"Filin biri də gəlir? Bu dəfə rusdilli. Neftçi verdi bu məlumatı. Düzdür, cənablar?"
"DİA-AZ" xəbər verir ki, bu sözləri "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünün sosial media hesabında yazıb.
O, daha sonra neftçiərdən birinə istinadla belə məlumat paylaşıb:
"Bildiyiniz kimi, Rövşən Nəcəf SOCAR rəhbərliyinə gəldiyi gündən neft sənayesi sürətlə geriyə getdi. Təcrübəli kadrlar işdən uzaqlaşdırıldı, sahə üzrə qeyri-peşəkarlar vəzifəyə gətirildi və s. Üstəlik, hasilat kəskin azaldı və azalmaqda davam edir. İndi də cənab Rövşən Nəcəf Upstream (yuxarı axın) layihəsini reallaşdırır .Deyilənə görə, avqustun 1-dən "Azneft" Istehsalat Birliyi ləğv olunur, adı dəyişilərək Upstream tərkibinə verilir. Və rəhbəri, icraçı direktoru da Aleksey adlı bir şəxs təyin edilir. Aleksey bu gun Neft Daşları və Çilov adasına tanışlıq səfəri edib. Hətta işçilərlə rusca da danışıb!! Sabah isə müəllim bloklara səfər edəcək!
Sual: cənab Rövşən Nəcəf, bu halda hasilatı qaldırmaq üçün UBOC-dan gətirdiyiniz işçilər və az sayda qalan peşəkar neftçilərin taleyi necə olacaq?!
Qeyd: görəsən neftçilər ingilis dilini öyrənməkdə davam edəcək, yoxsa hər iki dili (rus və ingilis) öyrənməli olacaqlar? Yaxud bu dillərdə danışa bilməyənlər ixtisar olunacaq?".