DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?
Tarix: 19-04-2024, 09:14 | Çap et
 Martın 29-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Tovuz Dövlət Sosial-İqtisadi Kollecində monitorinq keçirib.
“AzPolitika” xəbər verir ki, monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb. Nəticədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 4 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Rizvan Qənbərovla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Xatırladaq ki, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci 26 avqust 2002-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən Tovuz Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılıb.
Kollecdə texnologiya müəllimliyi, mühasibat uçotu, vergi və vergitutma, yol hərəkətinin təşkili, aqronomluq və yerquruluşu torpaq müfəttişliyi ixtisasları üzrə tədris aparılır.
Yerli mediada Tovuz Dövlət Sosial-İqtisadi Kollecində rüşvət, korrupsiya, digər neqativ hallarla bağlı çoxsaylı yazılar dərc olunub. Həmin məqalələrdə kollecin uzun illər ərzində korrupsiya və rüşvət yuvası kimi fəaliyyət göstərdiyi, tələbələrin rüşvətlə qəbul edildiyi, davamiyyətin olmadığı, bir sözlə, hər şeyin pulla həll edildiyi bildirilib. Qeyd olunur ki, tələbələrə yüksək göstəricilər yazıb onların təqaüdləri, habelə adı işdə olub özü gəlməyən müəllimlərin, texniki işçilərin maaşları kollec rəhbərliyi tərəfindən mənimsənilib. O da bildirilir ki, pul üstündə tez tez direkorla rəhbər işçilər arasında narazılıq, hətta dava-dalaş olub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda aparılan monitorinqlərin nəticələri, qanunsuzluq faktları barədə də heç bir informasiya verilmir.
Bu barədə “AzPolitika.info”nun sorğusuna sözügedən qurumdan verilən sorğuya cavab olaraq bildirilib ki, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində keçirilən monitorinq nəticəsində cinayət tərkibli nöqsanlar aşkar edilmədiyinə görə Agentlik tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilməyib.
“Monitorinq zamanı Kollecin bir sıra tədris sənədlərində (jurnallar, imtahan vərəqləri və s.) nöqsanlar aşkar edilmiş və bu nöqsanların aradan qaldırılması istiqamətində tövsiyələr verilmişdir”, - Agentlik bildirir.
Görünür, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi hansısa səbəblərdən sözügedən kollecdə hərtərfli araşdırma aparmaqda maraqlı olmayıb... Hər halda yayılan məlumatlar onu deməyə əsas verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə baş çəkməsinə ciddi ehtiyac var. O zaman qanunsuzluğun, korrupsiyanın olub-olmadığı məlum olar...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Bu gün, 19:05 |
|
|
|
| • Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Bu gün, 19:02 |
|
|
|
| • İran nümayəndə heyəti İslamabada gedir - CNN
Bu gün, 18:57 |
|
|
|
| • İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Bu gün, 16:58 |
|
|
|
| • "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Bu gün, 16:21 |
|
|
|
| • İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Bu gün, 16:19 |
|
|
|
| • Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 16:05 |
|
|
|
| • ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Bu gün, 16:02 |
|
|
|
| • “Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Bu gün, 15:59 |
|
|
|
| • "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Bu gün, 15:57 |
|
|
|
| • “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Bu gün, 15:49 |
|
|
|
| • Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Bu gün, 15:45 |
|
|
|
| • Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47 |
|
|
|
| • Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43 |
|
|
|
| • İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01 |
|
|
|
| • Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59 |
|
|
|
| • Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28 |
|
|
|
| • Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25 |
|
|
|
| • Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38 |
|
|
|
| • Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35 |
|
|
|
| • Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20 |
|
|
|
| • Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16 |
|
|
|
| • Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13 |
|
|
|
| • "Gül salonum var..."
Bu gün, 08:09 |
|
|
|
| • "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05 |
|
|
|
| • Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57 |
|
|
|
| • ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39 |
|
|
|
| • Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30 |
|
|
|
| • Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21 |
|
|
|
| • "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05 |
|
|
|
| • TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58 |
|
|
|
| • Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46 |
|
|
|
| • AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41 |
|
|
|
| • "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35 |
|
|
|
| • "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31 |
|
|
|
| • Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16 |
|
|
|
| • Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13 |
|
|
|
| • Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10 |
|
|
|
| • İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33 |
|
|
|
| • "Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22 |
|
|
|
| • Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21 |
|
|
|
| • Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19 |
|
|
|
| • Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16 |
|
|
|
| • Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15 |
|
|
|
| • ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35 |
|
|
|
| • "Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31 |
|
|
|
| • Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18 |
|
|
|
| • “Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14 |
|
|
|
| • Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57 |
|
|
|
| • Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52 |
|
|
|
|