Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                     Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                 

“Dirçələn” Eldar Mahmudov “zon”dakı qudasına niyə yiyə durmur - üç sensasion səbəb
Tarix: 29-08-2017, 09:00 | Çap et
“Dirçələn” Eldar Mahmudov “zon”dakı qudasına niyə yiyə durmur
Bu ilin iyununda 13 saylı cəzaçəkmə müəssisəsinə köçürülən Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin ağır şəraitdə saxlanılması barədə yazmışdıq.

Xəbərdə deyilirdi ki, olduqca ağır şəraiti olan bu müəssisədə sağlam və normal qaydada yaşamaq yalnız imkanlı məhbuslara nəsib olsa da, Cahangir Hacıyev nədənsə, bundan da məhrum edilib. Qeyd edək ki, daş karxanaları ilə əhatələnən, yolsuzluğu, yayda su, qışda isitmə sistemi problemi olan müəssisəyə göndərilənlər faktiki olaraq cəza müddətində işgəncələrlə üz-üzə qalırlar.

Vəkili Aqil Layıcov “Yeni Müsavat”a açıqlamasında demişdi ki, C.Hacıyevin səhhətində çox ciddi problemlər var. “13 saylıda sağlam adam nəfəs almağa çətinlik çəkir. İsti, bir tərəfdən də daş karxanalarından göyə qalxan toz-tozanaq nəfəs almanı kəskin çətinləşdirir. Cahangir Hacıyev Haşimoto sindromundan əziyyət çəkir. Havasızlıq onun ürəyindəki problemin dərinləşməsinə səbəb olub. Kəskin çəki itirib”.

Gununsesi.info saytının yaydığı son məlumata görə, sabiq bank rəhbərinin tibb məntəqəsində ayrıca otaqda qalması üçün müraciəti təmin olunmayıb. C.Hacıyev müəssisədə təmir-bərpa işləri üçün müəyyən vəsait ayırmağa da hazır olduğunu vəd edib. O, başqa məhkumlarla birlikdə 180 nəfərlik “barak”da qalır. Bu müəssisədə məhkumların saxlanma yataqxanaları heç bir penitensiar qaydalara cavab vermir. Hər “barak”da təxminən 180-200 nəfər saxlanılır ki, bu da qanunvericiliyə ziddir. Həmin məhkumlar arasında HİV və Hepatit xəstəliyinin daşıyıcısı olanlar da kifayət qədərdir.

Qeyd edək ki, Qızıldaşdakı 13 saylı cəzaçəkmə müəssisəsində sabiq səhiyyə naziri Əli İnsanov, Tofiq Yaqublu, Pərviz Həşimli, Anar Məmmədli, Fərəc Quliyev və Əbdül Əbilov cəza çəkib. Hazırda bu müəssisədə İlkin Rüstəmzadə və Bayram Məmmədov saxlanılır.

Cəzaların İcrası Məcəlləsinə görə, məhkum olunmuş şəxslər evlərinə yaxın yerdə cəza çəkməlidirlər. C. Hacıyevin hazırda saxlandığı cəzaçəkmə müəssisəsi onun evinə ən uzaq müəssisədir. Vəkili iddia edir ki, bunu bilərəkdən ediblər. “Ora onu qəsdən köçürüblər, çünki orada şəraitsizlik var, nəfəs belə almaq çətindir. Üstəlik, həmin cəzaçəkmə müəssisəsində həddən artıq yüklənmə var. Məsələn, 20 nəfərlik barakda 40 nəfər saxlanılır”. Vəkil C.Hacıyev digər cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün hələ bir neçə ay əvvəl müraciət etsə də, belə görünür ki, müraciət təmin edilməyib.

C.Hacıyevlə bağlı narahat xəbərlər onun qudası-ləğv edilmiş MTN-in sabiq şefi Eldar Mahmudovun yaxın ətrafının “dirildiyi” bir vaxta təsadüf edir. Bir neçə gün öncə E.Mahmudovun oğluna aid “Caspian Crystal” şirkətinin Fransanın məşhur içki istehsal edən “Chateau de Bordeneuve” şirkəti ilə müqavilə bağlaması xəbəri yayılıb. E.Mahmudov işdən çıxarılanda şirkətin də fəaliyyətini dayandırdığı haqda məlumatlar gəlirdi. Lakin daha sonra məlum oldu ki, şirkət işləyir və onun tərkibinə daxil olan müəssisələr fəaliyyətini davam etdirir.

Avqustun 28-də isə Nəsimi Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən “Azərtürkbank” ASC-nin Bakı filialının sabiq müdiri, E.Mahmudovun əmisi oğlu İlham Mahmudovun cinayət işi üzrə məhkəmə başa çatıb. Hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İ.Mahmudov 1 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin 1000 manat cərimə olunub. Məhkəmə İ.Mahmudova təyin edilmiş cəzanı həbsdə yatdığı günlə hesablayıb və bu səbəbdən o, məhkəmə zalından azadlığa buraxılıb.

Bu iki fakt E.Mahmudovun ətrafının yenidən toparlanmasının mesajı kimi qəbul edildiyi halda, sabiq bankirə niyə əziyyət verilməsi maraq doğurur. Məlumdur ki, sabiq nazirlə qohum olduqdan sonra C.Hacıyevin hakimiyyətdə gücü daha da artmışdı. O, həm də qudasına güvənərək bir sıra maxinasiyalara yol verib. Üstəlik, C.Hacıyevlə sabiq nazirin şərikli biznesi də olub. İndi E.Mahmudovun yaxın ətrafının işləri qaydasına düşdüyü vaxtda C.Hacıyevin ən ağır şəraitli “zon”da əziyyət çəkməsinin səbəbi nə ola bilər? Burada üç mümkün ehtimal var.

Əvvəla, ola bilər ki, C.Hacıyevlə sabiq nazirin qudalıqlarına son verilib. Yada salaq ki, Azərbaycanda yüksək post tutan qohumlar arasında bu cür problemlər olub. İkincisi, mümkündür ki, E.Mahmudov hələ yenicə toparlandığı üçün qudasına yardım əlinin uzada bilmir. Nəhayət, istisna deyil ki, C.Hacıyev heç də mediada iddia edildiyi kimi, “pis şəraitdə” yaşamır. Nə qədər hakimiyyətlə problemi olsa da, “zon”da problemi pulla həll etmək mümkünsüz də deyil.

“YM”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru