Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                     TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? .....                 

"KİŞİ OLMAQ QADIN OLMAQDAN ASANDIR"
Tarix: 30-08-2012, 14:17 | Çap et
"KİŞİ OLMAQ QADIN OLMAQDAN ASANDIR"

“BU FİLMDƏN SONRA DÜŞÜNDÜM Kİ”

Aktyor Bəhruz Vaqifoğlunun Milli.Az-a müsahibəsi.

- Bəhruz, siz rejissorluğu bitirmisiniz, heç film çəkmək fikriniz olmayıb?

- Mən Musiqili teatr rejissoru fakültəsini bitirmişəm, ona görə də teatrda quruluş verməyi ixtisasıma daha yaxın bilirəm. Artıq Azərbaycan Dövlət Pantomima Teatrında “Dejavü”, ”Qaranlıq”, ”Unutmayaq“ və “No comment “ adlı tamaşalarda aktyorluqdan əlavə həm rejissor, həm də rəssam kimi özümü sınamışam. Amma bir neçə qısametrajlı film ssenariləri yazmışam ki, bu ssenarilərin rejissoru olmaq və onları çəkmək istərdim. Öz yazdığım ssenarilərə, şeirlərə və hekayələrə qarşı qısqancam (gülür). Öz yazdığımı yalnız, öz yazdığım kimi özüm çəkə bilərəm. Başqa rejissor öz düşündüyü kimi, özünə yaxın bildiyi kimi çəkəcək. Bu isə mənim ssenarim, mənim düşüncələrim kimi olmayacaq. Necə deyərlər film 3 dəfə doğulur: ssenari yazılanda, çəkiliş meydançasında və montaj masasında. Mən belə düşünürəm ki, bu üçünü bir sənətçi etsə, film də bir dəfə doğular.

- “Çölçü“ filmində yaratdığınız obraz ilə oxşar cəhətləriniz var?

- Əlbəttə ki, var. İndiyə qədər oynadığım filmlərdə özümə ən yaxın hiss etdiyim obraz “Çölçü“dür. Mən bu filmdə, demək olar ki, elə özüməm. Yazdığım bu şeirlə sualınıza olan cavabımı tamamlamaq istəyirəm:

Bir çölçünün həyatında çöl kimiyəm,
Özüm çölçü öz içimdə çöl kimiyəm.
Öz çölümdə çöllənirəm,
Öz içimdə çöllənirəm.

Nə qədər daş, qayaya rast gəlirəm,
Bir daş altda, bir daş üstdə.
Mən altdakı daş kimiyəm,
Başı daşlı daş kimiyəm (gülür).

- Gənc olsanız da qısa zaman içərisində həm teatrda, həm də filmdə tanındınız. Bunu necə bacardınız?

- Ustadım Bəxtiyar Xanızadənin bizə tövsiyə etdiyi bir söz var: “Başınızı aşağı salıb işinizlə məşğul olun“.

- Çəkdiyiniz zəhmətin qarşılığını görürsünüz?

- Gəlin söhbətimizi kədərli notlarla kökləməyək.

- Əsasən, teatrda rol oynayan aktyorlar seriala, filmə çəkilərkən "teatralni" oynayırlar. Bu oyun tərzi də rejissorları qane etmir. Siz necə, belə çətinliklərlə rastlaşmısınız?

- Siz "teatralni" oyun deyirsiniz, bunun rejissorlar tərəfindən bəyənilmədiyini iddia edirsiniz. Mən isə əksinə düşünürəm. Məhz filmlərdə maraqlı obrazlar "teatralni" oyun nümayiş etdirən aktyorlardadır. Yadınıza salın ki, “O olmasın, bu olsun”, “Ulduz”, “Əhməd haradadır?” lap elə mənim çəkildiyim “Vəkil hanı?” filmi "teatralni" oyunlar üzərində qurulub. Hal-hazırda durmadan inkişaf edən türk film və serialları da məhz "teatralni" oyunlarla sevilir. Misal üçün, “Kurtlar Vadisi” serialını deyə bilərəm ki, İsgəndər, Muro, Kara, Zaza, Memati və s. obrazlar yüksək səviyyəli "teatralni" oynayırlar. Filmlər də məhz bu cür oyun nümayiş etdirən aktyorların və onları gözəl təqdim edən rejissorların hesabına izlənir, maraqla qarşılanır.

Məncə, sizin "teatralni" oyun kimi nəzərdə tutduğunuz oyun, filmin heç sevmədiyi şişirdilmiş, geniş hərəkətli, əllərin qolların idarə olunmadığı, hərəkətlərin və danışığın bir-birinə ahəngdar olmadığı oyun tərzidir. Mənim çalışdığım Pantomima Teatrının hal-hazırkı səhnəsi tamaşaçılara çox yaxındır. Bu da bizim aktyorlara daha geniş hərəkətli və yüksək səsli oyunlardan daha çox xırda oyunlarla oynamağı tələb edir. Belə olduğu halda biz həm də film aktyorları kimi özümüzü formalaşdırırıq.

- Çəkildiyiniz “Dərvişin qeydləri” və “Vəkil hanı?” filmlərini necə analiz edə bilərsiniz?

- Hər ikisi dedektiv filmdir. Fərq zaman və janr fərqidir. Kinoşünas olmadığım üçün bundan artıq analiz edə bilmərəm. Çünki lazım olmayan bir fikir söyləyə bilərəm.

- “Vəkil hanı?” filmində qadın obrazını yaratmısınız. Bu obrazı yaratmaq sizin üçün çətin olmadı ki?

- Əlbbəttə ki, çətin oldu. Düşünürəm bundan sonra nə oynasam da, bu obrazdan çətin olmayacaq. Bu filmdən sonra düşündüm ki, hər halda kişi olmaq qadın olmaqdan asandır (gülür).

- Düşünürsünüzmi ki, bu film efirə gedəndən sonra bir çox komplekslər yaşayasınız?

- Bu barədə filmə çəkilməmişdən qabaq düşünmüşəm. Mənim kompleksə düşməyim üçün isə heç bir səbəb yoxdur. Axı mən aktyoram.

- Pantomim Teatrı yeganə teatrdır ki, gənclərin əlindədir, bu teatrda gənclər üstünlük təşkil edirlər. Necə bilirsiniz, bundan sonra gələn gənclər də teatrı sizin kimi yaşada biləcəklərmi?

- Heç kim və heç nə əvəzolunmaz deyil.

- Alsunun klipinə də çəkilmisiniz. Bu klipə sizə necə dəvət gəldi? Yəqin ki, qonorardan razı qaldınız...

- Artıq Azərbaycanda bir çox prodakşınlar var və hər bir aktyorun orada şəkilləri və onlara aid məlumatlar var. Məni də belə bir prodakşınlardan biri bu iş üçün dəvət etdi və sınaq baxışından sonra təsdiqləndim. Mənə elə gəlir ki, Azərbaycanda hər hansı bir bədii film, qısametrajlı film, serial, klip, reklam, rolik və s. çəkmək üçün hər hansı bir büdcə ayrıldığında, bu büdcəni simetalara bölüb məkanın, işığın, kranın, kameranın, arabanın, relslərin, və s. hər birisinin qonorar hesabını ayırdıqdan sonra aktyor yada düşür ki, onda da artıq büdcə boşalmış olur (gülür). Bu, mənim şəxsi fikirimdir, bəlkə də mənə elə gəlir.

- Bəhruz, sevib ailə həyatı qurmusunuz? Xanımınız necə, o da sizin kimi sənət adamıdır?

- Yaradıcı insanlar hislərlə bağlı olan insanlardı. Onlar öz hisslərini aldatmış olsalar, ömrü boyu əzaba düçar olmuş olarlar. Mən onu əvvəl gizlin, sonra aşkar çox sevmişəm. Şükür ki, qarşılıqlıdır. O, universitet tərkibində T.O.T.E.M. teatr qrupunun yaradıcısı və bədii rəhbəridir.

- Hazırda hansı film və seriallara çəkilirsiniz?

- Hal-hazırda heç bir seriallarda yoxam və çalışıram da ki, olmayım. Mən bədii və qısametrajlı filmlərdə olmağa üstünlük verirəm. Şükür ki, alınır da. Artıq Oqtay Mirqasımovun “Günaydın mələyim”, Rövşən Almuradlının “Cavad xan” (epizod) Ülviyyə Könülün “Vəkil hanı?”, Şamil Əliyevin “Çölçü“ , Andre Badalonun “Bakı mən səni sevirəm” (baş rol) filmlərində oynamışam. Hal-hazırda Eldar Quliyevin “Dərvişin qeydləri” filmində Mirzə Murad obrazını canlandırıram. Filmin çəklişləri hələ də davam edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru