Politoloq Sergey Markov Rusiyada xarici agent elan edilib .....                     Prezidentin Təhlükəsizlik Xidmətinin mayoru vəfat etdi .....                     “Heç bir böhtana inanmayın’” .....                     Qusarın təzə icra başçısı da özünə tender yoldaşları müəyyən edib... .....                     İki ay əvvəl vəzifəyə təyin edilən jurnalist istefa verdi .....                     Tramp Kiyevin hərəkətindən qəzəblənib .....                     Moskva və Bakı birgə fəaliyyət üçün istiqamətləri müəyyən ediblər .....                     Putin və Zelenskinin yaxın vaxtlarda görüşü nəzərdə tutulmur .....                     Fərhad Əhmədovun Azərbaycandakı mülklərinə həbs qoyuldu .....                     Paris Bakıya “yumşalma siqnalı” GÖNDƏRDİ .....                     Müğənniyə sui-qəsd İŞİ: .....                     Terror aktı hazırlamağa cəhddə ittiham olunan erməni iş adamının həbs müddəti uzadılıb .....                     Süleyman Mikayılov Qobustanda qəbul keçirdi .....                     Kərbəlaya gedən zəvvarları aldadıb yarıyolda qoyan şəxs tutuldu .....                     Şərurlu İsfəndiyarın binalarında YOXLAMA? .....                     Azərbaycan nəyə və niyə hazır olmalıdır? .....                     Paşinyan-Ter-Petrosyan davası yenə qızışıb .....                     FTB Con Boltonun evində axtarış aparıb .....                     12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Cavid Səfərov Alay Komandiri təyin olunur? .....                     Əraziyə zəncir vurulub: kim aradan qaldırmalıdır? .....                     Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi .....                     Azərbaycanda internet tam kəsiləcək? .....                     Sahibkar gömrük sisteminin eybəcərliklərini İFŞA ETDİ .....                     “Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib .....                     Azərbaycanda 10-15 manatlıq «mini tenderlər» də keçirilirmiş .....                     Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib .....                     Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? .....                     “Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” .....                     Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri .....                     “Azercell” abunəçilərindən hər yolla pul qoparmağa çalışır... .....                     Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək .....                     "SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün .....                     İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu .....                     İran telekanalı Pezeşkianı ələ saldı .....                     Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir .....                     “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır .....                     Moskva Paşinyanı küncə sıxdı .....                     Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat .....                     Mülayim şərq küləyi əsəcək .....                     Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? .....                 

“Aqrar Tədarük və Təchizat” KTN sisteminə NECƏ ZƏRBƏ VURUR... - ARAŞDIRMA
Tarix: 14-03-2024, 09:30 | Çap et
“Aqrar Tədarük və Təchizat” KTN sisteminə NECƏ ZƏRBƏ VURUR...
Vaxt itirmədən keçək mətləbə: “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətin fəaliyyətini bəlkə də çoxları bilmir, o cümlədən fermerlər də. Axı fermerin vaxtı hardadır ASC-nin rəsmi saytına girib В«ƏsasnaməВ»sini oxuyub bəzi mətləblərdən hali olsun. Amma düşünürəm ki, oxumasalar yaxşıdır. Çünki oxusalar, görərlər ki, “Aqrar Tədarük və Təchizat” ASC hansı səlahiyyətlərə və dövlətin fermerlərin adına verdiyi halal pullarına, səlahiyyətlərinə və s. sahibdir, eləcə də fermerlərə arxa-dayaq durmaq vəzifəsidir, onun yetişdirdiyi məhsulun real alıcısıdır, bax onda fermerlərin başına hava gələr…

Bəs “Aqrar Tədarük və Təchizat” ASC niyə öz missiyasını həyata keçirmir?

Məlumat üçün bildirək ki, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyevdir. Açığı, cənab Aqil Quliyevin barəsində rəhbəri olduğu qurumun rəsmi saytında heç bir məlumat öyrənə bilmədik. Yəni, öyrənmək istəyirdik ki, sədr sahə mütəxəssisidir, yoxsa yox?! Öyrənə bilmədik… Amma başqa məsələləri öyrəndik. Məsələn, öyrəndik ki, sən demə, “Aqrar Tədarük və Təchizat” ASC-nin əməlli-başlı missiyası varmış. Qurumun rəsmi saytında da elə belə yazılıb və biz də oxuyub təəccüb qaldıq, lakin başımıza hava gəlmədi, amma başqa çox maraqlı və zəruri fikirlər gəldi. İndi o fikirləri aidiyyəti dövlət qurumları və oxucularla bölüşməli olacağıq.

Fermerlərin bunları oxuması qadağandır!

…Çünki istəmirik ki, aşağıdakıları oxuyandan sonra fermerlərin qanı it qanına dönsün.

Beləliklə, “Aqrar Tədarük və Təchizat” ASC-nin Missiyasına nəzər yetirək:

В«-Kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılmasına nail olaraq kənd təsərrüfatı sektorunun təşviqi və

dəstəklənməsi yolu ilə ölkənin qeyri-neft sektorunun inkişafında özünəməxsus rol oynamaq;

-Dövlət vəsaitlərindən səmərəli istifadəni təmin edərək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq;

-Dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək!В».

Yazıq fermer, di bunu oxuyub dəlixanaya düşmə!

Bu hələ harasıdır, ASC-nin В«Gələcəyə baxışımızВ» bölməsində isə devizi belədir:

В«-İnnovativ həllər tətbiq edərək, ölkədə kənd təsərrüfatı bazarının tam təkmil səviyyəyə çatdırılmasında lokomotiv rol oynamaq;

-Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılmasında iştirak etmək;

-Fermer və qida istehsalçılarının aqrar ticarət zəncirində iştirakını təşkil etmək və dəstəkləmək;

-Kənd turizmi və ekoturizmin inkişaf etdirilməsində iştirak etmək;

-Kənd təsərrüfatı və emal sənayesi məhsullarının istehsalını, ixracını təşviq etdirmək və dəstəkləmək;

-Yerli fermer və qida istehsalçılarının məhsullarının ölkə xaricində təbliğində və müsbət reputasiyasının yaradılmasında iştirak etməkВ» və s.



Yeri gəlmişkən, sosial media resurslarında Elmi redaktoru Azərbaycan Kooperasiya Universitetinin elm və innovasiyalar üzrə prorekroru, iqtisad elmləri doktoru, professor, Əməkdar elm xadimi olan Bəyalı Xanalı oğlu Ataşovun, rəyçiləri Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və texnoloji elmlər” kafedrasının professoru, iqtisad elmləri doktoru, Əməkdar elm xadimi Arif Şəkərəli oğlu Şəkərəliyev, Bakı Biznes Universitetini kafedra müdiri, iqtisad elmləri doktoru, professor, Əməkdar kənd təsərrüfatı işçisi İslam Hacı oğlu İbrahimov, Azərbaycan Kooperasiya Universitetinin “İqtisadiyyat” fakültəsinin dekanı, iqtisad elmləri doktoru Elşən Əli oğlu İbrahimov, müəllifi isə Nizami Cəlal oğlu Qafarov olan “Aqrar istehlak bazarının formalaşması və inkişafının iqtisadi problemləri” monoqrafiyasına rast gəldik.

Sahibkarların -fermerlərin deyil, “Aqrar Tədarük və Təchizat” ASC-nin В«dilindəВ» yazılmış monoqrafiya!

Monoqrafiya ötən il buraxılıb. Monoqrafiyada В«Azərbaycanda aqrar istehlak bazarının formalaşmasının nəzəri-metodoloji aspektləri nəzərdən keçirilir, aqrar istehlak bazarının iqtisadi mexanizminin zəruriliyi əsaslandırılır, aqrar istehlak bazarının inkişafında beynəlxalq təcrübə araşdırılır, istehlak bazarının iqtisadi müayinəsinin aparılması prinsipləri və müasir üsulları müəyyənləşdirilir, aqrar istehlak bazarın inkişafı və əhalinin aqrar-ərzaq məhsulları ilə təminatı, eləcə də əsas növ aqrar-ərzaq malları üzrə ixracın təşviqi və dəstəklənməsi məsələləri tədqiq edilir…» və s.

Hətta müəllif monoqrafiyanın girişində yazır ki, В«Monoqrafiya öz əhatə dairəsi, tədqiqatın dərinliyi və aktuallığı baxımından əhəmiyyətli olmaqla, aqrar sahədə və istehlak bazarında çalışan mütəxəssislər, sahibkarlar, maliyyə-bank işçiləri, eləcə də doktorant və magistrlər tərəfindən istifadə edilə bilərВ».

Amma düşünürük ki, başqalarını deyə bilmərik, sahibkarlar çətin bu monoqrafiyada yazıları başa düşsün. Niyə? Çünki monoqrafiya fermer-sahibkarların deyil, “Aqrar Tədarük və Təchizat” ASC-nin В«dilindəВ» yazılıb. O dili isə ASC mütəxəssislərindən başqa kimsə çətin ki başa düşsün…

Bəs fermerlərin dilini kim bilməlidir?

Dünya şöhrətli alim Xudu Məmmədov deyirdi: В«Deməyin ki, daşın, quşun, heyvanın dili yoxdur… Deyin ki, daşın, quşun, heyvanın… dilini bilmirəm!В».

Rəhmətlik sağ olsaydı, indi həm də deyərdi: В«Deməyin ki, fermerlərin Prezidentə şikayət edən dili yoxdur… Deyin ki, onların dilini hələki başa düşən yoxdur…».

Bəli, onların dilini bilən olsaydı, məsələn, Vahid Məhərrəmov adlı müəllif ən azından В«“Aqrar Tədarük və Təchizat” ASC-nin fəaliyyətində səmərəliliyinin artırılması yollarıВ» adlı vəsait yazanda fermerlərin də dilini bilib dərdini ağlayardı… Müəllif yazır: В«Bu araşdırmada dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını həyata keçirən, səhmləri dövlətə məxsus “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətin fəaliyyəti təhlil edilib və dövlətin bu sahədə iştirakçılığının səmərəliliyinin artırılması ilə bağlı təkliflər verilibВ».

Hörmətli Vahid Məhərrəmov bu kitabını, deyəsən, təzəlikcə yazıb. Telefonunu tapa bilmədik zəng edib soruşaq ki, ASC-nin səmərəliliyinin artırılması yolları hamıya məlumdur, məhsulu tarlada çürüyən fermerlərə də. Bəs fermerlərin-sahibkarların fəaliyyətinin səmərəliliyinin artırılması üçün neyləmək lazımdır??? Axı onlar min zəhmətlə becərdiyi məhsulunun bəzən maya dəyərini belə geri qaytara bilmir. Bilirsimz niyə? Çünki В«ƏsasnaməsiВ»ndə fermerlərə arxa-dayaq durmalı olan ASC rəhbərliyi yuxarılara hesabat verəndə ən azından cənab Prezident İlham Əliyevin etimad və etibarını göz önünə gətirmir ki, axı, bu binəva fermeri niyə torpaqdan küsdürürük??? Və hələ də onların göz yaşlarına, probleminə, batan məhsuluna, itən ümidinə… inanmaq istəmirik!!! Niyə? Səbəbini bilmək istəyənlərə videoçəkilişləri təqdim edirik… Baxın və nəticə çıxarın…

“Aqrar Tədarük və Təchizat” ASC-ni yox, fermeri tərifləmək əvəzinə…

Aqil Məhərrəmov fermeri yox, “Aqrar Tədarük və Təchizat” ASC-ni tərifləyir. Adam dəli olmaq istəyir. Görün nə yazır: «…Son illər ölkənin neft gəlirlərinin azalması öz növbəsində dövlət vəsaitlərinin xərclənməsində səmərəliliyinin artırılmasını və büdcə vəsaitlərindən qənaətlə istifadəni zəruri edir. Xüsusən də dövlət satınalmalarında şəffaflığın təmin olunması aktual məsələyə çevrilir. Apardığımız araşdırmanın mövzusu dövlətə məxsus Səhmdar Cəmiyyətin dövlət satınalmalarında şəffaflığın artırılması istiqamətində alternativ həll yollarının axtarılmasıdır. Qeyd edilməlidir ki, “Dövlət Aqrar Ticarət Şirkəti” Məhdud Məsuliyyətli və “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətləri kənd təsərrüfatı məhsullarının ticarəti, tədarükü, təchizatı sahəsində fəaliyyət göstərirlər…».

Necə??? Bir də səsləndirin: В«“Dövlət Aqrar Ticarət Şirkəti” MMC və “Aqrar tədarük və təchizat” ASC kənd təsərrüfatı məhsullarının ticarəti, tədarükü, təchizatı sahəsində fəaliyyət göstərirlər…»??? Görəsən, müəllif bunları nəyə əsaslanıb yazıb? Bu hələ harasıdır, yazır: «…“Dövlət Aqrar Ticarət Şirkəti” MMC öz qarşısında ölkədə kənd təsərrüfatı məhsullarının bazar infrastukrturunu inkişaf etdirmək, kiçik və orta fermerlərin bazarlara çıxışını asanlaşdırılmaq kimi vəzifə qoymuşdur. “Aqrar tədarük və təchizat” ASC isə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada təşkili ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək məqsədilə yaradılmışdırВ».

Bir daha məsləhət görürük ki, bu reportajı-yazının fermerlərin oxuması qəti qadağandır… Yoxsa, həqiqətən də, oxuyub havalanacaqlar ki, axı, bu nağılları kim yazıb və necə uydurub?!

Ağdamın Ergi düzündə çürüyən soğan tayaları və “Dövlət Aqrar Ticarət Şirkəti” MMC ilə “Aqrar tədarük və təchizat” ASC-nin В«MissiyaВ»sı…

...Redaksiyaya daxil olmuş oxucu sorğusunu və şikayəti əsas tutaraq neçə gün əvvəl hər bir istehlakçının, deməli, hər birimizin maraqlarına xidmət edən bir problemi araşdırmaq qərarına gəldik. Söhbət Bakı bazarlarında bir ay əvvəl od qiymətinə satılan, elə indinin özündə də pərakəndəsatışda bir kilosu 50-70 qəpiyə olan soğanı əkib-becərənlərin В«TəzadlarВ»a yazıb göndərdiklərinin nə dərəcədə həqiqət olduğundan gedir. Odur ki, yolumuzu şikayətçilərin ünvan verdikləri Ağdamın Erjgi qəsəbəsinə salmalı olduq.

Qeyd edim ki, Ergi qəsəbəsi Haramı düzünün Ağdam ərazisinə aid hissəsindədir. Bu ərazidə sovetlər dönəmində məhbuslar üçün düşərgə, sonralar isə Ağdamın o vaxtkı birinci katibi Sadıq Murtuzayevin təşəbbüsü ilə Yemçilik Təsərrüfatı salınmışdı. Lakin Ermənistanın Qarabağdakı işğalçılığı bu ərazilərə məcburi köçkünlərin axınını bərqərar etdi. 1992-1993-94-cü illər ərzində Ergi ərazisində on minlərlə ailə məskunlaşdı. Prezident Sərəncamı ilə ərazidə kökünlərin çoxluğu nəzərə alınaraq qəsəbə də salındı. Onların məşğuliyyəti isə, əsasən, kənd təsərrüfatı sahələrindəki əkin və biçin işləridir.

Yeri gəlmişkən, hazırda Ergi ərazisi Azərbaycanın soğana olan tələbatının böyük bir hissəsini təmin edən əkin sahələri ilə diqqəti cəlb edir. Amma və lakin…

(Davamı var) - Tezadlar.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Politoloq Sergey Markov Rusiyada xarici agent elan edilib - RUSLARIN BAŞI QAÇIB
Bu gün, 18:15
Prezidentin Təhlükəsizlik Xidmətinin mayoru vəfat etdi - FOTO
Bu gün, 17:59
“Heç bir böhtana inanmayın’” -Məlahat İbrahimqızı yalan məlumatlara CAVAB VERDİ
Bu gün, 17:49
Qusarın təzə icra başçısı da özünə tender yoldaşları müəyyən edib... - TƏFƏRRÜAT
Bu gün, 17:46
İki ay əvvəl vəzifəyə təyin edilən jurnalist istefa verdi - ÖZÜ DEDİ
Bu gün, 17:30
Tramp Kiyevin hərəkətindən qəzəblənib
Bu gün, 17:27
Moskva və Bakı birgə fəaliyyət üçün istiqamətləri müəyyən ediblər - Overçuk
Bu gün, 17:20
Putin və Zelenskinin yaxın vaxtlarda görüşü nəzərdə tutulmur
Bu gün, 17:15
Fərhad Əhmədovun Azərbaycandakı mülklərinə həbs qoyuldu - detallar
Bu gün, 16:52
Paris Bakıya “yumşalma siqnalı” GÖNDƏRDİ – Yeni səfir münasibətləri xilas edə BİLƏCƏK?
Bu gün, 16:50
Müğənniyə sui-qəsd İŞİ: - AST Telmanın mühafizəçisi bəraət qazanır
Bu gün, 16:45
Terror aktı hazırlamağa cəhddə ittiham olunan erməni iş adamının həbs müddəti uzadılıb
Bu gün, 16:37
Süleyman Mikayılov Qobustanda qəbul keçirdi - FOTO
Bu gün, 16:17
Kərbəlaya gedən zəvvarları aldadıb yarıyolda qoyan şəxs tutuldu - TƏFƏRRÜAT
Bu gün, 16:13
Şərurlu İsfəndiyarın binalarında YOXLAMA? - AÇIQLAMA
Bu gün, 16:08
Azərbaycan nəyə və niyə hazır olmalıdır? - AKTUAL
Bu gün, 16:01
Paşinyan-Ter-Petrosyan davası yenə qızışıb
Bu gün, 15:59
FTB Con Boltonun evində axtarış aparıb - “New York Post”
Bu gün, 15:54
12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Cavid Səfərov Alay Komandiri təyin olunur? - İDDİA
Bu gün, 15:49
Əraziyə zəncir vurulub: kim aradan qaldırmalıdır? - İcra başçısı Coşqun Cəbrayılovun nəzərinə...
Bu gün, 15:44
Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi - ƏMR
Bu gün, 15:20
Azərbaycanda internet tam kəsiləcək? - AÇIQLAMA
Bu gün, 15:18
Sahibkar gömrük sisteminin eybəcərliklərini İFŞA ETDİ - Prezidentə MÜRACİƏT
Bu gün, 15:06
“Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Azərbaycanda 10-15 manatlıq «mini tenderlər» də keçirilirmiş - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 14:48
Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
Bu gün, 14:39
Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"
Bu gün, 14:30
“Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” – Xalq artisti
Bu gün, 14:17
Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri Vaşinqtonda əldə olunmuş razılaşmaları müzakirə ediblər
Bu gün, 14:11
“Azercell” abunəçilərindən hər yolla pul qoparmağa çalışır... - GİLEY
Bu gün, 13:55
Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
Bu gün, 13:46
"SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün xaricə təhdidlə diqqət yayındırır"
Bu gün, 13:44
İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:41
İran telekanalı Pezeşkianı ələ saldı - “Sadəlöhv adam”
Bu gün, 13:11
Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir - Zurabyan
Bu gün, 13:05
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
Bu gün, 13:01
Moskva Paşinyanı küncə sıxdı – “Ya Aİİ-dən çıx, ya da sanksiyalara hazır ol”
Bu gün, 12:48
Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat - NƏ BAŞ VERİR?
Bu gün, 12:31
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? - NARAZILIQ VAR...
Bu gün, 12:20
Ukraynanın taleyi ABŞ-nin masasındadır - ŞƏRH
Bu gün, 12:15
Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... - İranın qaz ixracatı zərəri böyük olar...
Bu gün, 12:10
Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var - DETALLAR
Bu gün, 12:01
Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək
Bu gün, 11:57
Tofiq Cəfərli vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:54
Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” - AMMA...
Bu gün, 11:37
"Olmayan məhsulları necə sata bilirsiniz, axı..." - NARAZILIQ VAR...
Bu gün, 11:34
“Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar
Bu gün, 11:18
"İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." - SON DA OLMAYACAQ...
Bu gün, 11:15
"Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb
Bu gün, 11:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru