Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                 

Aydın Əliyev dərman mafiyasının qurbanı olub... - İDDİA
Tarix: 8-05-2018, 08:40 | Çap et
Aydın Əliyev dərman mafiyasının qurbanı olub...
DİA.AZ: - Dünən bütün ölkəni şoka salan bir əməliyyat barəsində məlumat rəsmən yayıldı. Söhbət Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərini də içinə alan dərman mafiyası şəbəkəsinə qarşı növbəti əməliyyatdan gedir. DİA.AZ xatırladır ki, bu məlumatda DGK-nin mühüm post sahiblərinin də ifşası barədə ciddi faktlar açıqlanırdı. Həmin məlimatı bir daha diqqətinizə təqdim edirik:

"Səhiyyə sisteminin ayrılmaz qolu olan əczaçılıq sahəsində bir sıra sahibkarlıq subyektlərinin daha çox gəlir əldə etmək üçün qeyri-leqal fəaliyyətlə məşğul olmaları, habelə gizli iqtisadi fəaliyyətin nəticəsi kimi vergidən yayınma və digər qanunsuz yollarla ölkədə qeyri-bərabər rəqabət mühiti formalaşdırmaları bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərməklə yanaşı, əhalinin sağlamlığına ciddi təhlükə yaradır. Son dövrlər bəzi hüquqi və fiziki şəxslər tərəfindən mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməmiş və keyfiyyətsiz dərman vasitələrinin qanunsuz dövriyyəsinin həyata keçirilməsi, bəzi vəzifəli şəxslərin qeyd olunan qanunsuzluqlara şərait yaratması ictimaiyyətdə haqlı narazılıqlara səbəb olmuş, hüquq mühafizə orqanları tərəfindən görülən ardıcıl tədbirlərdən belə şəxslərin nəticə çıxarmaması qeydiyyatsız dərman vasitələrinin qanunsuz idxalının qarşısının alınması istiqamətində kompleks əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsini zəruri etmişdir.

30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunmuşdur. Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 Azn təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılmışdır. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Anar Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülmüşdür. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılmışdır.

İlkin istintaqla müəyyən edilmişdir ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən hazıradək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil etmişlər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək HavaNəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq almış, dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin etmişlər.

Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Məmmədli Fərman Həmzə oğlu, Xıdırov Vasif Teymur oğlu, Mehtiyev Cəmil Səlim oğlu, Atanur Ateş Adem oğlu, Məmmədov Anar Kamran oğlu, həmçinin Quliyev Əlamət Nazim oğluna müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülmüşlər. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Bununla bağlı DİA.AZ-a ilginc məlumatlar daxil olub. Belə ki, redaksiyamızı bilgiləndirən qaynaq iddia edir ki, əslində dərman mafiyasının izinə çoxdan düşülüb və bu işdə DGK-nin köhnə rəhbərliyinin iştirakını sübutlayan yetərincə faktlar var. Məhz bundan sonra Aydın Əliyevin DGK rəhbəri postundan alınması qərarı verilib. Mənbənin diaaz.space-a söylədikləri:

"Hər halda, Aydın Əliyev vəzifə başındaykən onun yaxın adamlarının bu şəkildə ifşası doğru olmazdı. Bu, hələ prosesin başlanğıcıdır və bir neçə vəzifəli şəxsin həbsi belə gözlənilir. Bu işdə Aydın Əliyevin hansı formada zərbə alacağına gəlincə isə, artıq ilk zərbəsini alıb - vəzifəsini itirib. Növbəti zərbə də ola bilər. Bu isə onun öz müdafiəsini hansı səviyyədə qurub-qurmamasından asılıdır".

Mənbə iddia edir ki, Aydın Əliyevin istənilən halda sözügedən olaylarla bağlı istintaqa cəlb olunması gözləniləndir, qanunauyğundur: "Bütün bu olaylar Aydın Əliyevin DGK rəhbəri postunu tutduğu dönəmdə baş verib. Və isyənilən halda o silisə çəkiləcək".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Bütün bu iddia olunanlarla bağlı Aydın Əliyevi də dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru