Eldar Mahmudovun həbsdəki “qulağı” azadlığa çıxmaq istəyir - GƏLİŞMƏ
Tarix: 27-11-2018, 08:53 | Çap et
 Sabiq milli təhülkəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) sabiq - həbsdəki baş direktoru Beytulla Hüseynov azadlığa çıxmaq istəyir. Belə ki, noyabrın 28-də onun kasasiya şikayətinə baxılacaq. O, 1 il əvvəl barəsində Bakı Apelyasiya Məhkəməsinin çıxardığı qərardan kasasiya şikayəti verib. İstəyi də budur ki, yuxarı instansiya məhkəməsi onun cəzasını minimuma endirsin və şərti cəza ilə əvəzləməklə azad etsin. Eldar Mahmudovun “qulağı” kimi tanınan B.Hüseynov məhz sabiq nazirin təkidi ilə 2005-ci ildə BTRİB-in baş direktoru vəzifəsinə təyinat alıb və 10 il müddətində həmin vəzifəni daşıyıb.
2015-ci ildə MTN-də gerçəkləşdirilən “təmizləmə” əməliyyatı qısa müddət sonra Rabitə Nazirliyinə də sıçradı. Belə aydın oldu ki, “MTN işi”ndən “Rabitə işi”nə əsas körpü elə Beytulla Hüseynovun qanunsuz əməlləri olub. Xüsusən Eldar Mahmudovun maraqları çərçivəsində Beytulla Hüseynovun kabinetindən yüksək ranqlı məmurlar dinlənilirmiş...
Beytulla Hüseynova görə BTRİB baş direktoru vəzifəsindən çıxarılan keçmiş ATS müdiri Nəriman Salmanov məhkəmədəki ifadəsində bildirib ki, vəzifədə olduğu dövrdə otağında təxminən 34 ədəd telefon xəttindən yararlanıb. Beytulla Hüseynov istintaqa ifadəsində deyib ki, o otaqdakı 34 xətt əvvəlki rəhbərliyin dövründən qalıb. Salmanov isə onun yalan danışdığını söyləyib: “Həmin telefon xətlərini sonradan Beytulla Hüseynov çəkdirib”.
Beytulla Hüseynov uzun illər BTRİB-ə rəhbərlik edib və həmin dövrdə Eldar Mahmudovun bandasının qanunsuz dinləmələri həyata keçirmələrini mümkün edən avadanlıqların müxtəlif rabitə-telekommunikasiya qovşaqlarında quraşdılmasına yardımçı olub, lazımi texniki dəstək verib.
Qanunsuz fəaliyyətə görə 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Beytulla Hüseynov barəsində ittihamedici hökm çıxardı.
13 il azadlıqdan məhrum edilən Beytulla Hüseynovun dövlətə 21 milyon 379 min manat ziyan vurduğu da hökmdə əksini tapmışdı. Ötən ilin noyabrında Bakı Apelyasiya Məhkəməsinin hakimi Qədim Babayev Beytulla Hüseynovun cəzasını mümkün olan qədər, yəni 7 il 6 aya endirdi. Hökumətə xəyanət etmiş, ölkə rəhbərliyini, Eldar Mahmudovun bandasının maraqlı çərçivəsində məmurları, hər kəsi dinləmiş birinə qarşı hakimin mərhəməti anlaşılmaz olaraq qalır. Hazırda Beytulla Hüseynovun işi Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatındadır və Eldar Mahmudovun qohumu azadlığa çıxmaq istəyir. İstiqlal.az saytı bu mövzuya aid maraqlı bir yazı paylaşıb. Sayt yazır ki, MTN tərəfindən saxta və qurama ittihamlarla həbs edilən günahsız vətəndaşlara hökmləri məhz Eldar Mahmudova yaxın olmuş hakimlər verib. Hələ 2004-cü ildə Eldar Mahmudov vəzifəyə təyinat alandan sonra nəzərə çarpan, onun vəzifəsində möhkəmlənməsində müstəsna əhəmiyyət kəsb edən bir əməliyyat baş tutdu. 2005-ci ildə Hacı Məmmədov və onun bandasına qarşı əməliyyat keçirildi.
Həmin əməliyyatdan sonra cərəyan edənlər isə göstərdi ki, Eldar Mahmudovun məqsədi “Qara Kəmər” əməliyyatı üzərindən özünün qara niyyətlərinə çatmaqdır. Hacı Məmmədovun işi o dövrdə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə adlanan instansiyaya göndərildi. İşə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxıldı. Həmin dövrdə hakimin Eldar Mahmudovla şəxsi münasibətləri olması haqda xəbərlər dolaşırdı. Məhkəmənin gedişatı, Hacı Məmmədovun işi üzrə verilən hökm də Eldar Mahmudovun maraqlarından kənara çıxmadı. Məsələn, Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin rəisi Zakir Nəsirova qarşı ittihamların məhkəmədə söz yığınından başqa bir şey olmadığı isbat olundu. Buna rəğmən hakim Əli Seyfəliyev ittiham aktına əsaslanıb Zakir Nəsirova ömürlük həbs cəzası oxudu. Ötən il əfv sərəncamı ilə azadlığa çıxan Zakir Nəsirovu Eldar Mahmudovun bandası həbs etməzdən əvvəl 3 dəfə MTN-ə çağırmışdılar. Hər dəfə də ona təklif olunmuşdu ki, rəhbərliyinə qarşı hazırlanan ifadələrə imza atsın, gedib işini davam etdirsin. Zakir Nəsirov sonuncu dəfə belə təklifi rədd edərkən ona Eldar Mahmudovun adından “sən öl, ömürlük həbsə göndərəcəyik” demişdilər. Hakim Əli Seyfəliyevin hökmü həmin hədənin nə dərəcədə real olduğunu da ortaya qoymuşdu. 2006-cı ildə verilən hökmdən 1 il sonra Əli Seyfəliyev artıq Ali Məhkəmənin hakimi idi. Bu gün də Əli Seyfəliyev həmin vəzifədədir və nə qədər qəribə olsa da, Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun işi də məhz bu hakimin icraatındadır. “Yeni Müsavat”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Bu gün, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Bu gün, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39 |
|
|
|
| • Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33 |
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20 |
|
|
|
| • Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05 |
|
|
|
| • Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19 |
|
|
|
| • “Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11 |
|
|
|
| • Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09 |
|
|
|
| • Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49 |
|
|
|
| • İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43 |
|
|
|
| • Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22 |
|
|
|
| • Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19 |
|
|
|
| • Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09 |
|
|
|
| • Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05 |
|
|
|
| • AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59 |
|
|
|
| • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46 |
|
|
|
| • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41 |
|
|
|
| • Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40 |
|
|
|
| • Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37 |
|
|
|
| • İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36 |
|
|
|
| • "İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26 |
|
|
|
| • Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21 |
|
|
|
| • Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15 |
|
|
|
| • Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06 |
|
|
|
| • ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03 |
|
|
|
| • Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56 |
|
|
|
| • Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44 |
|
|
|
| • Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42 |
|
|
|
| • Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40 |
|
|
|
| • İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26 |
|
|
|
| • Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25 |
|
|
|
| • “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20 |
|
|
|
| • “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04 |
|
|
|
| • Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28 |
|
|
|
| • "Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33 |
|
|
|
| • TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28 |
|
|
|
| • Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16 |
|
|
|
| • Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10 |
|
|
|
| • Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51 |
|
|
|
| • Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38 |
|
|
|
| • Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36 |
|
|
|
| • ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30 |
|
|
|
|