70 mindən çox azərbaycanlı ilə bağlı kritik durum .....                     Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitəcək .....                     Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' .....                     'Azərsu'nun qocaman işçisi narazıdır .....                     Azərbaycan SSRİ-yə görə təzminat tələb etməlidir .....                     "İki qarış ətəyi olan qızları aparırlar..." .....                     UNEC-in Dərbənd filialı ƏDALƏT SORAĞINDA .....                     "Tehran Zəngəzur dəhlizini pantürkist layihə kimi təqdim edərək gözdən salmaq istəyir" .....                     Elariz 43 il əvvəl .....                     “Kredit Kartı: Rahatlıq Maskası Arxasında Gizlənən Borc Tələsi” .....                     İranla İsrail toqquşacaqmı? .....                     Mərkəzi Bankın 37, FED-in 6 mərtəbəli binası: Tikintilərinə nə qədər xərc çəkilib? .....                     Tehranın Zəngəzur "oyunu": Səfir kimin “ağzı” ilə danışır? .....                     "Türkiyə və Türk milləti üçün Ərdoğanın varlığı əvəzolunmazdır" .....                     “Keçmiş həyat yoldaşım məni dəfələrlə bıçaqla vurub” .....                     "Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" .....                     İlqar İsmayılov həbsdə qaldı .....                     Rusiya SSRİ-nin “erməni layihəsi”ni yenidən dirçəldir: .....                     İcra başçısı özünə yeni müavin təyin etdi .....                     Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi .....                     Rusiyanın Cənubi Qafqaz siyasəti... .....                     “Təhsil sisteminin idarə olunmasında inzibati-amirlik prinsipləri aradan qaldırılmalıdır” .....                     Tramp düyməni basdı .....                     Macarıstan Ermənistana 20 milyonluq hərbi yardımın qarşısını belə alıb .....                     “Sea Breeze”ə yaxın şirkət yaradılıb .....                     Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub .....                     Çingiz Abdullayevin müsahibəsi REZONANS DOĞURDU .....                     "Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı .....                     “Bakcell” süni intellekt təlimi təşkil etdi .....                     Bakı polisi Əfqanıstan vətəndaşını axtarır .....                     "Vasif Məhərrəmli yalan danışır" .....                     "Röya Ayxanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur" .....                     Ölkədən çıxışına "stop" qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat .....                     TƏBİB sədri ilə jurnalist arasında QALMAQAL .....                     Keçmiş əri tərəfindən döyülən Naibə Allahverdiyeva özünü narahat hiss edir... .....                     Qərbi Azərbaycana qayıdışımız mümkündür .....                     “İrəvan bununla özünü Avropaya bəyəndirmək niyyətindədir” .....                     Təhsil ekspertlərindən Məleykə Abbaszadəyə CAVAB .....                     Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... .....                     Mədəniyyət Nazirliyi poeziya tədbirini tikinti şirkətinə verib .....                 

Həsrət Əmrahovun NAŞILARDAN İBARƏT KOMANDASI... - İşini bilənlər İŞDƏN QOVULUR...
Tarix: 9-12-2021, 09:48 | Çap et
Həsrət Əmrahovun NAŞILARDAN İBARƏT KOMANDASI...
Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi paytaxt meriyasının rəhbərliyi və nəzarəti altında Bakı şəhərində və Abşeron yarımadasında yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirir. İstər keçmiş Sovet respublikaları və istərsə də digər xarici ölkələrdən müxtəlif əkin materialları (tinglər, ot toxumları, gül toxumları, güd ştilləri), müxtəlif avadanlıqlar və texnikalar almaq səlahiyyətinə malik olan Birlik özünün törəmə müəssisələrini yaratmaq, ya da ləğv etmək hüququna malikdir və aşağıdakı müəssisə və təşkilatları öz tərkibində birləşdirir: В«YaşıllıqtikintiВ» Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi; Bitkilərin Mühafizəsi Stansiyası; Ağac Bəzək Bitkiləri Sovxozu; Avtonəqliyyat idarəsi; Su quyularının İstismarı və Təmiri xidməti idarəsi.

“Dəryaz” qəzetində (Deryaz.az” saytı) Birliyin adları çəkilən təşkilatlar vasitəsilə Bakı şəhərində və Abşeron yarımadasında yaşıllığın inkişaf etdirilməsi, yeni parkların, bağların, bağçaların, istirahət sahələrinin, zeytun plantasiyalarının salınması, onların qorunması, onlara ziyan vuran fiziki və hüquqi şəxslər haqqında öz səlahiyyətləri çərçivəsində tədbirlər görülməsi, toxumçuluğun inkişafı, güllüklərin salınması, habelə şəhər əhalisinin gül və gül məhsulları ilə təmin edilməsi, minimal xərclərlə əmək məhsuldarlığının artırılması, əsas fondların istifadə edilməsinin yaxşılaşdırılması, əmək, material və maliyyə vasitələrindən istifadəsini səmərəli təmin etmək vəzifələrinin öhdəsindən gəlməməsi, müxtəlif növ qanunsuzluqlara, o cümlədən korrupsiya hüquqpozmalarına rəvac verilməsi, maaş cədvəlində “ölü canlar”ın olması barədə xeyli tənqidi məqalələr dərc olunub. Hətta belə tənqidi məqalələrə görə “Dəryaz” qəzeti Birlik tərəfindən məhkəməyə də verilib. Hərçənd, aylar sürən məhkəmə çəkişmələrindən sonra bizim xeyrimizə bəraətverici qərar çıxarılıb.

Doğrudur, Bakı Şəhər İcra Hakimiyyəti son illərdə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbərlərini bir neçə dəfə dəyişdirsə də, üslub dəyişməyib. Baş direktor vəzifəsinə kim gəlibsə, əvvəlki sələfinin atasına rəhmət oxutdurub. Keçən ildən bu vəzifəyə təuin olunan cənab Həsrət Əmrahov da özünə yeni komanda yaradıb, əsl mütəxəssisləri, işin biliciləri kənarlaşdıraraq sahədən başı çıxmayan qeyri-ixtisas sahiblərini cəlb edib. Birlikdə ikili mühasibatlıq, normadankənar işləyənlərin əmək haqqına əlavələrin verilməməsi kimi hallar qalmaqdadır. Bakı şəhərinin yaşıllıqlara xidmət göstərilməsi üçün dövlət büdcəsi layihəsinə təqdim olunan və icra prosesində Birlik tərəfindən qulluq edilən sahə göstəriciləri arasında əhəmiyyətli fərqlər var. Yaşıllıqlara qulluq xərcləri üzrə təqdim olunmuş proqnozlaşmada Birlik tərəfindən yaşıllıqlara xidmət xərclərinin tərkibində norma ilə nəzərdə tutulmayan xərclər nəzərdə tutularaq proqnozlaşdırılır. Birliyin təsdiq edilmiş ştat cədvəllərində yaşıllıq sahəsi işçilərinin əmək haqları qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun müəyyənləşdirilmir. Aqronom vəzifəsinə uyğun olmayan ixtisaslarda şəxslər işə qəbul edilir və onlara əmək haqqı ödənilir. Birlik tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməyərək, balansında olan yaşıllıq sahəsinin, habelə həmin sahədə ağac və kolların, çəmənlik və gül sahəsinin, çoxillik əkmələrin inventarizasiyası aparılmır, alınması rəsmiləşdirilmiş əkin materiallarının, o cümlədən ağac və kolların, hazır çimin, gül şitillərinin yaşıllıq sahələrində əkilməsi sahə üzrə (rayon üzrə) aktla sənədləşdirilsə də, ünvan və say barədə məlumatlar əks olunmur. Birlik tərəfindən Nizamnaməsinə uyğun təsərrüfat fəaliyyəti göstərməsi üçün əlavə gəlir mənbələri axtarılmır, fəaliyyətini yalnız dövlət büdcəsindən Bakı şəhərinin yaşıllıqlarına qulluq məqsədi ilə ayrılmış vəsait hesabına formalaşdırır.

Bu günlərdə vətəndaş Əliyev Mahmud Vəli oğlu “Dəryaz” qəzetinin redaksiyasına video-müraciət ünvanlayıb. Bildirir ki, Kənd Təsərrüfat İnstitutunun (indiki Aqrar Universitet-red.) məzunudur, uzun müddət – 25 il kənd təsərrüfatında iş stajı var. Halal zəhmət adamıdır, fəhləlikdən ta sovxoz direktoruna kimi vəzifələrdə işləyib. Təsərrüfat dağıldıqdan sonra Bakı şəhərinə gəlib və Bakı şəhər Yaşılllaşdırma Təsərrüfatı Birliyinə işə qəbul olunub. 2004-dən indiyə kimi aqronom, sahə rəisi kimi vəzifələrdə qüsursuz xidmət göstəriub. Keçən il Birliyin baş direktoru dəyişiləndən sonra yeni baş direktor Həsrət Əmrahov “sənin ixtisasın uyğun gəlmir” deyib, onu ixtisara salıb. Birliyin Kadrlar şöbəsində Mahmud Əliyevə təklif ediblər ki, öz istəyi ilə ərizə yazsın, o halda heç olmasa iki ay sonra fəhlə işinə keçirilə bilər, yoxsa tamamilə işsiz qalacaq. Naəlac qalan Mahmud Əliyev ərizə yazmalı olub. İki ay sonra gedib ona verilən vədi xatırladıb. İşə çıxandan sonra daha iki ay maaşını verməyiblər, nəhayət, fəhlə kimi işə götürüblər.

Mahmud Əliyev bildirir ki, onun ixtisası heç də deyildiyi kimi uyğunsuz deyil (Birliyin idarəetmə aparatında baş aqronom vəzifəsi vardır), Birliyin işçi heyətində beş nəfər ixtisaslı kadr vardısa, biri də odur. Əksinə, Həsrət Əmrahovun ixtisarlarından sonra işə qəbul etdiyi çoxsaylı işçilər arasında ixtisası vəzifəsinə uyğun gəlməyən sürücüdən, musiqiçidən belə adamlar var. Onu baş direktorun qəbuluna düşməyə, üzbəüz görüşməyə icazə vermirlər. Baş direktorla telefonla danışıb əvvəlki işinə bərpa olunmasını xahiş etsə də, eləcə də yazılı müraciət etsə də, onu gah kadrlar şöbəsinə, gah hüquqşünasın üstünə göndərib. Onlar da öz növbələrində “bizlik deyil” cavabını veriblər. Mahmud Əliyev həmçinin qeyd edir ki, müraciətində Birlik rəhbərliyinə 8 yaşlı uşaq atası olduğunu, həyat yoldaşının xəstəliyini, özününsə pensiyaya çıxmasına il yarım müddət qaldığını bildirsə də, maddi sıxıntılı vəziyyəti nəzərə alınmayıb. Haqqını, hüququnun bərpa edilməsini tələb etdiyi üçün Həsrət Əmrahov onunla intriqa aparır. Odur ki, redaksiyadan probleminin ictimailəşdirilməsini xahiş edib.

Redaksiya olaraq, məsələ ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti rəhbərliyinə və digər əlaqədar strukturlara müraciət edəcəyik.

Deryaz.az













 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
70 mindən çox azərbaycanlı ilə bağlı kritik durum – Dövlət hərəkətə keçir?
Bu gün, 07:23
Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitəcək - "JPMorgan Chase"
Bu gün, 07:20
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Bu gün, 06:40
'Azərsu'nun qocaman işçisi narazıdır - BUNA GÖRƏ
Bu gün, 06:36
Azərbaycan SSRİ-yə görə təzminat tələb etməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:16
"İki qarış ətəyi olan qızları aparırlar..." - Jurnalist OD PÜSKÜRDÜ
Bu gün, 06:04
UNEC-in Dərbənd filialı ƏDALƏT SORAĞINDA - NARAZILIQ VAR...
Bu gün, 05:54
"Tehran Zəngəzur dəhlizini pantürkist layihə kimi təqdim edərək gözdən salmaq istəyir" - FAKT BUDUR!
Bu gün, 05:46
Elariz 43 il əvvəl - FOTO
Bu gün, 05:43
“Kredit Kartı: Rahatlıq Maskası Arxasında Gizlənən Borc Tələsi” - ARAŞDIRMA
Bu gün, 05:40
İranla İsrail toqquşacaqmı? - GƏLİŞMƏ
Bu gün, 05:36
Mərkəzi Bankın 37, FED-in 6 mərtəbəli binası: Tikintilərinə nə qədər xərc çəkilib? - BU NƏDİ BELƏ?
Bu gün, 01:08
Tehranın Zəngəzur "oyunu": Səfir kimin “ağzı” ilə danışır? - AKTUAL
Bu gün, 00:55
"Türkiyə və Türk milləti üçün Ərdoğanın varlığı əvəzolunmazdır" - Dövlət Baxçalı
Bu gün, 00:52
“Keçmiş həyat yoldaşım məni dəfələrlə bıçaqla vurub”
Bu gün, 00:47
"Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - İTTİHAM DOLU NARAZILIQ
Bu gün, 00:41
İlqar İsmayılov həbsdə qaldı
Dünən, 18:07
Rusiya SSRİ-nin “erməni layihəsi”ni yenidən dirçəldir: - Kremldən İrəvana sensasion “xaos təlimatı” verilib
Dünən, 18:06
İcra başçısı özünə yeni müavin təyin etdi - ƏMR
Dünən, 18:02
Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi - DİQQƏT!
Dünən, 17:57
Rusiyanın Cənubi Qafqaz siyasəti... - bundan sonra NƏ OLACAQ?
Dünən, 17:56
“Təhsil sisteminin idarə olunmasında inzibati-amirlik prinsipləri aradan qaldırılmalıdır” - ÇAĞIRIŞ
Dünən, 17:51
Tramp düyməni basdı – Yeni qərarın hədəfində Azərbaycan da var
Dünən, 17:44
Macarıstan Ermənistana 20 milyonluq hərbi yardımın qarşısını belə alıb - Komitə sədri açıqladı
Dünən, 17:42
“Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:39
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub
Dünən, 17:36
Çingiz Abdullayevin müsahibəsi REZONANS DOĞURDU - “Kimisə saxlatdırması doğru deyil”
Dünən, 17:33
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı - TƏFƏRRÜAT
Dünən, 17:27
“Bakcell” süni intellekt təlimi təşkil etdi
Dünən, 17:20
Bakı polisi Əfqanıstan vətəndaşını axtarır
Dünən, 17:15
"Vasif Məhərrəmli yalan danışır"
Dünən, 17:14
"Röya Ayxanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur" - Ayaz Salayev
Dünən, 17:07
Ölkədən çıxışına "stop" qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat - Borc daha çoxdu
Dünən, 17:01
TƏBİB sədri ilə jurnalist arasında QALMAQAL – Xaçmazdakı olayın TƏFƏRÜATI
Dünən, 16:52
Keçmiş əri tərəfindən döyülən Naibə Allahverdiyeva özünü narahat hiss edir... - "...halım yoxdur, xəstəyəm"
Dünən, 16:48
Qərbi Azərbaycana qayıdışımız mümkündür - ÇÜNKİ...
Dünən, 16:45
“İrəvan bununla özünü Avropaya bəyəndirmək niyyətindədir” - FAKT BUDUR!
Dünən, 16:43
Təhsil ekspertlərindən Məleykə Abbaszadəyə CAVAB - TƏFƏRRÜAT
Dünən, 16:38
Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
Dünən, 16:31
Mədəniyyət Nazirliyi poeziya tədbirini tikinti şirkətinə verib - AY BƏRƏKALLAH...
Dünən, 16:25
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Dünən, 16:21
Bakı İrəvana sülhün ünvanını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:18
Bizimkilərin susqunluğu, onların iftiraları davam edir - AKTUAL
Dünən, 16:15
Xalq artistlərinin övladları niyə fərsiz çıxır? - “Bu işdə maraqlı olan mafiya var”
Dünən, 16:10
Nazirlik 14 ədəd “Hyundai” alır – 880 min manata
Dünən, 16:06
İran-ABŞ danışıqlarının beşinci raundu başlayıb
Dünən, 16:05
Xankəndidə dövlət işçiləri 2025, özəl şirkətdə işləyənlər 543 manat maaş alırlar – RƏSMİ AÇIQLAMA
Dünən, 15:32
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - NƏ ETMƏLİ?
Dünən, 15:29
İmişlinin İNQİLABÇI AĞSAQQALI icra başçısının da `BAŞINI YEYİR` - MÜTLƏQDİR!
Dünən, 15:24
İşçilərin ezamiyyə hüquqları... - Ekspert danışır...
Dünən, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru