Təhsil İnstitutu tərəfindən lisey və gimnaziyaların 5-6-7-ci siniflərinə 27 iyunda keçirlən qəbul imtahanlarının nəticələri narazılıq yaranıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə imtahanda övladı iştirak edən vaideynlər narazılıq ediblər. Onların iddasına görə, suallar əvvəlcədən satılıb və bəzi şagirdlər imtahandakı sualların çətin olmasına baxmayaraq, qısa müddətdə cavablandırıblar.
Bəzi iddialara görə isə suallar şagirdləri imtahana hazırlaşdıran kurslar vasitəsilə sızdırılıb. Həmçinin sualların çətinlik dərəcəsindən də çox sayda narazılıq olub. Bəzi valideynlər imtahanların nəticələrinin ləğvini tələb ediblər. Bu iddalarla razılaşmayan, imtahanın şəffaf keçdiyini deyən valideynlər də var.
Xatırladaq ki, lisey və gimnaziyaların 5-6-7-ci siniflərinə imtahan əvvəldən də qalmaqallı olub. Belə ki, bu il lisey və gimnaziyaların ancaq 7-ci sinfinə qəbul nəzərdə tutulmuşdu. Ancaq valideylərin kütləvi narazılığından, etiraz aksiyalarından sonra Təhsil İnstitutu tərəfindən qərar bu tədris ilinə istisna olaraq dəyişdirildi, lisey və gimnaziyaların 5-6-cı iniflərə də mərkəzləşdirilmiş qəbul imtahanı keçirildi.