“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” .....                     Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib .....                     Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib .....                     Kənd təsərrüfatında maliyyə şumlaması .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Nazirdən yeni direktor təyinatı .....                     İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş .....                     Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı .....                     Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir .....                     “Nar” Kitab Gününü Salyanda qeyd etdi .....                     Kəmaləddin Kafarov millətə qənim kəsilib? .....                     Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib .....                     Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" .....                     Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     “Paşinyan Bakının əlaltısıdır” .....                     "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." .....                     "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" .....                     Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək .....                     “Premium Bank”ın dövlətə vergi borcu var .....                     Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu .....                     MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? .....                     Nazirliyin tenderini yenə həmin şirkət uddu .....                     Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI .....                     “Söz vermişdim qızımı xaricdə oxudacam” .....                     İrəvanın bir ayağı yenə “gor”da .....                     Kür çayı bu rayonda bəndi uçurdu .....                     "Naxçıvan duzu" adı altında saxtakarlıq... .....                     Serjik Azərbaycana qayıdır? .....                     İrana görə daha bir ölkə çətin vəziyyətdə .....                     Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək .....                     Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz .....                     Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq .....                     "Yeni Klinika"ya direktor təyin olundu .....                     Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                     Azərbaycan neftinin qiyməti 113 dolları keçib .....                 

İcra başçısı ondan narazı olanları belə zərərsizləşdirir... - Gədəbəydə özbaşınalıq...
Tarix: 24-06-2015, 09:49 | Çap et
İcra başçısı ondan narazı olanları belə zərərsizləşdirir...
Ramiz Yediyarovun Gədəbəydə məmur özbaşınalıqlarını, sakinlərə edilən zülmü indiyədək görünməmiş bir həddə çatdrmağı artıq heç kəs üçün yenilik deyil. Bununla belə rayondan almaqda davam etdiyimiz məlumatlarda, bu zülmün yeni-yeni təzahürləri öz əksini tapır. Xatırlayırsınızsa, Gədəbəydə sahibkarlara və yerli iş adamlarına qarşı törədilən müxtəlif hüquq pozuntularına dair dərc etdiyimiz materiallarda vətəndaş Əliyev Oqtay Qara oğlunun da adı kifayət qədər tez-tez diqqət mərkəzinə gətirilirdi. Bununla bağlı bir müddət əvvəl biz artıq xəbər vermişdik ki, Ramiz Yediyarovun qanunsuz əməlləri rayonda sahibkarlıq fəaliyyəti göstərən Oqtay Qara oğlunu intihar həddinə çatdırmışdı. Bu xüsusda redaksiyamıza müraciət etmiş Oktay Qara oğlu bildirmişdi ki, o, Gədəbəy şəhəri, M.Quliyev küçəsində mülkiyyətində olan 0.006 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 girişli, 38.5 kv.m sahəsi olan, 1 mərtəbəli qeyri yaşayış binasının (mağaza) tam mülkiyyət hüququna malikdir. Lakin bu ilin fevral ayının əvvəllərində, Gədəbəydə bir müddət əvvəl inşa olunmuş və Ramiz Yediyarova məxsus olan Ticarət Mərkəzinin işə salınması məqsədilə, ona da bir çox digər sahibkarlar kimi, öz obyektini təhvil verərək, başçıya məxsus Ticarət Mərkəzinə köçmək təklif olunmuşdu. Oktay Qara oğlu bu təklifi qəbul etmədikdə isə, RİH-nin əməkdaşları onun obyektinin onsuz da söküləcəyini bəyan etmişlər. Bundan sonra Gədəbəy Rayon İcra Hakimiyyəti 10 fevral 2015-ci il tarixində rayon Məhkəməsinə həmin obyektin məlum Ticarət Mərkəzinə köçürülməsinə dair iddia ilə müraciət etmişdi. İki gün sonra isə, Oqtay Qara oğlunun obyekti ağır texnikanın iştirakı ilə sökülüb, yerlə-yeksan edilmişdi. Hətta bu zaman obyektin sahibkar tərəfindən Rabitəbankdan götürülmüş kreditə görə girovda olması belə nəzərə alınmamışdır. Qeyd edək ki, Oqtay Qara oğluna məxsus olan sökülmüş obyektin qiyməti hələ 2014-cü ilin yanvar ayında rəsmi ekspert rəyinə əsasən 50000 (əlli min) manat məbləğində müəyyən edilmişdir. Tez-tez redaksiyamıza gələn sahibkar probleminin həll olunmadığını və dəfələrlə icra hakimiyyətinə getməsinə baxmayaraq başçının qəbuluna düşə bilmədiyini söyləmişdi. Lakin son hadisələr bir daha təsdiq etmiş oldu ki, şikayətçi qismində Ramiz Yediyarovun qəbuluna düşə bilməyən vətəndaşların bəxti, bu qəbula düşə bilənlərdən daha çox gətirmiş sayıla bilər. Elə Oqtay Qara oğlunun başına gətirilənlər də, bu gün Gədəbəy rayonunda sanki hansısa totalitar bir rejimin hakimiyyətdə olduğu və bu rejimin də qəddar bir diktator tərəfindən idarə edildiyi təəssüratını təsdiq edir. Belə ki, vətəndaşın müxtəlif instansiyalara davamlı müraciələr edərək öz haqqını tələb etməsi, görünür Ramiz Yediyarovun əsəblərinin gərginləşməsinə səbəb olub. Buna görə də, başçı və yaxud da onun adamları Oqtay Qara oğlunun Gədəbəyə artıq növbəti gəlişi üçün əvvəlcədən müəyyən tədbirlər planı işləyib-hazırlayıb. Məhz bu plana əsasən, iyun ayının 22-də növbəti dəfə Gədəbəy RİH başçısının qəbuluna düşmək və bir daha öz haqqını tələb etmək niyyətilə rayona gəlmiş Oqtay Qara oğlu, gözləmədiyi halda RİH-nin əməkdaşları tərəfindən əhatəyə alınaraq, söyüş və təhqirlərlə qarşılıqlı hərəkətlərə təhrik olunur. Lakin bu provakasiyaya getməməsinə rəğmən, Oqtay Qara oğlu yenə də “hadisə yerinə” yetişmiş polis əməkdaşları tərəfindən saxlanılır və dərhal da Gədəbəy rayon Məhkəməsinə aparılır. Bundan sonrası isə, necə deyərlər işin texniki tərəfidir. Ramiz Yediyarovun Gədəbəy rayon Məhkəməsinin sədri Ceyhun Əhmədova bircə zəngi və budur, Oqtay Qara oğlunun 15 gün müddətinə həbsi ilə bağlı qərarın artıq mürəkkəbi də quruyub. Oqtay Qara oğluna qarşı guya ki, RİH əməkdaşlarının təhqir olunmaları ilə bağlı ittiham irəli sürülüb. Maraqlıdır ki, son dərəcə gülünc olduğu halda belə, məhkəmə bu ittiham üzrə cavabdehi təqsirkar “bilib”. Yoxsa Oqtay Qara oğlu harda olduğunu bilmirdi, yaxud da o, hər an özünə qarşı bir təxribat törədiləcəyini göz önünə almamışdı ki, belə bir səhvə yol versin? Təbii ki, bu növbəti şər və haqsızlıq aksiyasının yeganə məqsədi Oqtay Qara oğlunu və onun timsalında bütün digər şikayətçiləri də “sındırmaq”, onların “gözlərinin odunu almaq”dır. Lakin bu da boş niyyətdir. Biz ölkənin Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ali Məhkəmənin, bütün hüquq müdafiəçilərinin diqqətini Gədəbəydə yer almış növbəti repressiya faktına cəlb etmək istəyirik. Bəlkə də kimlərsə düşünə bilər ki, 15 günlük həbs cəzası müqabilində “repressiya” kəlməsi lazım olduğundan bir qədər daha sərt səslənir. Ola bilər, amma biz heç də Oqtay Qara oğlunun repressiyaya uğradığını iddia etmirik. Bu gün Ramiz Yediyarovun Gədəbəydə repressiyaya məruz qoyduğu məhkəmə sistemidir, hüquq-mühafizə orqanlarıdır, qanunlarımızdır! Artıq Gədəbəydə qanunçuluğumuzun, dövlətçiliyimizin reabilitasiyasına ehtiyac vardır! İnsan hüquqlarının pozulması halları isə, bu rayonda artıq çoxdan gündəlik həyat tərzinə çevrilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14
Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01
Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59
İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57
Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53
Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47
“Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46
Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32
Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30
Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12
“Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09
"Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04
"Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00
Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53
“Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36
İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru