"Bir neçə dediyim-yazdığım fikri bir daha təkrar etmək istərdim: Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra bildirir: "Dövlətin apardığı doğru siyasət və düşünülmüş addımlar bunun qarşısını aldı, bu ölkəmiz üçün çox uğurlu mövqedir, tariximizdən ciddi dərs çıxartdığımızın göstəricisidir - amma, Azərbaycan “anti-Rusiya” da olmamalıdır, buna siyasi ehtiyac yoxdur, əminəm ki, elə də olacaq.
Qonşularla qarşılıqlı, bir daha - qarşılıqlı hörmət və milli maraqlar çərçivəsində münasibətlər sistemini inşikaf etdirmək mümkündür..."










