Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

MTN-də itən 39 kiloqram qızıl MÜƏMMASI - “Koçak Gold” işində yeni gəlişmə
Tarix: 29-10-2018, 09:00 | Çap et
MTN-də itən 39 kiloqram qızıl MÜƏMMASI
“Koçak Gold”la bağlı zərərçəkənlərin dedikləri doğrudur, əlimizdə elə sübutlar var ki, bunlar məhkəməlik işlərdir". Bunu şirkətin nümayəndəsi olmuş Natiq Ələsgərov deyib. “”Koçak Gold" Kuyumçuluq A.Ş ilə bağlı “Yeni Müsavat”da 22.10.2018-ci il və 24.10.2018-ci il tarixli yazılarda adım hallandırıldığından sadalananlara münasibət bildirməyi özümə borc bilirəm", - deyə o söyləyib.

Onun sözlərinə görə, “Koçak Gold” dünyaca məşhur şirkətdir, amma öhdəliklərini yerinə yetirmir: “2011-ci ildə Milli Təhlükəsizlik Nazirliyi ”Koçak Gold"un Azərbaycandakı nümayəndələrindən biri olmuş Hamit Pehlevanı həbs edib. Ona qaçaqmalçılıq ittihamı verilib. Bundan sonra şirkətin Azərbaycanda problemləri yaranıb. 2012-ci ildə şirkətin sahiblərindən olan Cavit Koçak Bakıya gəlib “Bakı Hüquq Şirkəti” ilə xidmət müqaviləsi bağladı.

Bu müqaviləyə görə direktoru olduğum şirkət Azərbaycanda “Koçak Gold”a borcu olan şəxslərdən pulu yığıb onlara təhvil verməli idi. İşə başladıq. Cavit Koçak borcluların siyahısını verdi, məni onlardan biri olan Abbas Səfərli ilə tanış etdi. Dedi ki, Abbas Səfərlinin şirkətə borcu var, borcu rəsmiləşdirmək lazımdır. Belə də etdik. Abbas Səfərli borcun etirafı haqda müqaviləyə imza atdı. 2012-ci ilin 6 sentyabrında bağlanan müqaviləyə görə, Abbas Səfərlinin “Koçak Gold”a 851 dollar borcu vardı. Həmin məbləği də hissə-hissə ödətdirmişdik. Amma “Koçak Gold” bizim xidmət haqqımızı ödəmədi".

Natiq Ələsgərovun sözlərinə görə, bundan sonra şirkətlə bağlı araşdırma aparıblar: “ ”Koçak Gold" DIŞ Ticaret Kuyumçuluq A.Ş ilə rəhbərlik etdiyim “Bakı Hüquq Şirkəti” MMC-i arasında bağlanmış bir neçə tapşırıq müqaviləsi mövcuddur. Bağlanmış müqavilələrdən biri “Yeni Müsavat” qəzetinə müsahibə vermiş Siyavuş Feyruz oğlunun “Tapşırıq verən” Koçak Gold DIŞ Ticaret Kuyumçuluq A.Ş-yə olan 47.700 ABŞ dolları borcunun alınmasından ibarət olub.

Tapşırığın icrası ilə bağlı qeyd etmək zəruri hesab edirik ki, hətta Siyavuş Feyruz oğlu borcun ödənilməsi məqsədi ilə özünə məxsus olan mənzili “Koçak Gold” DIŞ Ticaret Kuymçuluk A.Ş-nin sahiblərindən biri olan Tevfik Koçakın adına mənzili rəsmiləşdirib. Lakın həmin mənzildə Siyavuş Feyruz oğlu yaşayıb, hətta Siyavuş Feyruz oğlu həmin məzilin satılması məqsədi ilə müştərini belə özü tapımışdı ki, satılan mənzilin vəsaitindən qalıq pulu götürsün. Tevfik Koçak 47.700 ABŞ dollarını mənzil satılan günün səhəri günü özü ilə apardı.

“Koçak Gold” DIŞ Ticaret Kuyumçuluk A.Ş ilə “Bakı Hüquq Şirkəti” MMC-i arasında bağlanmış digər tapşırıq müqaviləsinə əsasən borclu Səfərli Abbas İsmayıl oğlunun 851.000 ABŞ dolları olan borcunun alınmasından ibarət olub. Səfərli Abbasdan borcun alınması məqsədi ilə A.Səfərli tərəfindən hətta üç nəfər zamin belə zaminlik müqaviləsi tərtib edilərkən gətirilib. A.Səfərlidən soruşduqda ki, bu şəxslərin nə marağı var, sənin külli miqdarda borcuna zamin olurlar? Cavabı belə olub ki, zaminlər də qızıl ticarəti ilə məşğuldurlar və onların mənə borcu var, gətirdim ki, məsuliyyəti hiss etsinlər.

Həmin borc A.Səfərli tərəfindən hissə-hissə Bank və “Koçak Gold” DIŞ Ticaret Kuyumçuluk A.Ş-nin sahiblərindən biri Tevfik Koçaka müxtəlif vaxtlarda ödənilibir. (sübut: A.Səfərlinin mənə göndərdiyi Watsapp vasitəsi ilə səs yazısı və DNK-da təsdiq edilmiş ərizəsi)

2018-ci ilin mart ayında İstanbul şəhərində olarkən “Koçak Gold” DIŞ Ticarət Kuyumçuluk A.Ş-nin “Bakı Hüquq Şirkəti”nə olan yuxarıda göstərilən xidmətlərə görə ödəniş ilə bağlı mübahisə yaranıb.

Mübahisənin həlli məqsədi ilə şirkətlər arasında bağlanmış müqavilələr Bakı şəhərində bağlandıqlarından İqtisad Məhkəməsinə müraciət edildi.

Məhkəmə araşdırılması zamanı məlum oldu ki, Siyavuş Feyruz oğlunun 24.10.2018-ci il tarixdə vermiş olduğu müsahibədə göstərdiyi faktlar öz təsdiqini tapıb (sübut: Siyavuş Feyruz oğlunun borcunu təsdiq edən faktura “Koçak Gold” tərəfindən təqdim edilmədi!)

Həmçinin Siyavuş Feyruz oğlunun 2011-ci ilin noyabr ayında Qaçaqmalçılıq faktı üzrə olan cinayət işi üzrə təqsirli bilinən və barəsində Bakı şəhər Yasamal Rayon Məhkəməsində hökm çıxarılmış Pehlivan Həmidin fotosuna baxarkən sonuncunu tanıması faktı yetərincə idi.

Borclu Səfərli Abbasın ödənişləri ilə bağlı dəhşət doğuran hadisə bundan ibarətdir ki, A.Səfərlinin borcunun ödənilməsi həm hissəvi, həm də ticarət etməklə məbləğin azalması nəzərdə tutulub. A.Səfərli hissə-hissə borcunu ödəməsinə baxmayaraq, məhkəmə iclasında şahid qismində ifadə verərkən bildirib ki, “Koçak Gold” DIŞ Ticaret Kuyumçuluk A.Ş-yə 851.000 ABŞ dolları borçu qalmış və tərəfindən hər hansı bir ödəniş edilməyib. Bununla da sübutlar saxtalaşdırılıb.

Qeyd etməyi zəruri hesab edirəm ki, Səfərli Abbas İsmayıl oğlunun 851.000 ABŞ dollarının borcunu təsdiq edən hər-hansı bir rəsmi faktura və ya Türk Cümhuriyyətinin vergi orqanı tərəfindən təsdiq edən rəsmi sənəd təqdim edilməyib. Yalnız “Koçak Gold” A.Ş tərəfindən sənəd təqdim edilmişdir ki, Səfərli Abbasın 2013-cü ilə 600.000 ABŞ dolları civarında borcu qalmışdır. (A.Səfərli isə borcunun 851.000 ABŞ dolları olduğunu və hər hansı bir bu günə qədər ödəniş etmədiyini bildirmişdir.)

Hesab edirəm ki, Siyavuş Feyruz oğlunun borcun ödənilməsi hissəsində vermiş olduğu müsahibə reallığı əks etdirir, borcu təsdiq edən faktura yoxdur, Abbas Səfərlinin hissəsində də 851 dollarını hissə-hissə bank vasitəsi ilə ödənilib. Dövlət Notariat Kontorunda təsdiq edilən ərizə mövcuddur və ən əsası da Abbasın Səfərli mənə ünvanladığı səs yazısı da var. Həmin səs yazısında Abbas İsmayıl oğlu Səfərli qaçaqmalçılığın necə baş verdiyini, həmin cinayətin dəfələrlə baş verdiyini və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulandan sonra “Koçak Gold” tərəfindən onların adlarının çəkilməməsi istənilməsi və sonucda bütün borcun Abbas İsmayıl oğlu Səfərli tərəfindən ödənildiyini və ödənişi tam etdikdən sonra hətta mənim borcun tam ödənildiyini bilməməyim istənilməsi əksini tapır.

Bu səbəbdən hesab edirəm ki, qaçaqmalçılıq, vergidən yayınma və digər cinayət faktları mövcud olduğundan baş vermiş konkret epizodlar üzrə dərhal araşdırma aparılmalıdır. Şikayətçi Siyavuş Feyruz oğlunun zərərçəkmiş şəxs olması faktdır. Əldə etdiyim məlumatlar, sübutlar haqda da Azərbaycanın hüquq-mühafizə orqanlarına məlumat verəcəyik. Mən Abbas Səfərli ilə borcun ödətdirilməsi ilə bağlı sıx əlaqədə olmuşam. O vaxt özü mənə demişdi ki, Hamit Pehlevanın həbsindən sonra onu 2 gün MTN-də saxlayıblar. Deyirdi ki, tutulan o olub, amma onun günahı yoxdur. O, bütün günahı “Koçak Gold” sahibləri İsmət, Tevfik və Nihad Koçaklarda görürdü. Deyirdi ki, “Koçak Gold” şirkəti Azərbaycana qaçaq şəkildə qızıl-zinət əşyaları daşıyıb. Amma onu tutublar.

O, “Koçak Gold”a Azərbaycandakı “Yapı Kredi Bank” vasitəsi ilə üst-üstə 50 min dollara yaxın pul göndərib. Nağd şəkildə də, əlbəəl Tevfik Koçaka böyük pullar verib. Əvvəllər mən onun qaçaqmalçılıqla bağlı dediklərinə inanmırdım. Sonra məlum oldu ki, bu həqiqətdir. Bu gün Vergilər Nazirliyi yoxlasa, məlum olacaq ki, Abbas Səfərli milyon manatlıq qızıl-zinət əşyası satıb, qəpik-quruş vergi verib. Gömrük bəyənnamələri ilə yoxlama aparılsa, yenə də məlum olacaq ki, Abbas Səfərli ölkəyə ən azı göstərilən borc məbləğində qızıl gətirməyib. Sual olunur - bəs qızıllar hansı yolla Azərbaycan ərazisində peyda olub və olmaqdadır? “Koçak Gold”un qızıl-zinət əşyalarının üzərində şirkətin xüsusi damğası olur. Həmin damğalı qızılları Abbas Səfərli satışı ilə məşğul olur. Amma qızıllar ölkəyə necə gəlir çıxır, bunu araşdıran olmayıb. Söhbət böyük pullardan gedir və bu fəaliyyəti Azərbaycanın vergi, gömrük orqanlarından gizlədirlər".

Natiq Ələsgərov redaksiyamıza Abbas Səfərlinin “Koçak Gold”un Azərbaycana qaçaq yolla qızıl daşımasını təsdiqləyən səs yazısını da təqdim edib. Deyir ki, həmin səs yazısını 2 saylı İnzibati İqtisad Məhkəməsində hakim Etibar Mustafayevə də təqdim olunub: “2 saylı İnzibati İqtisad Məhkəməsində ”Koçak Gold"a qarşı iddia qaldırmışdım. İşə hakim Etibar Mustafayev baxdı. “Koçak Gold”dan mənə ödənilməli olan xidmət haqqını tələb etdim. Hakim qaçaqmalçılıq haqda təqdim etdiyim sübutlara qiymət vermədi, sübutlarla bağlı xüsusi qərardad çıxarıb istintaq orqanına yollamadı. Bu günə qədər də həmin cinayətlərin üstü açılmamış qalıb. Baş verənlərlə bağlı Azərbaycanın Baş Prokurorluğuna, Türkiyənin Azərbaycandakı səfirliyinə, Türkiyə Prokurorluğuna da müvafiq müraciətlər hazırlamışam. Redaksiyanıza müraciət edən zərərçəkənlərin söylədikləri də həqiqətdir. Mən həmin şəxslərlə “Koçak Gold”un nümayəndəsi olaraq da görüşmüşdüm. Siyavuş Fehruz oğlu, Fizuli Bəxtiyar oğlu Məhərrəmov və başqa zərərçəkənlər var. Bu məsələlərlə bağlı araşdırılma aparılması üçün sona qədər mübarizə aparacağıq".

Türkiyənin məşhur “Koçak Gold” şirkətinə qarşı 2011-ci ilin noyabrında MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanovun rəhbərlik etdiyi dəstə üzvləri əməliyyat keçirib. Şirkətin nümayəndəsi Hamit Pehlivan Ahmeti Bakıda, “20 Yanvar” metro stansiyası yaxınlığında saxlayıblar. Ondan ölkəyə gətirdiyi 40 kiloqram çəkidə olan qızıl-zinət əşyaları götürülüb. Sonradan 1 kiloqramı dövlət nəfinə müsadirə edilən qızılın 39 kiloqramının izi MTN-in binasında itib.

Bu qalmaqallı cinayət işi üzrə zərərçəkənlərin sayı 20-yə qədərdir. Maraqlıdır ki, 2015-ci ildə MTN-dəki “təmizləmə” əməliyyatından sonra da bu cinayət araşdırılmamış qalıb.

İş üzrə 2 zərərçəkən Siyavuş Fehruz oğlu və Fizuli Bəxtiyar oğlu Məhərrəmov “Yeni Müsavat”a danışıblar. Onlar “Koçak Gold”un Azərbaycandakı nümayəndəsi Hamit Pehlevanın həbsindən sonra baş verənləri anladıblar. Deyiblər ki, “Koçak Gold” onlara çatmalı olan, lakin çatmayan qızılların pullarını almaqla müflis duruma düşmələrinə səbəb olub. Hamit Pehlivanın həbsindən sonra “Koçak Gold”la işləyən kiçik sahibkarlar müflis olub, şirkət isə Azərbaycanda işini davam etdirib və bu gün davam etdirməkdədir.

Qeyd: Redaksiya yazıda adları keçən hər kəsin mövqeyini işıqlandırmağa hazırdır.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Bu gün, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Bu gün, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru