Ərdoğan İranı niyə dəstəkləyir? .....                     Bakıda vəzifəli şəxslərə qarşı dələduzluq etməkdə ittiham olunan şəxs .....                     BOKT “İnternational” ASC-nin İdarə Heyətinə təyinat .....                     Yaxın Şərqdə pozulan hüquq: İsrail-İran müharibəsində yaxşı və pis ssenari .....                     İranın bundan sonraya NƏ QƏDƏR GÜCÜ QALIB? .....                     Gürcüstanda Milli Təhlükəsizlik Şurası ləğv ediləcək .....                     Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə... .....                     ABŞ və İran arasında danışıqların yeni raundunun bu həftə keçirilməsi mümkündür .....                     Naxçıvanda səhiyyə islahatları: Həkimlər işsiz, xəstələr həkimsiz qalıb... .....                     Bu sahədə işləyənlərin maaşı 2 dəfə azalıb .....                     Azərbaycanın təhlükəsizliyi bu qədər MÜHÜMDÜR! .....                     Azərbaycan: qlobal xaosda stabillik simvolu .....                     21 müsəlman ölkəsi birgə bəyanat yayaraq İsrailin İrana hücumunu pisləyib .....                     İşə düzəltmək adı altında 42 min manat ələ keçirməkdə ittiham edilən şəxs tutulub .....                     İran buna görə gecə hücum edir .....                     Mobil Babayev vəfat etdi .....                     Fətullah Gülənin əmisi oğlu saxlanıldı .....                     Hüseyn Abdullayevin anası yenidən Prezidentə müraciət etdi .....                     Rüşvətdə təqsirləndirilən Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin məhkəməsində məcburi gətirilmə qərarı çıxarılıb .....                     SON ZƏNG... yoxsa gəncliyimizin aqibəti üçün ƏCƏL ZƏNGİ? .....                     Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur? .....                     Xamenei İsrailə qarşı CİHAD ELAN EDƏCƏK? .....                     "Bu günə kimi hələ də "paltar pulu"mu ala biməmişəm" .....                     Vasif Talıbovun yaratdığı Fond .....                     İranla müharibə İsrailə gündəlik 725 milyon dollara başa gəlir .....                     Vaşinqton Tehranla danışıqlara tələsir .....                     Yeniyetmələr arasında kriminal aləmə maraq artıb: SƏBƏB NƏDİR? .....                     "Məktəbdən tutmuş universitetə qədər oxşar mühitdir" .....                     “Traxtor”dan Trampa cavab: “Biz türklər...” .....                     "İpək Yolu " MMC-nin 447 min manatdan çox VERGİ BORCU VAR .....                     İsrail-İran müharibəsi Azərbaycan üçün hansı risklər yaradır? .....                     Hacılar qayıdır: Heç qorxmadıq, çox rahat səfər oldu .....                     “Ağsu Konserv-1” ASC səhmdarlarını .....                     ADY-nin İnfrastruktur Departamentində qalmaqal .....                     Səmra Hüseynovanın "qurd qalmaqalı"na görə restoran işçiləri qovuldu .....                     Türkiyə barışıq masası üçün bu dəfə ideal ünvan deyil .....                     Hansı gəlirləriniz gəlir vergisindən AZADDIR... .....                     "Təəssüf ki, bu zavod yalnız paytaxt Bakıya xidmət edir..." .....                     Vens və Vitkoff İran nümayəndələri ilə görüşə bilər .....                     Maaş və pensiyalarla bağlı vacib xəbər: Artım ola bilər .....                 

Sertifikasiyadan kəsilən müəllimlər repetitora çevrilir? - ARAŞDIRMA
Tarix: Bu gün, 06:31 | Çap et

Ölkədə bir neçə ildir ki, müəllimlərin sertifikasiya imtahanı keçirilir.

İlk dəfə 2022-ci ildə ibtidai sinif müəllimləri ilə təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılıb. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq test imtahanı mərhələsində 51-60 baldan yuxarı nəticə göstərən müəllimlərin vəzifə maaşına 35 faiz, keçid balını (30 bal) toplayan və 50 baladək nəticə göstərən müəllimlərin vəzifə maaşına isə 10 faiz aylıq əlavə edilir.

2022-ci ildə ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesinə 11 590 təhsilverən cəlb olunmuşdu ki, onlardan 11 211 ibtidai sinif müəllimi prosesdə iştirak edib 96,7 faiz davamiyyət qeydə alınıb. Prosesi uğurla tamamlayan 3 163 müəllimin əməkhaqqına 2022-ci ilin sentyabr ayından 35 faiz, 5 624 müəllimin əməkhaqqına isə 10 faiz əlavə olunub.

2023-cü ildə təşkil olunan sertifikatlaşdırma prosesində 29 951 ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edib və prosesdə 97,7 faiz davamiyyət qeydə alınıb.

Qeyd edək ki, sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq olunub. 24 iyul 2023-cü il tarixli Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında edilmiş dəyişikliyə əsasən pedaqoji staj üzrə tələb 5 ildən 3 ilə endirilib, eyni zamanda, 60 və daha yuxarı yaşda olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı könüllü şəkildə olub.

Qanunvericiliyə uyğun olaraq, sertifikasiyadan kəsilən müəllimlərə iş yeri saxlanmaqla 1 il əlavə vaxt verilib. Bu 1 il ərzində Elm və Təhsil Nazirliyi onlara ödənişsiz təlimlər keçib. Müəllimlərin bir hissəsi nazirliyin təşkil etdiyi təlimlərdən yararlandı, bir hissəsi isə fərdi qaydada kurslara və repititorlara üz tutdular.

Nəticə etibarı ilə 2023-cü ildə həmin müəllimlərin ikinci dəfə sertifikatlaşma prosesi keçirildi. 743 nəfər sertifikasiyadan kəsildi. 2023-cü ildə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırma prosesi baş verdi. Birinci mərhələdən kəsilən Azərbaycan dili və ədəbiyyat müəllimlərimizin sayı 8 mindən çox oldu.

2024-cü ildə isə xarici dil və riyaziyyat müəllimləri sertifikasiyadan imtahan verdilər. Təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkə üzrə 27 imtahan mərkəzini əhatə edib. Test imtahanlarında 23 449 müəllim iştirak edib.

İmtahanda iştirak edən təhsilverənlərin 86%-i uğur qazanaraq müsahibə mərhələsinə qatılmaq hüququ əldə edib. 2024-cü ildə təşkil olunan sertifikatlaşdırma prosesində test və müsahibə mərhələsində uğur qazanmış 9020 təhsilverənin vəzifə maaşına 35 faiz, 14 543 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub. 2025-ci ildə keçiriləcək sertifikasiya imtahanına az bir müddət qalıb.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 18-20, 24 və 25 iyunda təşkil olunacağı gözlənilir. Test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirkçıların şəxsi kabinetlərinə göndərilib.

Qeyd edək ki, cari ildə təşkil olunacaq sertifikatlaşdırılma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər. Ötən il sertifikasiyada uğurlu olmayanların 200-ə yaxını öz ərizəsi ilə işdən ayrılıb.

"Sertifikatlaşdırma prosesə hazırlıq yekunlaşmaq üzrədir. Sertifikatlaşdırma prosesinin nəticələri onu deməyə əsas verir ki, qarşıya qoyulan hədəflərə nail olunur. Növbəti həftə keçiriləcək imtahanlarda təxminən 22 min nəfər müəllimin iştirakı nəzərdə tutulur".

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir:

“Proses müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Çünki keyfiyyətli müəllim və keyfiyyətli təhsil anlayışları bir-biri ilə vəhdət təşkil edir. Hər bir vətəndaşın keyfiyyətli təhsil almaq hüququ var. Keyfiyyətli təhsil isə keyfiyyətli müəllim deməkdir. Sertifikatlaşdırma bu tələbi ödəyir”.

Agentliyin direktoru xatırladıb ki, 2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 min 901 müəllim iştirak edib:

“Sertifikatlaşdırmadan keçmiş 17 min 426 təhsilverənin vəzifə maaşına 35 faiz, 38 min 84 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub. Bu il keçiriləcək sertifikatlaşdırma prosesindən sonra maaşını diferensial qaydada artımla alacaq müəllimlərin sayı təxminən 70 min nəfərdən çox olacaq”.

Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Qeyd edək ki, ölkədə dörd minə yaxın müəllim təkrar sertifikasiya imtahanından keçə bilməyib.

Onlara növbəti ildə hazırlaşıb 2025-ci ildə yenidən müəllimlərin işə qəbulu imtahanında iştirak etmək hüququ, müsabiqə şərtini ödəyib, orta təhsil məktəblərində işləmək haqqı qazanmaq üçün bir şans verilir. 2026-cı ilin sonuna qədər 137 min müəllim sertifikatlaşdırmada iştirak edəcək.

Onu da vurğulayaq ki, sertifikasiya imtahanından keçməyən müəllimlərə bəzi məktəblərdə sosial işlər təklif olunur ki, müəllimlərin bir çoxu bu sahədə çalışmaq istəmir. MİQ imtahanlarında iştirak etmək istəməyənlər isə artıq yenidən müəllim adını daşıya bilmirlər. Maraq doğuran odur ki, işinə xitam verilən həmin müəllimlər bu gün repetitor kimi fəaliyyətini davam etdirirmi? Əgər belədirsə, onların yetişdirdiyi abituriyentlərin ali məktəblərə qəbul imtahanlarında uğur qazanması çətindir və valideynlər boş yerə vəsait ödəməli olacaqlar.

"Cebheinfo.az"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərdoğan İranı niyə dəstəkləyir? - “Regnum”
Bu gün, 11:58
Bakıda vəzifəli şəxslərə qarşı dələduzluq etməkdə ittiham olunan şəxs özünü təqsirli bilmir
Bu gün, 11:52
BOKT “İnternational” ASC-nin İdarə Heyətinə təyinat - BUNDAN SONRA...
Bu gün, 11:45
Yaxın Şərqdə pozulan hüquq: İsrail-İran müharibəsində yaxşı və pis ssenari - NƏ BAŞ VERİR?
Bu gün, 11:28
İranın bundan sonraya NƏ QƏDƏR GÜCÜ QALIB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:23
Gürcüstanda Milli Təhlükəsizlik Şurası ləğv ediləcək
Bu gün, 11:20
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə... -MÜRACİƏT
Bu gün, 11:12
ABŞ və İran arasında danışıqların yeni raundunun bu həftə keçirilməsi mümkündür - KİV
Bu gün, 11:09
Naxçıvanda səhiyyə islahatları: Həkimlər işsiz, xəstələr həkimsiz qalıb... - BU NƏDİ BELƏ?
Bu gün, 11:04
Bu sahədə işləyənlərin maaşı 2 dəfə azalıb – Minimum əməkhaqqından aşağı düşüb
Bu gün, 11:01
Azərbaycanın təhlükəsizliyi bu qədər MÜHÜMDÜR! - FOTOFAKT!
Bu gün, 11:00
Azərbaycan: qlobal xaosda stabillik simvolu - FAKT BUDUR!
Bu gün, 10:55
21 müsəlman ölkəsi birgə bəyanat yayaraq İsrailin İrana hücumunu pisləyib - SİYAHI
Bu gün, 10:53
İşə düzəltmək adı altında 42 min manat ələ keçirməkdə ittiham edilən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 10:52
İran buna görə gecə hücum edir - Səbəbi açıqlandı
Bu gün, 10:41
Mobil Babayev vəfat etdi
Bu gün, 10:39
Fətullah Gülənin əmisi oğlu saxlanıldı
Bu gün, 10:37
Hüseyn Abdullayevin anası yenidən Prezidentə müraciət etdi - "Ricamız ondan ibarətdir ki..."
Bu gün, 10:24
Rüşvətdə təqsirləndirilən Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin məhkəməsində məcburi gətirilmə qərarı çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 10:21
SON ZƏNG... yoxsa gəncliyimizin aqibəti üçün ƏCƏL ZƏNGİ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:17
Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur? - İTTİHAM VAR...
Bu gün, 10:14
Xamenei İsrailə qarşı CİHAD ELAN EDƏCƏK? - görünəni odur ki...
Bu gün, 10:05
"Bu günə kimi hələ də "paltar pulu"mu ala biməmişəm" - NARAZILIQ VAR...
Bu gün, 10:00
Vasif Talıbovun yaratdığı Fond LƏĞV EDİLDİ
Bu gün, 09:57
İranla müharibə İsrailə gündəlik 725 milyon dollara başa gəlir - CNN
Bu gün, 09:53
Vaşinqton Tehranla danışıqlara tələsir - “The New York Times”
Bu gün, 09:33
Yeniyetmələr arasında kriminal aləmə maraq artıb: SƏBƏB NƏDİR? - NƏ ETMƏLİ?
Bu gün, 09:22
"Məktəbdən tutmuş universitetə qədər oxşar mühitdir" - deputat
Bu gün, 09:21
“Traxtor”dan Trampa cavab: “Biz türklər...” - Tehranda 15 milyona yaxın insan yaşayır...
Bu gün, 09:15
"İpək Yolu " MMC-nin 447 min manatdan çox VERGİ BORCU VAR - DETALLAR
Bu gün, 09:13
İsrail-İran müharibəsi Azərbaycan üçün hansı risklər yaradır? - İNCƏLƏMƏ
Bu gün, 09:12
Hacılar qayıdır: Heç qorxmadıq, çox rahat səfər oldu - REPORTAJ
Bu gün, 09:05
“Ağsu Konserv-1” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 09:00
ADY-nin İnfrastruktur Departamentində qalmaqal - Xanım əməkdaşın səhhəti pisləşdi.
Bu gün, 08:56
Səmra Hüseynovanın "qurd qalmaqalı"na görə restoran işçiləri qovuldu - "... sizdən üzr istəyirik"
Bu gün, 08:48
Türkiyə barışıq masası üçün bu dəfə ideal ünvan deyil - ÇÜNKİ...
Bu gün, 08:43
Hansı gəlirləriniz gəlir vergisindən AZADDIR... - AKTUAL
Bu gün, 08:38
"Təəssüf ki, bu zavod yalnız paytaxt Bakıya xidmət edir..." - NHM-dən İLGİNC HESABAT
Bu gün, 08:36
Vens və Vitkoff İran nümayəndələri ilə görüşə bilər - İrandan isə...
Bu gün, 07:25
Maaş və pensiyalarla bağlı vacib xəbər: Artım ola bilər - AÇIQLAMA
Bu gün, 07:21
Pasient Nigar Məmmədovanın səhvindən ölüb? - TƏFƏRRÜAT
Bu gün, 07:14
"Orxan Mürsəlov mülkümü dağıtdırdı…" - Gədəbəydə ÖZBAŞINALIQ
Bu gün, 07:10
Məktəb direktorunun oğlu jurnalisti ölümlə hədələdi - MƏMUR İMİŞ...
Bu gün, 07:07
Şəkidə bu təhsil ocağı bazar kimi idarə olunur... - İTTİHAM VAR...
Bu gün, 07:01
Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR - DİQQƏT
Bu gün, 06:55
DİM-in pedaqoji heyətini sertifikasiyadan keçirək - ÇAĞIRIŞ
Bu gün, 06:53
"Bu Rusiya rəhbərliyinin mövqeyi kimi qəbul edilir" - partiya sədri
Bu gün, 06:50
Şəhid ailəsi Prezidentdən kömək istədi - "...ödəyə bilmirəm"
Bu gün, 06:47
Rəqəmsal pul və köhnə tələlər: Asan qazancın arxasında nə gizlənir? - NƏ BAŞ VERİR?
Bu gün, 06:37
Yüksələn neft qiyməti: Bəs nə vaxta qədər? - AKTUAL
Bu gün, 06:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru