2025-ci ilin 5 ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu .....                     “Azpetrol Neft Şirkəti”nin rəhbərliyində təyinat olub .....                     Qırğızlar Rusiyadan xüsusi status .....                     Radioaktiv çirklənmə Azərbaycana necə təsir edəcək? .....                     Ermənilərin musiqi xəzinəmizdən daha bir oğurluğu .....                     Regionda balans oyunu: Rusiya və Çin İranı dəstəkləməyə tələsmir, çünki... .....                     "Bilgəh" sanatoriyasında şok hadisə .....                     Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib .....                     İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib? .....                     Kipr Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran 3-cü ölkədir .....                     “Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə .....                     Ən yüksək balı toplayan müəllim: .....                     Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb .....                     “Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib .....                     Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb .....                     ABŞ İranı vuracaq: .....                     İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir .....                     Qadağa tanımayan “CƏRRAH”LAR: Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir .....                     Erkan Turan Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə getdi .....                     102-ci baza çıxır, 300 min azərbaycanlı yurduna qayıdır... .....                     “Aztelekom”un işçisi 1600 cərimələndi, .....                     Sistanidən İsrailin Xameneini öldürəcəyi xəbərinə REAKSİYA .....                     Naxçıvanda seçkiləri .....                     “Rusiya Ukraynada yeni hücuma başlayıb” .....                     Kazinolar turist cəlb etmək üçün mühüm vasitədir .....                     Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq .....                     Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” .....                     Pedaqoji Kollecdə rəhbərlik ona həvalə edildi .....                     Rüşvət almaqda ittiham olunan nazirlik işçisi özünü təqsirli bilmədi .....                     İranda internet tamamilə kəsildi .....                     Gürcüstanın İsraildəki səfirliyinin yaxınlığına raket düşüb .....                     Adil Vəliyev nəyi vecinə alır ki... .....                     Kazino fəaliyyəti üçün qanunvericilikdə nə dəyişməlidir? .....                     Xanım iş adamının 100 min dolları blogger tərəfindən ələ keçirilib .....                     SEPAH-ın Quru Qoşunlarına yeni komandan təyin edilib .....                     Kimi sağ çıxdı, kimi yox... .....                     Bakıda binanın damında qanunsuz inşa olunan HOVUZLU OTEL... .....                     Paşinyan Türkiyəyə niyə gedir? .....                     "Hafka" villalarını satdı: Kirayədə qalır .....                     "Niyə şose yola çıxan kimi hamı sürəti artırır?" .....                 

Xanım iş adamının 100 min dolları blogger tərəfindən ələ keçirilib - Cəmi 2 ay evli olublar
Tarix: Bu gün, 12:08 | Çap et

İnstaqramdakı biznes məqsədli ilə başlayan tanışlıq sonradan sevgiyə çevrilib. Sevgili olmaq isə xanıma baha başa gəlib. İndi həmin xanım zərərçəkmiş kimi 100 min dollar pulunun ələ keçirildiyini deyir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən 33 yaşlı Kənan Balahəsənlinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Cinayət işinin materiallarında diqqət çəkən məqamlar olub. Kənan Balahəsənli özünü gah Prezident Administrasiyanın, gah da Dövlət Təhlükəsizliyi Xidmətinin proqramisti kimi təqdim edib. Onun instaqram sosial şəbəkəsində 260 minə yaxın izləyicisi olub. Qısa zamanda blogger kimi xeyli izləyici toplayıb. O, sosial şəbəkə üzərində şirkətləri reklam edərək pul da qazanırmış.

Kənan Balahəsənli instaqramda canlı yayında olan zaman Elnarə İsgəndərova adlı xanımla tanış olub. Tanışlıq işgüzar məqsədlə olub. Elnarə İsgəndərovanın səsyazma studiyası olub. Onlar birlikdə həmin səsyazma studiyasını işlətməyi qərarlaşdırıblar. Həmçinin Kənan yeni sayt və proqram hazırlanması üçün Elnarə İsgəndərovaya vəd verib və bunun üçün müəyyən məbləğdə pul lazım olduğunu bildirib.

Kənan Elnarədən “Youtube”un Azərbaycanda yeni qolunu yaratmaq adı ilə də pul alıb. Həmin lisenziya üçün 100-300 min dollar arası vəsait lazım olubmuş. Elnarə bu məbləği qarşılamaq üçün bankda olan pulunu çıxararaq bir hissəsini Kənana verib. Elnarə İsgəndərova Rusiyada olan evini sataraq pulunu Azərbaycandakı banklardan birinə depozit olaraq yerləşdiribmiş.

Bunlardan əlavə Elnarə İsgəndərova Kənan Balahəsənliyə “bitcoin”in almaq üçün də pul verdiyini deyib.

Kənan Balahəsənli başqa bir tanışından onu DTX-ya işə düzəltmək adı ilə də 11 min manat pul alıb. İş üzrə iki nəfər zərərçəkmiş şəxs də var. Onlar 500 və 850 manatı kriptovalyutada pul qazanmaq üçün Kənana veriblər. Kənan sonradan onların pulunu qaytarıb.

Əsas epizod Kənanın Elnarəni aldatmasıdır. Kənan bu epizodla bağlı danışarkən deyib ki, Elnarəni aldatmaq niyyəti olmayıb:

“Elnarə ilə instaqramda yaranmış tanışlıq sevgi münasibətinə keçdi. Elnarə şərik işləməyi təklif etdi. Elnarənin mənə ilk dəfə verdiyi pulları youtube kanalının böyüdülməsinə sərf etmişəm. Sonra Arif adlı tanışım bizə yeni proqram hazırlayacağını dedi. Buna görə Arifə 3500 manat pul verdik. Arif “Zombalin” adlı sosial şəbəkəni bizə satacaqdı. Layihənin hazırlanması üçün 8 ay ərzində Arifə 35000 manatdan çox pul verdim. Sonra Arifin bu hərəkətlərinə görə mən çətin vəziyyətdə qaldım. Layihəni təhvil vermədi”.

Kənan Balahəsənlinin sözlərinə görə kriptovalyuta alqı-satqısı üçün aldığı pulları Türkiyə vətəndaşı olan Mustafa Öztürk adlı şəxsə verib. Kənan deyib ki, sonradan Mustafa adlı şəxs onu aldadaraq ölkədən qaçıb.

Zərərçəkmiş Elnarə İsgəndərova dindirilən zaman deyib ki, Kənan ona “bitcoin” kriptovalyuta mütəxəssisi olduğunu bildirib. Həm də Prezident Administrasiyasında işlədiyini deyib:

“Kənan ilk dəfə özünü proqramçı kimi təqdim etmişdi. Böyük layihələr olduğunu, iş birliyi qurmaq istədiyini dedi. Mən də razılaşdım. Bir müddət sonra aramızda sevgi münasibəti yarandı və rəsmi nikahımız oldu. Amma bu nikah 2 ay çəkmədi və ayrıldıq. Buna səbəb həmin zaman aldadıldığımı başa düşməyim oldu”.

Elnarə İsgəndərova necə aldadıldığını danışan zaman bunları qeyd edib: “Youtube kanalının bir qolu olaraq Azərbaycanda fəaliyyət göstərmək istədik. Bunun üçün 100-300 min dollar lazım olduğunu dedi. Kənan bu lisenziyanı almaqda köməklik edəcəyini bildirdi. Buna görə əvvəlcə 41 min dollar verdim. Təxminən 10 gün sonra Kənan “bitcoin”in qalxdığını və təcili pul qoyulmalı olduğunu dedi. 12 min dollar da onda verdim. Sonra estetik əməliyyat üçün mənə 15 min dollar verməli idi. Lakin bu pulu vermədiyinə görə aramızda münaqişə yarandı”.

İstintaqla Elnarə İsgəndərovaya dəymiş zərər 93 min 500 manat olaraq müəyyən edilib. Lakin Elnarə İsgəndərova bildirib ki, qəbzlər olmadan verdiyi pullarla birlikdə Kənan ona 100 min dollardan çox ziyan vurub.

İstintaq zamanı müəyyən edilib ki, Kənan Cavid adlı tanışının qardaşını işə düzəltmək adı ilə pul alıb. Kənan Cavidin qardaşını DTX-da işə düzəldəcəyini vəd edibmiş. Amma zərərçəkmişi aldadaraq vədinə əməl etməyib. Sonradan müxtəlif bəhanələr gətirərək Cavidi aldadıb. Bəzi hallarda isə vaxt qazanmaq üçün Cavidə İran-Azərbaycan münasibətlərinin gərgin olduğu üçün DTX-da işlərin çox olduğunu, onun işini maraqlana bilmədiyini də deyirmiş.

İş üzrə məhkəmədə şahid qismində dindirilən Arif adlı şəxs Kənanla Elnarə arasında baş vermiş söz-söhbətdə adının hallanmasına narazılığını bildirib. Deyib ki, Kənandan heç bir halda əlavə pul almayıb. Onun sözlərinə görə, Kənanın istəyi ilə youtube kanalına bənzər bir sayt yığmağa başlayıb: “Kənanın bu iş üçün pulu Elnarədən aldığını bilməmişəm. Mən əvvəl Elnarəni tanımamışam. Layihənin yarımçıq qalmasının səbəbi Elnarə ilə Kənanın münasibətlərinin pozulması oldu. Çünki Kənan deyirdi ki, layihə onundur. Elnarə də deyirdi ki, onun. Mənə iş görmək üçün kompüter lazım olanda Kənan mənə kompüter almışdı. Həmin kompüterin pulunu da görülən işlə əvəzləşdirəcəkdi. Sonradan Elnarə dedi ki, kompüter də onun pulu ilə alınıb. Mən sadəcə Kənanın Elnarədən kriptovalyuta üçün pul aldığını eşitmişdim”.

İş üzrə davam edən məhkəmə araşdırmasının sonunda məlum olub ki, Kənan zərərçəkmiş Elnarəyə və Cavidə heç bir məbləğdə pul ödəməyib, onlarla barışmayıb. Hər iki şəxs zərərin ödənilməsini tələb ediblər.

Məhkəmənin hökmü ilə Kənan Balahəsənli külli miqdarda dələduzluqda təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
2025-ci ilin 5 ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu - TOP 5
Bu gün, 17:21
“Azpetrol Neft Şirkəti”nin rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:17
Qırğızlar Rusiyadan xüsusi status TƏLƏB EDİRLƏR
Bu gün, 17:16
Radioaktiv çirklənmə Azərbaycana necə təsir edəcək? - Akademik açıqladı
Bu gün, 17:14
Ermənilərin musiqi xəzinəmizdən daha bir oğurluğu - Video
Bu gün, 17:08
Regionda balans oyunu: Rusiya və Çin İranı dəstəkləməyə tələsmir, çünki... - GƏLİŞMƏ
Bu gün, 17:05
"Bilgəh" sanatoriyasında şok hadisə -Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
Bu gün, 16:59
Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib - BUNDAN SONRA...
Bu gün, 16:47
İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib? - İNCƏLƏMƏ
Bu gün, 16:44
Kipr Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran 3-cü ölkədir - SİYAHI
Bu gün, 16:42
“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı
Bu gün, 16:28
Ən yüksək balı toplayan müəllim: Sertifikasiyanın "sirlərini" açdı - DETALLAR
Bu gün, 15:57
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Bu gün, 15:55
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib
Bu gün, 15:51
Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb - KİV
Bu gün, 15:50
ABŞ İranı vuracaq: - Təyyarə və gəmiləri SƏFƏRBƏR EDİR
Bu gün, 13:17
İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir -Ekspertdən MÜJDƏ
Bu gün, 13:15
Qadağa tanımayan “CƏRRAH”LAR: Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir - ARAŞDIRMA
Bu gün, 13:07
Erkan Turan Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə getdi
Bu gün, 13:01
102-ci baza çıxır, 300 min azərbaycanlı yurduna qayıdır... -"Hraparak"
Bu gün, 12:59
“Aztelekom”un işçisi 1600 cərimələndi, maaş ala bilmədiyi üçün də işdən çıxdı
Bu gün, 12:56
Sistanidən İsrailin Xameneini öldürəcəyi xəbərinə REAKSİYA - "Press TV"
Bu gün, 12:49
Naxçıvanda seçkiləri Prezident TƏYİN EDƏCƏK
Bu gün, 12:47
“Rusiya Ukraynada yeni hücuma başlayıb” - ISW
Bu gün, 12:43
Kazinolar turist cəlb etmək üçün mühüm vasitədir - keçmiş deputat BELƏ DEYİR...
Bu gün, 12:41
Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:40
Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
Bu gün, 12:30
Pedaqoji Kollecdə rəhbərlik ona həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 12:26
Rüşvət almaqda ittiham olunan nazirlik işçisi özünü təqsirli bilmədi - TƏFƏRRÜAT
Bu gün, 12:24
İranda internet tamamilə kəsildi - İSRAİLƏ GÖRƏ...
Bu gün, 12:23
Gürcüstanın İsraildəki səfirliyinin yaxınlığına raket düşüb
Bu gün, 12:17
Adil Vəliyev nəyi vecinə alır ki... - Neft borusunun üstünü də satıb...
Bu gün, 12:16
Kazino fəaliyyəti üçün qanunvericilikdə nə dəyişməlidir? - “Onsuz da mərc oyunları var”
Bu gün, 12:11
Xanım iş adamının 100 min dolları blogger tərəfindən ələ keçirilib - Cəmi 2 ay evli olublar
Bu gün, 12:08
SEPAH-ın Quru Qoşunlarına yeni komandan təyin edilib - IRNA
Bu gün, 12:06
Kimi sağ çıxdı, kimi yox... - Ölkəyə səs salan qətllər
Bu gün, 11:59
Bakıda binanın damında qanunsuz inşa olunan HOVUZLU OTEL... - FOTOLAR
Bu gün, 11:56
Paşinyan Türkiyəyə niyə gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:53
"Hafka" villalarını satdı: Kirayədə qalır - BU DA SON...
Bu gün, 11:51
"Niyə şose yola çıxan kimi hamı sürəti artırır?" - ETİRAZ
Bu gün, 11:47
Ermənilər hər vəchlə çalışır ki... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:34
Babək rayonunda tək sakinlərin yox, ALLAHIN DA EVİ SUSUZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 11:29
Rəsmi Bakı Güney Azərbaycanla bağlı İsrailə NÖVBƏTİ DƏFƏ MÜRACİƏT ETDİ - BİZ NARAHATIQ...
Bu gün, 11:18
Neftçi əgər ezamiyyətə çıxarsa... - AKTUAL
Bu gün, 11:14
Dövlət 1 milyard ayırmışdı ki SUSUZ QALMAYAQ... - AYIRMAMIŞDI Kİ SİZ YEYƏSİNİZ...
Bu gün, 11:01
Tikinti sahəsində tam nəzarətsizlik - BU FAKTDIR...
Bu gün, 10:56
Elan olunmamış raket savaşının bir həftəsi: İran ağır itkilər verir, amma... - GƏLİŞMƏ
Bu gün, 10:54
“Bank of Baku” müştərisini şantaj edir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:52
Bakı-Naxçıvan uçuşlarının dayandırıldığı bildirilir - Tək Türkiyə yolu qaldı...
Bu gün, 10:48
Meyiti tapılan yeniyetmə Elgünlə eyni məktəbdə oxuyurmuş - İLGİNC NÜANS
Bu gün, 10:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru