İranda Azərbaycanla bağlı qərar verildi .....                     ABŞ hələ də inanır ki... .....                     Çin İrana nəqliyyat təyyarələri göndərib .....                     “Təhsil sistemində tərbiyə amili yoxa çıxıb” .....                     KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir .....                     Zabratda qanunsuz tikinti... .....                     Məmurlarımızın diplomu SAXTA İMİŞ .....                     Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! .....                     Müqavilə qalıb bir kənarda, şirkətin “öz qaydası” var .....                     Ağdamın quruculuğuna HARAM QATANLAR .....                     Müharibənin səsi sərhədimizdə narahatlıq yaradır .....                     Dünyada yeni fəlakət riski: Azərbaycana da yaxınlaşır .....                     Yüz minlərlə qaçqın Azərbaycanın qapısını döyə bilər .....                     “Bakı, cənubdakı soydaşlarımızın gələcəyini düşünən yeganə mərkəzdir” .....                     Şuşa Dövlət Musiqili Dram Teatrı Xankəndində fəaliyyət göstərəcək? .....                     Rusiya təyyarənin vurulmasını Bakıya qarşı "kart" kimi saxlayır .....                     “Sabit tarif” modeli istehza doğurur: “Qatıq yox, balon üçün də pul verin” .....                     Xamenei bu dəfə İsraili ivrit dilində təhdid etdi .....                     Husilər açıqladı: .....                     Azərbaycan İrana qoşunla daxil olmaq hüququna malikdir: 1921-ci il müqaviləsinə əsaslanaraq .....                     İran ABŞ bazalarını vurmaq üçün hazırlıq görüb: .....                     SEPAH: İsrailin səmasına tam nəzarəti ələ keçirmişik .....                     İsrail Ordusu Tehran ətrafında hücum əməliyyatına başlandığını açıqlayıb .....                     Konqresə ABŞ-nin İsrail-İran müharibəsində iştirakını qadağan edən qətnamə təqdim edildi .....                     Qərbin İranla bağlı “B planı”: .....                     Tehranda müdafiə sistemləri dayanmır: .....                     İsrail Ordusu İranda raket buraxılış məntəqələrinə silsilə zərbələr endirib .....                     İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb .....                     Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib .....                     Azərbaycan və Türkiyə münasibətlərinə qurulan tələ deşifrə oldu .....                     Rusiyalı iş adamı Samvel Karapetyan İrəvanda tutulub .....                     Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq .....                     “İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığı hədəf alınır” .....                     BU NƏDİ BELƏ: Bakıda çörəkdən mismar ÇIXDI .....                     “Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb .....                     Kilsənin zərərsizləşdirilməsi Azərbaycan və Türkiyənin də maraqlarına uyğundur .....                     Quru sərhədlər bağlıdır, çünki təhlükə realdır: Azərbaycan nəyi qabaqlayır? .....                     İsrail hazırda İranla nizamlanma ilə bağlı danışıqlar aparmır .....                     İsrail yanacaq qıtlığının olacağını proqnozlaşdırmır .....                     İsrail Tehran radiosunu da vurdu .....                 

Siyasətdə “falsstarta” düşənlər: - Kozlariç, Kramer və “5-ci kolon”
Tarix: 10-06-2015, 08:37 | Çap et
Siyasətdə “falsstarta” düşənlər:
Adətən səbrlərini cilovlaya bilməyən, iradəsi zəif idmançılar bu sınaqdan keçə bilmir. Başqa sözlə falsstarta düşür. Bu aralar Azərbaycanla bağlı siyasi arenada “qara piar” kampaniyası aparanlar, obrazlı desək, həmin məsələdə hamıdan çox Roma papası olmaq istəyənlər də bu sınaqla bacarmırlar . Okeanın o tayında İlk Avropa Oyunlarına 2 gün qalmış görüşüb , bu oyunların Azərbaycana nə verəcəyi ilə bağlı müzakirə etməyi sanki özlərinin şəxsi hüququ hesab edənlər kimi. İyunun 10-da Vaşinqtonda “Avropa oyunlarının real qiymətiВ» mövzusunda təşkil olunacaq və bütünlüklə anti-Azərbaycan xarakteri daşıyacaq yığıncağın təşkilatçıları və iştirakçıları indi məhz bizim nəzərimizdə idman qanunlarını bilməyən “idmançı” statusundadırlar.

Başlayaq ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçdən. Son dövrdə onun anti-Azərbaycan fəaliyyətində aktivliyi diqqəti cəlb edir. Kozlareçin ABŞ Konqresində keçirilən dinləmələrdə Azərbaycanla bağlı səsləndirdiyi qərəzli iddialar hələ də xatirimizdədir. Keçmiş amerikalı səfir sanki Azərbaycana qarşı səlib yürüşünün təşkilatçısı rolunu oynamağa çalışır və bütün çağırışlarının sonunda Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edir. Bu əsnada sual doğura bilən məqamlar var.

Onun Azərbaycandakı fəaliyyəti də məhz həmin prinsiplər üzərində qurulmuşdu? Yaxud həqiqətənmi onun rəsmi diplomatik fəaliyyətinin arxasında məhz antiazərbaycançılıq, Azərbaycanda radikal müxalifətlə sıx əlaqə, həmçinin Azərbaycanı ABŞ-ın müəyyən mərkəzlərinin təsiri altına salmaq cəhdi dayanırdı?

Cənab Kozlariç 15 ildən çoxdur ki, Azərbaycanı tərk edib. Əminlik var ki, o da digər səfirlər kimi Azərbaycan xalqının qonaqpərvərliyi, milli mətbəxi, nəhayət insanları haqqında xoş sözlər deyərək Bakıdan ayrılıb. Amma illər amansızdır. Xüsusilə yaxşı həyat tərzi , aylıq yüksək maaş və ildə bir dəfə dünyanın ən gözəl guşəsində istirahət etmək imkanı olan “diplomat həyatı” bitəndən sonra insanlar dəyişir. Bu dəfə bunun bariz nümunəsi Riçard Kozlariçin baxışlarında müşahidə edilir. Azərbaycana qarşı "qara piar" kampaniyasını maliyyələşdirənlər də bu amili yaxşı bilirlər. Təsadüfi deyil ki, bu dəfə kimliyi bizlərə yaxşı məlum olan Riçard Kozlariçi danışdırırlar.

Onun Azərbaycanla hər hansı bağlılığı var. Yəqin düşünülür ki, belə bir şəxsin anti-Azərbaycan isteriyası ruhunda çıxışlar etməsi “qara piar” kampaniyasına əlavə dəstək verə bilər.

Ekspertlər hesab edirlər ki, bunun başlıca səbəbi Azərbaycanın müstəqil siyasəti, heç bir qüvvənin qarşısında baş əyməməsidir ki, bu amil müəyyən dairələri narahat edir. Məhz buna görə də həmin qüvvələr Azərbaycanı təsir altına almağa cəhd göstərir , niyyətləri baş tutmayanda isə saxta iddialara əl atırlar.

Bu tədbirdə əsas moderatorlardan olacaq Freedom House təşkilatının sabiq direktoru, anti-Azərbaycan əhval ruhiyyəli, islamafob David Kramer də cənab Kozlariçdən heç geri qalmır. O da vaxtilə ABŞ Dövlət Departamentində işləyib və o da sabiq sayılır. Xüsusilə vəzifədən gedəndən sonra Azərbaycana qarşı daim qərəzli mövqeyi ilə fərqlənən Kramerin əsas tələbi ABŞ-ın avropalı müttəfiqləri ilə birgə işləyərək Azərbaycan hökumətinə qarşı konkret ölçüləri nəzərdən keçirməsidir.

Bunların sırasında o, xüsusi olaraq ABŞ vətəndaşlarının Azərbaycana səyahət etməsinə dair xəbərdarlıq verilməsinin vacibliyini vurğulayır. Hətta bir qədər utopik səslənən fikirlərin də müəllifidir. Misal üçün Kramer iddia edir ki, guya Azərbaycana gedən amerikalılar izləniləcəklər. Cənab Kramerin bu açıqlamalarını eşidəndə, əslində ilk ağla gələn Hollivud filmlərində baxmağa adət etdiyimiz Amerika xüsusi xidmət orqanlarının iş stili yada düşür. Kramerin dövlət administrasiyasına Amerika xüsusi xidmət orqanlarından gəlməsi ilə belə açıqlamalar verməsi arasında da , hardasa uyğunluq tapmaq olar. Daha bir maraqlı məqam isə demokratiya və vicdan azadlığı məsələsini əlində şüar edən Kramerin islamofob, müsəlmanlara, ümumiyyətlə İslama mənfi münasibətinin olmasıdır. Hətta onun rəhbərlik elədiyi təşkilatın daha çox müsəlman və ərəb dünyasını hədəfə alması ona “İslam dünyasının revizoru” təxəllüsü qoyulması ilə nəticələnib.

Məhz Kramerin rəhbərlik etdiyi dövrlərdə ”Freedom House" –un hesabatlarında Türkiyə, Azərbaycan Pakistan, ərəb ölkələri və digər müsəlman dövlətləri qara rəngdə təsvir olunur, ən kiçik, əhəmiyyətsiz məsələlər şişirdilərək ümumbəşəri problem səviyyəsinə qaldırılır. Təsəvvür edin, bu təşkilatın hesabatlarında Türkiyə kimi İslam aləmində demokratiya etalonu olan bir ölkə Ermənistanla birgə “qismən azad ölkələr” kateqoriyasına daxil edilir.

Fransada qondarma “erməni soyqırımına” görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbul edilməsinə cəhd, 2011-ci ildə iqtisadi siyasətə görə keçirilən kütləvi aksiyalar zamanı Böyük Britaniyada bloggerlərin həbsi, internetin məhdudlaşdırılması, “News of the World” qəzeti əməkdaşlarının kütləvi həbsi və nəhayət medianın fəaliyyətinə nəzarətin tətbiqi, ABŞ hərbçiləri tərəfindən İraqda “Röyters” agentliyinin əməkdaşlarının qətlə yetirilməsi, Liviyada üsyançılar tərəfindən məhşur jurnalist Qalya əl-Misratiyə işgəncələr verilməsi, öldürülməsi və digər bu kimi onlarla fakt qulaqardına vurulur. Sanki Quantanamo, bütün dünyada insanların izlənməsi və digər bu kimi faktlar yoxdur. Nədənsə bu təşkilat elə cənab Kramerin vətəndaşı olduğu Birləşmiş Ştatlarda Baltimor və Freqyuson hadisələrini , qaradərili amerika vətəndaşlarının polis tərəfindən qətlə yetirilməsini, Ərəb ölkələrində baş verən iğtişaşlarda minlərlə insanın öldürülməsini görmək istəmir.

Separatçılara rəğbət, müsəlmanlara nifrət bəsləyən Kramer və Kozlariç kimilərin bu saxta iddialardan əl çəkməməsi onu göstərir ki, onlar beynəlxalq ictimaiyyət üçün deyil, müəyyən dairələr üçün işləyirlər. Təəssüf ki, öz istəklərinə çatmaq istiqamətində bu amerikalılara kömək edənlər arasında əslən azərbaycanlı olanlar da var. Qərbdəki fəaliyyəti ilə Azərbaycanı hər bir vasitə ilə nüfuzdan salmaq istəyən, “Azadlıq” və “Amerikanın səsi” radiolarının birgə rusdilli proqramının icraçı redaktoru Kənan Əliyev (Kənan Kazımoğlu) və eynilə Azərbaycanı tənqid etməyi sanki öz devizinə çevirən , Türkiyə ermənilərinin “Aqos” qəzetində işləməsindən məmnun olan , “Nə olur-olsun, burada işimə davam edəcəm” deyən Arzu Qeybullayeva.

Ayın 10-u onlar da Vaşinqtonda Kramer və Kozlariçlə birlikdə İlk Avropa Oyunlarının açılığşını etməyə hazırlaşan Azərbaycanı tənqid etməyə , ölkəmizdə baş verənləri yalnız tünd rəngdə göstərməyə çalışacaqlar . Amerikalıları başı düşmək olar , onlar üçün itiriləcək bir şey yoxdur . Necə deyərlər şəxsi məsələ deyil, sadəcə biznesdir. Amma əslən azərbaycanlı olanlar üçün bu biznes həm də vətənə qarşı xəyanətə , satqınlığa bərabərdir.

İstənilən halda zaman göstərir ki, bu tipli əsassız tədbirlər və istehza doğuran bəyanatlar verən şəxslərin cəhdləri hər dəfə uğursuzluğa düçar olur. Çünki ABŞ-da Azərbaycanla münasibətlərə ciddi baxan və bu münasibətlərə hörmətlə yanaşan, ölkəmizdə demokratiyanın inkişafını görən və ona yüksək qiymət verən, Azərbaycanın bu gün müstəqil siyasətinin tək onun deyil, o cümlədən ABŞ-ın da maraqlarına cavab verdiyini yüksək qiymətləndirən dairələr və siyasətçilər az deyil. Bu gün ABŞ-da Azərbaycanın dostları on milyonlarla ölçülür və hesab etmək olar ki, bu cür tədbirin təşkilatçıları növbəti dəfə iflasa uğrayacaqlar . Çünki onların dedikləri nə ABŞ-ın maraqlarına cavab verir, nə də Azərbaycanda geniş bir dəstək qazana bilir.

Odur ki, Azərbaycanda keçiriləcək ilk Avropa oyunlarından əvvəl bu falsstarta düşənlər idman oyunları haqqında fikir yürütməkdənsə, idman qaydalarını yaxşı-yaxşı oxusunlar. Çünki qaydalara görə, 2 dəfə ardıcıl falsstarta düşən idmançı oyundan kənarlaşdırılır...

SİA Analitik Mərkəzi











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranda Azərbaycanla bağlı qərar verildi – Minlərlə insan…
Bu gün, 07:36
ABŞ hələ də inanır ki... - “ABC News”
Bu gün, 07:26
Çin İrana nəqliyyat təyyarələri göndərib - KİV
Bu gün, 07:09
“Təhsil sistemində tərbiyə amili yoxa çıxıb” - NƏ ETMƏLİ?
Bu gün, 07:06
KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
Bu gün, 07:01
Zabratda qanunsuz tikinti... - hansı məmur icazə verib?
Bu gün, 06:55
Məmurlarımızın diplomu SAXTA İMİŞ - Şimali Kipr mediasından ŞOK İDDİA
Bu gün, 06:44
Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! - TƏFƏRRÜAT
Bu gün, 06:35
Müqavilə qalıb bir kənarda, şirkətin “öz qaydası” var - “RR Constructions”dan qalmaqallı addım
Bu gün, 06:23
Ağdamın quruculuğuna HARAM QATANLAR - AXI NİYƏ?..
Bu gün, 06:19
Müharibənin səsi sərhədimizdə narahatlıq yaradır - RƏYLƏR
Bu gün, 06:10
Dünyada yeni fəlakət riski: Azərbaycana da yaxınlaşır – Çıxış yolu isə…
Bu gün, 06:08
Yüz minlərlə qaçqın Azərbaycanın qapısını döyə bilər - GƏLİŞMƏ
Bu gün, 06:05
“Bakı, cənubdakı soydaşlarımızın gələcəyini düşünən yeganə mərkəzdir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:02
Şuşa Dövlət Musiqili Dram Teatrı Xankəndində fəaliyyət göstərəcək? - “Təklifimi bəyəndilər, amma...”
Bu gün, 05:57
Rusiya təyyarənin vurulmasını Bakıya qarşı "kart" kimi saxlayır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 05:54
“Sabit tarif” modeli istehza doğurur: “Qatıq yox, balon üçün də pul verin” - BU NƏDİ BELƏ?
Bu gün, 05:52
Xamenei bu dəfə İsraili ivrit dilində təhdid etdi - "...mərhəmətli olmayacağıq"
Bu gün, 05:48
Husilər açıqladı: - Müharibəyə qoşuluruq!
Bu gün, 05:44
Azərbaycan İrana qoşunla daxil olmaq hüququna malikdir: 1921-ci il müqaviləsinə əsaslanaraq - TƏFƏRRÜAT
Bu gün, 05:35
İran ABŞ bazalarını vurmaq üçün hazırlıq görüb: - İlk olaraq bu ölkədəki bazalar vurulacaq
Bu gün, 05:33
SEPAH: İsrailin səmasına tam nəzarəti ələ keçirmişik - "Yedioth Ahronoth" nəşri isə yazır ki...
Bu gün, 05:31
İsrail Ordusu Tehran ətrafında hücum əməliyyatına başlandığını açıqlayıb
Bu gün, 05:28
Konqresə ABŞ-nin İsrail-İran müharibəsində iştirakını qadağan edən qətnamə təqdim edildi
Bu gün, 00:21
Qərbin İranla bağlı “B planı”: - Pəhləvi ssenarisi işə düşür
Bu gün, 00:18
Tehranda müdafiə sistemləri dayanmır: - Partlayış səsləri eşidilir
Dünən, 23:51
İsrail Ordusu İranda raket buraxılış məntəqələrinə silsilə zərbələr endirib
Dünən, 23:47
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
Dünən, 22:10
Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib - KİV
Dünən, 22:09
Azərbaycan və Türkiyə münasibətlərinə qurulan tələ deşifrə oldu - Elçin Aslangil yazır...
Dünən, 21:34
Rusiyalı iş adamı Samvel Karapetyan İrəvanda tutulub - KİV
Dünən, 19:12
Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq - KİV
Dünən, 18:06
“İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığı hədəf alınır” - VİDEO
Dünən, 18:04
BU NƏDİ BELƏ: Bakıda çörəkdən mismar ÇIXDI - VİDEOFAKT
Dünən, 17:56
“Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb - VİDEO
Dünən, 17:50
Kilsənin zərərsizləşdirilməsi Azərbaycan və Türkiyənin də maraqlarına uyğundur - Bəlanın kökü qurudulur
Dünən, 17:46
Quru sərhədlər bağlıdır, çünki təhlükə realdır: Azərbaycan nəyi qabaqlayır? - AKTUAL
Dünən, 17:42
İsrail hazırda İranla nizamlanma ilə bağlı danışıqlar aparmır - “İnterfaks"
Dünən, 17:40
İsrail yanacaq qıtlığının olacağını proqnozlaşdırmır - Energetika Nazirliyi
Dünən, 17:38
İsrail Tehran radiosunu da vurdu - VİDEO
Dünən, 17:05
Türkiyə ilə Azərbaycanın arasını vurmaq cəhdi: KİM VƏ NİYƏ? - İLGİNC
Dünən, 17:00
Krediti ödəməsən, iş yerinə zəng edəcəyik: Banklar vətəndaşları HƏDƏLƏYİR? - FOTO
Dünən, 16:58
Kazino biznesi Azərbaycanda turizmi təşviq edə bilərmi? - AKTUAL
Dünən, 16:53
Çin İsrailin İrana hücumlarından narahatdır
Dünən, 16:12
Daha kimlər ÖLMƏLİDİR Kİ... - NAEAZILIQ VAR...
Dünən, 16:10
Gədəbəy rayonuna prokuror təyin edilib - ƏMR
Dünən, 16:05
Lerikə yeni prokuror təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02
"İran parçalanma ərəfəsindədir və bu qaçılmazdır" - ONA GÖRƏ DƏ...
Dünən, 16:00
Rusiya niyə əvvəllər - 30 ilə yaxın müddətdə belə sülhpərvər addım atmadı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:56
Əvəz Zeynallının həyat yoldaşı: - Bankla bağlı problem həll edildi
Dünən, 15:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru