İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: .....                     Xankəndi artıq yara deyil... YARIYANDIR... .....                     Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb .....                     İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir .....                     Elşad Xose videoqrafın iddiasına cavab verdi: .....                     Bakı və İrəvana hücumların pərdəarxası .....                     "Mahnımdan əsər-əlamət qalmayıb" .....                     Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? .....                     “Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” .....                     Paşinyanın Ermənistanda açdığı “cəbhə” .....                     ABŞ-ın Azərbaycana marağı təbiidir: .....                     “Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“ .....                     Rövşən müəllim, İRD... heç bir işə yaramır... .....                     “Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər” .....                     Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... .....                     Bakıda adam öldürənlər .....                     “Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” .....                     Zemfiradan Zaura REAKSİYA: .....                     Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur .....                     Azərbaycanlılara hücumun pərdəarxası .....                     Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi .....                     Bu gün Oleq Bakinskiyə hökm oxunacaq .....                     Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: .....                     Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… .....                     Müştərisindən “Leobank”a ciddi ittihamlar .....                     Kamil Əliyev özü üçün işıqfor qoydurub .....                     Rusiyanın 5 şəhərində kritik durum .....                     Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir .....                     Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı .....                     Azərbaycan restoranı darmadağın edildi .....                     Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır .....                     Bakıdakı İran mağazalarında .....                     Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək .....                     Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin .....                     İqtisadi Zirvənin siyasi yükü .....                     “Kişilər Turan qurur” deyənlər görür ki... .....                     "Azərbaycan hər kəsə hörmət edir, eyni zamanda heç kəsə öz suverenliyinə zərər vermək fürsəti də tanımır" .....                     Professordan virus xəbərdarlığı .....                     Milli Məclis büdcənin icrasını təsdiqləyib .....                     Kremlin Bakıya media diversiyası: İlham Rəhimovun təbliğatının gizli məqamları .....                 

Rusiya Azərbaycanın şimalını “qurdalamağa” başladı - indi DƏRBƏNDİMİ GERİ TƏLƏB EDƏK?
Tarix: Bu gün, 09:01 | Çap et

Rusiya hakimiyyətinin fəaliyyətsizliyi fonunda bu ölkədə Azərbaycana qarşı hədyan dolu çağırışlar artır. Məsələn, Dövlət Dumasının Regional Siyasət Komitəsinin sədr müavini Mixail Matveyev iki ölkə arasında indiki durumu şərh edərkən bildirib:

“Heç bir açıqlamaya ehtiyac yoxdur, sadəcə olaraq, bütün ölkədə diasporları susdurmaq, heç bir bəyanat vermədən sıxışdırmaq lazımdır. Amma bunun üçün siyasi qərarın olacağına inanmaq çətindir”. “Tsargrad” telekanalının təsisçisi Konstantin Malofeyev də eyni mövqeni sərgiləyir. Miqrantlara xitabən o bildirir: “Bu gözəl, güclü və müstəqil Azərbaycanın vətəndaşlarının niyə Rusiyaya axın etməsi aydın deyil. Evə, Azərbaycana getmək vaxtıdır”. “Two Majors” Telegram kanalı isə bildirir ki, Azərbaycan rəhbərliyinin baş verənləri daha dərindən dərk etməsi üçün Moskvadakı “Food City” və “Avropa” ticarət mərkəzi və Voronejdəki Alekseyevski bazarı kimi tərəvəz anbarlarını indiki azərbaycanlı sahiblərdən almaq lazımdır. “Soloviev Live” telekanalının jurnalisti Sergey Mardan qeyd edir: “Süngülərlə dəstəklənməmiş mərhəmət asiyalılar tərəfindən qiymətləndirilmir. Xəzərdə gəmiçilik və neft hasilatının təhlükəsizliyi barədə düşünməyin vaxtıdır. Və eyni zamanda - Rusiya şəhərlərində məskunlaşan iki milyon azərbaycanlı tacirin öz evindəymiş kimi vergi verməsi haqqında. Yeri gəlmişkən, Bakı həmişə Rusiya şəhəri olub. Odessa kimi”. “Komsomolskaya Pravda”nın hərbi müxbiri, “Rus Tarantas” kanalının müəllifi Dmitri Steşin isə yazır: “Əgər Rusiya, sadəcə olaraq, bütün Azərbaycan biznesini dondursa, eskalasiya prosesi məhdudlaşdırılacaq. Rusiya tez, son dərəcə sərt və qətiyyətli hərəkət etməlidir. Və münasibətlər dərhal yaxşılaşacaq”. Roman Antonovski müəllifi olduğu “Sını Monarxii” Telegram kanalında Azərbaycana qarşı həyasızcasına ərazi iddiaları irəli sürür: “Dağıstanlı qardaşlar Azərbaycan hakimiyyətinin rusofob davranışından qəzəblənərək yazırlar ki, Dağıstanın öz ata-baba torpaqlarını qaytarmaq şansımız var, bu, Azərbaycanın Balakən və Zaqatala rayonlarıdır”. “Zergulio” Telegram kanalının müəllifi Sergey Kolyasnikov bildirir: “Azərbaycan Yekaterinburqda etnik dəstə üzvlərinin həbsinə cavab olaraq rusiyalı sənətçilərin çıxışına qadağa qoyub. Durmayın, Rusiyaya küsmək üçün "Sadovod" bazarını bağlayın".

Bu kimi mövqelər indi Rusiya mediasında olduqca geniş yayılır və burada Kremlin xeyir-duası şübhə doğurmur. Əslində Rusiyaya xas hücum kampaniyasıdır. Azərbaycana qarşı təzyiq rıçaqlarının nələr olduğunu göstərirlər - diasporlarımızı susdurmaq, bazarları əlimizdən almaq, azərbaycanlıları deport etmək, ən nəhayət, etnik məsələləri qaldıraraq “Donbas ssenarisi” qurmaq...

Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd edib ki, şimal qonşudan həmişə təhdid var və bu gün də davam etməkdədir. Onun sözlərinə görə, Rusiya ənənəvi metodlardan istifadə etməyə başlayıb, bu da gözləniləndir. A.Əlizadə hesab edir ki, Zaqatala və Balakən bölgələrini yada salmaq, hətta bir müddət sonra digər regionlarımızı da xatırlatmaq Kremlin siyasətinə xarakterikdir. Ancaq deputat düşünmür ki, bu çağırışların nəticəsi olacaq: “Rusiya əvvəlki deyil və köhnə metodların işləməsi mümkün görünmür. Azərbaycan xalqı həmrəydir və kənardan istənilən təhdidlərə qarşı birgə olmağı bacarır. Ona görə də Zaqatala və ya Balakənlə bağlı cəfəng çağırışların ayaq tutub yeriməsi mümkün deyil. Üstəlik, Rusiya özünü dünya ilə müharibə vəziyyətinə gətirərək elə bir bataqlığa salıb ki, hazırda aqoniya halında görünməkdədir. Onun Azərbaycana qarşı son hərəkətləri də elə bu qəzəbdən, uğursuzluqdan qaynaqlanır. Əslində bu qlobal savaşda Rusiyanın düşdüyü vəziyyət səbəbindən yalnız Türkiyə və Azərbaycan onun üçün nəfəslik rolu oynayırdı. Amma belə görünür ki, Rusiya isterik vəziyyətdədir və hirsindən artıq bizimlə də münasibətləri pozur. Bir ölkə rəsmiləri desə ki, "Rusiyanın dostu onun ordusudur", bu dövlətin zehniyyəti həmin fikirlə hər kəsə aydın olur".

A.Əlizadə Rusiyanın SSRİ kimi çöküşə qədəm qoyduğu qənaətindədir: “Rusiya Azərbaycanla yaranmış hazırkı gərgin münasibətlərdə özü geri çəkilməlidir və çəkiləcək. Çünki Rusiya hüquq-mühafizə orqanlarının törətdiyi cinayət əməlləri ilə bu gərginlik başlanıb. Bizim tərəfimizdən Rusiyaya qarşı hər hansı qanunsuzluq, qonşuluq prinsiplərinə zidd addım atılmayıb. Necə ki, təyyarəmizi vurublar, hələ də bu məsələdə də tələblərimiz yerinə yetirilməyib, eləcə də Yekaterinburqda törədilən cinayətlə də əlaqədar Moskvadan gözləntilərimiz var. Rusiya hər iki hadisə ilə bağlı addım atmalıdır. Ona görə də gərginliyin səngiməsi üçün ya Kreml başçısı Putin özü geridönüş etməlidir, yaxud cənab Ərdoğan bu məsələdə vasitəçi rol oynaya bilər. Yox, əgər vəziyyət belə davam edəcəksə, o halda, ciddi bir zəifləmə ilə üz-üzə qalan Rusiyanın ziyanına olacaq. Azərbaycan qonşularla normal münasibətlərin tərəfdarıdır, əgər Rusiya geriyə addım atmayacaqsa, o zaman beş qat artığını görəcək”.

Siyasi ekspert Oqtay Qasımov Rusiyanın Azərbaycanda hər zaman etnik münaqişələr yaratmaqla onu təzyiq altında saxlamağa çalışdığını vurğulayıb: “Bunu 90-cı illərdən də yaxşı xatırlayırıq. Həm Ələkrəm Hümmbətovun əli ilə qondarma "Talış Muğan respublikası" yaratmaqla, həm şimalda “Sadval”ın vasitəsi, o cümlədən Zaqatala-Balakən regionunda “Meşə qardaşları” terror qrupu ilə Azərbaycana təzyiq göstərib. Ancaq onların hamısı zərərsizləşdirilib və bu təhlükələr keçmişdə qalıb. Bu gün Rusiya növbəti cəhdləri edə bilər, amma nəticəsi olmayacaq. 44 günlük müharibədə sözügedən bölgələrdən insanlarımız döyüşdülər, şəhid, qazi oldular, ona görə də hazırda milli həmrəyliyimiz var".

O.Qasımovun sözlərinə görə, Rusiyanın etibarsız tərəfdaş olduğu bir daha sübut edildi: “Son addımlar da Moskva bəyannaməsinə tamamilə ziddir. Biz çox çalışdıq ki, Rusiya ilə əlaqələr yaxşı olsun, sanksiyalara qoşulmadıq, amma onlar bunu dəyərləndirmədi, təyyarəmizi vurdular, soydaşlarımızı öldürdülər, agentura şəbəkəsi ilə üzərimizə gəldilər. Halbuki Moskva deklorasiyasında qeyd edilirdi ki, bir-birinə qarşı ideoloji təbliğat aparmayacaqlar. Amma son hadisələrdə göründü ki, Rusiya "xalqlar həbsxanası"dır və bu dövlətin özündə birləşdirdiyi muxtar qurumlar, mahallar əslində işğal edilib, silah gücünə saxlanıb. Biz də bu iddiaları səsləndirə bilərik. Guya dağıstanlı qardaşlar bizim rayonları geri qaytaracaq, onda biz də deyə bilərik ki, Dərbənd tarixi Azərbaycan torpağıdır".

Ekspertin fikrincə, Rusiyanı qəzəbləndirən Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsidir: “Moskva Paşinyana həddən artıq qəzəblidir ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıdı. Rusiya qəzəblidir ki, Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi, Şuşa Bəyannaməsi var, Çinlə və bir sıra ölkələrlə strateji memorandumlar imzalayıb. Rusiya qəzəblidir ki, Zəngəzur dəhlizi onun nəzarətində olmaya bilər. Ona görə Rusiya ənənəvi metodlara əl atmaqdadır. Ancaq onun əvvəlki potensialı qalmayıb və Azərbaycanda “5-ci kolon” kifayət qədər sıradan çıxarılıb. Ən son təzyiq vasitəsi soydaşlarımızdır. Düşünmürəm ki, bu, nəticə verəcək. Azərbaycanın cavab tədbirləri artıq Moskvanı qəzəbləndirir. Yəni Rusiya narahatdır ki, Cənubi Qafqazda təsir imkanları tam əldən çıxa bilər. Sadəcə, anlamalıdırlar ki, bölgədə qalmaq üçün yeganə yol Azərbaycanla münasibətləri normal saxlamaqdır. Üstəlik, Rusiyanın əvvəllər agentura şəbəkəsi çox güclü idi, bu mövqelər də çox zəiflədilib, indi isə bu istiqamətdə addımlar daha da sərtləşdirilməlidir".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: - Sirr kimi saxlanan sənəd
Bu gün, 17:09
Xankəndi artıq yara deyil... YARIYANDIR... - İlham Əliyev BELƏ BUYURDU...
Bu gün, 17:05
Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb
Bu gün, 17:02
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir - AXI HARDANDIR BU SƏRVƏT?
Bu gün, 16:58
Elşad Xose videoqrafın iddiasına cavab verdi: - Dəstək məqsədilə bizə yaxınlaşmışdılar
Bu gün, 16:52
Bakı və İrəvana hücumların pərdəarxası - Kremlin “qarın ağrısı” varmış
Bu gün, 16:49
"Mahnımdan əsər-əlamət qalmayıb" - İfasını pislədi
Bu gün, 16:46
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
Bu gün, 16:44
“Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” – Məşhur həkimdən Qənirə Ataşa ismarıc
Bu gün, 16:42
Paşinyanın Ermənistanda açdığı “cəbhə” - Xankəndidən İrəvana İSMARIŞ
Bu gün, 16:05
ABŞ-ın Azərbaycana marağı təbiidir: - Bakı Vaşinqton üçün olduqca cəlbedici tərəfdaşdır
Bu gün, 14:57
“Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“
Bu gün, 14:54
Rövşən müəllim, İRD... heç bir işə yaramır... - BU DA FAKT!
Bu gün, 14:46
“Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər”
Bu gün, 14:37
Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... - Kopıtko
Bu gün, 14:01
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
Bu gün, 13:48
“Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” - Qənirə Ataşova həmin həkimdən yazdı
Bu gün, 13:39
Zemfiradan Zaura REAKSİYA: - “Corabı başqa adamlardan soruş"
Bu gün, 13:11
Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur - SƏBƏB
Bu gün, 13:08
Azərbaycanlılara hücumun pərdəarxası – Putinin ilginc səbəbi
Bu gün, 13:01
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi - FOTO
Bu gün, 12:43
Bu gün Oleq Bakinskiyə hökm oxunacaq – Rusiya FTX zabitinin mülki iddiası təmin olunacaqmı?
Bu gün, 12:37
Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: - Ən az maaşı onlar alır
Bu gün, 12:34
Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… - AKTUAL
Bu gün, 12:27
Müştərisindən “Leobank”a ciddi ittihamlar - "...banklarımız da yalançı və oğrudur"
Bu gün, 12:13
Kamil Əliyev özü üçün işıqfor qoydurub – məşhur şirkətə etiraz
Bu gün, 12:11
Rusiyanın 5 şəhərində kritik durum – Minlərlə azərbaycanlı…
Bu gün, 12:06
Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir - İNCƏLƏMƏ
Bu gün, 12:04
Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı
Bu gün, 12:01
Azərbaycan restoranı darmadağın edildi - FOTO
Bu gün, 11:58
Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır - TƏFƏRRÜAT
Bu gün, 11:54
Bakıdakı İran mağazalarında qiymətlər ARTDI
Bu gün, 11:48
Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək - Paşinyan
Bu gün, 11:42
Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
Bu gün, 11:38
İqtisadi Zirvənin siyasi yükü - Bu dəfə mesaj Xankəndidən verilir
Bu gün, 11:37
“Kişilər Turan qurur” deyənlər görür ki... – onlar ayaqda sağlam DURAN birlik qururlar
Bu gün, 11:33
"Azərbaycan hər kəsə hörmət edir, eyni zamanda heç kəsə öz suverenliyinə zərər vermək fürsəti də tanımır" - ONA GÖRƏ DƏ...
Bu gün, 11:30
Professordan virus xəbərdarlığı – “Evdən çıxmayın...”
Bu gün, 11:28
Milli Məclis büdcənin icrasını təsdiqləyib
Bu gün, 11:26
Kremlin Bakıya media diversiyası: İlham Rəhimovun təbliğatının gizli məqamları - uğursuz cəhdin tarixçəsi...
Bu gün, 11:13
"Rusiya-Azərbaycan münasibətlərində gərginlik: Kim daha çox itirir?" - "Deutsche Welle"
Bu gün, 11:09
Səhiyyə Nazirliyinin 4.4 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 11:07
Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur - MƏQALƏ
Bu gün, 11:00
“Şou-biznesin “Diva”sı var, niyə də “Afrodita”sı olmasın?” - FOTO
Bu gün, 10:58
Müdafiə Nazirliyinin hərbçilərdən rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinə hökm oxunub
Bu gün, 10:52
Naxçıvanın əxlaqsızlıqda ittiham olunan deputatını BIÇAQLAMAQ İSTƏDİLƏR - ARAYA ƏMİSİ OĞLU GİRDİ VƏ...
Bu gün, 10:45
AZƏRİQAZ-da fəhlə sinfinin ixtisarı `UĞURLA` davam etdirilir... - URRRAAA!!!
Bu gün, 10:37
Səhiyyə nazirliyi bunlarla BACARA BİLMİRSƏ... - DİQQƏT: TƏHLÜKƏ VAR...
Bu gün, 10:18
Sertifikasiyada kütləvi kəsilmə: - Sabiq deputat yaşlı müəllimlərin əleyhinə çıxdı
Bu gün, 10:14
Zelenskini Bakıya zənginə görə hədəf aldılar - Kreml İSTERİKADADIR...
Bu gün, 09:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru