qəbul etməyənlər tərəfindən təşkil olunmuş bir kompaniyadır.Elə isə, nəyə görə məhz Fərzəli Qədirova qarşı? Ayrı-ayrı şikayət və tənqidlərə kimlər tərəfindənsə digər bəzi məmurlar da zaman-zaman tuş gəliblər.Lakin bu tənqid və şıkayətlər bu səviyyədə ciddı və davamlı xarakter daşımayıb, ən pis halda müəyyən müddətdən sonra öz həllini taparaq səngiyib.
Bəlkə,zaman və məkanla ayaqlaşa biləcək digər alternativ kadrlarımız yoxdur? Bəlkə Fərzəli Qədirov həqiqətən də elə unikal kadrlardandır ki, onsuz nə keçmış rəhbərliyin,nə də ki, hazırki rəhbərliyin işi aşmır? Əgər bütün bunlar şantajdırsa, yəni bu miqyasda da şantaj olarmı? Qərəzçilikdirsə, qərəzçilik edən bir nəfər olar, beş nəfər ən uzağı on nəfər olar. Kompaniyadırsa, onun da həddi-hüdudu olur, konkret təşkilatçısı olur.Tələbədən tutmuş müəssisə rəhbərinədək hamı şıkayətçidir, hamı narazıdır,Demək olar ki, bütün saytlar və xəbər portalları məsələyə biganə qala bilmirlər.Bir də ki, od olmayan yerdən tüstü çıxmaz deyiblər.Kim bilir, bəlkə də kadr siyasətini obyektiv və demokratik meyarlar əsasında qura bilməməyimiz və ya qurmaq istəyində olmamağımız Fərzəli Qədirov kimilərin işinə yarıyır.
Əgər belə deyilsə, onda görəsən Fərzəli Qədirovu hansı keyfiyyətlərinə görə bu qədər, özü də belə bir məsul vəzıfədə saxlayırlar? Bəlkə onun təhsil sahəsində əlahiddə xidmətləri var? Bəlkə o əvəzolunmaz təhsil strateqidir? Gördüklərimi, oxuduqlarımı, eşıtdiklərimi özlüyümdə götür-qoy etdikdən sonra belə qənaətə gəldim ki, bu fenomenal şəxs həqiqətən əvəzolunmaz strateqdir.Mərdanovun dönəmində sıravi rus dili müəllimlıyindən kosmik sıçrayışa nail olaraq Nazirliyin ən məsul və aparıcı şöbəsi olan “Kadrların İdarə olunması, Strateji təhlil və planlaşdırma” şöbəsinin müdiri vəzifəsinədək yüksəlib. Bir müddət Baki şəhəri üzrə Təhsil idarəsinin müdirini əvəzləyib, paytaxt təhsilinin idarə olunmasında və kadr siyasətində əsa fiqura çevrilib.Yeni nazirin kadr dəyişıklikləri də ondan yan keçıb, yeni formalaşan “İnsan resursları” şöbəsində müdir vəzıfəsində mövqeyini bir az da möhkəmlədib.
Başqa funksiyalarını bir kənara qoyaq, bildiyimiz kimi, bütün ümumtəhsil məktəblərinə müəllim kadrların seçilməsi və yerləşdirilməsi bilavasitə onun rəhbərliyi ilə həyata keçirilir.Bu labirintəbənzər prosesin necə aparıldığını yəqin ki, 7-dən 77-yə qədər hamı bilir. Onu da bilməyən varsa, onlar da bilsin ki, dəfələrlə dəyişikliklərə məruz qalan “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə təlabatın müəyyənləşdirilməsi , pedaqoji kadrların yerdəyişməsi və ışə qəbulu qaydaları” da məhz onun “yaradıcılıq məhsuludur” Bu əndrəbadi qaydaların tətbiqi sayəsində ildə 3-4 min vakant müqabilində müəlimlərin sayı 4000 min nəfər azalıb. Başqa sözlə iş yerləri olduğu halda sayı belə məlum olmayan işsizlər ordusu yaranıb. Buna da yaxşı ad seçiblər: “optimallaşma”.
Bir “uzaqgörən strateq” kimi Fərzəli Qədirovun karyerası bununla yekunlaşmayıb.Bu müddət ərzində vəzıfə səlahiyyətlərindən və sabiq Nazirə yarınmağından istifadə edərək ibtidai sinif müəllimi olan həyat yoldaşını Bakının mərkəzi və nüfuzlu məktəblərindən birinə direktor təyin etdirib.Həmin məktəb “İlin ən yaxşı məktəbi” nominasiyası üzrə qalib elan edilib.Məktəbin onlarla müəlliminə “İlin ən yaxşı müəllimi” və digər fəxri adlar verilib.Misir Mərdanovun himayədarlığı ilə özü “Əməkdar müəllim” adı və “Dövlət qulluğunda fərqlənmə Nişanı” ilə təltif olunub.Oğlunun 473 balla, elə anasının direktor olduğu məktəbdən qızıl medala təqdim olunması ilə bağlı qalmaqal uzun müddət gündəmdən düşməyib.Yeri gəldikcə məktəblərdə, yerli təhsil orqanlarında və digər strukturlarda özünə arxa-dayaq yaratmaqdan da çəkinməyib.
Sadalanan və imkan məhdudluğundan sadalanmayan bir çox digər faktlar Fərzəli Qədirovun bir dövlət qulluqçusu kimi dövlət mənafeyinə deyil , şəxsi mənafeyinə qulluq etməsi barədə nəticə çıxarmağa kifayət etmirmi? Fərzəli Qədirovun əməlləri və bunun nətıcəsində onun oliqarxa çevrilməsi barədə demək olar ki, hər gün olmasa da günaşırı elektron və yazılı KİV-də kəskin məqalələr dərc olunur. Di gəl, kiminsə “sehirli qələmi” bütün yazılanlarn üstündən bir qırmızı xətt çəkir.
İki il öncə sabiq təhsil naziri görəvdən alınanda təhsilimizdə rəzalətlə dolu bir dövrün artıq başa çatması barədə ümidverici təəssürat yaranmışdı. Çoxları təhsilimizdə köklü dəyişıkliklər ediləcəyi, xüsusilə də kadr siyasəti sahəsində radikal addımlar atılacağı barədə fikir yürüdürdü.Digər tərəfdən Mikayıl Cabbarovun siyasi iradə var mesaı bu fikirlərı bir az da ümidləndirirdi. Elə isə,” Fərzəli Qədirov düyünü” niyə açılmır? Yoxsa, “sən saydığını say gör fələk nə sayır” el məsəlinin ümidinə qalmışıq?

Nadir İsrafilov, təhsil eksperti










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12
“Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09
"Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04
"Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00
Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53
“Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36
İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru