“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                 

Elmar Vəliyevə qarşı sui-qəsdin ilginc təfərrüatları - İDDİA
Tarix: 5-07-2018, 09:04 | Çap et
Elmar Vəliyevə qarşı sui-qəsdin ilginc təfərrüatları
Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. Nəticədə başçı və onun mühafizəçisi yaralanıb. Baş verən olayla bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti birgə rəsmi məlumat yayıb. Həmin məlumatda deyilir: “İyulun 3-də saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Cinayəti törədən - 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərk-silah edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29-cu, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılıb. Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Hazırda cinayətdən zərər çəkmiş Elmar Vəliyevin və Qasım Aşbazovun səhhəti qənaətbəxş olmaqla hər ikisi ixtisaslı tibbi yardımla əhatə edilib. Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı görülən tədbirlər Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir”.

Elmar Vəliyevə sui-qəsdlə bağlı prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “BBC News Azərbaycan”a danışıb.

“Bununla bağlı narahatlığa əsas yoxdur. Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Mühafizəçisi xəsarət alıb. Söhbət adi kriminal hadisədən gedir. Cinayəti törədən şəxs polis tərəfindən yaxalanıb” - deyə, Əli Həsənov vurğulayıb.

Prezident Administrasiyası da hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada təəssüflə bildirilir ki, əhali Mingəçevir İES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı qayğıları yaşadığı bir zamanda Gəncə şəhərində cinayət hadisəsi baş verib:

“Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Məsələ barədə dərhal Azərbaycan prezidentinə məlumat verilib və müvafiq tapşırıqlar alınıb, cinayəti törədən şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib. Göründüyü kimi, Azərbaycan hökuməti bütün vəziyyətlərdə, o cümlədən fövqəladə hallar zamanı ölkənin və əhalinin təhlükəsizliyini, habelə cəmiyyətin normal həyat ritmini təmin etmək iqtidarındadır. Baş vermiş hadisə zamanı görülən işlər bunu əminliklə deməyə tam əsas verir.

Qeyd edilməlidir ki, kütləvi informasiya vasitələri Mingəçevir İES-də qəzanın baş vermə səbəbləri, onun aradan qaldırılması ilə bağlı dövlət orqanlarının gördüyü işlər barədə cəmiyyəti operativ və obyektiv şəkildə məlumatlandırıb, olduqca təmkinli və məsuliyyətli davranaraq, əhali arasında ajiotaj yaranmaması üçün üzərlərinə düşən vəzifələri icra ediblər. Əfsuslar olsun ki, bəzi müxalif dairələr nəzarətlərində olan xəbər saytları və sosial şəbəkələr vasitəsilə Mingəçevir İES-də baş vermiş qəzadan və Gəncə şəhərində vəzifəli şəxsə qarşı həyata keçirilmiş silahlı basqından məqsədyönlü şəkildə yararlanmağa çalışıb, dövlət və xalq mənafelərinə zidd mövqe tutaraq cəmiyyətdə ajiotaj yaratmaq, kütləvi narazılıq formalaşdırmaq və respublikada sabitliyi pozmaq əhval-ruhiyyəsi nümayiş etdirmişlər. Həmçinin özlərini müstəqil sayan bir sıra xəbər saytları da bu eyforik əhval-ruhiyyəyə qoşularaq, dəqiqləşdirilməmiş şayiələri baş vermiş hadisə kimi təqdim etmiş və vətəndaşları yalan informasiyalarla çaşdırmağa cəhd göstərmişlər. Mingəçevir İES-də baş vermiş qəzanın, o cümlədən bu hadisənin müxtəlif sahələrdə yaratdığı problemlərin aradan qaldırılması üçün dövlət orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilib və qısa müddətdə respublika həyatının bütün sahələrində normal iş fəaliyyəti bərpa olunub. Görülən işlər barədə müntəzəm qaydada əhaliyə məlumat verilib və qarşıdan gələn dövrdə bu fəaliyyət davam etdiriləcək"...

***

İcra başçısına sui-qəsd etmiş Y.Səfərovun tutulandan az sonra Rusiya vətəndaşı olmasını təsdiqləyən pasportunun fotosurəti yayılıb. Məlum olub ki, Y.Səfərova həmin pasport Gəncədə mühafizə polisinə xəsarət yetirib silahını oğurlayandan sonra verilib. Yəni Yunis Səfərov polisi döyüb silahını əlindən aldığına görə axtarışa verildikdən sonra Rusiyaya qaçıb və orada pasport alaraq yenidən Gəncəyə qayıdıb. Rusiyaya gedib qayıdana qədər onun bir hadisə ilə bağlı icra başçısı ilə qarşı-qarşıya gəldiyi, hətta hadisə zamanı icra başçısını ölümlə hədələdiyi haqda da iddialar var. 2011-ci ildə Gəncənin icra başçısı təyin olunan E.Vəliyev yaxşı idarəçi hesab edilir. Onun Gəncəyə rəhbərlyi dövründə şəhərin görkəmi yaxşı mənada dəyişib. Bununla belə, Elmar Vəliyevi tanıyanlar bilir ki, başçı Gəncəni özünün mal-mülki kimi idarə edir, bir çox hallarda tabeçilik məsələlərini də unudur.

Başçının ətrafı, yerli məmurlar və əhali ilə münasibətləri həmişə yaxşı olmayıb. Bunu əsas səbəbi isə Elmar Vəliyevin kobud, əksər hallarda etik normalardan kənar rəftarı olub. Ehtimallar var ki, Yunis Səfərovla qarşılaşdığı zaman da tərəflər arasında yaranan mübahisə və başçının ölümlə hədələnməsi də məhz bu səbəbdən olub. Həmin vaxt Elmar Vəliyevin Yunis Səfərovun hədələrinə müvafiq qaydada reaksiya vermədiyi deyilir. Bildirilir ki, başçı onun sözlərini ciddiyə almayıb, məmur olaraq baş verən hədələmə haqda rəsmi müraciət etməyib. Ona görə də Yunis Səfərov ilk mübahisədən sonra polis əməkdaşına qarşı məlum zorakılığı edib və Rusiyaya gedərək oradan bu ölkənin vətəndaşı olaraq qayıdıb. Baş verən olayın gedişatından belə aydın olur ki, o, başçıya qarşı atacağı addımları əvvəlcədən planlayıb. Polisdən zor gücünə silah alıb, xarici dövlətin vətəndaşlığını almaqla törətdiyi cinayətdən sonra həmin ölkəyə ekstradisiya olunmasını hesablayıb.

Bilib ki, cinayəti törədəndən sonra Azərbaycanda qalsa, Elmar Vəliyevin yaxınları onun məhbəsdə rahat cəza çəkməsinə susqunluqla reaksiya verməyəcəklər. Onu da qeyd edək ki, Elmar Vəliyev baş prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyevin qardaşdır. Bunu Yunis Səfərovun bilməməsi inandırıcı görünmür. Törətdiyi cinayətdən sonra o, Rusiyaya ekstradisiya olunmasını tələb edə bilər...

Belə məlumatlar da var ki, Elmar Vəliyevlə sui-qəsdçinin konflikti ötən il Məhərrəm ayında baş verib. Başçı kütləvi tədbirə qarşı çıxıb və həmin vaxt Yunis Səfərovla arasında söz davası olub. Başçının hədələnməsi də həmin vaxt baş verib...

Hələlik başçıya qarşı sui-qəsdin əsl səbəbi rəsmi olaraq açıqlanmayıb. Ona görə də cinayətin konkret olaraq hansı motivlə törədilməsi də bilinmir.

Bəzi mənbələr isə iddia edir ki, ölkədə enerji böhranının yaşandığı bir vaxtda Elmar Vəliyevə atəş açılması Azərbaycanda vəziyyəti daha da gərginləşdirmək məqsədilə törədilən təxribat da ola bilər.

Xatırladaq ki, hələ prezident seçkiləri ərəfəsində rəsmilərin dilindən səslənən izahlardan belə aydın oldurdu ki, Azərbaycanı qarışdırmaq istəyən qüvvələr var. İddialara görə, işıq gərginliyi və xeyli insann əsəblərinin də gərildiyi bir vaxtda başçının güllələnməsi də kəmfürsətcəsinə təxribat ssenarisinin başqa bir formada reallaşdırılması cəhdidir...

Region olaraq Gəncəbasar zonası Azərbaycanın əksər regionlarından fərqlənir. Gəncə ölkənin o zonalarındandır ki, burada ehtiyatsız bir kəlmə, yerində deyilməyən söz böyük mübahisəyə səbəb ola və qanla nəticələnə bilər. Elmar Vəliyev Gəncədə qanı tökülən ilk icra başçısı deyil. 1993-cü ildə Gəncənin icra başçısı olan Hacı Vaqif Vəliyev öz xidməti kabinetində qətlə yetirilib. Həmin qətlin tarixçəsi belə olub ki, Gəncədə kriminal avtoritet kimi tanınan “Zobik” başçının kabinetinə daxil olub və Hacı Vaqifə deyib ki, onun istədiyi adamları vəzifəyə təyin etsin. Hacı Vaqif də bildirib ki, heç kimə özbaşına vəzifə verə bilməz. “Zobik” də bundan əsəbiləşib Hacı Vaqifə bir sillə vurub. Hacı Vaqif də şəxsiyyətli adam olduğundan tapançanı çıxarıb “Zobik”in düz alnından güllə ilə atır. Orada olan “Zobik”in cangüdəni avtomatla yanında olan adamların hamısına atəş açır. Daha sonra Hacı Vaqifi və onun müavinini öldürəni tutdular, məhkəməsi oldu və ona 15 il iş verdilər.

Ən son məlumatlara görə, hazırda Elmar Vəliyevin və mühafizəçisinin həyatları üçün ciddi təhlükə yoxdur. Hadisə zamanı Elmar Vəliyevin yıxılaraq başının yerə zərblə dəyməsi zamanı xəsarət aldığı da bildirilir. Ümumilikdə isə başçı üçün həyati təhlükə aradan qaldırılıb.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru