Bazar ertəsi, 23 iyun 2025, 06:36:38  
   Fəda Abbasovla monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı .....                     Daha bir tiktoker ev dustaqlığına buraxılıb .....                     2 trilyon dollara başa gəlmiş antimilli bir layihə havaya sovrulub .....                     Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur .....                     Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılır .....                     Gündəmi silkələyən olay: 16 yaşlı qızı qaçıran axund… .....                     Xameneiyə qarşı gizli komitə quruldu .....                     Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini İŞLƏYİR .....                     Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir? .....                     Binəqədidəki ailəvi restoran ətrafdakı AİLƏLƏRİ NARAHAT EDİR .....                     AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir .....                     İran Silahlı Qüvvələrinin rəhbəri ABŞ-ni cavab zərbələri ilə hədələyib .....                     Uranın zənginləşdirilməsini davam etdirəcəyik .....                     İsrail səfiri Elçibəyə hansı sirri açıb? .....                     Nigar onu polislə hədələdi .....                     ABŞ ordusu İranın nüvə obyektini sıradan çıxarıb .....                     Azərbaycanda 5 şirkət yenidən təşkil edilərək QSC-dən MMC-yə çevrilir .....                     İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb .....                     Dollarla bağlı kritik durum: vəziyyət dəyişir .....                     SOCAR rəhbərliyi bu QOVHAQOVA `DUR` deməsə... .....                     Gəmidə çalışanlar üçün VACİB BİLGİ .....                     Naxçıvan banklarında ARTIM İDDİASI... .....                     ABB-dən vətəndaşa qarşı açıq DƏLƏDUZLUQ .....                     Tramp zərbədən öncə hər kəsi belə aldadıb... .....                     ABŞ Prezidenti İranda hakimiyyət dəyişikliyinin mümkünlüyünü istisna etməyib .....                     Gömrükdə daha bir HƏBS TƏDARÜKÜ .....                     "Azəriqaz"da saxta imtahan, yoxsa... .....                     1 saylı Dəri-Zöhrəvi Dispanserdə SAXTA ƏLİLLİK... .....                     “N1” çörəyini yedi: ÖLÜMDƏN QAYITDI... .....                     Sevinc Orucovanın “Son zəng” üçün pul yılğması təsdiqləndi .....                     Əhalinin NƏZƏRİNƏ: binalarda belə yerlər qurulmalıdır, əks halda… .....                     Qolf klubda verilən razılıq, Əraqçiyə göndərilən məktub .....                     "İmtahanda olmaya-olmaya yazıblar ki..." .....                     "Sertifikasiyadan 50 faiz nəticə toplaya bilməyən müəllimlər... .....                     NATO-nun Haaqa sammiti və Kiyev üçün gözləntilər .....                     Uşaqlar niyə 12 qram ətlə böyüməlidir? .....                     "Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan" .....                     İran malları bahalaşdı .....                     İranın xarici işlər naziri Moskvaya səfər edib .....                     İranda “Mossad”la əlaqəli casus saxlanıldı .....                 

Azərbaycan BRİCS-ə üzvlükdən vaz keçir? - NƏ BAŞ VERİR?
Tarix: 4-06-2025, 08:45 | Çap et

Moskvada “Bərabər və bölünməz təhlükəsizlik arxitekturası: Cənub və Şərq dövlətləri üçün imkanlar və təhdidlər” mövzusunda keçirilən iki günlük zirvə görüşündə Rusiya tərəfinin yeni dünya düzənin yaradılmasında BRİCS-in rolunu xüsusi qabartması diqqət çəkib. Məsələn, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun iddiasına görə, “BRİCS-ə marağın artması dünya nizamının çoxqütblülüyünün dəstəklədiyinin bariz nümunəsidir”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da BRİCS ölkələrinin tərəfdaşlığı əsas qlobal oyunçular və onların müxtəlif qitələri, mədəniyyətləri və dinləri təmsil edən tərəfdaşları arasında konstruktiv çoxtərəfli qarşılıqlı fəaliyyətin nümunəsi adlandırıb. BRİCS 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib. Təşkilata üzv ölkələrin ümumi əhalisi 3 milyard 240 milyon civarındadır. Bundan başqa, üzv ölkələrin iqtisadiyyatlarının ümumi həcmi 26 trilyon dollara yaxındır. Bu, dünya iqtisadiyyatının 26 faizini təşkil edir. Bu səbəbdən təşkilata üzv olmaq istəyən ölkələrin sayı çoxdur.

Baxmayaraq ki, Braziliya, Hindistan və CAR Qərblə qarşıdurmada maraqlı deyil, amma Pekin və Moskvanın məqsədi BRİCS-i anti-Qərb blokuna çevirməkdir. Bundan başqa, Pekin təşkilata daha çox ölkənin üzvlüyünə müsbət yanaşır.

Yada salaq ki, ötən il Azərbaycan da BRİCS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Çin tərəfi BRİCS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb. BRİCS hazırda Türkiyə də daxil olmaqla dünyanın 40 ölkəsi ilə bu və ya digər formada əməkdaşlıq və ya üzvlük müzakirələri aparır. Lakin BRİCS Avropa İttifaqı və ya NATO kimi bir blok deyil, nizamnaməsi və üzvləri üzərində tələbləri və öhdəlikləri yoxdur.

Üzv olmaq istəyən dövlət BRİCS-ə rəhbərlik edən ölkəyə müraciət edir. Müraciət edən ölkə əvvəlcə “üzvlüyə maraqlı” statusunda olur, sonra perspektivli üzv dövləti adını alır. Daha sonra “dəvət olunmuş BRİCS üzv dövlət” statusuna keçir və nəhayət 4-cü mərhələdə BRİCS üzvü olan dövlət olur.

Rəsmi Bakı da BRİCS-ə üzvlükdə niyyəti nəqliyyat, kommunikasiya və ticarətlə bağlı fəaliyyətlərində aktiv şəkildə iştirak etməkdir. Amma sonuncu konfransın tezislərindən aydın olur ki, xüsusilə Rusiya BRİCS-i Qərbə qarşı güc kimi istifadə etmək istəyir. Bu halda Azərbaycan BRİCS-ə üzvlükdən vaz keçə bilərmi?

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, BRİCS-i cəlbedici edən əsas meyarlardan biri bu təsisatın çoxşaxəli dialoqu fəal şəkildə təşviq etməsi, neytrallıq və açıqlıq siyasəti ilə bağlıdır: “Bu siyasət BRİCS-ə təsir dairəsini genişləndirməyə və Qərb institutlarından asılılığa son qoymaq istəyən daha çox inkişaf etməkdə olan ölkələri cəlb etməyə imkan verir. Digər vacib məqam isə BRİCS-in müxtəlif siyasi sistemlərə və iqtisadi modellərə malik ölkələri özündə birləşdirməsi ilə bağlıdır ki, bu da təşkilatı müasir dövrün müxtəlif çağırışlarına qarşı çevik və uyğunlaşa bilən edir. Ölkəmizin BRİCS-ə üzvlükdə maraqlı olması isə çoxtərəfli diplomatiya həyata keçirməsi ilə bağlıdır. Belə ki, regionda sülhün, təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması dövlətimizin xarici siyasətində xüsusi yer tutur. Bu isə öz növbəsində müxtəlif qütblərin bir araya gətirilməsində, yeni dostların, tərəfdaşların qazanılmasında Azərbaycanın rolunu daha da artırır. Başqa sözlə desək, Rusiyanın istəklərinə baxmayaraq, yuxarıda da dediyim kimi, müxtəlif siyasi sistemlərə və iqtisadi modellərə malik ölkələri özündə birləşdirən və çoxşaxəli dialoqu və neytrallığı təşviq edən bir qurumu anti-Qərb blokuna çevirmək elə də asan məsələ deyil. BRİCS-i təsis edən beş ölkədən üçünün - Braziliya, Hindistan və Cənubi Afrika Respublikasının Qərblə ticari münasibətləri ortadadır. BRİCS-ə sonradan qoşulan Birləşmiş Ərəb Əmirlikləri, Misir kimi ölkələrin də Qərblə kifayət qədər yaxşı iqtisadi-ticari münasibətləri mövcuddur. BRİCS+ çərçivəsində tərəfdaş ölkə status almış ölkələrin də bir qismi Qərblə yaxşı iqtisadi münasibətlərə malikdir. Üstəgəl, təsisatın aparıcı güclərindən biri olan Çin üçün də elektromobil və süd məhsulları ilə bağlı ticarəti çəkişmələrə baxmayaraq Avropa İttifaqı ən böyük ticarət tərəfdaşı olaraq qalır. Bütün bunları göz önünə gətirdikdə Rusiyanın BRİCS-i anti-Qərb blokuna çevirmək cəhdlərinin fayda verməyəcəyini deyə bilərik. Belə vəziyyətdə isə Azərbaycanın da bu quruma üzvlük istəyindən vaz keçməsi gözlənilmir. BRICS-in anti-Qərb blokuna çevrilməsi bütün tərəflərlə qarşılıqlı faydalı əməkdaşlığı və müstəqil siyasət yürütməyi özü üçün prioritet hesab edən Azərbaycanın da maraqlarına cavab vermir”.

Politoloq Oqtay Qasımov bildirdi ki, Azərbaycan dünyanın müxtəlif güc mərkəzləri, eləcə də bu və ya digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdədir: “Bu cür balanslı siyasət davam edir və özünün nəticələrini də verməkdədir. Azərbaycanın son dövrlər maraq göstərdiyi və əməkdaşlıq etdiyi qurumlardan biri də BRİCS-dir. Bu quruma üzv olan ölkələrin bir çoxu ilə Azərbaycan kifayət qədər yaxşı münasibətlərdədir. Eyni zamanda həmin qurumdakı ölkələrin içərisindəki bəzi ölkələrlə bizim sıxıntılarımız var. Bütün bunlara baxmayaraq Azərbaycan BRİCS formatında ikitərəfli əməkdaşlığa üstünlük verir. Keçən il Azərbaycan Prezidenti bu təşkilatın Kazanda keçirilən toplantısına da dəvət olundu. Ölkəmiz BRİCS-lə əməkdaşlığı gələcəkdə daha yüksək səviyyəyə qaldırmaq haqqında da düşünür. Amma Azərbaycan məsələlərə öz maraqları daxilində baxarkən eyni zamanda iştirak etdiyi təşkilatların hansısa qütb və geopolitik qarşıdurmalar zəminində olmasında maraqlı deyil. Belə ki, Azərbaycanın həm Qərblə, həm də qlobal Cənub ölkələri ilə kifayət qədər yaxşı münasibətləri var. Azərbaycan BRICS-in aparıcı ölkələrindən olan həm Rusiya, həm də Çinlə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Doğrudur, Rusiya BRİCS-i daha çox qlobal güc mərkəzi kimi Qərblə qarşıdurmada istifadə etməyə çalışır, amma düşünmürəm ki, təşkilata daxil olan ölkələr Rusiyanın bu istəyi ilə razıdırlar”.

Politoloq qeyd etdi ki, BRİCS üzvü olan ölkələrin bəzilərinin ABŞ-la, Qərblə iqtisadi əlaqələri BRİCS ölkələri ilə əlaqələrindən daha dərinə işləyib. Azərbaycan da vəziyyəti anında qiymətləndirir, əgər gələcəkdə bu təşkilatı hansısa bir ideoloji və geopolitik mübarizə mərkəzinə çevirmək cəhdləri olacaqsa, əlbəttə, Azərbaycan oraya üzvlüklə bağlı qərarında bir daha düşünməli olacaq: “Bütün hallarda Azərbaycan BRİCS-lə daha çox ticari və iqtisadi sahədə əlaqələrin gücləndirilməsində tərəfdardır. Azərbaycan geopolitik məsələlərə daha diqqətli və özünün maraqları kontekstindən baxmağa üstünlük verir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fəda Abbasovla monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı - İLGİNC FAKTLAR
Bu gün, 10:33
Daha bir tiktoker ev dustaqlığına buraxılıb
Bu gün, 10:29
2 trilyon dollara başa gəlmiş antimilli bir layihə havaya sovrulub - MƏRYƏM RƏCƏVİ
Bu gün, 10:27
Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur - İTTİHAM VAR...
Bu gün, 10:25
Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılır - ÖZBAŞINALIQ
Bu gün, 10:23
Gündəmi silkələyən olay: 16 yaşlı qızı qaçıran axund… – Hüquqşünas açıqlayır
Bu gün, 10:20
Xameneiyə qarşı gizli komitə quruldu - “Ruhanini hakimiyyətə gətirmək istəyirlər”
Bu gün, 10:18
Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini İŞLƏYİR - TƏFƏRRÜAT
Bu gün, 10:15
Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir? - AKTUAL
Bu gün, 10:13
Binəqədidəki ailəvi restoran ətrafdakı AİLƏLƏRİ NARAHAT EDİR - GİLEY
Bu gün, 10:10
AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 10:04
İran Silahlı Qüvvələrinin rəhbəri ABŞ-ni cavab zərbələri ilə hədələyib - “The Times of Israel”
Bu gün, 09:59
Uranın zənginləşdirilməsini davam etdirəcəyik - İran XİN
Bu gün, 09:58
İsrail səfiri Elçibəyə hansı sirri açıb? – Azərbaycanla bağlı sensasion plan olub
Bu gün, 09:34
Nigar onu polislə hədələdi - Fotolar
Bu gün, 09:31
ABŞ ordusu İranın nüvə obyektini sıradan çıxarıb - FOTO
Bu gün, 09:20
Azərbaycanda 5 şirkət yenidən təşkil edilərək QSC-dən MMC-yə çevrilir - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:16
İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb - TƏFƏRRÜAT
Bu gün, 09:10
Dollarla bağlı kritik durum: vəziyyət dəyişir – Tarix verildi
Bu gün, 09:03
SOCAR rəhbərliyi bu QOVHAQOVA `DUR` deməsə... - Bəhanə axtarırlar ki...
Bu gün, 08:57
Gəmidə çalışanlar üçün VACİB BİLGİ - Ekspert danışır...
Bu gün, 08:44
Naxçıvan banklarında ARTIM İDDİASI... - rəqəmləri şişirdirlər, ya da...
Bu gün, 08:40
ABB-dən vətəndaşa qarşı açıq DƏLƏDUZLUQ - BU NƏDİ BELƏ?
Bu gün, 08:20
Tramp zərbədən öncə hər kəsi belə aldadıb... - KİV
Bu gün, 07:23
ABŞ Prezidenti İranda hakimiyyət dəyişikliyinin mümkünlüyünü istisna etməyib - "Truth Social"
Bu gün, 07:16
Gömrükdə daha bir HƏBS TƏDARÜKÜ - İLGİNC İDDİA
Bu gün, 07:13
"Azəriqaz"da saxta imtahan, yoxsa... - Kütləvi ixtisarlar başlayıb
Bu gün, 07:00
1 saylı Dəri-Zöhrəvi Dispanserdə SAXTA ƏLİLLİK... - İTTİHAM VAR...
Bu gün, 06:49
“N1” çörəyini yedi: ÖLÜMDƏN QAYITDI... - BU NƏDİ BELƏ?
Bu gün, 06:44
Sevinc Orucovanın “Son zəng” üçün pul yılğması təsdiqləndi - "Pul yığmaq barədə şikayət etsəniz..."
Bu gün, 06:36
Əhalinin NƏZƏRİNƏ: binalarda belə yerlər qurulmalıdır, əks halda… - AKTUAL
Bu gün, 06:23
Qolf klubda verilən razılıq, Əraqçiyə göndərilən məktub - ABŞ-nin İrana hücumunun təfərrüatı
Bu gün, 06:19
"İmtahanda olmaya-olmaya yazıblar ki..." - İŞÇİLƏR KOMİK İSLAHATA ETİRAZ EDİRLƏR
Bu gün, 00:57
"Sertifikasiyadan 50 faiz nəticə toplaya bilməyən müəllimlər... təkrar MİQ imtahanına girməlidir"
Bu gün, 00:52
NATO-nun Haaqa sammiti və Kiyev üçün gözləntilər - GƏLİŞMƏ
Bu gün, 00:44
Uşaqlar niyə 12 qram ətlə böyüməlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:41
"Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan"
Bu gün, 00:37
İran malları bahalaşdı – Sərhəddə böhran, mağazalarda qiymət şoku
Dünən, 23:32
İranın xarici işlər naziri Moskvaya səfər edib - IRNA
Dünən, 23:29
İranda “Mossad”la əlaqəli casus saxlanıldı
Dünən, 18:01
Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb - AKTUAL
Dünən, 17:57
"Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" - FOTO
Dünən, 17:45
ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi – B-2 hücumuna rəsmi etiraf gəldi
Dünən, 17:41
ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub - Pezeşkian
Dünən, 17:39
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib - MÜHÜM
Dünən, 17:37
Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır - KİV
Dünən, 10:41
Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:40
Paşinyanın ERKƏN BANI - GƏLİŞMƏ
Dünən, 10:29
Naxçıvanın idarəçiliyində yeni dövr başlayır - İNCƏLƏMƏ
Dünən, 10:26
ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb
Dünən, 09:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru