Millət vəkili Günay Ağamalı da mayın 3-də keçirilən “Bakı Marafonu 2026”ya qatılanlardan olub.
Amma diqqət çəkən məsələ deputatın marafon zamanı daşıdığı çanta olub.
32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən aksesuar dünyaca məşhur "Tory Burch" markasının "Eleanor Satchel" kolleksiyasına məxsusdur. Bu çantanın qiyməti müxtəlif satış platformalarında 680 avrodan (təxminən 1250 AZN) başlayaraq, modelin xüsusiyyətlərinə görə 995 avroya (təxminən 1830 AZN) və daha baha qiymətlərə qədər yüksəlir.
Eyni zamanda, bazar qiymətləri arasında 770 avro (təxminən 1410 AZN) və 550 sterlinq (təxminən 1170 AZN) kimi fərqli rəqəmlərə də rast gəlinir. Xüsusilə loqosunun qızıl suyuna batırılmış olan versiyaları isə daha yüksək qiymətə təklif olunur.
Deputatın marafon qaçışı tədbirdə belə lüks marka seçimi marafonda diqqətimuzdən yayına bilməzdi.









