ƏƏSMN niyə bütün mebel və inventarları eyni şirkətdən alır? .....                     “AAAF Park” sakinlərindən ETİRAZ… .....                     “iPhone 17” Azərbaycanda 4 199 manatdan satışa çıxdı .....                     Bu ölkədə də səfirliyimiz təsis ediləcək .....                     Putinin əmri olmasaydı... .....                     Güclü şimal-qərb küləyi əsəcək .....                     Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə .....                     "Bir-İki dönər"dən şikayət .....                     Ət bahadır... .....                     "Hər iki valideynimin baxıma ehtiyacı var..." .....                     Sənədləşmə gözləyən insanların evlərini itirmək təhlükəsi... .....                     "Səhifəmi bağlayıb, sonra məndən pul istədilər" .....                     Hacı İsmayılın "AA" seriyalı "Land Rover" sürən oğlu cəzalandırıldı .....                     “Məndən başqa 15 nəfər işçinin də pulunu vermirlər” .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     Sahibkarları indi də elektron tərəzi ilə soyurlar... .....                     “Həkimlər bizi hədələyir ki, səsini çıxarsan, 2 ildə aldığınız pulları geri ödəyəcəksiniz” .....                     Şirvanda torpaq mübahisəsi zəminində qətl: Cəza ağırlaşdırıldı .....                     Hazırlıq başladı: İsraildə vardı, 38 il sonra Türkiyədə də olacaq .....                     Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı, 4 nəfər həbs olundu .....                     Beyləqanda bu ilin əvvəlində yaradımış şirkətin nizamnamə kapitalından .....                     Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... .....                     Nadir Bayramlı QINADI: .....                     Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır .....                     14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı .....                     Azərbaycan Ordusunda praktiki məşğələlər icra olunub .....                     İsrail kəşfiyyatı Qətərdə əməliyyatı bir neçə həftə ərzində planlaşdırmışdı .....                     Ruslar Azərbaycana qarşı YENİ HƏBS DALĞASINA START VERİB... .....                     Qırmızı kitaba düşən heyvanlarla müştəri "cəlb" edilir .....                     Qarabağ Qazisi `Azəriqaz`la çəkişmədə... .....                     Azərbaycanda yeni nazirlik yaradılacaq? .....                     Tovuzda ƏDALƏT AXTARIŞI: məmursansa HAQLISAN? .....                     "Bu qərarı qanunsuz hesab edirəm" .....                     Paşinyan ermənilərdən ÜZR İSTƏDİ... .....                     Azərbaycanda sabiq məktəb direktoruna elektron qolbaq taxıldı .....                     Şimal və cənubdan Azərbaycana heyrətamiz böhtan .....                     Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb .....                     Lavrov Əliyevin məşhur təklifini gündəmə gətirdi .....                     Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif .....                     Rusiyada qanunsuz miqrantlara qoyulan möhlət bu gün bitir .....                 

Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif - DETALLAR
Tarix: Bu gün, 09:01 | Çap et

“Ermənistan və Azərbaycan sülh sazişinin mətnini yekunlaşdırıb. Lakin Bakı Ermənistan konstitusiyasını dəyişməyincə onu imzalamayacağını bildirir. İrəvan yeni layihə hazırlayır, ancaq erməni seçicilər referendumda onu rədd edə və bu, razılaşmanı poza bilər”.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə Beynəlxalq Böhran Qrupuna məxsus Crisisgroup.org saytındakı təhlili məqalədə deyilir.

Qeyd edilir ki, xarici tərəfdaşlar sərhədlər açıldıqdan sonra lazım olacaq nəqliyyat infrastrukturuna sərmayə yatırmaq da daxil olmaqla, sazişin imzalanması üçün stimulu təmin etməlidir.

Təhlildə həmçinin deyilir: “Azərbaycan-Ermənistan münaqişəsinin həllinə dair saziş uzunmüddətli sülhə zəmanət verməsə də, bu, hər iki tərəfə bundan bəhrələnməyə başlamağa imkan yaradacaq. Amma fürsət pəncərəsi həmişə açıq qalmayacaq. Odur ki, Bakı və İrəvan razılaşmanın yalnız konstitusiya referendumundan sonra mümkün olduğu vəziyyətindən qaçmaq üçün kompromis axtarmalıdır”.

Qurumun analitiklərinə görə, söhbət “orta yolda” gedir: “Yəni sülh müqaviləsi imzalanır, onun ratifikasiyası isə Ermənistan Konstitusiyasına düzəliş edilənədək təxirə salınır. Referendumun nəticəsinin gözlənilməzliyini nəzərə alsaq, belə bir kompromis Azərbaycan üçün faydalı olardı. Çünki referendum vaxtından asılı olmayaraq, ciddi risklər daşıyır”.

Bəs Bakıda nə düşünürlər, Azərbaycan belə bir kompromisə gedə bilərmi?

Deputat Günay Ağamalı “Yeni Müsavat”a dedi ki, Beynəlxalq Böhran Qrupunun Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı irəli sürdüyü təklif rəsmi Bakının mövqeyi ilə uzlaşmır: “Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəalar yer aldıqca imzalanacaq hər hansı bir sülh sazişi kağız üzərində qalacaq. Çünki həmin iddiaların Ermənistan Konstitusiyasında öz əksini tapması qarşı tərəfin istənilən vaxt yenidən ərazi iddiaları irəli sürməsinə hüquqi zəmin yaradacaq. Belə olduğu təqdirdə, sülh müqaviləsinin imzalanması, lakin ratifikasiyasının təxirə salınması ölkəmiz üçün arzuolunan ssenari deyil. Əgər proses Beynəlxalq Böhran Qrupunun səsləndirdiyi fikirlər kimi olsaydı, liderlər Vaşinqtonda sülh sazişinin paraflanmasını deyil, planlaşdırılan hüquqi mexanizimi reallaşdırardılar.

Bilindiyi kimi, avqustun 8-i Ağ Evdə ABŞ Prezidenti Donald Trampın moderatorluğu ilə Cənubi Qafqazın siyasi gündəliyini dəyişən proseslər baş verdi. Liderlər uzunmüddətli münaqişəyə son qoymaqla regionda yeni bir səhifə açdılar. Lakin cənab Prezident İlham Əliyevin Vaşinqtonda səsləndiyi fikirlər, yəni yekun sülh müqaviləsinin bağlanması kontekstində Ermənistan Konstitusiyasındakı mövcud maneələri bir daha diqqətə çatdırması ölkəmizin bu məsələdəki qəti mövqeyinin təzahürü idi".

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov qeyd etdi ki, Beynəlxalq Böhran Qrupunun Azərbaycan və Ermənistan arasında münasibətlərə dair bu şəkildə mövqeyi anlaşılan deyil: “Əvvəla, ona görə ki, sülh sazişinin imzalanması və yekun ratifikasiyası üçün konstitusiya dəyişikliyinə ehtiyac olduğu artıq hər kəs tərəfindən, o cümlədən də Vaşinqton görüşündə üçtərəfli bəyanata imza atan ABŞ və Ermənistan tərəfindən də qəbul olunur. Hər kəs başa düşür ki, bu dəyişiklik baş tutmadan, yəni Ermənistanın əsas qanununda Azərbaycana qarşı ərazi iddiaları qaldığı müddətcə imzalanacaq hər hansı bir sülh sazişinin elə bir əhəmiyyəti olmayacaq. Bu mənada rəsmi Bakının tələbləri tamamilə başa düşüləndir və haqlı tələblərdir. Məhz Azərbaycan öz tələblərində haqlı olduğu üçün beynəlxaq birlik tərəfindən bu istiqamətdə hər hansı təzyiq də yoxdur.

Digər tərəfdən, sülh müqaviləsinin imzalanması, ratifikasiyanın isə Ermənistan Konstitusiyasına düzəliş edilənədək təxirə salınmasını təklif edən Böhran Qrupunun məntiqi anlaşılan deyil. Çünki özlərinin qeyd etdiyi kimi, seçicilərin referendumda onu rədd etməsi və razılaşmanı pozma ehtimalı var. Əgər belə bir ehtimal varsa, o zaman indi sülh sazişinin imzalanması nəyi dəyişəcək? Tutaq ki, Bakı və İrəvan müvafiq konstitusiya dəyişikliyi olmadan sazişi imzaladı və bir müddət sonra da İrəvan ya ümumiyyətlə, belə bir referendum keçirmədi, ya da qeyd edilən kimi, həmin referendumda konstitusiya dəyişikliyini təmin etmək mümkün olmadı. O zaman nə olacaq? Yəni təklif edilən forma risk ehtimalını aşağı salırmı? Təbii ki, yox.

Hər iki tərəf yekun sazişin imzalanmasını və ratifikasiyasını gözləmədən indi Böhran Qrupunun qeyd etdiyi məsələlərlə bağlı işlərə onsuz da start veriblər. Odur ki, konstitusiya dəyişikliyi baş vermədən sülh sazişinin imzalanmasına da hər hansı ehtiyac yoxdur. Və ümumiyyətlə, bu məsələnin yenidən gündəmə gətirilməsi cəhdləri mənasızdır".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ƏƏSMN niyə bütün mebel və inventarları eyni şirkətdən alır? - İcazə verin, şübhələnək...
Bu gün, 12:44
“AAAF Park” sakinlərindən ETİRAZ… - Çıxarış problemi sakinləri ayağa qaldırdı
Bu gün, 12:38
“iPhone 17” Azərbaycanda 4 199 manatdan satışa çıxdı – ABŞ-də satışlar ayın 19-u başlayır
Bu gün, 12:35
Bu ölkədə də səfirliyimiz təsis ediləcək
Bu gün, 12:29
Putinin əmri olmasaydı... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:25
Güclü şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub
Bu gün, 12:12
"Bir-İki dönər"dən şikayət - "İçərisindən şüşə çıxdı" (VİDEO)
Bu gün, 12:10
Ət bahadır... - Ekspert deyir ki...
Bu gün, 11:44
"Hər iki valideynimin baxıma ehtiyacı var..." - ETİRAZ VAR...
Bu gün, 11:39
Sənədləşmə gözləyən insanların evlərini itirmək təhlükəsi... - Yüzlərlə söküntü barədə qərar çıxarılıb
Bu gün, 11:37
"Səhifəmi bağlayıb, sonra məndən pul istədilər"
Bu gün, 11:25
Hacı İsmayılın "AA" seriyalı "Land Rover" sürən oğlu cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 11:24
“Məndən başqa 15 nəfər işçinin də pulunu vermirlər” - ÖZBAŞINALIQ...
Bu gün, 11:22
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - TƏFSİLAT
Bu gün, 11:10
Sahibkarları indi də elektron tərəzi ilə soyurlar... - ŞOK FAKTLAR
Bu gün, 11:09
“Həkimlər bizi hədələyir ki, səsini çıxarsan, 2 ildə aldığınız pulları geri ödəyəcəksiniz” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:05
Şirvanda torpaq mübahisəsi zəminində qətl: Cəza ağırlaşdırıldı – MƏHKƏMƏ
Bu gün, 10:59
Hazırlıq başladı: İsraildə vardı, 38 il sonra Türkiyədə də olacaq – Azərbaycanlılar üçün çağırış
Bu gün, 10:56
Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı, 4 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 10:53
Beyləqanda bu ilin əvvəlində yaradımış şirkətin nizamnamə kapitalından - 1 MİLYON MANAT GÖTÜRÜLÜR
Bu gün, 10:49
Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
Bu gün, 10:44
Nadir Bayramlı QINADI: - “Oxumur, özünü rüsvay edir”
Bu gün, 10:42
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
Bu gün, 10:39
14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı - Ata həbs edildi
Bu gün, 10:37
Azərbaycan Ordusunda praktiki məşğələlər icra olunub - VİDEO
Bu gün, 10:34
İsrail kəşfiyyatı Qətərdə əməliyyatı bir neçə həftə ərzində planlaşdırmışdı - KİV
Bu gün, 10:31
Ruslar Azərbaycana qarşı YENİ HƏBS DALĞASINA START VERİB... - bu dəfə...
Bu gün, 10:28
Qırmızı kitaba düşən heyvanlarla müştəri "cəlb" edilir - Restoranlarda "trend"ə çevrilən “vəhşilik”...
Bu gün, 10:14
Qarabağ Qazisi `Azəriqaz`la çəkişmədə... - Artıq bir ildir ki...
Bu gün, 10:10
Azərbaycanda yeni nazirlik yaradılacaq? - Görünəni odur ki...
Bu gün, 10:05
Tovuzda ƏDALƏT AXTARIŞI: məmursansa HAQLISAN? - NARAZILIQ VAR...
Bu gün, 10:00
"Bu qərarı qanunsuz hesab edirəm" - VİDEOMÜRACİƏT
Bu gün, 09:41
Paşinyan ermənilərdən ÜZR İSTƏDİ... - BUNA GÖRƏ...
Bu gün, 09:36
Azərbaycanda sabiq məktəb direktoruna elektron qolbaq taxıldı
Bu gün, 09:33
Şimal və cənubdan Azərbaycana heyrətamiz böhtan - AXI NİYƏ?
Bu gün, 09:27
Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb - FOTO
Bu gün, 09:24
Lavrov Əliyevin məşhur təklifini gündəmə gətirdi – “Razıyıq!”
Bu gün, 09:13
Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif - DETALLAR
Bu gün, 09:01
Rusiyada qanunsuz miqrantlara qoyulan möhlət bu gün bitir - KİV
Bu gün, 08:59
Xankəndidə restoranda müştəriləri təhqir edən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 08:57
Fransanın dizayn, konsaltinq və mühəndislik şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 08:56
Bir qrup müəllim deputatın direktor bacısından şikayətçidir - "Məktəb ciddi yoxlanılsın..."
Bu gün, 08:53
Trampın adamları Bakıda: Zəngəzur hazırlığı başladı - GƏLİŞMƏ
Bu gün, 08:47
Direktor təyinatında İKİLİ STANDART... - BU NƏDİ BELƏ?
Bu gün, 07:31
Masazırda barınan oliqarx-məmur... - İLGİNC FAKTLAR
Bu gün, 07:26
"Uşaq bağçasına yerlər 500 manata satılır" - NARAZILIQ VAR...
Bu gün, 07:22
Zirəddindən şok müharibə PROQNOZU
Bu gün, 07:18
İnteqrasiya təlimli internat məktəbinin qalmaqallı direktoru yenidən gündəmdə - bu dəfə vergi məsələsinə görə...
Bu gün, 07:16
Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 07:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru