Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                     Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                 

Səhiyyə Nazirliyinin "ÇİN SƏDDİ"... - İTTİHAM
Tarix: 8-01-2019, 12:20 | Çap et
Səhiyyə Nazirliyinin "ÇİN SƏDDİ"...
Uzun illərdir ki, “müalicəsi tapılmayan xəstəlikdən” əziyyət çəkən Azərbaycan səhiyyəsinin düşdüyü bərbad durumdan çox yazılar yazılıb, tənqidi fikirlər səsləndirilib. Çifayda, indiyə qədər milyardların sərf edildiyi bu sistemi metastaz kimi daxildən məhv edən problemlər olduğu kimi qalmaqdadır. Ölkə səhiyyəsinin yarıtmazlığından, bahalılığından içi nazir qarışıq (Almaniyada aldığı müalicəni nəzərə alsaq) baş götürüb qonşu ölkələrə gedən xəstələrin statistikası ildən-ilə artan xətlə davam edir. Bu illər ərzində nə edilsə də tibb personalının gözü xəstələrin cibindən, xəstələrin gözü qonşu ölkələrin xəstəxanalarından yığılmadı.

Artıq elə bir vəziyyət yaranıb ki, Səhiyyə Nazirliyi haqqında tənqidi fikirlər səsləndirmək də mənasız görünür. Bu yerdə adamın yadına “dəyirman bildiyini edir, çax-çax baş ağrıdır” məsəli düşür. Çünki, nə qədər yazsaq, tənqid etsək, tutarlı arqumentlər gətirsək belə indiyə qədər kimsənin tükü belə tərpənməyib.

Rubrika.az saytı bildirir ki, bütün bunların əsas səbəblərindən biri səsləndirilən fikirlərin ünvanına çatmasına sədd çəkən şəxslərdir. Onlar deyilən tənqidlərin, səsləndirilən arqumentlərin nazirə çatmaması üçün sərf etdikləri çabanın mində birini səhiyyənin inkişafı üçün etsəydilər, indi Azərbaycan səhiyyəsi tamam fərqli biçimdə olardı. Səhiyyə nazirinin müavini Nigar Əliyeva, nazirliyin aparat rəhbəri Zəkiyyə xanım, Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov hər vasitə ilə sanki ictimai fikirlə, media ilə nazir arasında "Çin səddi" rolunu oynayırlar. Dəfələrlə tərəfimizdən nazirliyin fəaliyyəti ilə bağlı tutarlı dəlillərlə yazılmış araşdırmalar, digər həmkarlarımızın bu mövzuda yazıları heç bir effekt verməyib. O cümlədən, tək 2018-ci ildə nazirin qəbulu ilə bağlı öz imzamla 20-yə qədər müraciət ünvanlasaq da "quyunun başında duran yeddi başlı əjdahadan" o tərəfə keçə bilməmişdi. Belə ki, bir daha cənab nazirin diqqətinə çatdırıram ki, on ilə yaxındır ki, verdiyi göstəriş hələ də icra olunmayıb. Təəssüf hissi ilə bildiririk ki,bəzi "işbazların" əməllərinin ucbatından nazir sözünün də kəsəri qalmayıb. Səbəbi isə dediyimiz kimi işini-gücünü atıb tənqidi fikirlərlə nazir arasında sədd çəkən mənsəb sahibləridir.
Səhiyyə nazirliyi artıq illərdir ki, həkimlərin işə qəbulu prosesinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi ilə bağlı məlumatlar yayır. Səhiyyə nazirliyinin rəsmi məlumatına inansaq, Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır. İlk baxışdan olduqca demokratik, şəffaf bir mənzərə adamın gözləri önündə canlanır. Amma səhiyyəmizdə elə bir iş olarmı ki, onun amması olmasın...
Rubrika.Az saytı bildirir ki, ucqarlarda bu proses müəyyən qədər müəyyənləşdirilmiş qaydalara uyğun aparılsa da Bakının nüfuzlu xəstəxanalarında mənzərə tamamilə başqa cürə olur. Belə ki, paytaxtın tibb ocaqlarına işə qəbul müəyyən maraqlar çərçivəsində baş tutur. Xəstəxanalarda boş yerlər vakant verilmir, Tibb Universitetinin məzunları isə rezidentura adı altında həmin yerlərə göndərilir (bu zaman qeyd etdiyimiz “xüsusi maraqlar” işə düşür). Yalnız nadir hallarda gözdən pərdə asmaq üçün vakant yerlər elan olunur ki, bu da ümumi sayda bəlkə də heç 1 faiz təşkil etmir. İşə qəbulla bağlı dəfələrlə tənqidi yazılar hazırlasaq, nazirliyə müraciət etsək də heç bir tutarlı cavab ala bilməmişik. Yalnız nazirliyin kadrlar şöbəsinin rəhbəri Kəmalə xanım acı etirafı ilə mövcud vəziyyətə aydınlıq gətirmişdi: “Bütün bunlar məndən yuxarı səviyyədə həll olunan məsələlərdir, biz yalnız sənədlərə qol çəkirik" və yaxud Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun telefon əlaqəsi ilə bildirdiyi kimi "Yazıçılar Poliklinikasına qanunsuz həkimlər götürülürsə bu barədə biz də heç nə edə bilmiriksə yalnız məhkəmə qərar verə bilər” deməsi səhiyyəmizin hansı durumda olmasından xəbər verir.
Göründüyü kimi, nazirlikdəki mövcud vəziyyət orada hansısa şikayətə reaksiya veriləcəyinə, problemin həll ediləcəyinə ümid yeri qoymur. Heç inanmırıq ki, bu yazımız da “Çin səddini” aşıb lazımi instansiyaya çatsın. Biz Heydər Əliyev Fonduna, hörmətli Mehriban xanıma, Fondun icraçı direktoru Anar Ələkbərova müraciət edərək yaranmış acınacaqlı duruma təcili müdaxilə etmələrini xahiş edirik.Xüsusilə Anar müəllimin dövlətçiliyimizə sadiqliyini və eyni zamanda kimliyindən asılı olmayaraq Fonda olan müraciətlərə həssas yanaşmasını nəzərə alaraq ədalət prizmasından baxacağına inanırıq. Artıq kimsədə nazirlik səviyyəsində hansısa müsbət dəyişikliyin olacağına inam qalmayıb. Azərbaycan səhiyyəsinin bu günü və gələcəyi üçün böyük təhlükə olan mövcud vəziyyətə təcili müdaxilə olunmalı, günahkarlar cəzalandırılmalıdır. Bu “xəstəlik” sağalmazsa fəsadları daha təhlükəli ola bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru