Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                 

“Azəriqaz” Prezidentin 207 saylı fərmanını sabotaj etmək istəyir - BU DA FAKT!
Tarix: 28-12-2024, 09:52 | Çap et
“Azəriqaz” Prezidentin 207 saylı fərmanını sabotaj etmək istəyir
"Son zamanlar “Azəriqaz” İstehsalat Birliyi (İB) ölkədə Smart-kart tipli sayğacların mexaniki sayğaclarla əvəz edilməsinə start verib. 2020-ci ildən bu işə başlanmışdı. Həmin vaxt əhali buna etiraz edirdi. Amma etirazlara baxmayaraq, “Azəriqaz” İB israrla həyət evlərində Smart-kart tipli sayğacları mexaniki sayğaclarla əvəzlədi. Lakin proses yarımçıq dayandırıldı. İndi isə İB prosesi yenidən başladıb". "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə tanınmış ekspert Akif Nəsirli çıxış edib.

"Arayış üçün qeyd edək ki, Smart-kart tipli sayğaclar ölkəyə bəzək üçün deyil, ehtiyacdan və Prezidentin müvafiq fərmanının tələblərinə uyğun olaraq gətirilib. Həmin dövrdə əhalinin “Azəriqaz” İB-ya külli miqdarda borcu yaranmışdı. Abonentlərin böyük əksəriyyəti iddia edirdi ki, sayğaclaşma dövründə “Azəriqaz” İB onlara işlətmədikləri qazın pulunu borc kimi hesablayıb" deyə fikrini davam etdirən tanınmış ekspert daha sonra ilginc faktları da təqdim edib. "DİA-AZ" həmin açıqlamanı diqqətinizə çatdırır: "Doğrudan da, qurumun əməkdaşları hansı ünvana sayğac quraşdırırdısa, dərhal həmin abonentə külli miqdarda borc yazırdı. Bu kütləvi hal aldığına görə bəzi abonentlər də bundan sui-istifadə edib, qaza olan borcunu ödəmirdi ki, mənə əsassız borc yazıblar. Qarışıqlığı aradan qaldırmaq üçün Prezident 29 dekabr 2009-cu il tarixdə 207 saylı fərman imzalayaraq, 1 oktyabr 2009-cu ilə qədər əhali qrupunun qaza olan borcunu sildi. Hətta həmin dövrdə “Azəriqaz” İB 1 oktyabr 2009-cu il tarixə qədər bir sıra abonentlərə əsassız borc yazaraq guya "sildi". Əksəriyyət bundan şikayətlənməsə də, bəzi abonentlər, o cümlədən də bu sətirlərin sahibi belə halla rastlasdı və etirazını bildirdi. Amma heç bir faydası olmadı, sonda dedilər ki, onsuz da səndən heç bir xərc çıxmır, bizə isə bu lazımdır. Həmin vaxt əhalinin qaza olan borcunun silinməsi müqabilində dövlət büdcəsindən “Azəriqaz” İB-ya 327 milyon manat vəsait köçürüldü. Sözügedən fərmanda Nazirlər Kabinetinə göstəriş verilmişdi ki, əhalinin borcunun yaranmaması üçün müvafiq tədbirlər görsün. Həmin tədbirlərin ən tutarlısı isə abonent ünvanlarına Smart-kart tipli sayğacların quraşdırılması oldu. Çünki bu sayğacların iş prinsipi əvvəlcədən ödənişin edilməsinə əsaslanır və abonentin 10 kubdan artıq borcunun yaranmasına imkan verilmir. Bununla da ölkədə əhalinin qaza borcunun yaranmasına son qoyuldu.

Smart-kart sayğaclarının texniki göstəricilərinə gəldikdə isə, onun istismar müddəti 27 ildir. Hər 9 ildən bir sayğacın enerji elementi (el arasında buna "daş" deyirlər) dəyişdirilməlidir ki, klapan işləyə bilsin. Hətta Şərqi Avropa ölkələrində bu tip sayğacların 40 il də istismar olunduğu təsdiqlənib.

Azərbaycanda Smart-kart tipli sayğacların quraşdırılmasına 2012-ci ildən start verilib. Yəni ölkədə ilk quraşdırılan Smart-kart sayğacları cəmi 12 il xidmət göstərib, onların hələ 15 il qanuni istismar müddəti var. Elə isə öz xərclərini ödəyə bilməyən, dövlət dotasiyası ilə işləyən “Azəriqaz” İB nə üçün istismar müddəti bitməyən sayğacları dəyişmək qərarına gəlib?

Məsələ ilə bağlı “Azəriqaz” İB-nın mətbuat katibi Eldəniz Vəliyev mediaya açıqlamasında deyib ki, “Azəriqaz” İB dövri dövlət yoxlaması bitən sayğacları yeni sayğaclarla əvəz edir: "Bu, abonentin özünün iştirakı ilə də olur. Olur ki, əməkdaşlar bir neçə dəfə ünvana gəlirlər, mənzildən ya kimsə buna şərait yaratmır, ya kimisə görə bilmədikləri üçün məcbur qalıb yeniləyirlər. Burada başqa bir məqsəd yoxdur. Yeni, daha müasir sayğacdır. Dövri dövlət yoxlaması keçən sayğacları beş ildən bir yoxlamaya göndərməyəndə onun, ola bilsin ki, işləməsində, yazılmasında müəyyən qüsurlar əmələ gəlsin”.

Smart-kart tipli sayğacların artıq istismara yararsız olduğu üçün mexaniki sayğacla əvəzlənməsinə gəldikdə isə, qurum rəsmisi suala belə cavab verib.

“Smart sayğaclar Metrologiya Departamentinə göndərilir. Metrologiya Departamenti “Azəriqaz” İB-yə aid olmayan bir qurumdur. Əvvəllər “Azəriqaz” İB-nin balansında idi, sonra Metrologiya İnstitunun tabeleyinə verildi. Yəni bu, “Azəriqaz” İB-nin səlahiyyəti çərçivəsində deyil. Onlar yoxlayıb, həmin sayğacın təkrar istismara gedib-getməyəcəyinə qərar verirlər. Biz “Azəriqaz” olaraq mexaniki, yəni sonradan ödənişli sayğacların tətbiqinə başlamışıq. Məqsədimiz daha ağıllı sayğaclara nail olmaqdır. Həmin mexaniki sayğaclara xüsusi cihazlar quraşdırılacaq, o cihazlar vasitəsilə smart tipli daha ağıllı sayğaclara nail olacağıq. Onunla onlayn ödənişlər daha rahat olacaq, bundan sonra qapını döyməyəcəklər, məsafədən oxunma, eyni zamanda, debitor borca görə avtomatik kəsilmə, debitor borc ödənilən kimi dərhal, avtomatik olaraq qazın verilişinin bərpası və bu kimi üstünlüklərə onunla nail olacağıq”.

O, həmçinin, bu sayğaclarda ödəniş qayğısının olmadığını bildirib:

“Abonentə ayda bir dəfə bildiriş verilir və 30 gün müddətində bu bildirişdəki borcu ödəyirsən”.

Maraqlıdır, abonentin iştirakı olmadan qaz sayğacını dəyişdirmək mümkündürmü?

Qurumdan bildirilib ki, 5 ildən bir qaz sayğaclarının götürülməsi və dövri dövlət yoxlamasının aparılması tələb olunur. Qaydalar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qoyulub. Əhali kateqoriyası sayğaclarının 5 ildən bir dövri dövlət yoxlamasının "aparılması" məcburi qaydadır.

Bu yerdə qeyd edək ki, Smart-kart sayğaclarının dövri dövlət yoxlaması yerində və vizual qaydada həyata keçrilməlidir. Bu zaman problem aşkarlanmırsa, sayğacın sökulərək müayinəyə aparılmasına ehtiyac yoxdur.

Bu qaydada göstərilib ki, “Azəriqaz” İB əməkdaşları həmin sayğacların dövriü dövlət yoxlamasını aparan zaman mütləqdir ki, ev sahibinin iştirakı təmin olunsun.

Qeyd edək ki, dövri dövlət yoxlamasının müddəti 5 il, Smart-kart sayğacların isə istismar müddəti 27 ildir. Elə isə dövri dövlət yoxlaması zamanı bu sayğac nəyə görə dəyişməlidir? Bu sayğaclar sökülmədən, vizual səkildə müayinə edilə bilir. Necə olur ki, çoxmərtəbəli mənzillərdə Smart-kart sayğacları vizual müayinə edilə bilir, amma həyət evlərində mütləq sökülub laboratoriyaya aparılmalıdır? Əsas məqsəd sayğaci "yararsız" qeyd edib, dəyişməkdir. Çoxmərtəbəli mənzillərə ona görə girişmirlər ki, o sayğaclara yaxınlaşmaq üçun abonent qapını açmalıdır. Həyət evlərində isə sayğac bayırda olduğundan istədikləri vaxt gəlib, qanunu pozaraq dəyişirlər.

Mətbuat xidmətinin məlumatında deyilir ki, biz daha müasir sayğac qoyuruq. Sayğac kukladı, dekorativ elementdi, yoxsa bəzək əşyasıdır ki, siz onu büdcə vəsaiti hesabına daha müasiri, daha gözəli ilə əvəz edirsiniz?

Yuxarıda qeyd etdiyimiz kimi, “Azəriqaz” İB dövlət dotasiyası ilə işləyir. Belə olan halda büdcə vəsaiti ilə istismar müddəti keçməyən Smart-kart sayğaclarının mexaniki sayğaclara dəyişdirilməsində maraq nədir?

Burada iki maraq var. Burincisi, sayğacların dəyişdirilməsi zamanı tender keçirilir, şirkət seçilir, buna görə büdcədən əlavə vəsait ayrılır. Sadalanan proseslərdə külli miqdarda korrupsiya elementlərinin olması hamıya aydındır. Yəni sayğacların dəyişdirilməsi artıq “Azəriqaz” İB rəhbərliyinin biznesinə, "qazanc mənbəyinə" çevrilib.

İkincisi isə, “Azəriqaz” İB prezidentin 29 dekabr 2009-cu il tarixli, 207 saylı fərmanını sabotaj etmək istəyir. Yəni yenidən mexaniki sayğaclara qayıtmaqla əhali qrupunun borclanmasına şərait yaratmaq istəyirlər. Məqsəd əhali borclanandan sonra borclu abonentlərlə müxtəlif işbirliyinə gedərək borcları şişirtmək, bu sahədə xaos yaratmaq və yenidən borcların silinməsı ücün prezidentə müraciət etməkdir. Başqa sözlə desək, “Azəriqaz” İB "suyu bulandıraraq, bulanlıq suda asanlıqla balıq tutmaq" istəyir.

Belə məsələlər üçün büdcədən vəsaitlər ayrılarkən hökumət diqqətli olmalı və israfçılığa yol verməməlidir. “Azəriqaz” İB-nın indi həyata keçirdiyi sayğacdəyişmə əməliyyatı büdcə vəsaitlərinin israf edilməsidir..."










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru