Şənbə, 7 iyun 2025, 05:18:32  
   İcra başçısından Prezidentə ŞİKAYƏT .....                     Tanınmış müğənni `Azparkinq`ə ÜSYAN ETDİ .....                     Paşinyan üçün ÇIXIŞ YOLU RESEPTİ... .....                     Paşinyanın təbriki o vaxt effektiv olar ki... .....                     Bu dəfə `Hörümçək toru`na Putinin ÖZÜ DÜŞƏ BİLƏR .....                     Əmək hüququ və ya... .....                     Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı .....                     Bakıda Türkiyə-İsrail dialoqu: gözləntilər, nəticələr .....                     Türkiyədə bıçaqlanan Araz Musayevdən ŞOK SÖZLƏR .....                     Axı, o, niyə susur? .....                     Tehranın “ikinci Ermənistan” planı .....                     Prezidentlə milyarderin qarşıdurması: savaş açıq müstəviyə keçib .....                     Azərbaycana keçən yeniyetmə ermənilərin fotosu yayıldı .....                     Kiyev Sakit okeanda Rusiya gəmilərinə hücum etməyi planlaşdırır .....                     “Torpaqlarımız işğalda qalanda dinən yox idi, elə ki, azad etdik, səslərindən qulaq tutuldu” .....                     Erməni əsgəri ildırım vurub öldürdü .....                     Rusiyada erməni əsilli iş adamı Areq Şepixin həbs edilib .....                     Azərbaycan ərazisinə keçmiş iki yeniyetmə erməni qarşı tərəfə təhvil verilib .....                     Gürcüstan Ermənistandan gələn bu məhsullara qadağa qoydu .....                     Paşinyan “Hraparak”ı məhkəməyə verir .....                     Boradigahi Cahandar Bayoğlunu məhkəməyə verdi .....                     "Şükür Allaha, bu ad günümdə tək deyiləm" .....                     Mirzoyanın arvadına yüksək vəzifə verildi .....                     Vaşinqton Bakı ilə bağlı planını açdı: Trampın bəyanatındakı xüsusi mesaj .....                     Arif Hacılı və Razi Nurullayev ermənilərlə BİR ARADA .....                     “Niyə haram iş görürsünüz?!” .....                     Mənzil idarəçiliyində görünməz qüvvələr oyundadır .....                     Şakro Molodoy illərin acığını BELƏ ÇIXDI .....                     İrəvanda açıq savaş: Kim kimi devirəcək? .....                     “Boz kardinal” İvanişvili hakimiyyətdə təsirini saxlayır .....                     İrəvan Bakını yenə haqlı çıxardı .....                     Berlinlə bundan sonra .....                     “Liseylər sosial status simvoluna çevrilərsə, .....                     2 nömrəli avtobus hər gün niyə yarım saatdan çox GECİKİR? .....                     Kəmaləddin Heydərovun bacanağının şirkətində rektorun kürəkəninə vəzifə verildi .....                     Xüsusi karantin rejimi iyun ayında başa çatıb, yoxsa...? .....                     "Tramp və Maskın birbaşa danışığı gözlənilmir" .....                     Adil Əliyevlə bağlı ŞOK: İcra başçısı Türkiyəyə istintaqa çağrıla bilər .....                     Matviyenko Ermənistana: .....                     Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi .....                 

Naxçıvanın Konstitusiyasını niyə dəyişdirirlər? - AKTUAL
Tarix: 23-05-2025, 06:08 | Çap et

Məlum olduğu kimi, fevralın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələ isə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi barədə olub. Bildirilir ki, konstitusiya dəyişikliyi barədə hazırlanmış layihə ilk oxunuşda qəbul olunub. İkinci oxunuş 3 aydan sonra baş tutacaq və layihə bu oxunuşdan da keçərsə, hüquqi qüvvəyə minəcək.


Bəs, Naxçıvanın konstitusiyasına edilən dəyişikliklər nə ilə bağlıdır və hansı zərurətdən doğub?


Siyasi şərhçi Heydər Oğuz bildirib ki, Naxçıvan MR Konstitusiyasında dəyişiklik üçün həqiqətən də zərurət vardı: “Hətta deyərdim ki, Naxçıvan Ali Məclisi bu sahədə xeyli gecikib. Çünki 2022-ci ilin sonlarında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov istefa vermiş və Muxtar Respublikaya yeni rəhbər təyin olunmuşdu. Yeni rəhbər Prezidentin sərəncamı ilə səlahiyyətli nümayəndə qismində öz fəaliyyətinə başlamışdı. Halbuki, Naxçıvan MR Konstitusiyasında faktiki olaraq belə bir post nəzərdə tutulmayıb. Azərbaycan Konstitusiyasına görə isə Prezidentin regionlara öz nümayəndələrini təyin etmək, oralarda bəzi struktur dəyişiklikləri aparmaq səlahiyyətləri var. Məntiqlə, Naxçıvandakı real vəziyyətlə Konstitusiyası arasındakı struktur dəyişikliklərindən doğan fərq aradan qaldırılmalı idi.


Üstəlik, Naxçıvanda aparılan struktur dəyişikliyi təkcə səlahiyyətli nümayəndə institutunun yaradılması ilə də məhdudlaşmırdı. Uzun illərdən bəri Azərbaycanda aparılan bir çox dəyişikliklər Naxçıvandan yan keçmiş, bəzi ləğv olunan nazirliklərin paralel strukturları toxunulmadan saxlanılmışdı. Yeni səlahiyyətli nümayəndə təyin olunandan sonra həmin nazirliklərin bir çoxu ləğv olunmuş, bəziləri komitəyə, Azərbaycandakı strukturlara bağlı baş idarəyə çevrilmişdi. Di gəl ki, bütün bu dəyişikliklər Naxçıvan MR Konstitusiyasında öz əksini tapmamışdı. Nəticədə həmin strukturların fəaliyyət dairəsi müəyyənləşdirilməmiş qalırdı. Bu da istər-istəməz Naxçıvanda hakimiyyət orqanlarının effektli fəaliyyətinə mane olurdu. Xüsusilə də səlahiyyətli nümayəndənin səlahiyyət sahəsi və funksiyası qeyri-müəyyən olaraq qalırdı. Beləcə, bəzən hansı qərarı vermək səlahiyyəti onun, hansının Ali Məclis sədrinin, hansının isə Baş nazirin ixtiyarında olduğu bilinmirdi. Təbii ki, bu qarışıqlıq bəzən qərarvermə mexanizminin işləməsinə mane olur, bəzən hətta hakimiyyət bölgüsü sahəsində lazımsız mübahisələr yaranırdı və ya yarana bilərdi. Sözsüz ki, dövlət mexanizminin normal işləməsi üçün bu ziddiyyətli məqamlar ortadan qaldırılmalı, Naxçıvan Konstitusiyasında hər kəsin səlahiyyət bölgüsü və məsuliyyəti aydın şəkildə öz əksini tapmalı idi. Bu baxımdan Naxçıvan Konstitusiyasında dəyişiklik aparılmasını normal qarşılayır, hətta bir az da gecikmiş addım kimi qiymətləndirirəm”.


MR Konstitusiyasında konkret hansı dəyişikliklər edilməsinə gəlincə, Heydər Oğuzun fikrincə, ilk növbədə Naxçıvan Ali Məclis sədrinin səlahiyyətləri məhdudlaşdırılacaq: “Çünki sözügedən Konstitusiyanın 5-ci maddəsinə görə, Naxçıvan MR-nın ali vəzifəli şəxsi Ali Məclisin sədridir. Maraqlıdır ki, ali vəzifəli şəxsi həm qanunvericilik, həm icra hakimiyyəti səlahiyyətlərinə malik idi. Yəni həm qanunları qəbul edir, həm də o qanunlarda nəzərdə tutulanların icrası ilə məşğul olurdu. Yəni özü yazıb, özü həyata keçirirdi. Bu isə dövlət qanunvericiliyinin qızıl qaydası sayılan hakimiyyət bölgüsü prinsipinə və həm Azərbaycan, həm də elə Naxçıvan Konstitusiyasının bəzi maddələrinə zidd idi. Heç uzağa getməyək, Naxçıvan MR Konstitusiyasının 3-cü maddəsinə görə, “Muxtar Respublikada dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:


qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir;


icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir;


məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir”.


Üstəlik, bu hakimiyyət qolları öz fəaliyyətlərində müstəqildirlər, digər hakimiyyət qollarının təlimat və göstərişlərini yerinə yetirmirlər. Halbuki, həm qanunvericilik, həm də icra hakimiyyətinin eyni adam tərəfindən icra olunması nəticəısində bu iki orqanın fəaliyyətində hansısa göstərişə belə ehtiyac yaranmır. Ali Məclisin sədri istədiyi qanunu və ya qararı çıxarıb özü də onu icra edə bilərdi. Bu da belə bir sual meydana gətirirdi: o zaman Baş nazirə nə ehtiyac var? Ən əsası isə, indiki reallıqda Naxçıvanda bir də Prezidentin səlahiyyətli nümayəndəsi fəaliyyət göstərir. Bəs onun səlahiyyəti nədən ibarətdir və Naxçıvanın idarə olunmasında hansı haqlara malikdir? Təbii ki, bütün bu suallar aydınlıq gətirilməli, bəzi müddəalar ixtisar olunmalı idi”.


Heydər Oğuza görə, dəyişdirilməsi nəzər tutulan digər maddələr yəqin ki, Naxçıvan MR Nazirlər Kabineti ilə əlaqədar olacaq. Açığını deyim ki, Naxçıvanda xüsusi səlahiyyətli nümayəndə institutu yarandığı halda Nazirlər Kabinetinin və xüsusilə Baş nazirin funksiyalarının nədən ibarət olması şəxsən mənə çatmır. Eyni funksiyanı həyata keçirən iki orqanın mövcudluğu Leninin məşhur “arabanın beşinci təkəri” aforizmin xatırladır. Məncə, əlavə bürokratik əngəllər yaratmamaq, idarəetmə mexanizmini sadələşdirmək üçün ya Baş nazir postu tamamilə ləğv olunmalı, ya da xüsusi nümayəndəlik institute yaradılmamalıdır. Əks halda, bu iki strukturun eyni anda fəaliyyət göstərməsi bürokratik tıxanıqlığa yol aça bilər. Yəqin ki, dəyişdirilmiş Konstitusiyada bu kimi problemlər də öz

həllini tapacaq”.

Ovqat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra başçısından Prezidentə ŞİKAYƏT - BAŞÇINI DURDURUN...
Bu gün, 09:16
Tanınmış müğənni `Azparkinq`ə ÜSYAN ETDİ - "Bu nə səmimiyyətsiz davranışdır ki?"
Bu gün, 09:07
Paşinyan üçün ÇIXIŞ YOLU RESEPTİ... - O GƏRƏK...
Bu gün, 08:57
Paşinyanın təbriki o vaxt effektiv olar ki... - AKTUAL
Bu gün, 08:55
Bu dəfə `Hörümçək toru`na Putinin ÖZÜ DÜŞƏ BİLƏR - GÖZLƏNTİ
Bu gün, 08:53
Əmək hüququ və ya... - Ekspert danışır
Bu gün, 08:49
Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı - 32 illik müəmma
Bu gün, 06:08
Bakıda Türkiyə-İsrail dialoqu: gözləntilər, nəticələr - AKTUAL
Bu gün, 06:05
Türkiyədə bıçaqlanan Araz Musayevdən ŞOK SÖZLƏR - "Kiralıq qatilləri sifariş verən..."
Bu gün, 05:54
Axı, o, niyə susur? - İNCƏLƏMƏ
Bu gün, 05:51
Tehranın “ikinci Ermənistan” planı - NƏ BAŞ VERİR?
Bu gün, 01:20
Prezidentlə milyarderin qarşıdurması: savaş açıq müstəviyə keçib - Görünəni odur ki...
Bu gün, 01:14
Azərbaycana keçən yeniyetmə ermənilərin fotosu yayıldı
Bu gün, 01:06
Kiyev Sakit okeanda Rusiya gəmilərinə hücum etməyi planlaşdırır - KİV
Bu gün, 00:00
“Torpaqlarımız işğalda qalanda dinən yox idi, elə ki, azad etdik, səslərindən qulaq tutuldu” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:40
Erməni əsgəri ildırım vurub öldürdü
Dünən, 23:36
Rusiyada erməni əsilli iş adamı Areq Şepixin həbs edilib - BUNA GÖRƏ
Dünən, 23:34
Azərbaycan ərazisinə keçmiş iki yeniyetmə erməni qarşı tərəfə təhvil verilib - KİV
Dünən, 23:32
Gürcüstan Ermənistandan gələn bu məhsullara qadağa qoydu
Dünən, 18:03
Paşinyan “Hraparak”ı məhkəməyə verir
Dünən, 18:02
Boradigahi Cahandar Bayoğlunu məhkəməyə verdi - Bu sözlərə görə
Dünən, 17:58
"Şükür Allaha, bu ad günümdə tək deyiləm"
Dünən, 17:39
Mirzoyanın arvadına yüksək vəzifə verildi
Dünən, 17:35
Vaşinqton Bakı ilə bağlı planını açdı: Trampın bəyanatındakı xüsusi mesaj - GƏLİŞMƏ
Dünən, 17:31
Arif Hacılı və Razi Nurullayev ermənilərlə BİR ARADA - FOTO
Dünən, 17:26
“Niyə haram iş görürsünüz?!” – Xalq artistindən İNANILMAZ SÖZLƏR...
Dünən, 17:21
Mənzil idarəçiliyində görünməz qüvvələr oyundadır -AÇIQLAMA
Dünən, 17:16
Şakro Molodoy illərin acığını BELƏ ÇIXDI - Moskva "sxodka"sı
Dünən, 17:14
İrəvanda açıq savaş: Kim kimi devirəcək? - GƏLİŞMƏ
Dünən, 17:12
“Boz kardinal” İvanişvili hakimiyyətdə təsirini saxlayır - ŞƏRH
Dünən, 17:09
İrəvan Bakını yenə haqlı çıxardı – Prezident iki ay öncə nə demişdi?..
Dünən, 17:08
Berlinlə bundan sonra NƏ ETMƏLİ?..
Dünən, 17:06
“Liseylər sosial status simvoluna çevrilərsə, təhsildə ədalətsizlik dərinləşəcək”
Dünən, 17:04
2 nömrəli avtobus hər gün niyə yarım saatdan çox GECİKİR? - GİLEY
Dünən, 17:01
Kəmaləddin Heydərovun bacanağının şirkətində rektorun kürəkəninə vəzifə verildi - FOTO
Dünən, 16:59
Xüsusi karantin rejimi iyun ayında başa çatıb, yoxsa...? - Bəzi vətəndaşlarların iddiasına CAVAB
Dünən, 16:57
"Tramp və Maskın birbaşa danışığı gözlənilmir" - Reuters
Dünən, 16:55
Adil Əliyevlə bağlı ŞOK: İcra başçısı Türkiyəyə istintaqa çağrıla bilər - İLGİNC
Dünən, 16:52
Matviyenko Ermənistana: - Biz sizi heç nəyə məcbur etmirik
Dünən, 16:49
Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi
Dünən, 13:00
Özünü “peyğəmbər” kimi təqdim edən şəxsin ƏSL NİYYƏTİ üzə çıxdı – Buna görə?!
Dünən, 12:56
Xətaidə konsert proqramı təşkil olundu
Dünən, 12:54
Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək?
Dünən, 12:44
İki yeniyetmə erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ - KİV
Dünən, 12:34
DİM-in şagird və müəllimləri üz-üzə qoyan SUALLARI - İLGİNC
Dünən, 12:32
İndi əsas oyunlar Ermənistanda gedir - ŞƏRH
Dünən, 12:26
“Zəngilanda öz hesabıma balıq konservi zavodu yaradaram” - Hafiz Hacıyev
Dünən, 12:24
Kilsə vasitəsilə çevriliş cəhdi və Paşinyanın əks-həmlələri: - İrəvanda gərginlik
Dünən, 12:17
18 yaşlı arvadının başını kəsən şəxsə ağır cəza...
Dünən, 12:16
İki naxçıvanlı deputatın Əshabi-Kəhf mübahisəsi - DETALLAR
Dünən, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru